Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5208/2023 08.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi, İdiiaçı İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Buludxan oğluna qarşı “alimentin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: İddia ərizəsində qeyd edilmiş işin halları:
1. İddiaçı və Cavabdeh Buludxan oğlu 2003-cü il tarixdə rəsmi nikah bağlamışdırlar və bu nikahdan xx.xx.2004-ci il təvəllüdlü X4 və xx.xx.2006-cı il təvəlüdlü X3 anadan olmuşdur.
2. Salyan rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(057)-127/14 saylı qətnaməsi ilə tərəflər arasındakı nikahın pozulması, xx.xx.2004-ci il təvəllüdlü X4 və xx.xx.2006- cı il təvəlüdlü X1 İddiaçı yanında saxlanılması, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 70 manat sabit pul məbləğində alimentin Cavabdeh Buludxan oğlundan İddiaçı xeyrinə tutulması qət edilmişdir.
3. İddiaçı 2016-ci ildə Salyan Rayon Məhkəməsinə aliment məbləğinin artırılması ilə bağlı müraciət etmişdir. Məhkəmənin xx.xx.2016-ci il tarixli, 2(057)-1149/2016 saylı qətnaməsi əsasında xx.xx.2004-ci il təvəllüdlü X4 və xx.xx.2006- cı il təvəlüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Buludxan oğlundan İddiaçı xeyrinə tutulan alimentin məbləği artırılaraq 110 manata çatdırılmışdır.
4. Hal-hazırda X1 17 yaşı var. Salyan Rayonn Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği yetkinlik yaşına çatmayan qızının tələbatının ödənilməsinə yetmir. 5.Digər övladı xx.xx.2004-ci il təvəllüdlü X4 isə universitetdə oxuyur, onun təhsil haqqının yarısının Cavabdeh Buludxan oğlu tərəfindən halhazırki dövr və bundan sonrakı 3 il üçün 850 manat əlavə xərc ödənilməsini tələb edir.
İddiaçının tələbi:
5. xx.xx.2006-cı il təvəlüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan aliment məbləğinin artırılaraq hər ay 220 manat sabit pul məbləğində alimentin iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən Cavabdeh Buludxan oğlundan tutularaq İddiaçına ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
6. İddiaçı xx.xx.2004-ci il təvəllüdlü X2 18 yaşına çatmasına baxmayaraq onun universitetdə oxumasını nəzərə alaraq cavabdehi əlavə xərclərə cəlb etməklə ondan 2023-cü tədris ili üçün ödədiyi 1700 manat təhsil haqqının yarı hissəsinin, yəni 850 manatının Cavabdeh Buludxan oğlundan tutularaq İddiaçına verilməsini eləcə də, bundan sonrakı 3 il təhsil almasını nəzərə alaraq 3 il ərzində ildə 850 manat əlavə xərcin tutulmasından ötəri qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları:
7. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat vermiş və qeyd etmişdir ki, uşaqlar böyüyüb, xərcləri artıb. Böyük oğlan ali məktəbdə ödənişli əsaslarla təhsil alır. Tək qadın olaraq bu xərclərin öhdəsindən təkbaşına gələ bilmir. Ataları uşaqlara kömək etmir. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
8. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilmiş, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab edir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:
9. xx.xx.2014-cü il tarixli, 2(057)-127/14 saylı qətnaməsi ilə tərəflər arasındakı nikahın pozulması ilə xx.xx.2004-ci il təvəllüdlü X4 və xx.xx.2006- cı il təvəlüdlü X1 İddiaçı yanında saxlanılmışdır.
10. Salyan Rayon Məhkəməsinin 2(057)-1149/2016 saylı, xx.xx.2016-ci il tarixli qətnaməsinə əsasən, Salyan Rayon Məhkəməsinin 2(057)-127/14 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə nəzərdə tutulan alimentin miqdarı dəyişdirilərək, xx.xx.2004-ci il təvəllüdlü X4 və xx.xx.2006- cı il təvəlüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, Cavabdeh Buludxan oğlundan 110 manat sabit pul məbləğində cəmi 220 manat alimenin tutularaq İddiaçına ödənilməsi müəyyən edilmişdir;
11. AZ-İİ № 397870 saylı doğum haqqında şəhadətnaməyə əsasən, xx.xx.2006-cı il təvəlüdlü X1 anası İddiaçı, atası isə Cavabdeh Buludxan oğludur;
12. AZ-İ № 602428 saylı doğum haqqında şəhadətnaməyə əsasən, xx.xx.2004-ci il təvəllüdlü X2 anası İddiaçı, atası isə Cavabdeh Buludxan oğludur;
13. xx.xx.2023-cü il tarixli MŞB/16-00920 nömrə ilə Bakı şəhər 16 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və 50 manat məbləğində mediasiya xərcini ödəmiş, Cavabdeh Buludxan oğlu isə iştirak etməmişdir;
Tətbiq edilən hüquq:
14. Azərbaycan Respublikasının Konstitusiyası:
17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.
15. Uşaq hüquqları haqqında 1989-cu il BMT Konvensiyası: 3.1. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. 18.1. İştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. 27.2. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar
16. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya:
8. Şəxsi həyata və ailə həyatına hörmət hüququ 8.1. Hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. 8.2. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətlərin qarşısını almaq üçün, sağlamlığı yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir.
17. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
18. "Uşaq Hüquqları Haqqında" Azərbaycan Respublikası Qanun:
13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafızəsi valideynlərin əsas vəzifələridir.
19. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 233.4. Cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır.
20. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.1. İddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir. 9.1.2. Aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar.
21. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu:
1. 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 27 yanvar 2015-ci il Qərarı.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-cı il tarixli Qərarı.
24. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi” haqqında 28 mart 2016-cı il tarixli Qərarı.
Məhkəmənin mövqeyi:
25. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəflərin izahatını, əlavə edilmiş sənədləri, nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır.
26. Belə ki, iddiaçının tələbi iki hissədən ibarətdir. Birinci hissə xx.xx.2006-cı il təvəlüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan aliment məbləğinin artırılaraq hər ay 220 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulması ilə bağlıdır. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsaslıdır və təmin edilməlidir.
27. Belə ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir (§17). Qanunverici məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur.
28. Məhkəmə qeyd edir ki, 28 mart 2016-cı il Ali Məhkəmənin Plenum qərarına əsasən uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir (§24).
29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarına əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə qiymət verilməli, bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (§23).
30. Məhkəmə hesab edir ki, mübahisə edilən hüquq münasibəti barədə qanuni, əsaslı və ədalətli nəticəyə gəlmək üçün ilk növbədə uşağın üstün maraqları rəhbər tutulmalıdır. Uşaqların “üstün maraqları” konsepsiyası - 20 noyabr 1959-cu il tarixli “Uşaq hüquqları Bəyannaməsi”nin 2-ci maddəsində nəzərdə tutulmuşdur. Bu termindən ilk dəfə 1989-cu ildə BMT-nin “Uşaq Hüquqları Konvensiyası”nın 3-cü maddəsinin 1-ci bəndində istifadə edilmişdir (§15). Uşağın üstün maraqları məsələsi Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər beynəlxalq sənədlərdə (İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya - 8-ci maddə) (§16), dövlətdaxili qanunvericilikdə (Azərbaycan Respublikasının Ailə Məcəlləsi – 6, 51, 56, 58, 60-cı maddələr və s.), o cümlədən Avropa İnsan hüquqları Məhkəməsinin presidentlərində (Pençevi Bolqarıstana qarşı işi, Şvitsgebel İsveçrəyə qarşı işi, Çbihi Loudoudi və başqaları Belçikaya qarşı işi və s.) təsbit edilmişdir.
31. Məhkəmə hesab edir ki, dəyişən yaşayış minumumuna mütənasib şəkildə alimentin miqdarı da dəyişdirilməlidir. Çünki Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcləri insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu fonunda müəyyən edilir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək, normal şəraitdə böyütmək hər iki valideynin borcudur. Beləliklə, məhkəmə hesab edir ki, xx.xx.2006-cı il təvəlüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan aliment məbləğinin artırılaraq hər ay 220 manat sabit pul məbləğində aliment müəyyən edilməlidir.
32. Məhkəmə iddia tələbinin ikinci hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir. Belə ki, xx.xx.2004-ci il təvəllüdlü X4 artıq yetkinlik yaşına çatmış və universitetdə təhsil alır. AR Konstitusiya Məhkəməsinin 27 yanvar 2015-ci il Qərarında qeyd edilir ki, uşaqların yetkinlik yaşına çatması ilə valideynlərin onlara münasibətdə aliment öhdəlikləri xitam olunur. Buna baxmayaraq, valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamaq vəzifəsi daşıyırlar. Valideynin bu vəzifəsinin yaranması üçün aşağıdakı hallar olmalıdır: yetkinlik yaşına çatmış övladın əmək qabiliyyətinin olmaması və onun maddi yardıma ehtiyacının olması. Bu iki hal ayrı-ayrılıqda deyil, birlikdə götürüldükdə valideyn üçün vəzifə yaradır. Başqa sözlə, yetkinlik yaşına çatmış övladın təkcə əmək qabiliyyətinin olmaması valideyndən aliment almaq hüququ üçün əsas deyil. Eyni zamanda, onun maddi yardıma ehtiyacı olması da tələb olunur. Yaxud əksinə, övlad əmək qabiliyyətlidirsə, onun maddi yardıma ehtiyacının olması valideynlərdən aliment tələb etməyə əsas vermir. Beləliklə, yetkinlik yaşına çatmış övladın əmək qabiliyyətinin olmaması və onun maddi yardıma ehtiyacının olması kimi hər iki halın birlikdə mövcud olması faktı məhkəmələr tərəfindən müəyyən edildikdə, valideynlərdən aliment tutula bilər. (§22)
33. Qeyd edilən hüquqi mövqe ilə yanaşı, məhkəmə qeyd edir ki, yetkinlik yaşına çatmış xx.xx.2004-ci il təvəllüdlü X4 üçün alimentin ödənilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququ prosessual qanunvericiliyin tələbi baxımından yetkinlik yaşına çatmış övladın özü tərəfindən həyata keçirilməlidir. Çünki o, tam fəaliyyət qabiliyyətlidir. Yetkinlik yaşına çatmış övlad ilə birlikdə yaşayan valideynlərdən birinin bu barədə tələb irəli sürməsi prosessual qanunvericiliyin tələblərinə uyğun deyil və o, əsl iddiaçı hesab edilə bilməz.
34. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbinin ikinci hissəsi olan xx.xx.2004-ci il təvəllüdlü X2 18 yaşına çatmasına baxmayaraq onun universitetdə oxumasını nəzərə alaraq cavabdehi əlavə xərclərə cəlb etməklə ondan 2023-cü tədris ili üçün ödədiyi 1700 manat təhsil haqqının yarı hissəsinin, yəni 850 manatının Cavabdeh Buludxan oğlundan tutularaq İddiaçı verilməsini eləcə də, bundan sonrakı 3 il təhsil almasını nəzərə alaraq 3 il ərzində ildə 850 manat əlavə xərcin tutulmasına dair iddia tələbi rədd edilməlidir.
35. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2006-cı il təvəlüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Salyan Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli, 2(057)-1149/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş 110 manat aliment miqdarı artırılaraq 220 manat sabit pul məbləği Cavabdeh Buludxan oğlundan tutularaq İddiaçı ödənilməlidir. İddia tələbi qalan hissədə rədd edilməlidir.
36. Aliment tutulmasının əvvəli Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. (§17) 28 mart 2016-cı il Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında məhkəmələrə izah edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir (§24).
Məhkəmə xərcləri:
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.2-ci maddəsinə görə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddiaçı alimentin tutulması ilə bağlı dövlət rüsumunu ödəməkdən azad olduğundan iddianın qiymətinə mütənasib olaraq (MPM-in 112.1.3-cü maddəsinə əsasən 220-110=110; 110x12=1320), yəni 33,20 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır.
38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏT ETDİ:
1. İddia tələbi qismən təmin edilsin.
2. xx.xx.2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Salyan Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli, 2(057)-1149/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq Cavabdeh Buludxan oğlundan hər ay 220 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin.
3. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. 4.İddia tələbi qalan hissədə təmin edilməsin.
5. Cavabdeh Buludxan oğlundan 33,20 (otuz üç manat iyirmi qəpik) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin.
6. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Samirə Eyvazova