Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5137/2023 18.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Əhmədova Təranə Rafiq qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" MMC Cavabdeh1 və Cavabdeh2 qarşı – Cavabdeh1 ilə bağlanmış xx.xx.2022-ci il tarixli GARA-134091970 saylı kredit müqaviləsinin ləğv edilməsi, iddiaçı "xxxx" MMC-nin xeyrinə 1.018.99 manat əsas borc, 121.45 manat faiz borcu və 37 manat dəbbə borcu olmaqla, cəmi 1.177.44 manat məbləğində borcun və 32.40 manat ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehlərdən birgə qaydada alınaraq ödənilməsi barədə kiçik iddialara dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh1 arasında 29 iyun 2022-ci il tarixli GARA-13409-1970 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 38% faiz olmaqla 18 (on səkkiz) ay müddətinə 1.500 (bir min beş yüz) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəlikləri lazimi qaydada icrasını təmin etmək məqsədi ilə "xxxx" BOKT MMC, X1 və Cavabdeh2 arasında 29 iyun 2022-ci il tarixdə GARA-13409-1970+ GARA-13412 saylı zaminlik müqaviləsi bağlanmışdır. Tərəflər arasında imzalanmış ödəniş qrafiki ilə kreditin qaytarılması günləri və annuitet məbləği müəyyən etmişdir. Borclu ödəniş qrafikinə əsasən hər ay 110 (bir yüz on ) maat ödəniş etməli idi. Lakin, borclu kreditor qarşısında ödəniş qrafikində nəzərdə tutulmuş ödəniş müddətlərini və məbləğlərini pozmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı "xxxx" MMC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə əlaqədar icraat kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraatdan iddia icraatına keçirilmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin materiallarını araşdıraraq, hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli, GARA-13409-1970 saylı kredit müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən “kredit verən” bu müqavilənin şərtlərinə uyğun olaraq “Borcalan”a məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək və təminatlılıq əsasında 1.500.00 (bir min beş yüz) manat məbləğində 18 ay müddətinə kredit verir. Müqavilənin 1.2-cü bəndinə uyğun olaraq “Borcalan” kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini müqavilədə göstərilmiş qaydada həyata keçirir. Müqavilənin 2.1-ci maddəsinə uyğun olaraq kreditin istifadəsinə görə “Borcalan” illik 38% ödəyir. Müqavilənin 2.3-cü maddəsinə uyğun olaraq kreditlər üzrə faizlərin hesablanması ildə 360 təqvim günü, ayda isə 30 (otuz) təqvim günü götürülməklə hesablanır. Kredit üzrə əsas borc və faizlər annuitet ödənişlər düsturu əsasında hesablanır. Müqavilənin 2.4-cü maddəsinə uyğun olaraq “Borcalan”ın götürdüyü kredit məbləğinə görə faiktiki illik faiz dərəcəsi 42.51% -ə bərabərdir. "xxxx" MMC (“Kreditor”) ilə Cavabdeh2 (“Zamin”) və Cavabdeh1 (“Borclu”) arasında xx.xx.2022-ci il tarixli, GARA-13409-1970+GARA-13412 saylı zaminlik müqaviləsi bağlanmışdır. Müqavilənin 1.2-ci bəndinə uyğun olaraq zaminliklə təmin edilmiş öhdəliyin yaranma əsası “Kreditor” ilə “Borclu” arasında yazılı formada bağlanmış və “Borclu”ya, annuitet qaydada illik 38% faiz hesablanmaqla 18 ay müddətinə 1.500 manat məbləğində kredit verilməsini nəzərdə tutan “xx.xx.2022” tarixdə bağlanmış GARA- 13409-1970 saylı kredit müqaviləsidir. Zaminliklə təmin edilmiş öhdəliyin hissə-hissə icra olunması baxımından müvafiq ödənişlər tərəflərin qarşılıqlı razılığı ilə hər təqvim ayının birində həyata keçirilir və ödənişlərin məbləği verilmiş kreditin həmin ay üçün müəyyən edilmiş əsas məbləği və faizlərin cəmindən ibarət olur. Müqavilənin 2.1-ci bəndinə uyğun olaraq “Zamin” və “Borclu” kredit müqaviləsindən irəli gələn öhdəliyin vaxtında və lazimi qaydada icra olunmasına görə, o cümlədən məhdudlaşmadan, əsas borc və onun faizi kredit müqaviləsində şərtləşdirilmiş müddətdə qaytarılmadığı, kredit müqaviləsində nəzərdə tutulmuş dəbbə borcu və ya siğorta pulu ödənilmədiyi və kredit müqaviləsində göstərilən digər şərtlər yerinə yetirilmədiyi hallarda “Kreditor” qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarında olan GARA-13409-1970 saylı kredit müqaviləsinə 1 saylı əlavədə göstərilmiş ödəniş cədvəli Cavabdeh1 tərəfindən imzalanmışdır. Həmin cədvələ əsasən xx.xx.2022-xx.xx.2023-cü il tarixlərində cəmi 1.997,36 manat ödənişin həyata keçirilməsi nəzərdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş GARA-13409-1970 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2022xx.xx.2023-cü il tarixlərində cəmi 918,20 manat ödəniş etmişdir, onun 1.018,99 manat əsas, 121,45 manat faiz, 37 manat cərimə borcu vardır. İşin materiallarında olan TBC Kredit Bank Olmayan Kredit Təşkilatı» MMC tərəfindən xx.xx.2022-ci il tarixdə Cavabdeh1 və Cavabdeh2 göndərilmiş bildirişin surətindən görünür ki, borcun ödənilməsi barədə onlara xəbərdarlıq ünvanlanmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı ödənilməmiş məbləğlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Odur ki, əsas borc və faizlərin ödənilməsi ilə bağlı iddia tələbləri təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə cərimənin ödənilməsi ilə bağlı iddia tələblərini araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia tələbində göstərilən xx.xx.2022-ci il tarixli müqaviləyə görə cərimənin 37 manat məbləğində deyil, 20 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq sayır. Məhkəmə eyni zamanda digər Cavabdeh2 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, o, kredit müqaviləsi üzrə alınmış borcun qaytarılmasına görə zamin olduğundan, qeyd edilən əsas, faiz və cərimə məbləğlərinin ödənilməməsi üçün məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə həmçinin iddianın 32,40 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbləri qismən təmin edilsin. İddiaçı "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, GARA-13409-1970 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1.018,99 (bir min on səkkiz manat on səkkiz qəpik doxsan doqquz qəpik) manat əsas borc, 121,45 (bir yüz iyirmi bir manat qırx beş qəpik) manat faiz borcu, 20 (iyirmi) manat cərimə borcu və 32,40 (otuz iki manat qırx qəpik) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1.192,84 (bir min yüz doxsan iki manat səksən dörd qəpik) manat borc məbləği alınaraq iddiaçı "xxxx" MMC-nə ödənilsin. İddia tələbləri qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №2(011)-5137/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5137/2023
18.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver