Məhkəmə qərarları › İş №2(011)-548/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-548/2023

02.02.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-548/2023 02.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı, Cavabdeh, onun nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Bakı şəhəri Xətai rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli 398 nömrəli sərəncamına əsasən iddiaçıya Bakı şəhəri, Xətai rayonu, Əhmədli yolu küçəsində (hal-hazırda Kazımağa Kərimov küçəsində) yerləşən ərazidə fərdi yaşayış evi inşa olunması üçün 0,02 ha torpaq sahəsi ayrılmışdır. İddiaçı həmin torpaq sahəsinin üzərində fərdi yaşayış evi inşa etmiş, hal-hazırda həmin fərdi yaşayış evi iddiaçının istifadəsindədir. Başqa sözlə iddiaçı ailə üzvləri ilə birlikdə sözügedən fərdi yaşayış evində yaşayır. Evdə olan bütün kommunal xidmətlər iddiaçının adına rəsmiləşdirilmişdir. İddiaçı məhkəmənin nəzərinə çatdırır ki, yaşadığı müddətdə qonşuların hüquqlarına və qanunla qorunan mənafelərinə həmişə hörmətlə yanaşmışdır. Buna baxmayaraq iddiaçı ilə qonşuluqda yaşayan Cavabdeh halhazırda iddiaçının yaşadığı fərdi yaşayış evinə gələn yolu texnika vasitəsi ilə qazdıraraq iddiaçının fərdi yaşayış evinə, həyətyanı sahəsinə giriş-çıxışını avtonəqliyyat vasitəsi üçün tam, piyadalar üçün isə qismən bağlamaqla maneə yaratmışdır ki, bu da iddiaçının fərdi yaşayış evinin istifadəsinə əngəl törədir. İddiaçı sözügedən maneənin aradan qaldırılması üçün dəfələrlə cavabdehə müraciət etməsinə baxmayaraq, cavabdeh müxtəlif bəhanələrlə həmin maneənin aradan qaldırılmasından boyun qaçırmışdır. Ona görə də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı göstərilənləri nəzərə alaraq, ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə gəliş-gedişi məhdudlaşdırılmasının cavabdehə qadağan edilməsinə və həmin yolun cavabdehin hesabına bərpa edilərək, əvvəlki vəziyyətə gətirilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı iddianın təmin olunması barədə qətnamənin çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı izahatında əlavə olaraq bildirmişdir ki, mübahisənin predmeti olan yolun başında yerləşən ev onun oğluna məxsusdur, onun öz evi də həmin evin yanındadı. Məhkəmə iclasında Cavabdeh və onun nümayəndəsi X4 iddia tələbinə etiraz etməklə, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. E.Musayev izahatında bildirmişdir ki, iddiaçı onun əmisidir. Həmin ərazidə bir neçə evi var, lakin hal-hazırda mübahisənin predmeti olan yolun başında yerləşən ev ona məxsus deyil, odur ki, iddia rədd edilməlidir. Məhkəmə tərəflərin çıxışını dinləyib, iş materillarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Xətai rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli, 398 nömrəli Sərəncamdan çıxarışına əsasən Əhmədli yolu küçəsi 34/31 ünvanında yaşayan İddiaçı Əhmədli yolu küçəsində, cizgidə göstərilən səhədə 0,02 ha torpaq sahəsi ayrılmış və fərdi ev tikintisinə icazə verilmişdir. İş materiallarında olan 66 saylı MKİS tərəfindən tərtib edilmiş K.Kərimov 17/1 “V” ünvanında yerləşən tikiliyə dair texniki pasportun surətindən görünür ki, K.Kərimov 17/1 “V” ünvanında yerləşən tikili 4 otaqdan ibarət olmaqla həmin tikilidə X5 3 övladı ilə yaşayır. İş materiallarında olan 27 yanvar 2023-cü il tarixli yerində müayinə protokolundan və fotoşəkillərdən görünür ki, iddiaçının faktiki sahibliyində ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli ev mövcuddur. Mübahisənin predmeti olan yolun başında K.Kərimov 17/1 “V” ünvanında yerləşən 1 mərtəbəli tikili mövcuddur. Həmin tikili faktiki iddiaçının oğlu X1 və istifadəsindədir. Həmin tikilinin qarşısında olan həyətə çıxışı təmin edən iddiaçının faktiki sahibliyində və istifadəsində olan 147 saylı evin hasarında qapı mövcuddur. İddiaçının faktiki sahibliyində və istifadəsində olan 147 saylı evin əks tərəfdəki hasarında darvaza mövcud olmaqla, həmin evin həyətinə və əsas yola çıxış imkanlarını təmin edilmişdir. Mübahisənin predmeti olan yolun sağ və sol tərəfində cavabdehlərə məxsus evlərin hasarları yerləşir. Həmçinin həmin yolun sağ tərəfində iddiaçının bacısının hasarı mövcuddur. Mübahisənin predmeti olan yol qazılmış vəziyyətdədir. İddiaçının faktiki sahibliyində və istifadəsində olan 147 saylı fərdi yaşayış evinə gəliş-gedişi məhdudlaşdıracaq hər hansısa maneə müəyyən edilməmişdir. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin subutların mümkünlüyünü müəyyən edən 81-ci maddəsi təsbit edir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə isə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, mülki işdə olan sübutlarla təsdiq edilir ki, iddiaçıya məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə gəliş-gedişi məhdudlaşdıracaq hər hansısa maneə müəyyən edilməmişdir, mübahisənin predmeti olan yolun başında K.Kərimov 17/1 “V” ünvanında yerləşən 1 mərtəbəli tikili faktiki iddiaçının oğlu X1 və istifadəsindədir. Məhkəmə mülki işdə olan sübutları qiymətləndirib, işin faktiki hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, iddia tələbi əsassız olduğundan, iddiaçıya məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə gəliş-gedişi məhdudlaşdıracaq hər hansısa maneə müəyyən edilmədiyindən, iddiaçının əsaslandığı hallar sübutlarla təsdiq edilmədiyindən iddia təmin edilməməlidir. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddiaçı Cavabdeh qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar