Məhkəmə qərarları › İş №2(011)-5279/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5279/2023

02.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5279/2023 02.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçınun Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia ərizəsində qeyd edilmiş işin halları:

1. İddiaçı hal-hazırda Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi 119, Voladarski Fabriki yataqxanasında yaşayır. Cavabdeh iddiaçının tanışıdır.

2. İddiaçı Cavabdeh 2021-ci ildə 2100 manat borc pul vermişdir. Borc pulu ticarətlə məşğul olmaq məqsədi ilə istədiyini və iddiaçını da özünə şərik edəcəyini bildirmişdir. Aradan 2 il keçməsinə baxmayaraq Cavabdeh 2100 manat borcunu ödəmir, telefon zənglərinə cavab vermir.

İddiaçının tələbi:

3. Cavabdeh 2100 manat məbləğində borcun tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

4. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh 1800 manat məbləğində borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Cavabdehin iddiaya münasibəti:

5. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizəyə əsasən, Cavabdeh İddiaçı 1400 manat borc öhdəliyinin olmasını qəbul etmişdir. İşdə iştirak edən şəxslərin izahatları:

6. Məhkəmə iclasında İddiaçı öz izahatında iddia ərizəsinə uyğun izah verərək qeyd etmişdir ki, Cavabdeh 1800 manat məbləğində borcun tutulması ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh öz izahatında qeyd etmişdir ki, iddiaçıdan həqiqətən pul götürmüşdür, hal-hazırda 1400 manat borcu qalıb, 150 manat məbləğində pul vəsaitinin köçürdüyü hesabın isə İddiaçı məxsus olmasını sübut edə bilmir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:

8. “X4” ASC tərəfindən verilmiş, Cavabdeh AZ65UBAZ**********1010AZN002 nömrəli hesab üzrə xx.xx.2022-xx.xx.2023 tarixli dövrlər üzrə mədaxil və məxaric əməliyyatları üzrə çıxarışa əsasən, cavabdeh tərəfindən İddiaçı xx.xx.2022-ci il tarixdə 150 manat, xx.xx.2022ci il tarixdə 150 manat olmnaqla cəmi 300 manat pul ödənilmişdir.

9. İddiaçı tərəfindən Xətai RPİ-nin 34-cü PŞ-nin rəisi, polis polkovnik-leytenantı cənab Məhşur Hüseynova ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizəyə əsasən, ümumilikdə 2100 manat borc pul verməsi, lakin bugünədək geri qaytarılmamasını bildirilmişdir.

10. Cavabdeh tərəfindən Xətai RPİ-nin 34-cü PŞ-də verilmiş xx.xx.2022-ci il tarixli izahata əsasən, Cavabdeh izahatında bildirmişdir ki, Südabə adlı xanıma ümumilkdə 2100 manat borcu var və hissə-hissə borclu olduğu pulu ödəyəcək.

11. İddiaçı tərəfindən Xətai RPİ-nin 34-cü PŞ-də verilmiş izahata əsasən, Cavabdeh ümumilikdə 2100 manat borc pul verməsi, lakin Cavabdeh borclu olduğu pulu verməkdən müxtəlif bəhanələr gətirərək imtina etməsi öz əksini tapmışdır.

12. Xətai RPİ-nin 34-cü PŞ-nin sahə rəisi, polis mayoru Emin Qəhrəmanov tərəfindən xx.xx.2022-ci il tarixli X1 müraciəti ilə bağlı görülmüş işlərə dair arayışa əsasən, xx.xx.2022-ci il tarixdə İddiaçı Xətai RPİ-nin 34-cü PŞ-nə ərizə ilə müraciət edərək Cavabdeh ümumilikdə 2100 manat borc pul verməsi, lakin bugünədək geri qaytarılmamasını bildirilmişdir. Cavabdeh izahatında bildirmişdir ki, faizi ilə birlikdə Südabə adlı xanıma ümumilikdə 2100 manat borcu var və hissə-hissə borclu olduğu pulu ödəyəcək. Ərizə baxılarkən müəyyən olunmuşdur ki, ərizədə baxılan xüsusatlar mülki xarakterlidir, vətəndaşa mülki qaydada məhkəməyə müraciət etməsinə yazılı məlumat verilməsi məqsədəmüvafiq hesab edilmişdir.

13. xx.xx.2022-ci il tarixli, 202536A saylı məktuba əsasən, İddiaçı müraciəti ilə əlaqədar araşdırma aparıldığı, lakin borc pul məsələsi mülki xarakterli olduğundan məhkəmənin səlahiyyətlərinə aid olduğu üçün aidiyyatı üzrə müraciət etməsi tövsiyə olunmuşdur.

14. İş materiallarına əlavə edilmiş flaş kart və “Azər-Türk Bank”-ın debet kartı.

Tətbiq edilən hüquq:

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 439.1. Pul öhdəliyi manatla ifadə edilməlidir.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. ... Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. ... 742.2. Əgər borc müqaviləsində borcun qaytarılması üçün müddət müəyyən edilməmişdirsə, borcverən borcun qaytarılmasını istənilən vaxt tələb edə bilər. Borcverənin icra tələbini almış borcalan bir ay müddətində borcu qaytarmalı, habelə faizləri və (və ya) haqları ödəməlidir, bu şərtlə ki, tərəflərin razılaşması ilə daha uzun müddət nəzərdə tutulmasın.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 14.3. Məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarı: “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...”

Məhkəmənin mövqeyi:

18. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəflərin izahını, əlavə edilmiş sənədləri, nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.

19. Mülki araşdırma zamanı müəyyən edilmişdir ki, tərəflər arasında 2021-ci il tarixdə borc müqaviləsi bağlanılmış (MM m.739.1, 739.2) və həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh qarşılıqlı razılığa əsasən üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir.

20. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, Cavabdeh İddiaçı ticarət ilə məşğul olmaq məqsədi ilə 2100 manat məbləğində borc pul verməsini xahiş etmiş, lakin İddiaçı olan 2100 manat məbləğində borcunu geri qaytarmamışdır. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qisməm etiraf edərək iddiaçıdan 2100 manat məbləğində pul götürdüyünü, həmin puldan 700 manatını ödədiyini, hal-hazırda iddiaçıya 1400 manat borcu qaldığını bildirmişdir.(§6) Məhkəmə qeyd edir ki, cavabdeh 700 manat ödədiyini qeyd etsə də, mülki iş materiallarına əlavə olunmuş “X4” ASC tərəfindən verilmiş mədaxil və məxaric ödəmələrinə dair çıxarışa əsasən, Cavabdeh tərəfindən İddiaçı 300 manat pul ödəniş ödənildiyi sübuta yetirilmişdir.

22. Məhkəmə AR MPM-nin 77.1-ci maddəsinə istinad edərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh tərəf ödədiyini qeyd etdiyi 700 manatdan 300 manat ödəməsini sübuta yetirə bilmişdir.

23. İddiaçı xx.xx.2023-cü ildə iddia ərizəsinə dəqiqləşdirmə verərək Cavabdeh 1800 manat məbləğində borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının həqiqətən tərəfə 1800 manat pul verməsi fakrtı öz təsbitini tapmışdır.

24. Məhkəmə hesab edir ki, tərəflər arasında mövcud olan öhdəlik münasibətlərinə uyğun olaraq iddiaçı tərəf öz öhdəliyini yerinə yetirmişdir. Lakin cavabdeh tərəfin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli (MM m.442) və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. (MM m. 443.1, 448.1 və 448.2). Cavabdeh 1800 manat məbləğində borc tutlaraq İddiaçı ödənilməlidir.

25. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1800 manat məbləğində borc tutlaraq İddiaçı ödənilməlidir.

Məhkəmə xərcləri:

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi ilə bağlı tələb olmadığından iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

28. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

1. İddia təmin edilsin.

2. Cavabdeh 1800 (min səkkiz yüz) manat tutularaq İddiaçı ödənilsin.

3. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin.

4. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar