Məhkəmə qərarları › İş №2(011)-5485/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5485/2025

22.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5485/2025 22.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 1814.72 manat əsas borc, 118.09 manat faiz borcu və 139.69 manat cərimə borcu olmaqla, ümumilikdə 2072.5 manat borc və 40.73 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən, İddiaçı ASC-dən illik 17.5 faizlə 24 ay müddətinə 6000 manat kredit götürmüşdür, lakin borclu müqavilə şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə banka 1814.72 manat əsas borc, 118.09 manat faiz borcu və 279.38 manat cərimə borcu olmaqla, ümumilikdə 2212.19 manat borcu yaranmışdır. xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh banka olan cərimə borcu 279.38 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 139.69 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırır. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh və İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında Cavabdeh 24 ay müddətinə, illik 17.5% dərəcəsi, 1% komisyon haqqı olmaqla, istehlak məqsədilə, illik 180% cərimə, aylıq ödəniş məbləği 298.1 manat olmaqla, 6000 manat məbləğində kredit verilməsi barədə xx.xx.2023-cü il tarixli, 6-Y-2-0-1865-23 saylı Nağd kredit verilməsinə dair “Razılaşma” imzalanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 6-Y-2-0-1865-23 saylı Kredit müqaviləsinə 1 saylı Əlavədən görünür ki, Cavabdeh verilən kreditin məbləği 6000 (altı min) manat, müddəti 24 (iyirmi dörd) ay, illik faiz dərəcəsi 17.5%, aylıq ödənişi 298 (iki yüz doxsan səkkiz) manat 10 (on) qəpik təşkil edir. İş materiallarında olan Kassa məxaric oderindən görünür ki, Cavabdeh 6000 manat kredit verilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixli, 6-Y-2-0-1865-23 saylı kredit müqaviləsi üzrə kreditin verilmə tarixi xx.xx.2023-cü, müqavilənin bitmə tarixi xx.xx.2025-ci il tarixidir, kredit 24 ay müddətinə, illik 17.5% dərəcəsi ilə verilmişdir. Kreditin bitmə tarixinə Cavabdeh əsas borcu 1814.72 manat, kreditin bitmə tarixinə faiz borcu 118.09 manat, cərimə borcu 279.38 manat, əldən çıxmış fayda (əsas borca hesablanmış 5 %) 0 manat, banka olan cəmi borcu 2212.19 manatdır. İş materiallarından görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh xx.xx.2025-ci il tarixində KBD 2441 saylı xəbərdarlıq məktubu göndərilməklə ondan xx.xx.2023-cü il tarixli, 6-Y-2-0-1865-23 saylı Kredit müqaviləsinə əsasən borcunu 5 gün müddətində Yelo Banka tam ödənilməsi tələb edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** saylı Dövlət rüsumunun ödənilməsi haqqında mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsinə görə 40.73 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında cavabdehə 24 ay müddətinə, illik 17.5% dərəcəsi, 1 % komisyon haqqı olmaqla, istehlak məqsədilə, illik 180% cərimə, aylıq ödəniş məbləği 298.10 manat olmaqla, 6000 manat kredit verilməsi barədə xx.xx.2023-cü il tarixli, 6-Y-2-0-1865-23 saylı Nağd kredit verilməsinə dair müqavilə bağlanmışdır, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirmiş, lakin cavabdeh, müqavilə öhdəlikləri üzrə öhdəliklərini yerinə yetirməməklə - kredit məbləğinə görə ödənişləri həyata keçirməməklə iddiaçıya xx.xx.2023-cü il tarixli, 6-Y-2-0-1865-23 saylı kredit müqaviləsi üzrə 1814.72 manat əsas borc, 118.09 manat faiz borcu yaranmışdır. İddiaçı tərəfindən borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilmişdir. Bununla belə, cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə xx.xx.2023-cü il tarixli, 6-Y-2-0-1865-23 saylı Nağd kredit verilməsinə dair müqavilə üzrə tənasübsüz surətdə yüksək hesablanmış cərimə məbləğinin azaldılaraq, 100 manat həddində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli, 6-Y-2-0- 1865-23 saylı kredit müqaviləsi üzrə 1814.72 manat əsas, 118.09 manat faiz və 100 manat cərimə borcu olmaqla, ümumilikdə 2032.81 manat tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Dövlət rüsumuna münasibətdə isə məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırkı iş üzrə iddia tələbi qismən təmin edildiyindən, cavabdehin dövlət rüsumunu ödəməkdən azad edilməsi halları məhkəmə tərəfindən müəyyən olunmadığından, dövlət rüsumu cavabdehə aid edilməli və iddia tələbinin həcmi nəzərə alınmaqla, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 40.33 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda, iddia ərizəsinin verilməsinə görə 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1%-i həddində dövlət rüsumu ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, 6-Y-2-0-1865-23 saylı kredit müqaviləsi üzrə 1814.72 manat əsas, 118.09 manat faiz və 100 manat cərimə borcu olmaqla, ümumilikdə 2032 (iki min otuz iki) manat 81 (səksən bir) qəpik məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 40 (qırx) manat 33 (otuz üç) qəpik məbləğində pul vəsaiti alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar