Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5453/2025 23.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, X2 qızının katibliyi, İlkin iddia iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) nümayəndəsi (vəkili) Vəkil2, İlkin iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçı) nümayəndəsi (vəkili) Vəkil1 iştirakları ilə, İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı borc müqaviləsinə əsasən pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddia ərizəsində qeyd edilən işin halları:
1. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 05 iyun 2023-cü il tarixli, 3M-3432 reyestr nömrəli borc müqaviləsinə əsasən iddiaçı cavabdehǝ 49600 (qırx doqquz min altı yüz) manat məbləğində borc vermişdir. Cavabdeh ilə aralarında bağlanmış borc müqaviləsinin 2-ci bəndinə əsasən cavabdeh müqavilədə göstərilən borc məbləğini xx.xx.2023-cü il tarixinədək ona geri qaytarmağı öhdəlik kimi öz üzərinə götürmüşdür. Buna baxmayaraq cavabdeh bu günə qədər bu məbləğdən bir manat belə geri qaytarmamışdır. Bununla da cavabdeh aralarında bağlanmış borc müqaviləsi üzrə üzərinə götürdürüyü öhdəlikləri icra etməmişdir.
İlkin iddia tələbi:
2. Cavabdeh 05 iyun 2023-cü il tarixli, 3M-3432 reyestr nömrəli borc müqaviləsinə əsasən ödənilməmiş qalmış 49600 (qırx doqquz min altı yüz) manat əsas borc, gecikdirilmiş vaxt üçün borc məbləğinin illik beş faizi, yəni 4960 (dörd min doqquz yüz altmış) manat olmaqla ümumilikdə 54560 (əlli dörd min beş yüz altmış) manat məbləğində pulun və 254 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
Cavabdehin ilkin iddiaya münasibəti və qarşılıqlı iddiası:
3. xx.xx.2025-ci il tarixdə ilkin iddia üzrə cavabdeh nümayəndəsi (vəkili) Vəkil1 qarşılıqlı iddia ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı 55794 manat pulun, həmin pulun gecikdirilməsinə görə illik 5% olmaqla 2789 manatın, 1000 manat zaminlik müqaviləsinə görə xidmətin, hüquqi xidmətə görə 300 manatın və 270 manat dövlət rüsumunun Cavabdeh xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. xx.xx.2025-ci il tarixdə ilkin iddia üzrə cavabdeh nümayəndəsi (vəkili) Vəkil1 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, mülki iş üzrə İddiaçı işin məhkəməyədək həlli qaydasına əməl etməmişdir. Belə ki, iddiaçı tərəfindən iddia məhkəməyə göndərilməmişdən əvvəl xəbərdarlıq məktubu ona göndərilməmişdir. Əlavə olaraq onun qeydiyyat ünvanı barədə sənəd əldə olunmamışdır.
5. Daha sonra xx.xx.2025-ci il tarixdə ilkin iddia üzrə cavabdeh nümayəndəsi (vəkili) Vəkil1 dəqiqləşmə ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı 52109 manat pulun, həmin pulun gecikdirilməsinə görə illik 5% (2605 azn) olmaqla 5210 manatın, 1000 manat zaminlik müqaviləsinə görə xidmətin, 265 manat dövlət rüsumunun Cavabdeh xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İşdə iştirak edən şəxslərin izahatları:
6. Məhkəmə iclasında iştirak edən Cavabdeh öz izahatında bildirmişdir ki, bankın mövcud prosedur və tələblərinə əsasən sahibkarlıq fəaliyyəti üçün verilən və məbləği 15.000 (on beş min) manatdan artıq olan kreditlərin nağdlaşdırılması zəruri idi. Bu səbəbdən də tərəfimdən 50.000 (əlli min) manat məbləğində sahibkarlıq krediti əldə edilmişdir. Həmin kreditin nağdlaşdırılması məsələsi ilə bağlı Vahid mənə bildirmişdir ki, bankdan alınan vəsaitin nağd şəkildə çıxarılması tələb olunur. Qeyd etməliyəm ki, Vahid mənim uzun müddətdir tanıdığım, güvəndiyim şəxs olmuşdur və aramızda etibarlı münasibət mövcud idi. Məhz bu etimad əsasında tərəflər arasında müvafiq müqavilə bağlanmışdır. Kredit faktiki olaraq mənim sahibkarlıq fəaliyyətimin həyata keçirilməsi məqsədilə götürülmüşdür. Lakin Vahidin təklifi ilə kredit onun adına rəsmiləşdirilmişdir. Vahid bu təklifi edərkən bildirmişdir ki, kreditin onun adına rəsmiləşdirilməsi daha məqsədəuyğundur və bu halda kredit tarixçəsi onun adına düşəcəkdir. Mən də buna etiraz etməmiş və razılığımı bildirmişəm. Krediti bankın kredit mütəxəssisi birbaşa ticarət obyektinə (dükana) gələrək kreditin götürülməsini özü təklif etmişdir. Kredit üzrə vəsaitin əldə edilməsi, istifadəsi və ödənişləri birbaşa tərəfimdən həyata keçirilmişdir. Kredit öhdəliklərini də faktiki olaraq mən yerinə yetirmişəm. Bundan əvvəl də müxtəlif banklarda kredit öhdəliklərim olmuşdur və hazırda da mövcuddur, yəni kredit münasibətləri mənim üçün adi və tanış bir haldır. Vahid rəsmi olaraq mənim işçim olmuş, ticarət obyektimdə satıcı kimi fəaliyyət göstərmişdir. Onun kredit məsələsində iştirakı yalnız etibar münasibətinə və onun təklifinə əsaslanmışdır, kreditin faktiki sahibi və istifadəçisi isə mən olmuşam.
7. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi (vəkili) Vəkil2 öz izahatında bildirmişdir ki, tərəflər arasında borc müqaviləsi bağlanmışdır. Bağlanmış 05 iyun 2023-cü il tarixli, 3M-3432 reyestr nömrəli borc müqaviləsinə əsasən iddiaçı cavabdehǝ 49600 (qırx doqquz min altı yüz) manat məbləğində borc vermişdir. Cavabdeh ilə aralarında bağlanmış borc müqaviləsinin 2-ci bəndinə əsasən cavabdeh müqavilədə göstərilən borc məbləğini xx.xx.2023-cü il tarixinədək ona geri qaytarmağı öhdəlik kimi öz üzərinə götürmüşdür. Buna baxmayaraq cavabdeh bu günə qədər bu məbləğdən bir manat belə geri qaytarmamışdır. Cavabdeh 05 iyun 2023-cü il tarixli, 3M-3432 reyestr nömrəli borc müqaviləsinə əsasən ödənilməmiş qalmış 49600 (qırx doqquz min altı yüz) manat əsas borc, gecikdirilmiş vaxt üçün borc məbləğinin illik beş faizi, yəni 4960 (dörd min doqquz yüz altmış) manat olmaqla ümumilikdə 54560 (əlli dörd min beş yüz altmış) manat məbləğində pulun və 254 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi (vəkili) Vəkil1 Ağaəli oğlu öz izahatında bildirmişdir ki, tərəflər arasında iqtisadi asılılıq mövcud olmuşdur. İddiaçı özünü Cavabdeh ortağı kimi aparıb. Biznes fəaliyyəti məqsədilə kredit götürmək istəyib. Bu səbəbdən tərəflər arasında borc müqaviləsi bağlanıb. İş materiallarından görünür ki, 31 may 2023-cü il tarixli kredit müqaviləsi üzrə İddiaçı Bank Respublika ASC-nin Yasamal filialına olan 50 000 azn ve onun faiz hissəsini ödəmişdir. Belə ki, Cavabdeh tərəfindən 03 iyul 2023-cü il tarixində 10 000 azn, 01 avqust 2023-cü il tarixində 10 000 azn, xx.xx.2023-cü il tarixində 10 000 azn, xx.xx.2023-cü il tarixində 8800 azn, 01 noyabr 2023-cü il tarixində 6000 azn, 30 noyabr 2023-cü il tarixində isə 7309 azn kredit müqaviləsi üzrə ödəniş edilmişdir. Ümumi olaraq Cavabdeh tərəfindən 52 109 azn ödəniş edilmişdir. Biz hazır ki, iş üzrə kredit ekspertini tapmışıq, həmin şəxs Nəsirli Elnurdur. Həmin şəxsin telefonunun maddi sübut kimi tətqiq olunmsına dair müraciət etmişəm onuda təmin etmisiniz. İlkin iddia tələbinə etiraz edərək, ilkin iddia tələbi əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı 52109 manat pulun, həmin pulun gecikdirilməsinə görə illik 5% (2605 azn) olmaqla 5210 manatın, 1000 manat zaminlik müqaviləsinə görə xidmətin, 265 manat dövlət rüsumunun Cavabdeh xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. X1 məhkəmə iclasında öz izahatında bildirmişdir ki, Emil ilə, eləcə də iş üzrə tərəflərlə Binə Ticarət Mərkəzində tanış olmuşam. Kreditin rəsmiləşdirilməsi zamanı tərəflərdən yalnız birinin VÖEN-i mövcud idi və həmin VÖEN Vahid bəyin adına rəsmiləşdirilmişdir. Ödəyici şəxs kimi Emili tanımışam. Qeyd edirəm ki, kreditin verilməsi zamanı alınan vəsaitin konkret olaraq hansı məqsədlərə sərf edildiyi barədə məlumatım olmamışdır. Eyni zamanda bildirirəm ki, sahibkarlıq fəaliyyətinin real olaraq həyata keçirilməsini təsdiq etmək məqsədilə tərəflərdən hər hansı malın şəkillərinin təqdim edilməsini tələb etmişəm. bankın mövcud prosedur və tələblərinə əsasən sahibkarlıq fəaliyyəti üçün verilən və məbləği 15.000 (on beş min) manatdan artıq olan kreditlərin nağdlaşdırılması zəruri idi.
İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:
10. Bakı şəhəri 53 saylı notariat ofisində bağlanmış xx.xx.2023-cü il tarixli, 3M-3432 reyestr qeydiyyat nömrəli kredit müqaviləsinə əsasən, borc verən İddiaçı borc alan Cavabdeh 49600 manat 00 qəpik (qırx doqquz min altı yüz manat sıfır qəpik) məbləğində pul verir, borc alan krediti xx.xx.2023-cü il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürür.
14. ünvan ünvanlanmış məktuba əsasən, Azərbaycan Respublikasının vətəndaşı olan İddiaçı ilə notariat qaydasında təsdiq ediləcək kredit müqaviləsi üzrə ödənilməli olan 49600 (qırx doqquz min altı yüz) manat məbləğində pulun müvafiq müqavilə təsdiq edildikdən sonra borc alan – Azərbaycan Respublikasının vətəndaşı olan Cavabdeh verilməsi üçün AZ20BRES******************** №-li depozit hesabına qəbul olunması xahiş edilmişdir.
15. xx.xx.2023-cü il tarixli kreditin verilməsinə dair Razılaşmaya əsasən razılaşmanın imzalanması ilə Kreditverən (Bank Respublika ASC) 50000 (əlli min) AZN məbləğdə və illik faiz dərəcəsi 16 (on altı) olmaqla, xx.xx.2023 tarixədədək, 0 (sıfır) ay güzəşt müddəti olmaqla Dövriyyə vəsaitlərinin artırılması və cari xərclər məqsədli kredit verir, Müştəri (Borcalan İddiaçı) isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə Kreditverənə qaytarmağı öhdəsinə götürür. Kredit üzrə faktiki illik faiz dərəcəsi (FiFD) 18.1 (on səkkiz tam onda bir) %-dir.
16. xx.xx.2023-cü il tarixli, 40HAZMH144768901 nömrəli Girov müqaviləsinə əsasən, "Girov qoyan" (İddiaçı) xüsusi mülkiyyət hüququ ilə özünə məxsus olan və müqavilənin ayrılmaz hissəsi olan "Daşınar Əmlakın Qiymətləndirmə Aktı"nda (Girov predmetini təşkil edən əmlakın siyahısı) və ya Əlavədə göstərilən əmlakı (bundan sonra "GİROV predmeti" adlandırılacaq) "xxxx" (Bank Respublika ASC) qarşısında Girov ilə yüklü edir.
17. xx.xx.2023-cü il tarixli, 40FİZAM144766701 nömrəli Zaminlik müqaviləsinə əsasən, Borclunun (İddiaçı) Kreditor (Bank Respublika ASC) qarşısında müqavilənin 1.2-ci bəndində göstərilən öhdəliyin tamamı ilə icra edilməsi üçün Zaminin (Cavabdeh) Kreditor (Bank Respublika ASC) qarşısında birgə məsuliyyətinin əsasları müəyyən edilmişdir.
18. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş razılıq ərizəsinə əsasən, mülkiyyət hüququ ona məxsus aşağıdakı daşınar əmlakla bağlı "Daşınar əmlakın yüklülüyü haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məlumatların Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinə daxil edilməsinə razılıq verir. Bu razılıq yaranmış öhdəliyə xitam verilənədək qüvvədədir və geri götürülməyəcəkdir.
19. Ödəniş tapşırığı.
20. Fotoşəkillər, qəbzlər və disk.
21. Mülki iş materiallarına əlavə edilmiş digər sənədlər.
Tətbiq edilən hüquq:
22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (MM): 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi; 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi; 6.1.5. müqavilələr azadlığı; 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.
18. Mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir.6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.3. müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi;
23. Nağdsız hesablaşmalar haqqında Azərbaycan Respublikasının Qanunu: 3.3. Bu Qanunun 3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği əvvəlki təqvim ayında təqdim edilən mal, iş və xidmətlər üzrə dövriyyənin (ƏDV daxil olmaqla) 2 faizindən, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir. Bu maddənin birinci cümləsində nəzərdə tutulan halda əvvəlki təqvim ayında təqdim edilən mal, iş və xidmətlər üzrə dövriyyənin (ƏDV daxil olmaqla) 2 faizi otuz min manatdan az olduqda, təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan artıq olan hesablaşmalar üzrə, əvvəlki təqvim ayında təqdim edilən mal, iş və xidmətlər üzrə dövriyyənin (ƏDV daxil olmaqla) 2 faizi əlli min manatdan çox olduqda isə təqvim ayı ərzində ümumi məbləği əlli min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.
24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89.1. Yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 89.3. Lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.https://e-qanun.az/framework/46945 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
25. N.Hacıyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 mart 2020-ci il Qərarı.
26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il Qərarı: Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir.
27. X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2021-ci il Qərarı.
28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il Qərarı: Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; - gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; - yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur.
29. F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 mart 2023-cü il Qərarı. Məhkəmənin mövqeyi:
30. Məhkəmə mülki iş üzrə ilkin iddia ərizəsini, qarşılıqlı iddia ərizəsini, tərəflərin izahlarını, əlavə edilmiş sənədləri nəzərdən keçirib təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi, o cümlədən qarşılıqlı iddia tələbi əsassızdır və rədd edilməlidir.
31. İlkin iddia tələbi Cavabdeh 05 iyun 2023-cü il tarixli, 3M-3432 reyestr nömrəli borc müqaviləsinə əsasən ödənilməmiş qalmış 49600 (qırx doqquz min altı yüz) manat əsas borc, gecikdirilmiş vaxt üçün borc məbləğinin illik beş faizi, yəni 4960 (dörd min doqquz yüz altmış) manat olmaqla ümumilikdə 54560 (əlli dörd min beş yüz altmış) manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsi ilə bağlıdir.
32. Qarşılıqlı iddia tələbi isə İddiaçı 52109 manat pulun, həmin pulun gecikdirilməsinə görə illik 5% (2605 azn) olmaqla 5210 manatın, 1000 manat zaminlik müqaviləsinə görə xidmətin, 265 manat dövlət rüsumunun Cavabdeh xeyrinə tutulması ilə bağlıdır.
33. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. İlkin iddia və qarşılıqlı iddia tələbinin əsasında tərəflər arasında bağlanmış 05 iyun 2023-cü il tarixli, 3M-3432 reyestr nömrəli borc müqaviləsinə əsasən pul tələbidir.
34. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında vurğulamışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. (§26)
35. Mülki Məcəllədə əqdlərin etibarsızlığı ilə əlaqədar göstərilmişdir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.1, 337.4 və 337.5-ci maddələri). (§22)
36. Məhkəmə hesab edir ki, tərəflər arasında etibarıı əqd bağlanmamış, iddiaçının istinad etdiyi əqd yalan əhəmiyyətsiz əqddir.
37. Belə ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, tərəflər arasında işçi və işəgötürən münasibəti mövcud olmuş, cavabdeh ilkin iddiaçının adına sahibkarlıq məqsədilə kredit rəsmiləşdirmiş, daha sonra qanunvericilikdə nəğdləşdirmə ilə bağlı məhdudiyyətdən yan keçmək məqsədilə (§23) yalan borc müqaviləsi bağlamışlar. İddiaşı ilə cavabdeh arasında münasibətlər korlandıqdan sonra ilkin iddiaçı yalan əqdə istinad edərək cavabdehdən pul tələb etmişdir. Qarşılılıqlı iddiaçı isə əvəzində ilkin iddiaçının adına rəsmiləşdirilmiş kredir müqaviləsi üzrə ödədiyi pulu qarşı tərəfdən tələb edir. Məhkəmə araşdırması zamanı qarşılılıq iddiaçı tələb etdiyi pulu qarşı tərəfin adına rəsmişədirdiyini, sahibkarlıq məqsədi ilə xərclədiyini və ödədiyini özü etiraf edir. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbinin təmin edilməsi qanundan sui istifadə üçün zəmin yaradar.
38. Məhkəmə hər iki iddia tələbi hallarına uyöun olaraq qeyd edir ki, Mülki Məcəlllənin 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. (§22)
39. Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir. (§25, §27)
40. Beləliklə, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər.
41. Xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Məhkəmə araşdırması zamanı ilkin iddiaçının işin halllarından məlumatlı olması və kredit yolu ilə əldə edilmiş pulun nağlaşdırılması üçün hüquqdan sui istifadə üçün iradə göstərməsi, daha sonra pisləşən münasibətlər fonunda müqaviləyə istinad edərək pul tələb etməsi bu halı təsdiq edir. (§22)
42. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; - gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; - yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur.
43. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda qeyd etməyi vacib etmişdir ki, subyekt tərkibinin fərqli olması tərəflərin başqa əqdi pərdələməsi niyyətini istisna etmir. Belə ki, tərəflər öz aralarında görünüşdə bağlanacaq əqdə dair razılığa gəldikdə, həmin müqavilənin digər şərtləri ilə yanaşı subyekt tərkibinə dair də razılığa gələ bilərlər. Nəzərə alınmalıdır ki, yalan əqdin etibarsızlığının əsas səbəbi tərəflərin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Odur ki, subyekt tərkibindən asılı olmayaraq müqavilə tərəflərinin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyətilə bağladığı istənilən əqd yalan əqd olmaqla əhəmiyyətsizdir.
44. Əqdin yalan olub-olmaması məsələsi araşdırılarkən yalnız müqavilənin söz və ifadələrinin hərfi mənası deyil, tərəflərin bağlanmış müqavilə üzrə hüquqi nəticə əldə etmək niyyətlərinin olub-olmaması, habelə əsl iradələrinin aşkar edilməsi üçün işin faktiki halları da hərtərəfli araşdırılmalıdır. Bu zaman məhkəmələr əqd tərəflərinin davranışını, tərəflər arasında formalaşan münasibətləri, onların yazışmalarını, fərqli subyekt tərkibi olan oxşar münasibətlərdə tərəflərin davranışını, əqdin bağlandığı fəaliyyət sahəsində formalaşmış davranış təcrübəsini, hərəkətlərin baş vermə vaxtını və s. nəzərə almalıdır. Bir neçə əlaqəli əqdin qısa fasilə ilə bağlanması (məsələn, bir ilədək), eyni gündə bir neçə əlaqəli əqdin bağlanması, tərəflərin və ya üçüncü şəxslərin müxtəlif hərəkətlərinin qarşılıqlı əlaqəsi və digər hallar da əqdlərin pərdələmək niyyətilə görünüş üçün bağlanılmasına dəlalət edə bilər.
45. Yalan əqd iradə ilə onun ifadəsi arasında qəsdən uyğunsuzluğa yol verilməsi nəticəsində əmələ gəlməklə hüquq normalarının düzgün tətbiqinə də maneələr yaradır. Tərəflərin belə hüquqa zidd davranışı isə publik və ya fərdi maraqlara zərər vurulması ilə nəticələnə bilər. Qanunverici məhz bu səbəbdən yalan əqdin əhəmiyyətsizliyini təsbit etmişdir.
46. Mülki Məcəllənin 340.2-ci maddəsinə uyğun olaraq, yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Məhkəmə araşdırması zamanı ilkin iddiaçının üçüncü tərəflə (bankla) bağladığı əqd üzrə ödəliklərini yerinə yetirildiyi müəyyən edilmişdir. (§22)
47. Məhkəmə hər iki tələbin əsasında sui-istifadə olması hallarının mövcudluğunu qeyd edərək bildirir ki, F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 mart 2023-cü il Qərarı. (§29)
48. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhz bu səbəbdən, məsələn, əqdin hər iki tərəfi aldatma yolu ilə hərəkət etdikdə onlardan heç biri aldadıldığına istinad edərək əqdi mübahisələndirmək hüququna malik deyil (Mülki Məcəllənin 339.3-cü maddəsi). (§22)
49. Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. (§27)
50. Mülki Məcəllənin 16.1-ci maddəsində isə müəyyən edilmişdir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.
51. Mülki Məcəllənin 560.1 və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. (§22) Məhkəmə qeyd edir ki, dürüstlük mülki hüququn təməl prinsiplərindən olan vicdanlılıq institutunun tərkib elementi hesab olunur. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir.
52. Nəzərə alınmalıdır ki, “Mülki Məcəllənin 6-cı maddəsində sadalanan prinsiplər sırasında vicdanlılıq prinsipi birbaşa nəzərdə tutulmasa da, bu prinsip həmin Məcəllənin 5.3, 18.1 və 425-ci maddələrinin göstərişlərindən irəli gəlir.
53. Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3-cü maddəsində hüquqdan sui-istifadəyə səbəb olan bəzi hallar sadalanmışdır. Bunlar sırasına müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi və s. kimi hallardır. (§22)
54. Beləliklə, qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən normalar vasitəsilə əslində bütün haqların istifadə olunmasına bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdur. Haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı obyektiv vicdanlılığı nəzərdə tutmaqla, dürüst, ədalətli bir insanın hərəkət tərzinə dair meyardır.
55. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi bir sıra qərarlarında qeyd etmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. (§22)
56. Hüquqdan sui-istifadə halının mövcudluğu üçün ilk növbədə şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan sui-istifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıb-sığmamasını, aşkar ədalətsizliyə səbəb olub-olmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir.”
57. Məhkəmə qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.
58. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz.
59. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 217ci maddəsinə əsasən qətnamə qanuni və əsaslı olmalıdır. Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Azərbaycan Respublikası MPM-nin 13.4-cü maddəsinə müvafiq olaraq mübahisə edilən münasibəti tənzimləyən hüquq norması olmadıqda, məhkəmə oxşar münasibətləri tənzimləyən hüquq normalarını tətbiq edir. Belə normalar da olmadıqda, məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə, presedent hüququna, mülki qanunvericiliyin prinsiplərinə istinad etməklə qətnamə qəbul etməyə haqlıdır.
60. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun .
61. Beləliklə, məhkəmə qeyd edilən qanunvericilik normalarına və işin hallarına məcmu halında hüquqi qiymət verərək hesab edir ki, həm ilkin, həm də qarşılıqlı iddia suiistifadə hallarına şərait yarada biləcək tələblər olduğundan təmin edilməməlidir.
Məhkəmə xərcləri:
62. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İlkin və qarşılıqlı iddia tələbləri təmin edilmədiyindən ilkin iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu ilkin iddiaçının özünə, qarşılıqlı iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu isə qarşılıqlı iddiaçının özünə aid edilməlidir.
63. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 358-360 və 362-ci maddələrini rəhbər tutaraq,
QƏT ETDİ:
1. İlkin iddia rədd edilsin.
2. İlkin iddia verilərkən ödənilmiş dövlət rüsumu ilkin iddiaçıya aid edilsin.
3. Qarşılıqlı iddia rədd edilsin.
4. Qarşılıqlı iddia verilərkən ödənilmiş dövlət rüsumu qarşılıqlı iddiaçıya aid edilsin.
5. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Samirə Eyvazova