Məhkəmə qərarları › İş №2(011)-5435/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5435/2025

07.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5435/2025 07.11.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Nəcəfova Evelina Ramid qızının katibliyi, İddiaçı, onun nümayəndələri və vəkilləri Vəkil1 və Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-nə qarşı “dəymiş ziyanın ödənilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh MMC-nə (Cavabdeh MTK-nə), X4 və Baxışov Xaləddin Vəkil oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək – İddiaçı Bakı şəhəri, Xətai rayonu, 2337-ci məhəllə, Məhəmməd Hadi küçəsində Cavabdeh MTK tərəfindən inşa olunan yaşayış binasının qeyri-yaşayış hissəsinin 2-ci mərtəbəsində yerləşən mənzil kimi istifadə olunan qeyri-yaşayış sahəsindən sahiblik və istifadə hüququnun tanınması və ya həmin əmlakın alınması üçün çəkilmiş 200.000 (iki yüz min) manat zərərin birdəfəlik cavabdehlərdən tutulması və ya (İddiaçı bu pulun) ödənilməsi ilə eyni vaxtda mübahisələndirilən qeyri-yaşayış sahəsindən çıxarılması barədə iddia ərizəsi (bundan sonra “iddia tələbləri”) ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə bu iddia tələbləri cavabdeh X4 qarşı irəli sürülmüş tələblər hissəsində icraata qəbul edilmişdir. (C.Alışov tərəflərin arasında əvvəllər aparılmış məhkəmə mübahisəsində müstəqil proses iştirakçısı olmamışdır). Həmçinin bu qərardadla sözügedən iddia tələbləri cavabdehlər Cavabdeh MMCnə (Cavabdeh MTK-nə), X4 (yuxarıda qeyd olunmuşdur) və Baxışov Xaləddin Vəkil oğluna qarşı “Bakı şəhəri, Xətai rayonu, 2337-ci məhəllə, Məhəmməd Hadi küçəsində Cavabdeh MTK tərəfindən inşa olunan yaşayış binasının qeyri-yaşayış hissəsinin 2-ci mərtəbəsində yerləşən, mənzil kimi istifadə olunan qeyri-yaşayış sahəsinin alınması üçün çəkilmiş 200.000 (iki yüz min) manat zərərin birdəfəlik şəkildə cavabdehlərdən tutulması” hissəsində icraata qəbul edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin digər xx.xx.2025-ci il tarixli qərardadı ilə cavabdehlər Cavabdeh MMC-nə (Cavabdeh MTK-nə) və Baxışov Xaləddin Vəkil oğluna qarşı verilmiş iddia tələblərinin “İddiaçı Bakı şəhəri, Xətai rayonu, 2337-ci məhəllə, Məhəmməd Hadi küçəsində Cavabdeh MTK tərəfindən inşa olunan yaşayış binasının qeyri-yaşayış hissəsinin 2-ci mərtəbəsində yerləşən mənzil kimi istifadə olunan qeyriyaşayış sahəsindən sahiblik və istifadə hüququnun tanınması və ya iddiaçıya dəymiş zərərin ödənilməsi ilə eyni vaxtda həmin qeyri-yaşayış sahəsindən çıxarılması” hissəsində icraata qəbulundan imtina olunmuşdur. Bu qərardad onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehlər Cavabdeh MMC-nə (MTK) və Baxışov Xaləddin Vəkil oğluna qarşı Bakı şəhəri, Xətai rayonu, 2337-ci məhəllə, Məhəmməd Hadi küçəsində Cavabdeh MTK tərəfindən inşa olunan yaşayış binasının qeyri-yaşayışının 2-ci mərtəbəsində yerləşən 95 kv.m, mənzil kimi istifadə olunan qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüququnun tanınması” tələbləri üzrə və Cavabdeh MTK-nın bu iddiaçıya (İddiaçı) qarşı mübahisəli “sahədən çıxarılma” tələbləri üzrə qanuni qüvvəsini almış məhkəmə aktı vardır. (Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 yanvar 2020-ci il tarixli, 2(011)-91/2020 nömrəli qətnaməsi, həmin qətnaməni qüvvədə saxlayan Bakı Apellyasiya Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2(103)-444/2021 saylı qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-2502/2022 nömrəli, 14 iyun 2022-ci il tarixli qərarı). Hazırki iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-63 8/2024-019 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh MTK və İddiaçı arasında bağlanmış, Bakı şəhəri, Xətai rayonu, 2337-ci məhəllə, Məhəmməd Hadi küçəsində inşa olunmuş, çoxmənzilli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən 95 kv.m sahənin xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsi və MTK tərəfindən verilmiş maliyyə arayışları xx.xx.2016-cı il tarixli yekun maliyyə arayışı istisna olmaqla etibarsız hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin həmin qətnamənin icrası ilə bağlı verdiyi icra vərəqəsi əsasında İddiaçı Bakı şəhəri, Xətai rayonu, 2337-ci məhəllə, Məhəmməd Hadi küçəsində Cavabdeh MTK tərəfindən inşa olunan yaşayış binasının 2-ci mərtəbəsində yerləşən 95 kv.m qeyri-yaşayış sahəsindən (hazırda mənzildən) çıxarılması müəyyən edilib. Xətai rayon İcra Şöbəsinin icraçısı tərəfindən izahat alınmasına aid təqdimatına Bakı Apellyasiya Məhkəməsində baxılmış, borclu şəxs İddiaçı Xətai rayonu 2337-ci məhəllə, M.Hadi küçəsi, Cavabdeh MTK tərəfindən inşa olunan 95 kv.m qeyri-yaşayış sahəsindən (mənzildən) çıxarılma ilə bağlı izahatında xüsusi dəyişiklik etməmişdir. İddiaçı yaşadığı ünvan qeyd edilən çoxmərtəbəli yaşayış binasının qeyri-yaşayışının ikinci mərtəbəsi olan, statusuna görə qeyri-yaşayış sahəsi sayılır. İddiaçı tərəfindən mənzil kimi istifadə edilsə də bu sahə Daşınmaz Əmlakın Reyestrində qeyri-yaşayış sahəsi statusundadır. Bakı Apellyasiya Məhkəməsinin 14 yanvar 2025-ci il tarixli icra vərəqəsində yaşayış binasının ikinci mərtəbəsində göstərilən ünvan yaşayışa aiddir. İddiaçı məxsus sahəyə aid deyil. Cavabdeh MMC-də (MTK) 40 % payçı yəni təsisçilərdən olan Baxışov Xaləddin Vəkil oğlunun Xətai icra şöbəsinə yazılı ərizəsində İddiaçı hazırda sahibliyində olan bu qeyriyaşayış sahəsinin ona məxsus olması 12 iyul 2016-cı il tarixli yekun maliyyə arayışlarına istinad edilərək həmin sahənin vicdanlı əldə edən sahibi və istifadəçisi olmaqla həmin əmlakın İddiaçı saxlanması və İddiaçı bu ünvandan çıxarılmasına zərurət olmadığı bildirilmişdir. 29 may 2014-cü il tarixli keçmiş sədr C.Alışovla aralarında olan pay bölgüsü və səlahiyyətlərin bölgüsünə aid notarial qaydada təsdiq olunmuş müqavilə də əsas tutulmaqla 40 %-li payçı, həmsədr kimi ərizə ilə müraciət edərək bu icra işinin icraatına xitam verilməsini təklif etmişdir. Əlavə olaraq bildirilir ki, İddiaçı sahibliyində olan həmin əmlak onun maliyyə vəsaiti hesabına əsaslı təmir edilmiş və mənzil kimi istifadə olunur. Bildirir ki, hazırda sahibliyində olan qeyri-yaşayış sahəsində 8 ildən artıqdır ki, tam təmir etməklə ailə üzvləri ilə yaşayır. Həmin əmlakın dəyəri tərəfindən tam ödənilməklə Cavabdeh MTK-dan alqı-satqı ilə almışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-638/2024-019 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı, həmin qərarın qüvvədə qalması barədə Ali Məhkəmənin 25 dekabr 2024-cü il tarixli qərarının təsviri və əsaslandırma hissələrində Cavabdeh MTK-nın keçmiş sədri C.Alışov tərəfindən imzalanmış, hüquqi şəxsin möhrü ilə təsdiq edilmiş, AR Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin xətşünaslıq ekspert rəyi ilə həqiqiliyi təsdiq olunmuş, İddiaçı və X13 barəsində “Yüksəliş-С’’ МТК tərəfindən möhürlə təsdiq edilərək verilmiş xx.xx.2016-cı il yekun maliyyə arayışında mübahisələndirilən Xətai rayonu, M.Hadi 2337-ci ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının qeyri-yaşayış hissəsinin 2ci mərtəbəsində yerləşən mənzil kimi istifadə edilən sahələrin pulu onlar tərəfindən tam ödənilmiş, gələcəkdə bu əmlak paylarına qarşı hər hansı iddia tələbinin olmayacağı barədə zəmanət verilmişdir. Cavabdeh Baxışov Xaləddin Vəkil oğlu məhkəməyə yazılı ərizə ilə müraciət edərək bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-638/2024-019 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Cavabdeh MTK tərəfindən verilmiş maliyyə arayışları etibarsız hesab edilmiş, İddiaçı Xətai rayonu, 2337-ci məhəllə, Məhəmməd Hadi küçəsində "xxxx" MTK tərəfindən inşa olunan yaşayış binasının 2-ci mərtəbəsində yerləşən 95 kv.m sahəsi olan qeyri-yaşayış sahəsindən (hazırda mənzildən) çıxarılması müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin icra vərəqəsi üzrə borclu şəxs İddiaçı Xətai rayonun 2337-ci məhəllə M.Hadi küçəsi Cavabdeh MTK tərəfindən inşa olunan 95 kv.m sahəsi olan qeyri-yaşayış sahəsindən hazırda mənzildən çıxarılma ilə bağlı bildirir ki, İddiaçı yaşadığı ünvan qeyd edilən çoxmərtəbəli yaşayış binasının qeyriyaşayışının ikinci mərtəbəsidir. Həmçinin İddiaçı tərəfindən mənzil kimi istifadə edilsə də bu sahə Daşınmaz Əmlakın Reysterində qeyri-yaşayış sahəsi statusundadır. “Yüksəliş - C “(MTK) MMC-də 40% payçı, yəni təsisçilərdən olaraq, İddiaçı hazırda sahibliyində olan bu qeyri-yaşayış sahəsinin ona məxsus olması 12 iyul 2016-cı il tarixli yekun maliyyə arayışına istinad edərək həmin əmlakın İddiaçı saxlanılması və İddiaçı bu ünvandan çıxarılmasına zərurət olmadığını bildirir. Keçmiş sədr C.Alişovla aralarında olan pay bölgüsü və səlahiyətlərin bölgüsünə aid notarial qaydada təsdiq olunmuş 29 may 2014-cü il tarixli müqaviləni əsas tutmaqla 40%-li payçı, həmsədr kimi müraciət edərək, bu mülki işin icraatına barışıq sazişi baqlamaqla xitam verilməsini təklif edir. Ümummilli Lider Heydər Əliyevin yaratdığı Azərbaycan Respublikasının Konstitusiyasının “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı”-na aid 71ci maddənin Vİ hissəsində yazılır ki “Azərbaycan Respublikası ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir. İstinad etdiyi Konstitusiya norması İddiaçı Cavabdeh MTK-ya pulunu tam ödəməklə 2016-cı ildə aldığı və hazırda sahiblik etdiyi binanın qeyri-yaşayışının İİ mərtəbəsində yerləşən, təmir edib 8 ildir ki yaşadığı, orta bazar dəyəri 200.000 manat təşkil edən mübahisələndirilən əmlak payının, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza mərkəzi tərəfindən verilmiş Ekspert rəyi əsasında düzgünlüyü, həqiqiliyi və mötəbərliliyi ekspert rəyi əsasında dövlət adından təsdiq edilmiş “12 iyul 2016-cı il tarixli” X7 və İddiaçı adına Cavabdeh MTK-nın keçmiş direktoru olmuş X3 imzası ilə təsdiq edilmiş, Cavabdeh MTK-nın həqiqi möhürü ilə təsdiqlənmiş, X11 təqdim edilmiş yekun maliyyə arayışında mübahisələndirilən əmlak payının dəyərinin tam ödənildiyi, tam təsdiq edildiyi və həmin paya “Yüksəliş-C “ MTK tərəfindən hər hansı bir iddia və tələbin olmayacağı barədə yazılı zəmanət verilmişdir. Bu hüquq əhəmiyyətli halları məhkəmənin diqqətinə çatdıraraq İddiaçı ailəsi ilə qanuni əldə etdiyi Xətai rayonu M.Hadi küçəsi 120D binasının qeyri- yaşayışının İİ mərtəbəsində yerləşən, tam təmirli mənzil kimi istifadə etdiyi, ailə üzvləri ilə 8 ilə yaxındır ki, yaşadığı sahədən çıxarılmağa aid icra vərəqəsinin ləğv edilməsi, başlanmış icra işinə xitam verilməsi barədə qərarın qəbul edilməsini xahiş edir. Daha sonra İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil1 məhkəməyə yazılı ərizə ilə müraciət edərək, cavabdehlərin siyahısının dəqiqləşdirilməsinə zərurətin olduğunu bildirmişlər və cavabdeh qismində yalnız "xxxx" MMC-nin saxlanılmasını xahiş etmişlər. İddiaçı cavabdehlər X4 və Baxışov Xaləddin Vəkil oğluna qarşı iddia tələblərini müdafiə etmədiyindən, qeyd olunmuş şəxslər cavabdehlər siyahısından çıxarılmışdır. Mülki işə baxılması İddiaçı Cavabdeh MMC-nə qarşı “Bakı şəhəri, Xətai rayonu, 2337-ci məhəllə, Məhəmməd Hadi küçəsində Cavabdeh MTK tərəfindən inşa olunan yaşayış binasının qeyri-yaşayış hissəsinin 2-ci mərtəbəsində yerləşən, mənzil kimi istifadə olunan qeyri-yaşayış sahəsinin alınması üçün çəkilmiş 200.000 (iki yüz min) manat zərərin birdəfəlik şəkildə cavabdehdən tutulması” barədə iddia tələbləri üzrə davam etdirilmişdir. İddiaçı, onun nümayəndələri və vəkilləri Vəkil1 və Vəkil2 iddia tələblərini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahatlar vermişlər və iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Cavabdeh MMC məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbləri təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli 2(011)-91/2020 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi, mənzildən çıxarılma tələbinə dair” qarşılıqlı iddia ərizəsi təmin edilmiş, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 06 may 2016-cı il tarixli müqavilə və “Yüksəliş-C" MTK tərəfindən verilmiş maliyyə arayışlarının etibarsız hesab edilməsi, cavabdeh İddiaçı Bakı şəhəri, Xətai rayonu, 2337-ci məhəllə, Məhəmməd Hadi küçəsində "xxxx" MTK tərəfindən inşa olunan yaşayış binasının 2-ci mərtəbəsində yerləşən 95 kv.m sahəsi olan qeyri-yaşayış sahəsindən (hal-hazırda mənzildən) çıxarılması, ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh MTK-ya ödənilməsi; İddiaçı cavabdeh "xxxx" MTK-ya və müstəqil tələb irəli üçüncü şəxs Bağışov Xaləddin Vəkil oğluna qarşı “qeyri-yaşayış sahəsinə pay hüququnun, istifadə və sahiblik hüquqlarının tanınması, istifadəyə maneələrin aradan qaldırılması tələbinə dair” ilkin, müstəqil tələb irəli sürən üçüncü şəxs X12 cavabdehlər İddiaçı və "xxxx" MTK-ya qarşı “müqavilənin etibarsız hesab edilməsi, istifadə və sahiblik hüququnun tanınması, istifadəyə maneələrin aradan qaldırılması tələbinə dair” iddia ərizələrinin təmin edilməməsi, ilkin iddianın verilməsi üçün ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun İddiaçı aid edilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən iddianın verilməsi üçün ödənilmiş 10 (on) manat dövlət rüsumunun X14 aid edilməsi, iş üzrə ekspertiza tədqiqatlarının dəyərinin 219 (iki yüz on doqquz) manat hissəsinin ilkin iddia üzrə İddiaçı və 219 (iki yüz on doqquz) manat hissəsinin müstəqil tələb irəli sürən üçüncü şəxs X8 tutulub dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Həmin qətnamədən həmçinin görünür ki, iş materiallarında olan məhkəməxətşünaslıq ekspertizası üzrə xx.xx.2019-cu il tarixli, 11356 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, ekspertizaya təqdim edilmiş, mülki işin 197-ci vərəqəsində olan ünvan 2 ünvanda yerləşən yaşayış binasının 2-ci mərtəbəsində, ümumi sahəsi 95 kv.metr olan qeyri-yaşayış sahəsinə Cavabdeh MTK tərəfindən İddiaçı tərtib olunmuş 12 iyul 2016-cı il tarixli maliyyə arayışında “C.H.Alışov” yazısı qarşısındakı imza X6 tərəfindən icra olunmuşdur. Həmin qətnamədən həmçinin görünür ki, sənədlərin texniki ekspertizası üzrə xx.xx.2019-cu il tarixli, 11357/11507 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, 8) ünvan 2 ünvanda yerləşən yaşayış binasının 2-ci mərtəbəsində, ümumi sahəsi 95 kv.metr olan qeyri-yaşayış sahəsinə Cavabdeh MTK tərəfindən İddiaçı verilmiş 12 iyul 2016-ci il tarixli (i.v. 197) tarixli maliyyə arayışında olan “12 iyul 2016” yazılarındakı “6” rəqəminin altında əvvəl rəqəm olmuşdur, sonradan üstündən ağardıcı maddə çəkilərək indiki rəqəm yazırlmışdır, həmin rəqəmin məzmununu “Tədqiqat prosesinin təsviri” hissəsinin 5-ci bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı. Həmin qətnamə onunla əsaslandırılmışdır ki, məhkəmə iclasında işin həqiqi halları, işdə iştirak edən şəxslərin izahatları, işin digər materialları və təqdim edilmiş ekspertiza rəyləri ilə ünvan 2 ünvanda yerləşən yaşayış binasının 2-ci mərtəbəsində, ümumi sahəsi 95 kv.metr olan qeyri-yaşayış sahəsinə dair Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqavilədə Cavabdeh MTK-nın direktoru” qrafasındakı imzanın, İddiaçı tərtib edilmiş 06 may 2016-cı il tarixli, 04 iyun 2018-cı il tarixli, 11 iyul 2016-cı il tarixli maliyyə arayışlarında “C.H.Alışov” yazılarından əvvəl yerləşən imzaların Cahangir Həsənağa oğlu tərəfindən yox, onun həqiqi imzalarına oxşadılmaqla başqa şəxs tərəfindən icra olunması, 06 may 2016-cı il (i.v. 10 və ayrıca təqdim olunmuş), 11 iyun 2016-cı il (i.v. 9) tarixli maliyyə arayışlarının reproqrafik surətlərində olan möhür əksinin təsviri elektrofotoqrafik çap üsulu ilə rəqəmsal çap qurğusu (printer, çoxaldıcı qurğu) vasitəsilə çap olunması, bununla da, qanunvericiliyin tələbləri pozulmaqla və sənədlər saxtalaşdırılmaqla tərtib edilməsi təsdiq edilmişdir. Bu qətnamə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-444/21 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-444/21 saylı, xx.xx.2021ci il tarixli qətnaməsi isə Ali Məhkəmənin Mülki Kollegiyasının 14 iyun 2022-ci il tarixli qərarı ilə İddiaçı aid hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan “Satıcı” Cavabdeh MTK-nın direktoru C.H.Alışov ilə “Alıcı” İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqavilənin surətindən görünür ki, Satıcı MTK-nın Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337-ci məhəllədə inşa edilən yaşayış binasının 2-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsindən (market) 95 kv.m-ni Alıcıya verməyi, alıcı isə həmin sahəni qəbul etməyi və dəyəri olan 47.500 manatı vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh MTK-nın 06 may 2016-cı il tarixli maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337-ci məhəllədə yerləşən yaşayış binası Cavabdeh MTK-ya məxsusdur. Tikilməkdə olan binanın 2-ci mərtəbəsində yerləşən 95 kv.m. sahəsi olan qeyri-yaşayış sahəsinin pay dəyərindən 14.600 (on dörd min altı yüz) manat İddiaçı tərəfindən ödənilmişdir. İş materiallarında olan Cavabdeh MTK-nın 04 iyun 2016-cı il tarixli maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337-ci məhəllədə yerləşən yaşayış binası Cavabdeh MTK-ya məxsusdur. Tikilməkdə olan binanın 2-ci mərtəbəsində yerləşən 45 kv.m. sahəsi olan qeyri-yaşayış sahəsinin pay dəyərindən 17.000 (on yeddi min) manat İddiaçı tərəfindən ödənilmişdir. İş materiallarında olan Cavabdeh MTK-nın 11 iyun 2016-cı il tarixli maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337-ci məhəllədə yerləşən yaşayış binası Cavabdeh MTK-ya məxsusdur. Tikilməkdə olan binanın 2-ci mərtəbəsində yerləşən 95 kv.m. sahəsi olan qeyri-yaşayış sahəsinin pay dəyərindən 15.900 (on beş min doqquz yüz) manat İddiaçı tərəfindən ödənilmişdir. İş materiallarında olan Cavabdeh MTK-nın 12 iyul 2016-cı il tarixli, 14 nömrəli maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə yerləşən yaşayış binası Cavabdeh MTK-nə məxsusdur. Cavabdeh MTK ilə bağlanılmış 06 may 2016-cı il tarixli müqavilə əsasında X2, binanın 2-ci mərtəbəsində yerləşən, sahəsi 95,4 kv.m. olan cizgidə göstərilən boş olmuş qeyriyaşayış sahəsi və Cavabdeh MTK ilə bağlanılmış 06 may 2016-cı il tarixli müqavilə əsasında İddiaçı satılmış, binanın 2-ci mərtəbəsində yerləşən, sahəsi 95 kv.m. olan cizgidə göstərilən boş olmuş qeyri-yaşayış sahəsinin pay dəyəri ayrı-ayrılıqda bu şəxslər tərəfindən tam ödənilmişdir. Cavabdeh MTK-ya məxsus binanın 2-ci mərtəbəsində yerləşən ayrı-ayrı müqavilələrlə bu şəxslərə satılmış qeyri-yaşayış sahələrinə aid Cavabdeh MTK tərəfindən hər hansı iddia tələbi olmayacağına təminat verilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-638/2024 saylı, 29 yanvar 2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdeh X7 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-718/2021 nömrəli, 04 oktyabr 2021-ci il tarixli qətnaməsi qismən - “X7 Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə inşa edilən çoxmənzilli yaşayış binasında yaşayışın 1-ci mərtəbəsində yerləşən və ona məxsus ümumi sahəsi 80 kv.m təşkil edən 2 otaqlı 9 nömrəli mənzildən çıxarılması, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə inşa edilən çoxmənzilli yaşayış binasında yaşayışın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 80 kv.m təşkil edən 2 otaqlı 9 nömrəli mənzilinin cavabdeh X13 tərəfindən boşaldılaraq X14 təhvil verilməsi, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə inşa edilən çoxmənzilli yaşayış binasında yaşayışın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 80 kv.m təşkil edən 2 otaqlı 9 nömrəli mənzildən X12 istifadəsinə cavabdehlər Cavabdeh MMC və X13 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması” hissəsində ləğv edilmişdir. Bu qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(102)-3240/2024 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan 22 oktyabr 2025-ci il tarixli "xxxx" MMC-nin qiymətləndirmə rəyindən görünür ki, mənzilin mövcud vəziyyəti, yerləşdiyi ərazi, ümumi sahəsi, tikilinin konstruksiyası, aşınması və s. xüsusiyyətlər nəzərə alınmaqla aparılmış hesablamalara və təhlillərə əsasən İddiaçı məxsus olan ünvan 3 ünvanda yerləşən mənzilin 22 oktyabr 2025-ci il tarixinə bazar dəyəri: 207.000 (iki yüz yeddi min) manat təşkil etmişdir. İş materiallarından olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)-5674/2020 saylı qətnaməsinə əsasən Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3067/2019 saylı iş üzrə 17 aprel 2019-cu il tarixli qətnaməsi ləğv edilmişdir, iş üzrə yeni qətnamə çıxarılaraq, iddiaçı X7 Cavabdeh MMC-nə qarşı “yaşayış sahəsinə pay hüququnun tanınması və sahiblik hüquqlarının tanınması, istifadəyə maneələrin aradan qaldırılması” tələbinə dair ilk iddia ərizəsi təmin edilməmişdir. Cavabdeh MMCnin X10 qarşı “alqı-satqı müqaviləsinin və maliyyə arayışlarının etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməmişdir. Həmin qətnamədən görünür ki, iddiaçının (M.Məmmədov) nümayəndəsi apelyasiya şikayətinə və qarşılıqlı iddia ərizəsinə etiraz edərək təmin olunmamasını xahiş etdi və həmçinin bildirdi ki, cavabdehin nümayəndəsinin mübahisəli ünvana dair iddiaçıya verilmiş maliyyə arayışlarında güya imzanın Cavabdeh MMC-nin sədri Cahangir Alışova məxsus olmadığı barədə dəlili əsassızdır. Belə ki, Cavabdeh MTK-nın 12 iyul 2016-cı il tarixli yekun maliyyə arayışında iddiaçı Musa Məmmədovla yanaşı, adı çəkilən ünvanda digər sahənin mülkiyyətçisi İddiaçı iddia tələbi ilə əlaqədar mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən təyin edilmiş məhkəməxəttşünaslıq ekspertizasının xx.xx.2019-cu il tarixli, 11356 nömrəli rəyinə əsasən həmin imzanın X6 tərəfindən icra olunduğu təsdiq edilmişdir. (yuxarıda istinad edilmiş, Xətai Rayon Məhkəsinin xx.xx.2020-ci il tarixli qətnaməsində qeyd edilmiş rəy nəzərdə tutulur). Həmin qətnamə ilə müəyyən edilmişdir ki, cavabdehlə iddiaçı arasında (M.Məmmədov və Cavabdeh MMC) Bakı səhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337-ci məhəllədə inşa edilən yaşayış binasının ikinci mərtəbəsində 95,4 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsinin alqı-satqısı barədə 06 may 2016-cı il tarixdə müqavilə bağlanmışdır. Müqavilənin (qeyri-yaşayış sahəsinin) dəyəri kimi razılaşdırılmış 47700 manat pul 06 may 2016-cı il tarixli maliyyə arayışına əsasən 15000 manat, 04 iyun 2016-cı il tarixli maliyyə arayışına əsasən 17000 manat və 12 iyul 2016-cı il tarixli maliyyə arayışına əsasən 15700 manat olmaqla tam ödənilmişdir. Cəmiyyətin sədri Cahangir Alışov tərəfindən, cizgidə göstərilən boş olmuş qeyri-yaşayış sahəsinin pay dəyərinin tam ödənilməsi və qeyri-yaşayış sahəsinə dair cavabdehin hər hansı iddia tələbinin olmayacağı barədə iddiaçıya 12 may 2016-cı il tarixli maliyyə arayışı da verilmişdir. Həmçinin, Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan X3 və X5 barəsində aparılan cinayət işi üzrə iddiaçı zərərçəkmiş şəxs qismində tanınmamışdır. Beləliklə, iddiaçı ilə cavabdeh arasında qeyd edilən ünvanda yerləşən 95,4 kv.m qeyriyaşayış sahəsinə dair alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçının qeyri-yaşayış sahəsinə istifadə və sabiblik hüququ qeyri-yaşayış sahəsinə olan pay haqqını tam ödəyib qurtardıqdan sonra, yəni xx.xx.2016-cı il tarixdən yaranmışdır. Eyni zamanda, qeyri-yaşayış sahəsində müayinə keçirilərkən qeyri-yaşayış sahəsinin iddiaçının sahiblik və istifadəsində olması müəyyən olunmuşdur. Beləliklə, iddiaçının qeyri-yaşayış sahəsinə dair hər hansı maneələr yaradılması isə hazırda aşkar olunmamışdır. İddiaçı qeyri-yaşayış sahəsi ilə bağlı cavabdeh tərəfindən hansı maneələrin yardılması, maneələrin nədən ibarət olması barədə inandırıcı dəlillər irəli sürə bilməmiş, manelərin yaradılmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin, qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi də öz təsdiqini tapmışdır. Belə ki, qeyri-yaşayış sahəsinin giriş qapısı iddiaçı tərəfindən qoyulmuş, açarları isə özündədir. Bu qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(102)-2276/2021 saylı qərarı ilə dəyişdirilmədən, qüvvəsində saxlanılmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 43.1-ci maddəsinə görə hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 337.1-ci maddəsinin tərəblərinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə görə əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə görə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq hakim iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh MMC Cavabdeh MTK-nın hüquqi varisidir. İddiaçı Cavabdeh MTK-nın 12 iyul 2016-cı il tarixli, 14 nömrəli maliyyə arayışına istinad edərək, Bakı şəhəri, Xətai rayonu, 2337-ci məhəllə, Məhəmməd Hadi küçəsində Cavabdeh MTK tərəfindən inşa olunan yaşayış binasının qeyri-yaşayış hissəsinin 2-ci mərtəbəsində yerləşən, mənzil kimi istifadə olunan qeyri-yaşayış sahəsinin əldə edilməsinə çəkdiyi 200.000 (iki yüz min) manat xərcin Cavabdeh MMCdən tutulmasını tələb edir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin arasında daha əvvəl qeyd olunan mübahisəli əmlakla bağlı məhkəmə araşdırmaları olmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(011)-91/2020 saylı qətnaməsinə əsasən digər hallarla yanaşı Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 06 may 2016-cı il tarixli müqavilə və “Yüksəliş-C" MTK tərəfindən verilmiş maliyyə arayışları etibarsız hesab edilmişdir. Həmin qətnamənin əsaslandırıcı hissəsində həmçinin qeyd edilmişdir ki, İddiaçı tərtib edilmiş 06 may 2016-cı il tarixli, 04 iyun 2018-cı il tarixli, 11 iyul 2016-cı il tarixli maliyyə arayışlarında “C.H.Alışov” yazılarından əvvəl yerləşən imzaların Cahangir Həsənağa oğlu tərəfindən yox, onun həqiqi imzalarına oxşadılmaqla başqa şəxs tərəfindən icra olunması, 06 may 2016-cı il (i.v. 10 və ayrıca təqdim olunmuş), 11 iyun 2016-cı il (i.v. 9) tarixli maliyyə arayışlarının reproqrafik surətlərində olan möhür əksinin təsviri elektrofotoqrafik çap üsuiu ilə rəqəmsal çap qurğusu (printer, çoxaldıcı qurğu) vasitəsilə çap olunması, bununla da, qanunvericiliyin tələbləri pozulmaqla və sənədlər saxtalaşdırılmaqla tərtib edilməsi müəyyən edilmişdir. İşdən görünür ki, həmin qətnamədə qeyd edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının xx.xx.2019-cu il tarixli, 11356 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, ekspertizaya təqdim edilmiş, mülki işin 197-ci vərəqəsində olan ünvan 2 ünvanda yerləşən yaşayış binasının 2-ci mərtəbəsində, ümumi sahəsi 95 kv.metr olan qeyriyaşayış sahəsinə Cavabdeh MTK tərəfindən İddiaçı tərtib olunmuş 12 iyul 2016-cı il tarixli maliyyə arayışında “C.H.Alışov” yazısı qarşısındakı imza X6 tərəfindən icra olunmuşdur. İddiaçı bu hala istinad edərək, cavabdeh təşkilatdan öz xeyrinə 200.000 manat pulun tutulmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(011)-91/2020 saylı qətnaməsinin məzmunundan bilavasitə 12 iyul 2016-cı il tarixli maliyyə arayışına istinad olunaraq onun etibarsızlığı vurğulanmasa da, ödənişlərin məbləğlərini əks etdirən 06 may 2016-cı il tarixli (14.600 manat ödənişə dair), 04 iyun 2018-cı il tarixli (17.000 manat ödənişə dair), 11 iyul 2016-cı il tarixli (15.900 manat ödənişə dair) maliyyə arayışlarına istinad olunaraq qətnamədə qeyd edilmişdir ki, həmin arayışlar qanunvericiliyin tələbləri pozulmaqla və sənədlər saxtalaşdırılmaqla tərtib edilmişdir. 12 iyul 2016-cı il tarixli maliyyə arayışına gəldikdə isə məhkəmə qeyd edir ki, bu arayış özü-özlüyündə hər hansı ödəniş məbləğini əks etdirmir. İstinad olunan məhkəmə-xətşünaslıq ekspertizasının xx.xx.2019-cu il tarixli, 11356 saylı ekspert rəyi ilə həmçinin müəyyən edilmişdir ki, bu arayışında olan “12 iyul 2016” yazılarındakı “6” rəqəminin altında əvvəl rəqəm olmuşdur, sonradan üstündən ağardıcı maddə çəkilərək indiki rəqəm yazılmışdır. Həmin rəqəmin məzmununu müəyyən etmək mümkün olmamışdır. Məhkəmə xüsusilə vurğulayır ki, qanuni qüvvəsini almış məhkəmə aktı ilə müəyyən edilmişdir ki, tərəflərin arasında bağlanılmış xx.xx.2016-cı il tarixli müqavilədəki Cavabdeh MTK-nın direktoru” qrafasındakı imzanın Cahangir Həsənağa oğlu tərəfindən yox, onun həqiqi imzalarına oxşadılmaqla başqa şəxs tərəfindən icra olunması, bununla da müqavilənin qanunvericiliyin tələbləri pozulmaqla və sənədlər saxtalaşdırılmaqla tərtib edilməsi müəyyən edilmişdir. Belə olduğu halda, həmin müqavilə bağlanıldığı andan etibarsızdır və bu müqavilə əsasında (müqavilə ilə bağlı verilmiş maliyyə arayışı əsasında) irəli sürülmüş pul tələbi barədə iddia təmin edilməməlidir. Belə ki, müqavilənin "xxxx"-MMC-nin səlahiyyətli şəxsi tərəfindən deyil, onun imzası oxşadılmaqla digər şəxs tərəfindən imzalandığı sübuta yetirildiyindən və müqavilə bağlanıldığı andan etibarsız hesab edildiyindən, iddiaçının həmin müqavilədə göstərilmiş əmlakın dəyəri həcmində zərər tələb etmək hüququ yaranmamışdır. Məhkəmə vurğulayır ki, nə sözügedən 12 iyul 2016-cı il tarixli maliyyə arayışının məzmunu, nə də ki iddiaçının məhkəməyə təqdim etdiyi sair sübutlar onun tərəfindən “Yüksəliş-C" MMC-nə müəyyən məbləğdə pul ödənildiyini təsdiq etmir. Məhkəməyə arayışın əsli deyil, surəti təqdim edilmişdir. İşdən görünür ki, iddiaçı Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü qətnaməsinə istinadən qeyd etmişdir ki, həmin qətnamədə də xx.xx.2016-cı il tarixli maliyyə arayışına istinadən Musa Məmmədovun mübahisəli binada əmlak hüquqları təsdiq edilmişdir. O qeyd etmişdir ki, X20 Nuriyevə eyni (birləşdirilmiş) xx.xx.2016-cı il tarixli maliyyə arayışı verilmişdir. O (nümayəndəsi) əlavə etmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-91/2020 saylı mülki işi üzrə keçirilmiş xətşünaslıq ekspertizasının rəyində həmçinin qeyd edilib ki, arayışdakı imza C.Alışova məxsusdur. Bu əsasla iddiaçı hazırki iddia tələbinin əsaslı olduğunu vurğulamışdır. Məhkəmə qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü qətnaməsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli (AR Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(102)-2276/2021 saylı qərarı ilə qüvvədə saxlanılmışdır) qətnamələrinə istinadən qeyd edilmişdir ki, Yüksəliş-C” MMC X13 ilə bağlanmış 06 may 2016-cı il tarixli müqavilənin etibarlılığını daha əvvəl məhkəmə qaydasında mübahisələndirmişdir. Belə ki, Xətai Rayon Məhkəməsinin 17 aprel 2019-cu il tarixli qətnaməsindən müəyyən olunur ki, X13 Cavabdeh MMC-yə qarşı 06 may 2016-cı il tarixli müqavilə əsasən qeyriyaşayış sahəsindən istifadə və maneənin aradan qaldırılması, ona təhvil verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə belə qənaətə gəlmişdir ki, Musa Məmmədov qeyri-yaşayış sahəsinin dəyərini xx.xx.2016- cı il tarixdə tam ödəmiş, cavabdeh də qeyri yaşayış sahəsini iddiaçıya təhvil vermişdir. Məhkəmə hesab etmişdir ki, qeyri yaşayış sahəsi təhvil verildiyindən və maneəyə dair sübut təqdim edilmədiyindən iddia təmin edilməməlidir. Daha sonra, Xətai rayon məhkəməsinin 17 aprel 2019-cu il tarixli qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, ilkin iddia və Cavabdeh MMC-nin X10 qarşı alğı satqı müqaviləsi və maliyyə arayışlarının etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməmişdir. Qətnamədən müəyyən olunur ki, qarşılıqlı iddia tələbinin əsası kimi MMC qeyd etmişdir ki, müqavilədəki imza və möhürlər Alışov Cahangirə aid deyil. Məhkəmə iddianı rədd edərkən qeyd etmişdir ki, bu halları təsdiq edəcək sübutlar təqdim edilməmiş, həmçinin kəsici müddət də ötürülmüşdür. O cümlədən, işin müəyyən edilmiş halları kimi məhkəmə qeyd etmişdir ki, müqavilə üzrə pay haqqı xx.xx.2016-cı il tarixdə tam ödənilmişdir. İddiaçının sahibliyindədir, maneə müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən üçüncü şəxs X16 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Həmin Qərardan da müəyyən olunur ki, işin faktiki halları kimi Yüksəliş C” MTK ilə X13 arasında bağlanmış 06 may 2016-cı il tarixdə, Xətai rayonu, M.Hadi küçəsi, 2337-ci məhəllədə inşa edilən yaşayış binasının 2-ci mərtəbəsində 95,4 kv metr sahədən ibarət qeyri-yaşayış sahəsininın alğı satqısı barədə müqavilənin bağlanması, həmin müqavilənin dəyərinin 47700 manat təşkil etməsi, 06 may 2016-cı il tarixli maliyyə arayışına əsasən 15000 manat, 04 iyun 2016-cı il tarixli maliyyə arayışına əsasən 17000 və 12 iyul 2016-cı il tarixli maliyyə arayışına əsasən 15700 manat olmaqla tam ödənildiyi qeyd edilmişdir. Daha sonra həmin qətnamədə qeyd edilmişdir ki, Cavabdeh MMC-nin X10 qarşı alğı-satqı müqaviləsi və maliyyə arayışlarının etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələbinin əsasını müqavilədəki imza və möhürlərin Alışov Cahangirə aid olmaması təşkil edirdi. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilərkən qeyd edilmişdir ki, əqdin və maliyyə arayışının etibarsız hesab edilməsini təsdiq edən sübutlar təqdim edilməmiş, həmçinin kəsici müddət də ötürülmüşdür. Qətnamə qanuni qüvvəsini almışdır. Nəticədə, müəyyən olunmuşdur ki, X13 06 may 2016-cı il tarixli müqavilə üzrə pay haqqını 12 iyul 2016-cı il tarixdə tam ödəmiş və qeyri yaşayış sahəsi ilk öncə X1 verilmişdir. X13 həmin sahəni təmir etdirməklə oradan yaşayış sahəsi kimi istifadə edir. Göründüyü kimi, İddiaçı digər iş üzrə tərəf olan X7 əmlak tələblərinin təsdiq edilməsinə istinad etsə də, bu işlərin faktiki halları fərqlidir. Digər işdən fərqli olaraq, İddiaçı bağladığı müqavilə etibarsız hesab edilməklə, onun tərəfindən əmlakın alınması üçün konkret məbləğdə pulun ödənilməsi öz təsdiqini tapmamışdır. İddiaçı verilmiş 06 may 2016-cı il tarixli (14.600 manat ödənişə dair), 04 iyun 2018-cı il tarixli (17.000 manat ödənişə dair), 11 iyul 2016-cı il tarixli (15.900 manat ödənişə dair) maliyyə arayışları etibarsız hesab edilmiş, iddiaçının hazırda təqdim etdiyi xx.xx.2016-cı il tarixli arayış isə sənədin əsli deyil surəti olmaqla yanaşı, ödənilmiş hər hansı məbləği əks etdirmir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh MMCnə qarşı - Bakı şəhəri, Xətai rayonu, 2337-ci məhəllə, Məhəmməd Hadi küçəsində Cavabdeh MTK tərəfindən inşa olunan yaşayış binasının qeyri-yaşayış hissəsinin 2-ci mərtəbəsində yerləşən, mənzil kimi istifadə olunan əmlakın alınması üçün çəkilmiş 200.000 (iki yüz min) manat xərcin birdəfəlik şəkildə cavabdehdən tutulması barədə iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyindən, dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Cavabdeh MMC-nə qarşı - Bakı şəhəri, Xətai rayonu, 2337-ci məhəllə, Məhəmməd Hadi küçəsində Cavabdeh MTK tərəfindən inşa olunan yaşayış binasının qeyri-yaşayış hissəsinin 2-ci mərtəbəsində yerləşən, mənzil kimi istifadə olunan əmlakın alınması üçün çəkilmiş 200.000 (iki yüz min) manat xərcin birdəfəlik şəkildə cavabdehdən tutulması barədə iddia ərizəsi təmin edilməsin. Dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar