Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5470/2021 22.07.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 16.10.2019-cu il tarixli kredit müqaviləsi üzrə 1627,42 manat əsas borcun, 13,78 manat faiz borcu və 3,64 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 1644,84 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 16.10.2019-cu il tarixli kredit müqaviləsinə əsasən, "xxxx" İKB ASC-dən illik 22 faizlə 36 ay müddətinə 2500 manat kredit götürmüşdür, lakin borclu müqavilə şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır, 27.05.2021-ci il tarixinədək Cavabdeh banka 16.10.2019-cu il tarixli kredit müqaviləsi üzrə 1627,42 manat əsas borc, 13,78 manat faiz borcu və 3,64 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 1644,84 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırır. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" İKB ASC ilə Cavabdeh arasında 16.10.2019-cu il tarixli 11-Y-2-0-2587-19 saylı kredit müqaviləsi imzalanmışdır. Bu müqaviləyə görə Bank borcalana 36 ay müddətinə, illik 22 faiz dərəcəsi ilə 2500 manat kredit vəsaiti ayırmışdır. İş materiallarında olan 16.10.2019-cu il tarixli 11-Y-2-0-2587-19 saylı kredit müqaviləsinə 1 saylı Əlavədən görünür ki, Bu müqaviləyə görə Bank borcalana 36 ay müddətinə, 0 güzəşt müddəti, aylıq annuitet 95,48 manat olmaqla, illik 22 faiz dərəcəsi ilə 2500 manat kredit vəsaiti ayırmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh 27.05.2021-ci il tarixə banka 1627,42 manat əsas borc, 13,78 manat faiz borcu, 3,64 manat cərimə borcu olmaqla, cəmi 1644,84 manat borcu vardır. İş materiallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh xəbərdarlıq göndərilməklə onlardan borcun 5 iş günü ərzində ödənilməsi tələb edilmişdir. İş materiallarında olan 16.10.2019-cu il tarixli məxaric qəbzindən görünür ki, "xxxx" İKB ASC Cavabdeh 2500 manat kredit ayırmışdır. İş materiallarında olan 01.06.2021-ci il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, "xxxx" İKB ASC və Cavabdeh arasında 16.10.2019-cu il tarixli 11-Y-2-0-2587-19 saylı kredit müqaviləsi bağlanmışdır, həmin müqaviləyə əsasən bank tərəfindən Cavabdeh illik 22 faiz dərəcəsi ilə 36 ay müddətinə 2500 manat məbləğində kredit vəsaiti ayrılmış. Cavabdeh müqavilədə nəzərdə tutulan kredit məbləğini iddiaçıdan qəbul edərək götürmüşdür, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, cavabdeh kredit müqaviləsi ilə şərtləşdirilmiş öhdəliklərini yerinə yetirməmiş, borc məbləğinin qaytarılması barədə iddiaçı tərəfindən xəbərdarlıq edilsə də həmin borc məbləği hazırkı vaxta qədər ödənilməmişdir. Hazırda banka olan ödənilməmiş borc məbləği 1627,42 manat əsas borc, 13,78 manat faiz borcu, 3,64 manat cərimə borcu olmaqla, ümumilikdə 1644,84 manat təşkil edir. Bununla belə, cavabdehin müqavilə üzrə nəzərdə tutulan öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən 1627,42 manat əsas borc, 13,78 manat faiz borcu, 3,64 manat cərimə borcu olmaqla, ümumilikdə 1644,84 manat tutularaq İddiaçı ASCyə ödənilməlidir. Məhkəmə, dövlət rüsumunun kimdən tutulmasına münasibətdə hesab edir ki, iddia tələbi təmin edildiyindən, cavabdehlərin dövlət rüsumunu ödəməkdən azad olunması halları məhkəmə tərəfindən müəyyən olunmadığından, iddia tələbinin təmin edilməsi nisbətinə müvafiq olaraq, dövlət rüsumu kimi ödənilmiş 30 manat cavabdehə aid edilməli və həmin məbləğ ondan alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanununun 8.1.2-ci maddəsinə əsasən, iddianın qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 16.10.2019-cu il tarixli kredit müqaviləsi üzrə 1627,42 manat əsas borc, 13,78 manat faiz borcu, 3,64 manat cərimə borcu olmaqla, ümumilikdə 1644 (min altı yüz qırx dörd) manat 84 (səksən dörd) qəpik borc və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 30 (otuz) manat alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-5470/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5470/2021
22.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver