Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-538/2024 01.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı cavabdehlər Bakı şəhəri 6 saylı Dövlət Notariat Kontoru və Cavabdeh2 qarşı icra qeydinin ləğvi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi. İddia tələbi: İddiaçı cavabdehlər Bakı şəhəri 6 saylı Dövlət Notariat Kontoru və Cavabdeh2 qarşı Bakı şəhəri 6 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş 8İ-12190 nömrəli xx.xx.2023-cü il tarixli icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılsa da, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh mülki işə iddiaçının iştirakı olmadan baxılmasına təkid etdiyinə görə məhkəmə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İddianın dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçı ilə Cavabdeh2 arasında Bakı şəhəri 6 saylı Dövlət Notariat Ofisinin Xüsusi X1 tərəfindən 3M-1168 nömrəli reyestr nömrəsi ilə təsdiq edilmiş xx.xx.2021-ci il tarixində bağlanmış “Kredit müqaviləsi”nin 1-ci bəndinə əsasən “Borc verən” “Borc alan”a 200000 ABŞ dolları yəni, AR Mərkəzi Bankının təyin etdiyni məzənnə ilə 340000 manat məbləğində pul borc vermişdir. Həmin müqavilənin 2 və 3-cü bəndlərinə əsasən “Borc alan” krediti xx.xx.2022-ci il tarixədək “Borc verən”ə qaytarmağı öhdəsinə götürmüş və tərəflər krediti faizsiz verilməsini şərtləndirmişlər. Cavabdeh2 tərəfindən notariat ofisinə müraciət edərkən tələb olunan sənədləri natamam təqdim etmiş, əsas borc məbləği şişirdirilmiş, bu isə öz növbəsində hazırkı icra sənədi üzrə işin mübahisəli olmasına dəlalət edir. Belə ki, iddiaçı tərəfindən Cavabdeh2 borc müqaviləsi üzrə müxtəlif vaxtlarda həm nağd, həm onun cari bank kart hesabına borc məbləğləri üzrə ödənişlər edilmişdir. Bundan başqa borclu və ya notariat ofisi tərəfindən icra qeydinin aparılacağı barədə iddiaçıya bildiriş təqdim edilmişdir. Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin bildiriş və “icraata başlama haqqında” qərarından məlum olmuşdur ki, Cavabdeh2 ödənişlər nəzərə alınmamış və hazırkı icra sənədi üzrə mübahisənin mövcud olmasına baxmayaraq cavabdeh Bakı şəhəri 6 saylı Notariat Ofisi 8İ-12190 saylı 18 avqust 2023-cü il tarixli icra qeydi vermişdir. Həmin icra qeydinə əsasən iddiaçıdan Cavabdeh2 xeyrinə əsas borc üzrə 200000 ABŞ dolları tutulmuşdur. Etirazın dəlilləri Cavabdeh2 nümayəndəsi və vəkili məhkəmə iclasında iddiaya etiraz edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh Bakı şəhəri 6 saylı Notariat Ofisi məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılsa da, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İşin halları Cavabdeh2 ilə cavabdeh İddiaçı arasında xx.xx.2021-ci il tarixində kredit müqaviləsi bağlanılmış, müqaviləyə əsasən Cavabdeh2 İddiaçı 200000 ABŞ dolları məbləğində pul borc vermişdir. Borc alan krediti xx.xx.2022-ci il tarixinədək borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 7-ci bəndinə əsasən ödəniş müddətinin keçirilməsi haqqında kreditorun borcluya yazılı bildiriş göndərilməsindən sonra qanunla müəyyən edilmiş müddətdən sonra borc notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada aparılır. İpoteka saxlayan Cavabdeh2 ilə ipoteka qoyan İddiaçı arasında xx.xx.2021-ci il tarixində bağlanılmış 3M nömrəli İpoteka müqaviləsinə əsasən ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında yerləşən 141,1 kv.m. olan bağ evinin və həmin ünvandan yerləşən ümumi sahəsi 0,02083 ha olan torpaq sahəsini M saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədi ilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir. Bakı şəhəri 6 saylı notariat ofisinin xüsusi X1 tərəfindən İddiaçı məxsus ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 141,1 kv. olan bağ evi və mülkiyyətində olan 0,02083 ha torpaq sahəsi ünvanında yerləşən əmlaka tutma yönəldilmişdir. Öhdəliyi müəyyən edən müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 200000 ABŞ dolları əsas borc, 0,00 ABŞ dolları faiz borcu olmaqla, cəmi tutulmalı məbləğ 200000 ABŞ dolları təşkil edir. İcra qeydi xx.xx.2023-cü il tarixində aparılmışdır. Məhkəmə sorğusu üzrə məhkəməyə təqdim edilmiş sənədlər xx.xx.2023-cü il tarixində aparılmış icra qeydi, yuxarıda göstərilən kredit və ipoteka müqavilələrindən ibarət olmuşdur. Cavabdeh2 tərəfindən məhkəməyə təqdim edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubun sürətindən görünür ki, müraciət edənin xx.xx.2023-cü il tarixli elektron müraciətə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi 4999 bağ evində dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. İddia tələbinin hüquqi əsası: “Notariat haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 76. İcra qeydləri üzrə pul məbləğlərinin tutulması və əmlakın tələb edilib alınması Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 36. İpoteka predmetinə tutmanın yönəldilməsi qaydası 36.1. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. 36.2. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə aşağıdakı məlumatlar əks etdirilməlidir: 36.2.1. müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti; 36.2.2. icra olunmalı öhdəlik barədə məlumat; 36.2.3. ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq; 36.2.4. bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası. 36.3. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. 36.3-1. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin ipotekanın dövlət qeydiyyatı orqanında qeydə alınması barədə ipoteka saxlayanın ərizəsi elektron imza ilə təsdiqlənmiş elektron sənəd formasında təqdim edildikdə, ipotekanın dövlət qeydiyyatı orqanının səlahiyyətli şəxsi ərizəni elektron imzası ilə təsdiqləməklə elektron formada ərizəçiyə qaytarır.https://e-qanun.az/framework/9902 36.4. Tutmanın yönəldilməsi proseduru aşağıdakı hallarda davam edə bilməz: 36.4.1. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1-ci maddəsinə uyğun olaraq təqdim edildikdən sonra 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə; 36.4.2. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunla nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən etibarsız sayıldıqda. Maddə 37. İpoteka predmetinə tutmanın yönəldilməsi zamanı məhkəmə müdafiə tədbirləri 37.1. İpoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. 37.3. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət verildikdə, ipoteka müqaviləsində nəzərdə tutulan faizlər, dəbbə pulu və sair haqlar müvafiq olaraq hesablanır. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimat
161. Borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə, “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron formada müraciət edirlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofislərinə müraciət edə bilərlər. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur.[267] Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. ...İcra qeydinin aparılması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron qaydada təqdim edilmiş sənədlərin və ya məlumatların qanunvericiliyin tələblərinə uyğunluğu və borcun mübahisəsizliyi notarius tərəfindən müəyyən edildikdən sonra informasiya sistemi vasitəsilə icra qeydi aparılaraq müvafiq sənəd “Elektron notariat” informasiya sistemi ilə “Elektron icra” informasiya sisteminə göndərilir. Tələbkar və ya borclunun müraciəti əsasında icra qeydinin informasiya sistemində saxlanılan nüsxəsi notariat qaydasında təsdiq edilməklə təqdim edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti bu Təlimatın 169- 1-ci hissəsində müəyyən edilmiş qaydada həyata keçirilir.
162. İcra qeydi aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2000-ci il tarixli, 156 saylı qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”
1. Pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq olunmuş əqdlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) notariat qaydasında təsdiq edilmiş əqdin əsli; 1-1. İpoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar sənədlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) ipoteka kağızının əsli və ipoteka saxlayanın hüquqlarının müvafiq reyestrdə dövlət qeydiyyatını təsdiq edən sənədin əsli və ya daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının elektron sistemindən müvafiq çıxarış və ya ipoteka müqaviləsinin əsli və onun müvafiq reyestrdə dövlət qeydiyyatına alınması barədə müvafiq sənədin əsli b) ipoteka saxlayanın “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatları əks etdirən və ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına göndərilmiş, habelə, müvafiq reyestrdə qeydə alınmış bildirişinin əsli; bildirişin surətinin isə ipoteka saxlayana məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilməsi barədə sənədin əsli. Sənədin elektron üsulla göndərilməsini təsdiq edən sənəd “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinə uyğun olaraq əldə edilir.
Məhkəmənin mövqeyi:
Məhkəmə tərəfin izahatını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsaslı hesab edilərək təmin edilməlidir. Belə ki, qanunvericiliyin tələblərinə əsasən icra qeydi borclunun olduğu yer üzrə notarius tərəfindən aparılır. Lakin İddiaçı Bakı şəhərinin Nəsimi rayonu ərazisində qeydiyyatda olmağına baxmayaraq, “Elektron Məhkəmə” İnformasiya Sistemindən görünür ki, onun barəsində icra qeydi aparan Bakı şəhəri 6 saylı notariat ofisi Xətai rayonu ərazisində yerləşir. Belə olan halda məhkəmə hesab edir ki, mübahisəli icra qeydi “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun və “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın müddəaları pozulmaqla aparılmışdır. Digər tərəfdən 6 saylı Notariat Ofisi tərəfindən məhkəməyə təqdim edilmiş icra qeydinə dair sənədlərin arasında ipoteka kağızının əsli və ipoteka saxlayanın hüquqlarının müvafiq reyestrdə dövlət qeydiyyatını təsdiq edən sənədin əsli və ya daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının elektron sistemindən müvafiq çıxarış və ya ipoteka müqaviləsinin əsli və onun müvafiq reyestrdə dövlət qeydiyyatına alınması barədə müvafiq sənədin əsli təqdim edilməmişdir. Halbuki qeyd edilən sənədlər, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2000-ci il tarixli, 156 saylı qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar notariusa mütləq qaydada təqdim edilməli sənədlərin siyahısında qeyd edilmişdir. Lakin qeyd edilən sənədlər, sonradan da nə notariat ofisi, nə də cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Digər tərəfdən İddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatları əks etdirən və ipoteka qoyanın ünvanına göndərilmiş, habelə, müvafiq reyestrdə qeydə alınmış bildirişinin əsli sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilməsi barədə sənədin əslinin də notariusa təqdim edildiyi məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Belə ki, mübahisələndirilən icra qeydinə əlavə edilmiş sənədlərin arasında qeyd edilən sənədlər yoxdur. Məhkəmə qeyd edir ki, Cavabdeh2 vəkili tərəfindən məhkəməyə İddiaçı Süleyman oğluna ünvanlanmış Bakı şəhəri 6 saylı Notariat Ofisinin notariusu tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 1066 nömrəli tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə borcun ödənilmədiyi təqdirdə icra qeydi aparılaraq icra olunması üçün aidiyyəti orqanlarına göndəriləcəyi barədə məktub qanunvericiliyin tələblərinə zidd olaraq notarius tərəfindən tərtib edilmiş, həmin məktubun həqiqətən də borcluya göndərildiyinə dair məhkəməyə hər hansı sənəd təqdim edilməmişdir. Yenə də cavabdehin vəkili tərəfindən məhkəməyə təqdim edilmiş poçt qəbzinin surətindən də görünür ki, Cavabdeh2 tərəfindən İddiaçı xx.xx.2023-cü il tarixində hər hansı məktub göndərilmiş, lakin həmin məktubun özü məhkəməyə təqdim edilməmişdir. Digər tərəfdən Bakı şəhəri 6 saylı Notariat Ofisinin notariusu tərəfindən göndərilmiş məktubun tarixi ilə (xx.xx.2023-cü il) poçt qəbzinin tarixi (xx.xx.2023-cü il) arasında uzun müddətin olduğu nəzərə alınmaqla, məhkəmə belə qənaətə gəlir ki, poçt qəbzi yuxarıda qeyd edilən məktuba aid deyildir. Digər tərəfdən Bakı şəhəri 6 saylı Notariat Ofisinin notariusu tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 1066 nömrəli məktubun surətindən müəyyən edilir ki, həmin məktub ümumiyyətlə qanunvericliyin tələblərinə uyğun tərtib edilməyib. Belə ki, məktubda ipotekanın müvafiq reyestrdəki qeydiyyat anı və nömrəsinə istinad edilməməklə yanaşı borclunun icra etməli olduğu öhdəlik barədə (borcun məbləği) də hər hansı məlumat qeyd edilməmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, hər iki sənədin sürəti təqdim edilmişdir ki, bu da Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin yazılı sübutlara dair müəyyən edilmiş tələblərinə ziddir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, borclu İddiaçı kredit müqaviləsi üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı qanunvericilklə müəyyən edilmiş qaydada məlumatlandırılmamış və bununla da ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət etmək hüququndan məhrum edilmişdir. Halbuki, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Məhkəmə müdafiəsi hüququ pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin şərh edilməsinə dair” 2015-ci il 22 may tarixli Qərar). Bununla yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu L.İ.Binnətovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarında qeyd etmişdir ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda, bu hüququn hüdudları kimi düzgün tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, icra qeydinin qanunvericiliyin tələblərinə uyğun verilməməsi İddiaçı konstitusion hüququ olan hüquq və azadlıqlarının məhkəmə müdafiəsi hüququndan məhrum etmişdir. Beləliklə qanunvericiliyin tələblərinə uyğun tərtib edilməyən Bakı şəhəri 6 saylı Notariat Ofisinin Bakı şəhəri 6 saylı Notariat Ofisinin xx.xx.2023-cü il tarixli 8İ-12190 nömrəli icra qeydi ləğv edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
qət etdi:
İddia təmin edilsin. Bakı şəhəri 6 saylı Notariat Ofisinin xx.xx.2023-cü il tarixli 8İ-12190 nömrəli icra qeydi ləğv edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Əminə Abbasova