Məhkəmə qərarları › İş №2(011)-523/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-523/2024

07.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-523/2024 07.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 6 saylı dövlət notariat ofisinə qarşı “əqdin etibarsızlığı və icra qeydinin ləğv olunması” barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 6 saylı dövlət notariat ofisinə qarşı iddia ərizəsi ilə müraciət edərək, onunla Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli borc müqaviləsinin-əqdin etibarsızlığına və Bakı şəhəri 6 saylı dölvət notariat ofisindən verilmiş xx.xx.2023-cü il tarixli 8İ-4183 saylı icra qeydinin ləğv olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddia ərizəsinə dəqiqləşdirmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərilən 6 saylı notariat kontorunun notariusunun qeyd olunan ünvanı səhv olduğundan onu 6 saylı “ASAN Xidmət mərkəzinin notariat ofisi X2 təsdiqlədiyi ünvan qeyd ilə əvəz edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, X6 tanışı Cavabdeh1 2021-ci il ərzində hissə-hissə olaraq 31.514 manat alaraq aldatmaqla dələduzluq etmişdir. Həmin faktla bağlı AR DİN-nin BMCMİ-də AR CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılmış və Elnur Məmmədov cinayət məsuliyyətinə cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilməklə məhkəmə məsuliyyətinə verilmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsində cinayət işinə baxılan müddətdə zərərçəkmiş şəxsə 10.000 manat ödəniş edilmiş, qalan məbləğin hissə-hissə ödənilməsinə dair onunla razılaşma əldə olunmuş, həmin müddətdə Elnur Məmmədov həbsdə olduğundan razılaşmaya əsasən iddiaçı ilə zərərçəkmiş Cavabdeh1 arasında Bakı şəhəri 6 saylı Dövlət Notariat Kontorunda formal xarakterli olaraq 21.514 manatla bağlı 3M-503 saylı xx.xx.2022-ci il tarixli borc müqaviiəsi bağlanmış, müqavilənin bitmə tarixi xx.xx.2022-ci il tarixinə müəyyən edilmişdir. Zərərçəkmiş Cavabdeh1 razılaşma əsasında ərizə ilə məhkəməyə müraciət etdikdən sonra Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Elnur Məmmədov barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilərək o azadlığa buraxılmışdır. X8 borcun müəyyən qismini 4000 manatım (qəbzləri mövcuddur) qaytarsada, öhdəliyinə tam əməl etməyərək Cavabdeh1 borcunu vermədiyindən aralarında bağlanmış formal borc müqaviləsinə əsasən notariat kontoruna müraciət etmiş və notariat kontorundan göndərilən icra qeydinə əsasən Yasamal rayon İcra şöbəsində icra işi açılmışdır.Həmin icra işinə əsasən Cavabdeh1 tələbkar, iddiaçı isə borclu statusunu almışdır. Cavabdeh1 21.500 manat borcun Elnur Məmmədovdan tutularaq ona ödənilməsinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai rayoı məhkəməsinə müraciət etmiş və məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixdə qətnamə qəbul olunmuş, iddia təmin olunmuşdur. X6 borcun ona məxsus olduğuna dair yazılı qəbz imzalamışdır, həmin qəbzi digər sənədlərlə o cümlədən qətnamə ilə birlikdə ərizə ilə icra şöbəsinə təqdim edilmişdir. Cavabdeh1 pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi, cavabdeh qismində X5 qoyması, borcun iddiaçının deyil X3 olduğunu bilavasitə göstərən haldır. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli borc müqaviləsi həqiqəti əks etdirmir, həmin müqavilə cavabdehin şərtinə əsasən formal olaraq iddiaçı ilə onun arasında bağlanmışdır. Bu hal isə borc müqaviləsinin, yəni əqdin əhəmiyyətsiz əqd olmasını təsdiq etdiyindən məhkəmə tərəfindən əqdin etibarsız hesab edilməs üçün əsas ola bilər. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, izahatında bildirmişdir ki, Cavabdeh1 2022-ci ilin mayından Elnur Məmmədovun cinayət işində görə tanımışdır. Elnur tərəfindən ödənilmiş ziyan onun atası və anası tərəfindən ödənilmirdi. Cinayət işinin gedişində Cavabdeh1a 10 000 pul ödənilmiş, 21 514 manat qalmışdır. Zərərçəkmişlə barışıq əldə edilməsi məqsədi ilə onunla kredit müqaviləsi bağlamış və həmin gün cavabdeh tərəfindən ərizə verilmiş, Elnur Məmmədova məhkəmə hökmü ilə həbs verilməmişdir. Hökm çıxandan sonra da Cavabdeh1 təxminən 4 000 manat ödənilmişdir. Keçən il fevral ayında icra məmurundan zəng gələndə ona məlum olmuşdur ki, icra qeydi çıxarılmışdır. Bundan sonra Seymura zəng vurmuşdur, Elnur ilə birlikdə icra şöbəsində izahat yazmış və orada icra məmuruna da məlum olmuşdur ki, müqavilə formaldır. Sonradan Cavabdeh1 əsas borclu olan Elnur Məmmədova da qarşı iddia ərizəsi ilə müraciət edərək, 21500 pulun tutulması barədə qətnamə qəbul edilmişdir. Bankda olarkən də pulu ondan başqasına verilə bilməyəcəyindən, o, pulu götürən kimi Cavabdeh1 vermişdir. Elnur Məmmədov onun qızı ilə birlikdə işləmişdir. Elnurun anası ona müraciət edib, köməklik etməyini istəmişdir. İddiaçı, özü də hüquqşünasdır. Cavabdeh1 o vaxt ona demişdir ki, Elnurun atasını və anasını tanımış, lakin pulun ona vermədiklərini demişdir. İddiaçının Elnura təzyiqləri nəticəsində, dəymiş ziyanın məbləğindən 5000 ödənilmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbzin surətindən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarına əlavə edilmiş Elnur Məmmədov tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qəbzin mətnindən “X6 bu qəbzi verirəm ondan ötrü ki, tanışım Cavabdeh1 olan 31514 manat borcumdan 10 000 manatını ödəmişəm, qalan 21514 manat borcumla bağlı mənim və onun razılığına əsasən tanışım İddiaçı ilə sonuncu arasında notarial qaydada formal xarakterli borc müqaviləsi bağlanmışdır. Hazırda həmin borc müqaviləsinə əsasən Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsində icra işi vardır. İcra qeydinə əsasən açılmış icra işi üzrə borclu İddiaçı olsa da, həmin borc faktiki olaraq mənim borcumdur və ödəniş mənim tərəfimdən olunacaqdır. Qəbzi heç bir təzyiq təsiri olmadan təsdiq ediləm. Düzdür imzamla təsdiq edirəm” görünür. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)- 4481/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, cavabdeh X1 21500 manat məbləğində pul vəsaiti və 165 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçı Cavabdeh1 xeyrinə tutulmuşdur. Həmin mülki iş üzrə məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçının izahatı və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-211/2022 saylı 16 may 2022-ci il tarixli hökmündə cavabdeh tərəfindən verilmiş izahatla təsdiq edilir ki, Cavabdeh1 22 fevral 2021-ci il tarixdən 27 fevral 2021-ci ilədək olan müddət ərzində 31.514 manat pulu birgə dərman işi ilə məşğul olub qazanc əldə etmək üçün hissə-hissə olmaqla Elnur Məmmədova vermiş, sonuncu pulu Cavabdeh1 Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən “Medical Plaza"-nın yaxınlığındakı Bravo Marketin qarşısında almış, Cavabdeh1 31.514 manat pulu aldıqdan sonra həmin puldan borclarını ödəmiş və qalan hissəni də özü üçün xərcləmişdir. Məhkəmə istintaqı zamanı cavabdeh Elnur Məmmədov həmin borc məbləğindən 10000 manat pulu hissə-hissə olmaqla iddiaçı Cavabdeh1 ödəmiş, geri qalan məbləğ, yəni 21500 manat hazırki günədək geri qaytarılmamışdır. İş materiallarına əlavə edilmiş borc verən Cavabdeh1 ilə borc alan İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, borc verən borc alana 21514 manat məbləğində borc verir. Borc alan krediti xx.xx.2022-ci il tarixinədək borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin müqavilənin 7-ci maddəsinə əsasən ödəniş müddətinin keçirilməsi haqqında kreditorun borcluya yazılı bildiriş göndərməsindən qanunla müəyyən edilmiş müddətdən sonra borc notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli icra qeydinin surətindən görünür ki, Bakı şəhəri 18 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 3M-503 reyestrli kredit müqaviləsinə əsasən ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh1 xeyrinə ünvan 3 ünvanında qeydiyyatda olan İddiaçı müddət üçün vaxtında ödənilməmiş 21514 manat və tələkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu, cəmi 21539 manat pul tutulmuşdur. Bakı şəhəri 18 saylı notariat ofisi tərəfindən məhkəməyə təqdim edilmiş notariat işinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli xəzinə mədaxil orderlərindən görünür ki, Cavabdeh1 tərəfindən Bakı şəhəri 18 saylı notariat ofisinin depozitinə 21 514 manat və 43.02 manat məbləğində pul köçürmüşdür. İş materiallarında olan GB 147246 nömrəli çekdən görünür ki, İddiaçı 21514 manat məbləğində pulu xx.xx.2022-ci il tarixində qəbul etmişdir. Bakı şəhəri Yasamal rayon İcra şöbəsi tərəfindən məhkəməyə təqdim edilmiş icra işinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli icraata başlamaq barədə qərardan görünür ki, icra qeydi üzrə icraata başlanılmış, tələbin könüllü icrası haqqında bildiriş xx.xx.2023-cü il tarixində borclu tərəfindən qəbul edilmişdir. Həmçinin həmin icra işindən görünür ki, İddiaçı icra qeydinin ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyindən icra məmurundan icra hərəkətlərinin dayandırlması barədə tədbirlər görülməsini xahiş etmişdir. İş üzrə şahid qismində dindirilmiş X4 öz ifadəsində bildirmişdir ki, iddiaçını bir neçə ildir tanıyır. O, Vəkillər Kollegiyasının üzvüdür. Təxminən 2022-ci ilin aprel-may aylarında Elnur Məmmədov AR Cinayət MƏcəlləsinin 178.24-cü maddəsi ilə həbsdə idi. Elnurun cinayət işində müdafiəçisi olmuş və həmin cinayət işinə elə Xətai Rayon Məhkəməsində baxılmışdır. 31 514 borc məsələsi var idi. Bir-iki məhkəmə prosesi olmuş və ziyanın ödənilməsini tələb edilirdi. Cinayət işinin gedişində 10 000 manat pul ödənilmişdir.Cavabdeh1 demişdir ki, Elnur həbsə getsə ziyanın qaytarılması mümkün deyil, ən yaxşısı razılıq əldə edilsin. Mülkiyyət əleyhinə cinayətlərdə zərərçəkənin ərizəsi əsas olduğundan, onlar razılıq əldə etmək üçün tədbirlər görmüşlər. Həmin ərəfədə Seymur bir şərt qoşdu ki, onun Elnura və ailəsinə etibarı olmadığı üçün kimsə onunla müqavilə bağlasın. Ona görə də Nazim ilə Seymur arasında formal müqavilə bağlandı. Elnurun anası Azərbaycan Dillər Universitetində müəllim işləyir, atası da ayrı təsərrüfat aparır. Onda olan məlumata görə ödənilən 10 000 manat pulun 5000 manatını Nazim yığmışdır. Müqavilə bağlanan gün Seymur ərizəni imzalamış, məhkəmədə də ona 10 000 manat pul ödənildiyini bildirmişdir. Hökm çıxandan sonra Elnur təxminən 4000-5000 manat pulu Seymura ödəmişdir. Borcun ödənilməsinə təsir üçün icra qeydi verilib. İcra məmuruna da məlum oldu ki, formal müqavilədir. Sonradan icra məmuru da onlara məlumat vermişdir ki, Seymur tələb edib, həmin məbləği Elnurdan tələb etmiş və bununla bağlı məhkəmə qətnaməsi mövcuddur. Cavabdeh məhkəmə iclaslarında gəlmir, yəqin deməyə sözü yoxdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu 76-cı maddəsinə əsaən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə və tələb etmək hüququnun yarandığı gündən üç ildən çox keçməmişsə, idarə, müəssisə və təşkilatlar arasındakı münasibətlərdə isə bir ildən çox keçməmişsə aparılır. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur Həmin Qanunun 79-cu maddəsinə əsasəm icra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir. “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın təsdiq edilməsibarədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 nömrəli qərarının 161-ci bəndinə əsasən borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaqvə ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir.Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının izahatını dinləyib, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Belə ki, məhkəmə araşdırması zamanı mübahisəli müqavilənin etibarsız əqd kimi tanınması üçün əsaslar mövcud deyildir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2022ci il tarixində kredit müqaviləsi bağlanmış, həmin kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 21514 manat məbləğində borc pul vermiş, borc alan isə krediti xx.xx.2022-ci il tarixinədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixində iddiaçının müraciət əsasında icra qeydi verilmiş və həmin icra qeydinə əsasən Cavabdeh1 xeyrinə İddiaçı vaxtında ödənilməmiş 21 514 manat və tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu, cəmi 21 539 manat pul tutulmuşdur. Hazırda isə iddiaçı həmin kredit müqaviləsini tanışı X3 barəsində azadlığdan məhrumetmə növündə cəzanın tətbiq edilməməsi üçün formal olaraq xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin bağlandığını, ona görə də əqdin etibarsız hesab edilməsini və həmin əqdin hüquqi nəticəsi olan icra qeydinin ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə qeyd edir ki, mülki qanunvericilik tərəfindən əqdin etibarlı olması aşağıdakı şərtlər sistemi daxilində müəyyən edilir: 1) məzmunun qanuniliyi; 2) əqdi həyata keçirən hüquqi və fiziki şəxslərin əqddə iştirak etmək qabiliyyətinin olması; 3) iradə və iradə ifadəsinin müvafiqliyi; 4) əqdin formasına riayət edilməsi. Göründüyü kimi əqdlərin etibarlılığı onu təşkil edən elementlərin etibarlılığından asılıdır. Əqdin hansı elementinin qüsurlu olmasından asılı olaraq, etibarsız əqdlər bir neçə qrupa bölünür: subyektiv tərkibinin, iradənin, formanın və məzmunun qüsurlu olduğu etibarsız əqdlər. Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur. İddiaçı cavabdehlə bağladığı 16 may 2022-ci il tarixli kredit müqaviləsinin uydurma əqd olmasını, onunla cavabdeh arasında bağlanmış müqavilənin formal xarakter daşımasını, əsas məqsədin borc pul verilməsi olmadığını iddia ərizəsində qeyd etsə də, bu halları təsdiq edə biləcək hər hansı bir sübut məhkəməyə təqdim edə, yəni öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Halbuki, qanunvericilin tələbi baxımından hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə tərəfindən sorğu edilərək, təqdim edilmiş notariat işindən müəyyən olunur ki, müqavilə bağlanan zaman 21514 manat pul vəsaiti Cavabdeh1 tərəfindən notariat ofisinin depozit hesabına ödənilmiş və Əmanətlərin Sığortalanması Fondu tərəfindən məhkəməyə təqdim edilmiş həmin tarixli çekdən görünür ki, notariat ofisinin depozitindən 21514 manat məbləğində pul vəsaiti X7 tərəfindən götürülmüşdür. İddiaçı məhkəmə iclaslarında bankdan 21514 manat məbləğində pulun götürülərək, elə həmin yerdə Cavabdeh1 verdiyini bildirsə də, bu halı təsdiq edəcək sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iddiaçının 21514 manat məbləğində pul vəsaitinin xx.xx.2022-ci il tarixində 1(011)-211/2022 saylı hökmü ilə öz təsdiqini tapmış X3 Cavabdeh1 vurduğu ziyan olduğunu və həmin tarixdə aralarında kredit müqavilə bağlanmasının məqsədi Elnur Məmmədovun azadlıqdan məhrum edilməməsi olması barədə dəlilinə münasibətdə qeyd edir ki, hökm ilə müqavilənin eyni tarixdə olması həmin müqavilənin uydurma olmasını və tərəflər arasında borc müqaviləsinin qanunvericliyinin tələblərinə zidd olaraq bağlanması demək deyildir. Həmçinin məhkəmə şahid ifadəsinə münasibət bildirərək qeyd edir ki, şahidin ifadəsi digər iş materialları ilə öz təsdiqini tapmadığından mötəbər sübut kimi qiymətləndirilə bilməz. Məhkəmə iddia tələbinin kredit müqaviləsi əsasında verilən icra qeydinin ləğv edilməsi hissəsi ilə bağlı isə qeyd etmişdir ki, iddia həmin hissədə də əsassızdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilə “Notariat haqqında” Azərbaycan Respublikasının Qanuna və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”a uyğundur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrisinə qarşı “əqdin etibarsızlığı və icra qeydinin ləğv olunması” barəsində iddiası təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar