Məhkəmə qərarları › İş №2(011)-5153/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Əlavə qətnamə — İş №2(011)-5153/2022

29.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından ƏLAVƏ QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5153/2022 29.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi ilə, İddiaçı İKB ASC-nin əlavə qətnamə çıxarılmasına dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı, cavabdehdən İddiaçı ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 216.14 manat əsas borc, 11.23 manat faiz borcu, 11.9 manat cərimə və kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixdən, 08 iyul 2022-ci il tarixədək əsas borca illik 5 faizlə hesablanmış 5.25 manat əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 244.52 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5153/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, xx.xx.2019-cu il tarixdə bağlanmış kredit müqaviləsi üzrə 216.14 (iki yüz on altı manat, on dörd qəpik) manat əsas borc, 11.23 (on bir manat iyirmi üç qəpik) manat faiz borcu və kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixindən xx.xx.2022 -ci il tarixinədək əsas borca illik 5 faizlə hesablanmış 5.25 (beş manat, iyirmi beş qəpik) manat əldən çıxmış fayda olmaqla, ümumilikdə 244.52 (iki yüz qırx dörd manat əlli iki qəpik) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. İddiaçı İKB ASC əlavə qətnamə çıxarılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 216.14 manat əsas borc, 11.23 manat faiz borcu, 11.9 manat cərimə və kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixdən, 08 iyul 2022-ci il tarixədək əsas borca illik 5 faizlə hesablanmış 5.25 manat əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 244.52 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulmasına dair əlavə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflər əlavə qətnamə çıxarılmasına dair məsələyə baxılması üçün məhkəmə iclasına çağırılmışlar, lakin onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə hesab edir işdə iştirak edən şəxslərin məhkəmə iclasına gəlməmələri əlavə qətnamə əlavə qətnamənin çıxarılması məsələsinə baxmağa mane olmadığından, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 229.2-ci maddəsinə əsasən, məhkəmə əlavə qətnamə çıxarılması barəsində ərizəyə iştirak edən şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işi nəzərdən keçirərək hesab edir ki, mülki iş üzrə əlavə qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ASC Cavabdeh qarşı, cavabdehdən İddiaçı ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 216.14 manat əsas borc, 11.23 manat faiz borcu, 11.9 manat cərimə və kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixdən, 08 iyul 2022-ci il tarixədək əsas borca illik 5 faizlə hesablanmış 5.25 manat əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 244.52 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia tələbinin 11.9 manat məbləğində cərimənin cavabdehdən alınaraq İddiaçı İKB ASCyə ödənilməsi hissəsinə qiymət verməmişdir. Mülki iş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2019cu il tarixdə bağlanmış 6-Y-1-0-998-19 nömrəli Kredit Müqaviləsinə əsasən kreditor borcluya 36 ay müddətinə, illik 20% olmaqla 7000 manat məbləğində kredit vermişdir. İş materiallarında olan Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2019-cu il tarixli çıxarışına əsasən "xxxx" X1 Açıq Səhmdar Cəmiyyətinin hazırki adı İddiaçı Açıq Səhmdar Cəmiyyətidir. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh qeyd edilən müqavilə üzrə banka 216,14 manat əsas borc, 11,23 manat faiz borcu, 11,9 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 244,52 manat məbləğində borcu vardır. İş materiallarında olan iddiaçının Cavabdeh ünvanladığı xəbərdarlıqdan görünür ki, cavabdehdən borcunu xəbərdarlıq məktubunu aldığı vaxtdan etibarən 5 gün müddətində İddiaçı Banka ödəməyi tələb olunur. Borc könüllü olaraq ödənilmədiyi təqdirdə bank tərəfindən borc məbləğinin borcludan məhkəmə qaydasında tutulması üçün tədbirlər görüləcəyi bildirilmişdir. İddia ərizəsinə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün dövlət rüsumuna görə 30,00 manat məbləğində pul ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia həmin hissələrdə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə cərimənin ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi də əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh ilə İddiaçı İKB ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə cavabdehdən iddiaçının xeyrinə 11.9 manat məbləğində cərimənin ödənilməsi barədə əlavə qətnamə qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 229.1.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər tələblərdən hər hansı biri üzrə sübutlar təqdim etmiş və izahatlar vermişlərsə, bu tələblər barədə qətnamə çıxarılmamışsa, iş üzrə qətnamə çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə aşağıdakı hallarda əlavə qətnamə çıxara bilər. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 229 və 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2019-cu -cu il tarixdə bağlanmış 6-Y-1-0- 998-19 nömrəli Kredit Müqaviləsi üzrə cərimə borcuna görə 11,9 (on bir manat doxsan qəpik) cərimə pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ASC -yə ödənilsin. Əlavə qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar