Məhkəmə qərarları › İş №2(011)-5527/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5527/2024

29.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5527/2024 29.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştrakı ilə, İddiaçı Cavabdeh qarşı – “aliment məbləğinin artırılması” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı- Cavabdeh xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün, Cavabdeh hər ay 800 manat sabit pul məbləğində aliment tutularaq X4 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, X5 iddia ərizəsi ilə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixdə Nərimanov rayon Qeydiyyat şöbəsində 122 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra uşağın ananın yanında saxlanması, birgə nikahdan xx.xx.2021 -ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən başlayaraq cavabdehdən aylıq qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin və hər ay 150 manat məbləğində əlavə xərclərə görə ödəncin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin № 2(011)-5505/2021 nömrəli, xx.xx.2021-ci il tarixli (hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi ilə) qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilmiş və Cavabdeh ilə X5 arasında xx.xx.2019-cu il tarixli Nərimanov Rayon Qeydiyyat şöbəsi tərəfindən 122 saylı nikah akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuşdur. xx.xx.2021-ci il təvəllüdlü X7 anası X2 himayəsində saxlanılmışdır. Cavabdeh xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün, xx.xx.2021-ci il tarixdən hesablanmaqla, Cavabdeh hər ay onun aylıq qazancının hissəsi miqdarında aliment tutularaq X4 ödənilməsi qət edilmişdir. Hazırda cavabdehin əmək haqqından 307 manat məbləğində pul vəsaiti tutularaq uşağın saxlanılması üçün ödənilir. X1 307 (üç yüz yeddi) manat məbləğində pul vəsaitinə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etməsi mümkün deyil. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, MPM-in 170 –ci maddəsini rəhbər tutaraq, iddia ərizəsinin baxılmadan geri qaytarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında işə mahiyyəti üzrə iddiaçının iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5505/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan Cavabdeh ilə X5 arasında xx.xx.2019-cu il tarixli Nərimanov Rayon Qeydiyyat şöbəsi tərəfindən 122 saylı nikah akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, xx.xx.2021-ci il təvəllüdlü X7 anası X2 himayəsində saxlanılması, Cavabdeh xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün, xx.xx.2021-ci il tarixdən hesablanmaqla, Cavabdeh hər ay onun aylıq qazancının ¼ hissəsi miqdarında aliment tutularaq X4 ödənilməsi qət olunmuşdur. xx.xx.2024-cü il tarixli Bakı 9 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, iddiaçı mediasiya sessiyasında iştirak etmiş və tərəfindən 50 manat məbləğində mediasiya xərci ödənilmişdir. İş materiallarında olan, CMS “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılan gəlir məlumatlarından görünür ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətində “bölmə rəhbəri, satış” vəzifəsində işləyir, 2300 manat əmək haqqı alır. İş materiallarında olan, CMS “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılan gəlir məlumatlarından görünür ki, cavabdeh "Vətən" İxtisaslaşdırılmış olimpiya X11 Futbol Məktəbi Publik Hüquqi Şəxsində “idman üzrə məşqçi müəlim” vəzifəsində işləyir, 1228,5 manat əmək haqqı alır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Valideynlərə hörmət etmək, onların qayğısına qalmaq uşaqların borcudur. 18 yaşına çatmış əmək qabiliyyətli uşaqlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa borcludurlar (Konstitusiyanın 34-cü maddəsinin İV və V hissələri). “Uşaq hüquqları haqqında” Konvensiyanın (bundan sonra - Konvensiya) 3-cü maddəsinin 1-ci bəndinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən Həmin Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən isə valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 1998-ci il 19 may tarixli Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Göstərilən Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” 26 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən Əhalinin əsas sosialdemoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə cavabdehin nümayəndəsi və vəkilinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 5505/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan Cavabdeh ilə X5 arasında xx.xx.2019-cu il tarixli Nərimanov Rayon Qeydiyyat şöbəsi tərəfindən 122 saylı nikah akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, xx.xx.2021-ci il təvəllüdlü X7 anası X2 himayəsində saxlanılması, Cavabdeh xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün, xx.xx.2021-ci il tarixdən hesablanmaqla, Cavabdeh hər ay onun aylıq qazancının ¼ hissəsi miqdarında aliment tutularaq X4 ödənilməsi qət olunmuşdur. İş materiallarında olan, CMS “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılan gəlir məlumatlarından görünür ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətində “bölmə rəhbəri, satış” vəzifəsində işləyir, 2300 manat əmək haqqı alır. İş materiallarında olan, CMS “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılan gəlir məlumatlarından görünür ki, cavabdeh "Vətən" İxtisaslaşdırılmış olimpiya X11 Futbol Məktəbi Publik Hüquqi Şəxsində “idman üzrə məşqçi müəlim” vəzifəsində işləyir, 1228,5 manat əmək haqqı alır. İddiaçı öz ərizəsində qeyd etmişdir ki, övladının saxlanılması üçün cavabdeh tərəfindən ona hər ay 307 manat məbləğində aliment ödənilir. Bu məbləğ uşağa görə müəyyənləşdirilmiş yaşayış minimumundan da artıqdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 1998-ci il 19 may tarixli Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Məhkəmə yuxarıda qeyd edilmiş maddi hüquq normalarına əsaslanaraq, işdə olan sübutları qiymətləndirərək, belə qənaətə gəlir ki, valideynlər uşaqların saxlanması ilə bağlı bərabər vəzifə və öhdəliklər daşıyır, iddiaçı həmin vəzifəni daşımaq üçün maddi imkana malikdir, həmçinin cavabdeh tərəfindən də uşağa görə müəyyənləşdirilmiş yaşayış minimumundan da artıq aliment məbləğinin ödənildiyini nəzərə alaraq ki, iddia tələbi təmin olunmamalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” barədə iddia tələbi təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar