Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5219/2022 14.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi Bayramova Nərmin Nizami qızının katibliyi, İddiaçı qızının iştirakı ilə, İddiaçı qızı Cavabdeh alqı-satqı müqaviləsinə üzrə borc tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı qızı Cavabdeh qarşı cavabdehdən 1181 manat məbləğində pul vəsaiti alınıb verilməsi, tərəfindən ödənilmiş hüquqi xidmətə görə haqq və dövlət rüsumu cavabdeh tərəfdən iddiaçıya geri qaytarılması, cavabdeh borcu ödədiyi anadək gecikmə faizləri hesablanması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırımışdır ki, Cavabdeh ilə imzalanmış 08 sentyabr 2020ci il tarixli müqaviləyə əsasən bərbər kreslosu, jurnal masası, reklam lövhəsi cavabdehə təhvil verilmişdir. Cavabdeh bərbər avadanlıqlarına görə 15 noyabr 2020-ci il tarixinədək 1200 manat məbləğində vəsait ödənilməli idi. Lakin, ötən dövr ərzində 510 manat qalıq borc ödənilmişdir. Dəfələrlə müraciət etdiyinə baxmayaraq, cavabdeh hər dəfə müxtəlif yalan və bəhanələr gətirərək müqavilə öhdəliyini yerinə yetirməkdən yayınmışdır. Bundan əlavə, müqavilənin 1.3-cü maddəsini kobudcasına pozaraq, əşyaları həmin ünvandan naməlum əraziyə aparmışdır. Cavabdehlə aparılan danışıqlar, mediasiya cəhdləri və pretenziya məktubu nəticəsiz qalmışdır. Cavabdeh xx.xx.2020-ci il tarixdə 300 manat məbləğində ilkin ödəniş etmiş, xx.xx.2020-ci il tarixdə 450 manat məbləğində aralıq ödəniş və xx.xx.2020-ci il tarixdə 450 manat məbləğində son ödəniş etmişdir. Cavabdeh alınan malların ödəməsini gecikdirdiyi üçün Mülki Məcəllənin 449.1-ci maddəsinə əsaslanaraq, xx.xx.2020-ci il tarixdən başlayaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankının təyin etdiyi 7,5 uçot faiz dərəcəsi ilə hesablanmaqla, gecikmə faizləri ödəməlidir. Bundan əlavə, müqavilə üzrə hüquqi yardımla bağlı 620 manat tərəfindən hüquq firmasına ödənilmişdir. Cavabdehin, müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə iddiaçıya müqavilə üzrə 510 manat əsas borcu, 51 manat gecikmə faizi, 620 manat hüquqi xidmətə görə xərc, ümumilikdə 1181 manat məbləğində zərər vurmuşdur. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli “Əmlak alqı-satqı müqaviləsi”nə əsasən İddiaçı Cavabdeh bərbər kreslosu, jurnal masası, reklam lövhəsini satmış və cavabdeh həmin əşyaya görə 690 manat məbləğində ödəniş etmişdir. İş materiallarında olan iddiaçı tərəfindən cavabdehə ünvanlanmış xəbərdarlıq məktublarından görünür ki, iddiaçı cavabdehdən müqavilə üzrə borcun qısa müddətdə ödənilməsini tələb etdi, qısa müddətdə ödənişin olmadığı təqdirdə, Mərkəzi Bankın müəyyən etdiyi gecikmə faizi, məhkəmə xərcləri və müvafiq hüquqi xidmətlərə çəkilən xərclər də üzərinə gəlməklə, barəsində 1200 manat həcmində iddianın qaldırılacağanı bildirmişdir. İş materiallarına əlavə edilmiş X2 ilə "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixində bağlanılmış 100-348/2022 nömrəli “Hüquqi xidmətlərin göstərilməsi haqqında” müqavilədən görünür ki, müqavilə üzrə sifarişi X1 tapşırığı əsasında məsləhətçi sifarişi və Cavabdeh arasında əmlakın alqı-satqısına dair xx.xx.2020-ci il tarixli müqavilə üzrə əmlak mübahisəsinə dair işin məhkəməyə hazırlanması, o cümlədən, iddia ərizəsinin, vəsatətlərin,şikayətlərin və sairə məhkəmə sənədlərinin hazırlanması həmin sənədlərə dair izahların verilməsi, eləcə də sifarişçinin tələbi ilə məhkəmədə təmsilçilik işlərini yerinə yetirməyi, sifarişçi isə 620 manat məbləğində xidmətlərin dəyərini ödəməyi öhdəsinə götürmüşdülər. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli Ödəniş tapşırığından görünür ki, İddiaçı "xxxx" MMC-yə 620 manat məbləğində pul ödəmişdir. İddia ərizəsinə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 35 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilələr əsasında iddiaçıdan nisyə mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilələr əsasında nisyə mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı ödənilməmiş məbləğlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Buna görə də iddianın həmin hissəsi əsaslıdır. Odur ki, iddianın qeyd edilən hissəsi təmin edilməlidir. Məhkəmə həmçinin iddianın hüquqi xidmətə görə ödənilmiş haqqın əvəzi olaraq 620 manatın və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 35 manat məbləğində pul vəsaitinin cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan hüquqi xidmətə görə ödənilmiş haqqı və dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iddiaya 51 manat məbləğində faizlərin tutulması hissəsində qiymət verərək belə qənaətə gəlir ki, iddia bu hissədə sübuta yetirilmədiyinə görə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər (MM 449.1-ci maddəsi). Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir (MM 449.1-ci maddəsi). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublıkası Konstıtusıya Məhkəməsı Plenumunun 09 iyul 2009-cu il tarixli qərarına istinadən qeyd edir ki, bununla yanaşı, mülki qanunvericilik öhdəliklərin icra edilməməsinə görə məsuliyyət müəyyən edir. Belə ki, MM-in 449.1-ci maddəsi nəzərdə tutur ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: - qanunsuz saxlama; - qaytarmaqdan boyun qaçırma; - ödənilməsini digər şəkildə gecikdirmə; - başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. Əldə edilməsi mənasını nəzərdə tutur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən 449.1-ci maddəsində göstərilən şərtlərin hazırkı mülki iş üzrə mövcud olduğu sübuta yetirilmədiyinə görə iddia 51 manat məbləğində faizin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində təmin edilməməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə əsas borca görə 510 (beş yüz on manat), ödənilmiş hüquqi xidmət haqqının əvəzi olaraq 620 (altı yüz iyirmi) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 35 (otuz beş) manat, ümumilikdə 1165 (bir min yüz altmış beş) manat məbləğində pul vəsaiti tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-5219/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5219/2022
14.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver