Məhkəmə qərarları › İş №2(011)-512/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-512/2024

24.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-512/2024 24.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X2, nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 Mənuçehr oğlunun iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə mübahisələr” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 13433,25 manat və dövlət rüsumu kimi ödədiyi 130,3 manat, mediasiya orqanına ödədiyi 210 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nurəddin Məmmədov iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Elmanı, Elşən Çərkəzov ona təklif etmiş, o da razılaşmışdır, bundan sonra Elman ilə danışaraq ona 1 ay vaxt vermişdir ki, özünü doğrultsa, rəsmi olaraq satış müdiri kimi işə götürəcək, belə də olmuş, işçilərin kəsrləri olmuş, bununla bağlı ümumilikdə 52 min manat pul verilmiş, elə ilk gün 23 min manat pul vermişdir Elmana, sonra da 20 min manat Elmana pul verilib əlbəəl. 1 ay keçdikdən sonra, işlərin vəziyyəti barədə hesabat istəmiş, məlum olmuşdur ki, işlər pisdir, hansı mağazada nə qədər pul olması barədə məlumat istəmiş, bununla bağlı siyahı ona 1 həftəyə təqdim edilmişdir, belə çıxdı ki, dükandan alacaqları var normalda amma halbulki bu siyahı 1 günə veriləsi bir siyahıdır. Verilən 52 min manat puldan 36 min manatlıq mal götürülüb, 36 min manatlıq malın isə pulu havalanıb gedib, 52 min manat verilib borcların bağlanması üçün, qalan şeyləri istehsala həsr edilməsi üçün, bütün xərclər 52 min manantın içində idi. Əgər onun 10 min manatı borc idisə, qalanı xammal alınmalı, isehsal olmalı idi, 36 min manatlıq mal satılıb güya, 36 min manatlıq mal satılsa və 10 faiz qazanc olsa 3600 manat gəlməli idi, ondan heç 36 qəpik də gəlməyib, güya qalanı dükanlarda idi. Məlum olmuşdur ki, onların 3-4 min manatı var idi, siyahı düzəldilib ki 13433 manat borc var güya, dükanların siyahısı elə tərtib edilib ki, 13433 manat borc bağlansın, həmin an mühasibi işdən çıxartmışdır, gündəlik kassa çıxmalı olduğu halda çıxarmayıb. Elmana demişdir ki, get pulları yığ təqdim et, sonra işi davam etdirsinlər, heç nə yığılmadı,buna görə də, Elmanı azad etmişdir, siyahıya görə pul borcu olanlardan soruşub, hamısı deyib ki, yalandır, onların elə bir borcu yoxdur. Sonda iddiaçının nümayəndəsi Nurəddin Məmmədov iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh ilə İddiaçı MMC arasında 05 aprel 2022-ci il tarixdə "xxxx"si bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən MMC satıcı olaraq hazır un məmulatlarını (şirniyyat) hər kq-nı 3.60 AZN qiymətinə cavabdehə satmağı, sonuncu isə alıcı olaraq öz növbəsində alınan un məmutlarını (şirniyyat) öz hesabına alıb boşaldılmasını, yerləşdirməsini öz üzərinə götürür, həmçinin, Müqavilənin: 2.1-ci bəndinə görə “Satıcı” satacağı un məmulatlarını qanunvericiliklə müəyyən edilmiş normalara uyğun olan keyfiyyətdə və qarşılıqlı razılaşdırılmış miqdarda “Alıcı”ya təhvil verilməlidir. - 2.3-cü bəndinə görə “Alıcı” bu müqavilənin 2.1-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun olaraq həmin şərtlər daxilində malı qəbul edib dəyərini tam şəkildə ödəməlidir. - 3.2-ci bəndinə görə təchiz olunmuş mallarla aparılmış ödənişlər arasında uyğunluğun yoxlanılması məqsədilə Tərəflərin hər birinin tələbi ilə qarşılıqlı hesablaşmaların tutuşdurulması aktı tərtib oluna bilər. - 4.1-ci bəndinə görə hazırki Müqavilədən irəli gələn öhdəliklərin pozulması və ya lazımi qaydada yerinə yetirilməməsinə görə Tərəflər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən hüquqi və maddi məsuliyyət daşıyırlar. Qeyd edilən müqavilə onlar tərəfindən imzalandığı andan qüvvəyə minsə də keçən 1 ildən artıq müddət ərzində cavabdeh ona satılmış 36733,25 manat dəyərində olan şirniyyat məhsullarının pulunu tam şəkildə ödəməmişdir. Beləliklə də, cavabdehin şirkətə borcu yaranmış və bununla bağlı aralrında tərtib edilən və imzalanmış xx.xx.2022-ci il tarixli üzləşdirmə aktına əsasən onun satılmış mallara görə 13433,25 manat məbləğində borcu olması təsdiq edilmişdir. Lakin hazırki vaxta kimi cavabdeh xx.xx.2022-ci il tarixli üzləşdirmə aktına əsasən etiraf etdiyi borcu qaytarmamışdır. Dəfələrlə tələb etməyinə baxmayaraq cavabdeh ona borclu olduğu məbləği qaytarmaq üçün heç bir əməli addım atmır və ya atmaq istəmir, əvvəlki məhkəmə iclasında cavabdeh üzləşmə aktındakı imzanı təsdiq etmişdir, həmin üzləşmə aktında iddia tələbində qeyd olunan məbləğ öz əksini tapmışdır və o da öz imzası ilə borclu olduğunu təsdiq edir. Lakin deyir ki, o borclu deyilə, başqası borcludur yəni pulu o yox başqası verməlidir. Belə ki bu məsələ iddiaçı kimi onlara maraqlı deyil nə qədər ki, o sənəddə onun imzası var və o bunu təsdiq edir həmin pulu iddiaçıya cavabdeh verməlidir, iddia tələbini cavavbdeh özü də etiraf edir, onu qeyd elədiyi Elşənlə münasibətinin olmasının iddiaçıya aiddiyyatı yoxdur, Elşənlə nə münasibəti var bilmirlər, getsin Elşənlə həll eləsin. Fakt odur ki, iddiaçıya borcu var və bu pulu verməlidir. Elman əvvəlki iclaslarda borcun onun olmasını etiraf edirdi, sadəcə deyir Elşəndən aldıqdan sonra verə bilər, bəs niyə o üzləşmə aktına qol çəkmişdi, hansı ki orda yazılıb İddiaçı yəni orda “Feniks Group” və ya Çərkəzov Elşənin adı yoxdur. Cavabdeh onların malını satıb, ona görə də pulu iddiaçıya o verməlidir, tələb etdikləri pul dükanlarda yox məhz cavabdehdədir, iddiaçı cavabdehi tanıyır dükanları yox, cavabdeh qeyd edir ki pulu Feniks Groupa qaytarıb amma bunun onlara aidiyyatı yoxdur, onlar Elmanı tanıyırlar, o, ididaçının müəssisəsində rəsmi olaraq işləməyib. Əslində cavabhehin borcu çoxdur, bu tələb edilən onun etiraf etdiyi qədəridir, cavabdeh rəsmi olmasa da, faktiki olaraq 2 ay işləyib, şirniyyat götürüb satıb lakin pulunu verməyib, mallar yoxdur bilmirlər ki, həmin un məmulatlarını, şirniyyatları nə edib. Üzləşmədə deyir ki, borcu var, özü də qismən etiraf edir ki malları alıb, bütün bunlarda 2 sənədə istinad edirlər, “Nur-N” və "xxxx" ayrı-ayrı qurumlardır. Sonda iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, Çərkəzov Elşən və Nurəddin müəllim şərikdirlər, şirniyyat sexi Elşən Çərkəzovundur, o da orda satış direktoru olmuşdur, Nurəddin müəllim isə bütün müəssisənin direktorudur, o, mağazada işləmiş, Elşən ora mal gətirəndə onunla tanış olmuşlar, Elşən ona birlikdə işləməyi təklif etmiş, 01 aprel 2022-ci il tarixdə ora işə getmişdir, sonra Elşənlə Nurəddin müəllimin yanına getmiş və ona rəhbərin Nurəddin olduğunu, tanış olmaq üçün getdiklərini bildirmişdir, Nurəddin bəy də ona demişdir ki, bütün oranın işin o apararacaq, işçilərin pullarını, arendaları, kommunal ödənişləri o verib, əmək haqqı məsələsini isə digər şərik Nurəddin bəylə danışmış, ona 2500 maaş və əlavə də 20 faiz satışdan pul olacağı deyilmişdir, bu məsələləri həmin Nurəddinlə danışandan sonra indiki iş üzrə iddiaçının nümayəndəsi olan Nurəddin bəyin yanına gələrək bu məsələləri bildirmişlər, hazırki iddiaçının nümayəndəsi isə demişdir ki, əməkhaqqı məsələsi olmasın iş görülsün, hamısı bir yerdə olsun, nə qazanc olacaqsa hərə öz payına düşəni alar, direktorlar, yəni 2 şərik Nurəddin bəylər, Elşən Çərkəzov və o olmaqla, cəmi 4 nəfər olmuşlar, o, orda satış müdiri kimi işləmişdir, o ora gələndə həmin müəssisənin işçilərə və digər müəssisələrə borcları çox olmuşdur, o, Nurəddinə demişdir ki, işçilərin borclarını versin ki, iş də normal şəraitdə getsin. Nurəddin də bunu etmiş və işçilərin borcları ödənmişdir, cəmi 52 min manat pul verilmişdir, işçilərin pulu onun vasitəsilə verilmişdir, amma 52 min manatı bir dəfəyə yox hissə-hissə 5000 manat, 3000 manat və s. vermişdir, borclar verilən zaman Elşənlə bir stol arxasında oturaraq kimə nə qədər borc varsa ödənilirdi. 20 nəfərə yaxın işçi var idi onların da 2-3 aylardı pulları verilmirdi, ona qədər dükanların iddiaçıya borcu olmayıb. İş qaydası belədir ki, birinci dəfə dükana mal verilir, sonra mal satılırsa pulu alınır satılmırsa, mal alınır geri. Nurəddin bəy onu, Elşəni və mühasibi yanına çağırtdırdı. Borcla bağlı ilkin olaraq mühasibi işdən azad elədi. Ayın əvvəlində hansı mağazalarda nə qədər borc olması ilə bağlı siyahını təqdim etmişdir, indi ondan tələb olunan məbləğ məhz mağazaların onlara, yəni müəssisəyə olan borcdur. O, üzləşmə aktına qol çəkəndə aktda İddiaçı yazıldığını demiş, Elşən isə ona demişdir ki, həmin sənəd onun, yəni Elmanın təsdiq etməyi üçündür, yəni ki o bu qədər mal vermişdir mağazalara, onlara müvafiq olan borc 13433 manatdır. O, Elşən ilə danışanda Elşən ona demişdir ki, onun özünü də direktoru var, o da Nurəddin bəydir. O, "xxxx"a işə getmişdir, işə girməyi məhz oranın "xxxx" olması ilə bağlı deyil, Nurəddin bəyin oranın direktoru olması ona heç bir problem yaratmamışdır, onun üçün "xxxx" və ya Nurəddin bəyin işçisi olmaq fərq eləmir. Bütün əməliyyatları Elşənlə həyata keçirmiş, Elşənlə mağazalara mal vermişlər, dükanlara verilən nisyə malın ümumi dəyəri 13433 manat olub. Ondan əvvəl qaydaları fərgli olmuşdur, belə ki, öz dükanları olmuşdur, onun tanışları çox idi deyə belə qaydaya keçmişlər, bütün şirkətlər indiki iş prinsipi ilə işləyib, ona qədər nağd alış-veriş olub, o, sonradan istehsal olan malı çıxartmış və satışdır,onu işdən çıxartmasa idilər o da işini görəcəkdi, vəsiqəsinin şəklini göndərmişdir, amma hələ işə götürməyiblər, karobkaların üstünə onun adı yazılıb, satış qaydaları biraz fərqlidir: o, gedib firmadan mal alır ilk dəfə, ikinci dəfə isə ilkin malın qiyməti verilir, onu işdən çıxartmasa idilər o öz işini görəcəkdi. Həmin 13433 manatın olduğu dükanlardan hələ də işləyənlər var. İndiki halda həmin dükanlardan o, pulu almaz, çünki artıq siyahını Nurəddin bəyə vermişdir, o, Elşənlə işləyib və "xxxx"un malını satmışdır, iddiaçının əsaslandığı həmin 2 müqaviləni mübahisələndirməmişdir, çünki onları burda görmüşdür, çəkdiyim qol isə depozitləri təsdiq etmək üçün çəkilib. Nurəddin bəy onu işdən çıxarıb yerinə Rafiq gəlib. Ona qol çəkdirəndə demişdir ki, bu qolu çək depozitləri təsdiq et. Ondan həmin pulu, yəni 13433 manatı "xxxx" da tələb edib, sanki onun 2 adama eyni qədər borcu vardır, onun heç kimə borcu olmayıb, qalan pullar isə mağazalarda qalan pullardır, həmin mağazalara Elşəni aparıb, pulu Elşənə ödəyəcəklərini bildirmişdir. Sonda Cavabdeh iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, Cavabdeh “Feniks Group” ilə iş görüb, yalnız onunla əlaqəsi olub, onun bütün əməliyyatları və o cümlədən qaimələri məhz “Feniks Group”la bağlıdır, məhkəməyə təqdim edilən qaimələrdən də görünür ki, bütün münasibətlər “Feniks Group” və Cavabdeh arasında olmuşdur, “Feniks Group”un rəhbəri məhz Elşən Çərkəzov olmuşdur, belə ki, aralarındakı münasibətdən məlum olmuşdur ki, 13433,25 manatlıq mal verilib mağazalara, son olaraq 3 mağaza ilə bağlı anlaşılmazlıq olub və Elşən Çərkəzov onları polisə vermiş, ona məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Sual yaranır ki, 13433,25 manat hardan yaranır və onun İddiaçı MMC ilə əlaqəsi nədir, belə ki, “Feniks Group” ilə bağlı qaimələr mövcuddur və onlarda İddiaçı MMC-nin adı belə çəkilmir, müqavilə olmadan iş görmək də olmaz, bütün münasibətlər müqavilədən əmələ gəlir. Qarşı tərəf üzləşdirməyə istinad edir, heç bir qaimə və s. olmadan necə üzləşmə aparıla bilər? Bütün imzalar da “Feniks Group” və Cavabdeh arasındadır. İddiaçı MMC hansı əsasla Cavabdeh mal verib, mal alıb? Onların tələb etdiyi bu 13433,25 manat nəyə əsaslanır? İddiaçı MMC Cavabdeh heç bir mal verməmişdir. X11 üzləşmə aktı verib və deyib ki, o ya İddiaçı MMC heç bir fərqi yoxdur, eyni şəxslərdir, rəhbərlik eynidir, 13433,25 manata aid iddiaçı "xxxx" MMC-nin heç bir sənədi yoxdur , lakin Feniks Groupla cavabdeh arasında imzalanmış qaimələr var, Üzləşmə aktının kökü olmalıdır, o da yoxdur, Cavabdeh aktı imzalayanda Çərkəzova təqdim etdiyi mağazalardakı pullar ilə bağlı imzalayıb, yəni Feniks Groupdam mallar götürdüyünü və hansı mağazalarda mal olmasını təsdiq etmək üçün, cavabdehi imza atanda aldadıblar, necə olur ki, Çərkəzov da eyni miqdarda pulu cavabdehdən tələb edir, belə çıxır ki fərqli şirkətlər eyni pulu tələb edirlər yəni bir pulu iki adam tələb edir, Çərkəzov da Feniks Groupun rəhbəridir, ilk olaraq məhz Çərkəzov Elşən tələb edib ki məhz dələduzluqla bağlı ki ona 13433,25 manat borc var. Son olaraq polisin qərarında 3 adam yəni, Rafiq, Tural, Nahid bildirəndə ki borcumuz var beləliklə söhbət bağlanır, təqdim etdiyi sənədlərdən malların Feniskin malı olması sübut olunur, cavabdehin hər hansı borcu yoxdur, mallar dükanlara paylanıb bunu alıcılar da təsdiq edir, 13433,25 manat pul dükanlarda qalıb, cavabdehin qol çəkdiyi sənəd onun etirafı demək deyil, Elman istinad edilən sənədlərə qol çəkəndə həmin pulun dükanlarda olması, onların paylanması ilə bağlı qol çəkib. Məhkəmə tərəflərin, onların nümayəndə-vəkillərinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, xx.xx.2024-cü il tarixli məhkəmə iclasında şahid qisimində ifadə verən xx.xx.1965-ci il təvəllüdlü X7 qeydlərini apardığı dəftəri məhkəməyə təqdim edərək bildirmişdir ki, Elman və Elşəni tanıyır, o məhəllə marketdə satıcı işləmiş 2022-ci ilin aprel ayında Elman ona tort və şirniyyat vermək üçün gəldi, Elman dükana mal gətirirdi, qaimə də yazılırdı, qaimə əsasında işləmişlər, sarı qaimə var, İddiaçı eşitməyib, deyəsən yerin adı Cake House idi, qaimə əsasında mal götürüb, iyun ayında təhvil-təslim edib Elşən müəllimə. Bir yerdə gəliblər onlar təhvil-təslimə, Elman deyib ki, təhvil verir Elşənə, daha o aparacaq işləri, pulu Elşənə vermişdir, 479 manat depozitləri var idi, mal vermişdirlər, verəcəyi pulu Elşənə verib, Elşənə 50 manat birinci verib, qazelə oxşayan ağ maşın ilə gəliblər, Elşənin yanında 1 adamda var idi qardaşı idi deyəsən arıq adam idi, müxtəlif vaxtlarda 50 manat, 50 manat, 52 manat verib, 327 manat pul qaldı, ondan da onların quru malından 8 tort və undan keçirib deyə, onların ona borcu vardı, 231 manatlıq ona borclu olmuşlar, ondan 96 manat çıxılmış, 21 avqustda 80 manat vermiş, qalan 16 manat borcu da sonra Elşən müəllimə vermişdir, sonra soyuducunu da onlara vermişdir, Elşəni tanıyır, Nurəddini tanımır, dəftərdə də onun adı yoxdur, Elşən ilə təhvil-təslim edəndən sonra Elmanı görməyib, Elman gəlməyib pul üçün. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında şahid qsimində ifadə verən xx.xx.1993-cü il təvəllüdlü X13 oğlu bildirdi ki, Elmanı tanıyır, Elmandan şirniyyat götürüb, şirniyyatlar “Feniks Group”un idi. Elman da “Feniks Group”un satış müdiri idi, malı ondan götürmüşdür, Nurəddinlə şərik olmuş, əsas iş Elşəndə olmuşdur, malı Elşən və Elmandan faktura ilə götürmüş, sonra pullarını vermişdir, 1 ay çəkdi Elman ordan çıxmış, o, orda işləyəsi olmuşdur, Elman çıxandan sonra malı götürmüş, onların işlərini görmüşdür, Elşəni ora bura aparmış, sürücülük etmişdir, tam olaraq sürücü olmamaışdır, həm də mal satmışdır, çinar şokaladları var idi, keçən qışı orda olmuş, Elmandan mal götürmüşdür, dükana borcu olmamışdır, söz söhbət olanda Polis böməsinə gedib izahat verib, Polis Bölməsində 2 min manatdan çox pul yazılmışdı, qol çəkib, üstünə yazılmışdı. 2200 manat pul vermişdir, atasından alıb Elşənə verib pulu, bunu Nurəddin də bilir, əlbəəl vermişdir Elşənə, bu məsələ Nurəddinin yanında olub verdim. Nurəddin atasına Elşənin borcun verib, 5 min manat borcu olub, orada problem olanda Nurəddin gəlib həll etmişdir, Nurəddin “Feniks Group” ilə əlaqəli idi, cəmi on bir min manat pul verilib. İş materiallarında olan satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, satıcı hazır un məmulatlarını (şirniyyat) hər kiloqramını 3,60 AZN qiymətinə satmağı öhdəsinə götürür, alıcıya satır, alıcı isə öz növbəsində alınan un məmulatlarını (şirniyyat) öz hesabına alıb boşaldılmasını, yerləşdirilməsini öz öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Üzləşdirmə aktından görünür ki, İddiaçı MMC-yə aid qrafada debet hissəsinə 13433,25, Cavabdeh aid qrafada isə kredit hissəsinə 13433,25 qeyd edilməklə, nəticədə xx.xx.2022-ci il tarixə Cavabdeh İddiaçı MMC-yə 13433,25 manat borcu olması qeyd edilmişdir. İş materiallarında olan “X1 ərizəsi əsasında toplanmış rədd materialı”ndan görünür ki, X12 rayon polis idarəsinə Cavabdeh ilə aralarında şirniyyat işinə dair müqavilə bağlandığını, həmin müqavilə əsasında Cavabdeh məmulatların verildiyini, lakin Cavabdeh ödəmələri gecikdirdiyi, gecikməyə görə müxtəlif bəhanələr gətirdiyini, buna görə də xx.xx.2022-ci il tarixdə üzləşmə aktı tərtib edildiyini və həmin tarixə Cavabdeh 13433,25 manat məbləğdə borcu olduğunu, Cavabdeh həmin borcun yaranması kimi mal verdiyi X9 və X6 göstərməyə başladığı qeyd edilmiş, Cavabdeh barəsində tədbirlərin görülməsi ilə bağlı müraciət etmişdir. Həmin müraciətə dair araşdırma izahatı alınmış Cavabdeh izahatında göstərmişdir ki, X4 təxminən 2021-ci ilin noyabr ayından tanıyırmış onunla olan tanışlığı onun şirniyyat sexinin olması və həmin sexdə olan məhsulların alışsatışı ilə əlaqədar olmuşdur. Qeyd etmək istəyirəm ki, onun şirniyyat sexində 2022-ci ilin aprel ayından qeyr-rəsmi şəkildə direktor vəzifəsində çalışmağa başlamış və iyun ayının 17-nə qədər olan müddətdə çalışmışdır. Həmin dövr ərzində işimin mahiyyəti həmin sexdə hazırlanan şirniyyatların digər mağazalara alqı-satqısından ibarət olmuşdur. Həmin fəaliyyəti həyata keçirən zaman Elşən Çərkəzov mənim fəaliyyətimə nəzarət etmiş belə ki alqı satqını həyata keçirməmişdən əvvəl ona bu barədə məlumat verirmiş və onunla birlikdə iş görəcəyi mağazaya bir yerdə gedirmiş. Həmin müddətdə onun özünün alqı satqı həyata keçirdiyi mağazalardan b əlavə olaraq digər mağazalarda olmuş və bütün alqı satqı vahid şəkildə həyata keçirilmişdir. Ticarət əsnasında həmin mağazların nağd pul ödəməyə imkanı olmadığı halda onlara nisyə qaydada şirniyyat verirmiş. Həmin mağazalarla iş gördüyü zaman onların bəzi hallarda verəcəyi məbləğlər qalırmış. Belə ki, həmin mağazalara şirniyyat veriləndən və aralarında aparılan razılaşma əsasında onlar bəzən şirniyyat sexinə mal geri qaytardıqda verilmiş malın, dəyəri ilə əldə olunan qazanc arasında fərqlər yaranırmış və həmin fərqləri şirniyyatı satan zaman qeydiyyatını apardığı üçün hesablaya bilirmiş. X3 barəsində göstərmiş olduqları həqiqəti əks etdirməmişdir. Belə ki, o işlədiyi müddətdə cəmi üç nəfər mağaza sahibinin ona borcu qalmış və onların qeydiyyatını aparıb sexin rəhbərliyinə bildirmişdir. Belə ki, həmin qeydiyyat üzrə Rafiqin ona 2200 manat borcu, Turalın ona 2701 manat və Nahidin isə 1551 manat borcu qalmışdır. Onları Elşənə də bildirmiş və onları Elşənin yanına çağırdıqda onlar bunu Elşənə bildirmişdirlər. Aparılan araşdırma zamanı X9 və X6 izahatları alınmış onlar izahatlarında Cavabdeh dediklərini təsdiq etmişdirlər. Beləliklə aparılmış araşdırma zamanı X1 müraciətində Cavabdeh ona qarşı dələduzluq etməsi faktı öz təsdiqini tapmadığından cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan “Qaimə-faktura”lardan görünür ki, “kimdən” qrafasına “X15” qeyd edilməklə, müxtəlif müəssisələrə - mağazalara un məmulatları verilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 4/206 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 79-80-ci vərəqələrində olan İddiaçı MMC ilə Cavabdeh adından olan 05 aprel 2022-ci il tarixli Alqı- Satqı müqaviləsinin 2-ci vərəqində “Mal Alan” hissəsində “Aslanov. E.” yazıları qarşısındakı imza - Cavabdeh tərəfindən icra olunmuşdur Həmin Rəyə əlavə edilmiş ekspert xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 125 manat təşkil edir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Cavabdeh 2022-ci ilin aprel ayından İddiaçı MMC-də faktiki olaraq satış nümayəndəsi (ekspeditor) funksiyasını icra etmiş, o cümlədən İddiaçı MMC-nin əsas fəaliyyət sahəsinə aid işləri (xidmətləri) yerinə yetirməklə işə başlamış, o, 2022-ci ilin iyun ayına qədər burada çalışmışdır, həmçinin cavabdeh ilə İddiaçı MMC arasında xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsi və xx.xx.2022-ci il tarixdə Üzləşdirmə aktı imzalanmışdır, həmin sənədlərdə də cavabdeh “ekspeditor” kimi göstərilmişdir, cavabdehin gördüyü iş mütəmadi olaraq “Fenix” Groupdan qəbul etdiyi un məmulatlarının müxtəlif mağazalara paylanması və paylanmış məhsulların pulunun toplanaraq geri ödənilməsi olmuşdur, onun yerinə yetirdiyi iş üzrə bəzi mağazalara verdiyi məhsulların pulu qismən toplanmamışdır, onunla İddiaçı MMC arasındakı münasibətlər 2023-cü ilin iyun ayında başa çatmış, həmin tarixdə İddiaçı MMCnin rəhbərliyi tərəfindən Cavabdeh bildirilmişdir ki, “o, faktiki olaraq işlədiyi satış nümayəndəsi (ekspeditor) vəzifəsindən azad edilir”, bundan sonra Cavabdeh, “Fenix” Groupun direktoru Elşən Çərkəzovu un məmulatlarını paylamış olduğu mağazalara apararaq, sonuncuya mağazaların ödəməli olduğu borclar barədə məlumat vermiş, həmçinin mağazalara bundan sonrakı alqı-satqı münasibətlərini “Fenix” Groupun direktoru Elşən Çərkəzov ilə aparacaqlarını bildirmişdir, məhsul qəbul edən mağazalar da öz növbəsində bundan sonra alqı-satqı münasibətlərini Elşən Çərkəzov ilə aparmış, mövcud olan borclar qismən (3650) ona ödənilmişdir. Elşən Çərkəzov xx.xx.2022-ci il tarixdə Xətai rayon Polis idarəsinə müraciət edərək Cavabdeh “xx.xx.2022-ci il tarixli üzləşdirmə aktı əsasında müəyyən edilmiş 13433,25 manat məbləğində pulu” ödəməməklə dələduzluq etməsini bildirmişdir (hansı ki, bu, həm də hazırkı iddia tələbinin əsasını təşkil edir), Elşən Çərkəzovun müraciəti əsasında aparılmış araşdırma nəticəsində Cavabdeh dələduzluq etməsi faktı öz təsdiqini tapmamışdır, hazırda İddiaçı MMC (onun direktoru Nurəddin Məmmədov) məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixli müqavilə və xx.xx.2022-ci il tarixli üzləşdirmə aktına əsaslanaraq Cavabdeh yaranmış borc öhdəliyi kimi 13433,25 manat pulu tələb edir, 0002071, 0002072, 0002073, 0002074, ******* və d. nömrəli qaimələr üzrə məbləğ 10668 təşkil edir. Bununla belə, Cavabdeh İddiaçı MMC-dən mallar qəbul etməsi və bunun nəticəsində sonuncuya borcu olmasına, Cavabdeh “Fenix” Groupdan qəbul etdiyi mallara dair icra edilməmiş öhdəliyinin olmasına, "xxxx"un öz tələb hüquqlarını İddiaçı MMC-yə ötürməsinə dair hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, bu sübutetmə yükü ilə bağlıdır, İddiaçı MMC Cavabdeh ona borcunun olmasına dair sübutetmə vəzifəsi daşıyır, lakin iddiaçı buna dair mötəbər sübutları məhkəməyə təqdim etməmiş, belə hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. Əksinə, iş materiallarında olan şahid ifadələri, cinayət işinin materialları, qaimələr və digər sübutlar əsasında müəyyən olunur ki, cavabdehin iddiaçıya hər hansı bir borcu yoxdur. Belə ki, işin müəyyən olunmuş hallarından da göründüyü kimi, cavabdeh İddiaçı MMC-də faktiki olaraq satış nümayəndəsi (ekspeditor) funksiyalarını icra etmiş, o cümlədən İddiaçı MMC-nin əsas fəaliyyət sahəsinə aid işləri (xidmətləri) yerinə yetirmişdir ki, bu da tərəflərin faktiki əmək münasibətlərində olmalarını göstərir, iddia tələbinin faktiki əsası xx.xx.2022-ci il tarixli müqavilə və xx.xx.2022-ci il tarixli üzləşdirmə aktıdır, həmin sənədlərdə də cavabdeh “ekspeditor” kimi göstərilmişdir. Bundan başqa iş materialları ilə müəyyən olunur ki, iddiaçının tələb etdiyi borc "xxxx" MMC tərəfindən tələb edilən, üzləşmə aktında ifadə olunan, bütövlükdə isə "xxxx" MMC-nin mallarının cavabdeh tərəfindən satışla əlaqədar yaranmış pul məbləğdir, "xxxx"un öz tələb hüquqlarını İddiaçı MMC-yə ötürməsinə dair hallar yoxdur. Belə vəziyyətdə tərəflər arasında mövcud münasibətlərə xitam verilməsi ilə "xxxx" MMC-yə məxsus malların mağazalara paylanması, yaranmış borcların ödənilməsi və hesablaşmaların aparılması ilə bağlı öhdəliklər, münasibətlərdə olduğu şəxslərlə, yəni NUR-N 2020” MMC və "xxxx" MMC ilə qarşılıqlı razılıq əsasında "xxxx" MMC-nin direktoru Elşən Çərkəzova ötürülmüş, həmin münasibətlər sonuncu və müəssisənin digər şəxsləri tərəfindən davam etdirilmiş, bundan sonra isə cavabdehlə "xxxx" arasındakı mülki hüquq münasibətlərindən yaranmış borc məbləği, heç bir hüquqi əsas olmadan, üzləşmə aktı ilə cavabdehin İddiaçı MMC-yə olan borcu kimi rəsmiləşdirilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, həmin sənəd (üzləşmə aktı), cavabdehin iddiaçıya olan borcunu təsdiq edən, bununla da cavabdeh tərəfindən “borcun etiraf” edilməsini ifadə edən sübut kimi nəzərə alına bilməz, əlalxüsus da cavabdeh tərəfdən həmin aktın mübahisələndirildiyi bir vəziyyətdə. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları dedikdə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları, mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları, qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi, elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması, başqa şəxsə zərər vurulması, əsassız varlanma, fiziki və hüquqi şəxslərin digər hərəkətləri, qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə nəzərdə tutulur. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 387.2-ci maddəsinə əsasən, əgər müqavilə üzrə tərəflərdən hər biri digər tərəfin xeyrinə vəzifə daşıyırsa, o, digər tərəfin xeyrinə etməli olduqları barəsində həmin tərəfin borclusu və eyni zamanda ondan tələb etməyə hüququ çatanlar barəsində onun kreditoru sayılır. Həmin Məcəllənin 387.3-cü maddəsinə əsasən, öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən, öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Həmin Məcəllənin 529.2-cİ maddəsinə əsasən, Öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir. Həmin Məcəllənin 852.1-ci maddəsinə əsasən, ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir. Həmin Məcəllənin 854.1-ci maddəsinə əsasən, yük daşınması müqaviləsi və onun həyata keçirilməsi formulyar şəklində tərtib edilən sənədlə (qaimə ilə) təsdiq edilə bilər. Əksi sübuta yetirilənədək qaimə aşağıdakıları təsdiq edir: yük göndərən ilə daşıyıcı arasında müqavilə; bir və ya bir neçə daşıyıcı tərəfindən yükün daşımaya qəbul olunması; yük alan tərəfindən yükün qəbul edilməsi; müqavilə iştirakçılarından birinin bəyan etdiyi reklamasiyalar və ya qeyd-şərtlər; yük göndərənin və ya yük alanın yükə dair sərəncam vermək hüququ; daşıyıcının yükə girov hüququ. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə əsasən, tərəflər çəkişmə prinsipinə uyğun olaraq tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidirlər. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 20 oktyabr 2023-cü il tarixli qərarında aşağıdakılar qeyd edilmişdir: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3-cü hissəsində göstərilən hallarda, o cümlədən işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə əlaqədar tərəflər arasında yaranan münasibətlərin əmək münasibətləri olubolmaması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarında əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, həmin münasibətlərin xarakteri və həqiqi mahiyyəti, işin faktiki halları araşdırılaraq məhkəmələr tərəfindən müəyyən edilməlidir, əmək münasibətləri zahirən müəyyən işlərin yerinə yetirilməsi ilə bağlı mülki dövriyyə subyektləri arasında yaranan mülki münasibətlərə (tapşırıq, podrat, müqavilə münasibətləri və s.) bənzəyir. Lakin bu münasibətlər bir sıra əhəmiyyətli məqamlarda fərqlənirlər ki, bu da həmin münasibətlərin müvafiq olaraq əmək və ya mülki hüquq normaları ilə tənzimlənməsini labüd edir, əmək müqavilələrində işçi əmək funksiyasını şəxsən icra etməli və işəgötürəndən əmək funksiyası ilə bağlı daxil olan tapşırıqları yerinə yetirməli olduğu halda, mülki-hüquqi müqavilələrdə icraçı müqavilədə müəyyən olunan formada nəticə ilə yekunlaşan konkret işi və ya xidməti yerinə yetirməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, İddiaçı MMC-nin “Cavabdeh 13433,25 manat və dövlət rüsumu kimi ödədiyi 130,3 manat, mediasiya orqanına ödədiyi 210 manat məbləğində pulun alınaraq ona verilməsi” barədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə isə hesab edir ki, iddia tələbi rədd edildiyindən, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli, aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 125 manat iddiaçıya aid edilməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun xx.xx.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Mülki Prosessual Məcəllənin 2.1-ci maddəsinə əsasən, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238, 241-244 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı MMC-nin “Cavabdeh 13433,25 manat və dövlət rüsumu kimi ödədiyi 130,3 manat, mediasiya orqanına ödədiyi 210 manat məbləğində pulun alınaraq ona verilməsi” barədə iddia tələbi rədd edilsin. Nur-N 2020” MMC tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 125 (yüz iyirmi beş) manat məbləğində pul İddiaçı MMC-dən alınaraq Məhkəmə Ekspertiza Mərkəzinə (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP XİİİS hesabı: Dövlət xəzinadarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN:**********, Hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar