Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5293/2021 09.08.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçının nümayəndəsi X5, Cavabdeh2 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər X4 və Cavabdeh2 qarşı “kredit məbləğinin geri qaytarılması tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Kreditor “AtaBank" ASC ərizə ilə məhkəməyə müraciət edərək borclular X2 və Cavabdeh2 müştərək qaydada kreditorun xeyrinə 18.04.2014-cü il tarixli, 3936 NF saylı kredit müqaviləsi üzrə 5019,17 ABŞ dolları əsas borc, 2973 ABŞ dolları faiz borcu olmaqla, cəmi 7992,17 ABŞ dolları, 20 manat dövlət rüsumunun və 12 manat notariat xərclərinin tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Kreditor tələbini onunla əsaslandırmışdır ki, “AtaBank" ASC-nin Nərimanov filialı ilə X6 arasında bağlanılmış 18.04.2014-cü il tarixli, 3936 NF saylı kredit müqaviləsinə əsasən, borcluya şəxsi məqsədlər üçün 36 ay müddətinə, 6370 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı qismində, həmin müqavilədən irəli gələn bütün pul tələblərinə Cavabdeh2 zamin durmuş, bu məqsədlə onunla 18.04.2014-cü il tarixli, 3936 NF saylı zaminlik müqaviləsi bağlanmışdır. X1 bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, borclunun hazırda banka olan əsas borcu 5019,17 ABŞ dolları, faiz borcu 2973 ABŞ dolları, ümumilikdə 7992,17 ABŞ dolları məbləğində kredit borcu təşkil edir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16.08.2017-ci il tarixli, 2(011)-8973/2017 saylı məhkəmə əmri ilə borclular X2 və Cavabdeh2 kreditor “AtaBank" ASC-nin xeyrinə 5019,17 ABŞ dolları əsas borc, 2973 ABŞ dolları faiz borcu olmaqla, cəmi 7992,17 ABŞ dolları borcun və 32 manat məhkəmə xərcinin tutulması əmr edilmişdir. Borclu Cavabdeh2 məhkəmə əmrindən verdiyi etiraz əsasında Xətai Rayon Məhkəməsinin qərardadı ilə həmin məhkəmə əmrinin ləğv olunması və iddia icraatına keçilməsi qərara alınmışdır. Daha sonra iddiaçı ləğv prosesində olan İddiaçı ASC iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər X2 və Cavabdeh2 müştərək qaydada kreditorun xeyrinə 18.04.2014-cü il tarixli, 3936 NF saylı kredit müqaviləsi üzrə 2509,53 ABŞ dolları əsas borc, 1527,47 ABŞ dolları faiz borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cii il tarixli Plenum qərarına əsasən hesablanmış 538,65 ABŞ dolları faiz borcu olmaqla, cəmi 4575,65 ABŞ dolları borcun və 20 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X7 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı ASC ilə X6 arasında bağlanmış 18.04.2014-cü il tarixli, 3936 NF saylı kredit müqaviləsindən göründüyü kimi, kreditor borc alana 36 ay müddətinə, aylıq faiz dərəcəsi 24% olmaqla 6370 ABŞ dolları məbləğində kredit vermişdir. AtaBank” ASC ilə Cavabdeh2 arasında bağlanmış 18.04.2014-cü il tarixli, 3936 NF saylı zaminlik müqaviləsindən görünür ki, zamin kredit müqaviləsi üzrə əsas borc, faizlər, dəbbə pulu, borc tutulması üzrə məhkəmə xərcləri və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımağı, müqavilə ilə üzərinə götürdiiyü vəzifələrin vaxtında və lazııni qaydada icra olunmasını və onların pozulmasına yol verilməməsini üzərinə götürmüşdür. 29.07.2021-ci il tarixli maliyyə arayışından görünür ki, X3 18.04.2014-cü il tarixli, 3936 NF saylı kredit müqaviləsi üzrə banka olan borcu 2509,53 ABŞ dolları əsas borc, 1527,47 ABŞ dolları faiz borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014cii il tarixli Plenum qərarına əsasən hesablanmış 538,65 ABŞ dolları faiz borcu olmaqla, cəmi 4575,65 ABŞ dolları təşkil edir. 2 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 23.06.2019-cu il tarixli, 024310 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 02.06.2019-cu il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası MM-nin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası MM-nin: 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 477-ci maddəsinə əsasən zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.2. əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; 477.0.3. kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 04.09.2012-ci il tarixli Qərarında göstərilir ki, “Kreditor və borclu arasında bağlanan müqavilədən irəli gələn öhdəliklərin icrasını təmin edən zaminlik müqaviləsi aksessor xarakter daşıyır. Zaminliyin aksessor xarakteri ondan ibarətdir ki, zaminlik müqaviləsi icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir. Zaminlik birtərəfli, konsessual müqavilədir. Müqavilənin birtərəfli olması kreditorun zamindən borclunun məsuliyyətini öz üzərinə götürməsini tələb etməsində, zamin tərəfindən isə borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin təmin edilməsində öz əksini tapır. Zaminlik - əvəzsiz müqavilədir və zaminin əsas borclunun öhdəliyi ilə bağlı məsuliyyəti öz üzərinə götürməsi müqabilində kreditor zamin qarşısında heç bir öhdəlik daşımır. Kreditor qarşısında zaminlik öhdəliyinin əmələ gəlməsinin özünəməxsus əsası vardır. Belə ki, zaminlik müqaviləsinin bağlanması nə zaminin, nə də kreditorun hüquq və öhdəliklərinin yaranmasına səbəb olmur. Zaminin kreditor qarşısında borcu ödəmə öhdəliyi, habelə kreditorun zaminə qarşı tələbi yalnız MM-in 472.1-ci maddəsində göstərildiyi kimi, borclunun əsas öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsindən sonra yaranır.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il Qərarında göstərilmişdir ki, “kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər”, kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə Mülki Məcəllənin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə əlavə hüququ yaranır”. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, məhkəmə iclasında araşdırılan sübutlarla İddiaçı ASC ilə cavabdeh X6 arasında bağlanmış 18.04.2014-cü il tarixli, 3936 NF saylı kredit müqaviləsinin bağlanılması, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 18.04.2014-cü il tarixli, 3936 NF saylı zaminlik müqaviləsinə əsasən zaminin kredit müqavilədən irəli gələn bütün pul tələblərinə borc alanla birgə məsuliyyət daşıması, zaminlik müqaviləsinə xitam verilməsi üçün əsasların mövcud olmaması, borc alan X3 02.06.2019-cu il tarixdə vəfat etməsi, 118.04.2014-cü il tarixli, 3936 NF saylı kredit müqaviləsi üzrə ödənilməmiş 2509,53 ABŞ dolları əsas borc, 1527,47 ABŞ dolları faiz borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cii il tarixli Plenum qərarına əsasən hesablanmış 538,65 ABŞ dolları faiz borcu olmaqla, cəmi 4575,65 ABŞ dolları borcun qalması təsdiq edildiyindən, iddia tələbi qismən təmin edilməli, həmin borc məbləği Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 244-cü maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh2 118.04.2014-cü il tarixli, 3936 NF saylı kredit müqaviləsi üzrə 2509,53 ABŞ dolları əsas borc, 1527,47 ABŞ dolları faiz borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cii il tarixli Plenum qərarına əsasən hesablanmış 538,65 ABŞ dolları faiz borcu olmaqla, cəmi 4575,65 (dörd min beş yüz yetmiş beş dollar, 65 sent) ABŞ dolları borc (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) və 20 (iyirmi) manat dövlət rüsumu iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №2(011)-5293/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5293/2021
09.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver