Məhkəmə qərarları › İş №2(011)-553/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-553/2021

09.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-553/2021 09.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “müqavilələrin ləğvi, artıq yazılmış əsas məbləğ və faiz borcunun silinməs, qızıl-zinət əşyalarının geri qaytarılması” barədə ilkin və Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin İddiaçı qarşı “kredit müqaviləsinin ləğv edilməsi və s.” barədə qarşılıqlı iddia tələblərinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti arasında cavabdeh təşkilatın qanunsuzluq edərək və onu aldatmaqla xx.xx.2020-cil tarixində bağlanılmış xxxx/0xx/xx/228719 saylı və xxxx/0xx/xx/228754 saylı eyni məzmunlu ayrı-ayrı kredit müqavilələrini etibarsız hesab edərək ləğv edilməsinə, cavabdeh tərəfindən ona artıq yazılmış əsas və faiz borc məbləğlərinin silinməsinə və onun müqavilə üzrə cavabdehə girov qoyduğu ümumi qiyməti 52257 manat 19 adda olan1 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 26,10 qram olan komplekt, 1 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 14,26 qram olan kulon, 1 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 24,30 qram olan komplekt, 1 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 28,78 qram olan komplekt, 1 ədəd X1 583 əyarlı çəkisi 14,58 qram olan komplekt, 2 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 20 qram olan kulon, 1 ədəd X1 583 əyarlı çəkisi 11,35 qram olan kulon, 1 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 19 qram olan komplekt, 1 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 22,68 qram olan komplekt, 1 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 22 qram olan komplekt, 1 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 21,69 qram olan qolbağ, 1 ədəd Türkiyə Respublikasının İstehsalı olan 585 əyarlı çəkisi 20 qram olan komplekt, 1 ədəd Türkiyə Respublikasının İstehsalı olan 585 əyarlı çəkisi 10 qram olan kulon, 1 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 28,70 qram olan boyunbağı, 1 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 6,80 qram olan qolbağ, 1 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 12,93 qram olan qolbağ, 1 ədəd İtaliya İstehsalı olan 916 əyarlı çəkisi 23,34 qram olan qolbaq, 11 ədəd BƏƏ İstehsalı olan 916 əyarlı çəkisi 94,60 qram olan 10-luq qızıl qəpiklər, 2 ədəd BƏƏ İstehsalı olan 875 əyarlı çəkisi 12,90 qram olan kulondan ibarət qızıl-zinət əşyalarının girovdan azad edilib ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə Cavabdeh QSC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh QSC ilə cavabdeh İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, xxxx/0xx/xx/228754 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, xx.xx.2020-ci il tarixli, xxxx/0xx/xx/228754 saylı kredit müqaviləsi üzrə 26538.39 manat əsas, 5869.20 manat faiz, 11037 manat dəbbə pulu olmaqla, ümumilikdə 43445.38 manat pulun tutulması, tələbin lombarda girov qoyulmuş 11199 ABŞ dolları dəyərində olan qızılzinət əşyalarına : 1 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 26,10 qram olan komplekt, 1 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 14,26 qram olan kulon, 1 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 24,30 qram olan komplekt, 1 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 28,78 qram olan komplekt, 1 ədəd X1 583 əyarlı çəkisi 14,58 qram olan komplekt, 2 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 20 qram olan kulon, 1 ədəd X1 583 əyarlı çəkisi 11,35 qram olan kulon, 1 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 19 qram olan komplekt, 1 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 22,68 qram olan komplekt, 1 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 22 qram olan komplekt, 1 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 21,69 qram olan qolbağ, 1 ədəd Türkiyə Respublikasının İstehsalı olan 585 əyarlı çəkisi 20 qram olan komplekt, 1 ədəd Türkiyə Respublikasının İstehsalı olan 585 əyarlı çəkisi 10 qram olan kulon, 1 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 28,70 qram olan boyunbağı, 1 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 6,80 qram olan qolbağ, 1 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 12,93 qram olan qolbağ, 1 ədəd İtaliya İstehsalı olan 916 əyarlı çəkisi 23,34 qram olan qolbaq, 11 ədəd BƏƏ İstehsalı olan 916 əyarlı çəkisi 94,60 qram olan 10-luq qızıl qəpiklər, 2 ədəd BƏƏ İstehsalı olan 875 əyarlı çəkisi 12,90 qram olan kulondan ibarət qızıl-zinət əşyalarına yönəldilməsi, qızıl zinət əşyalarının hərracda satılmaqla əldə edilən pulun hesabına borcun ödənilməsinə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili S.T.Abdullayev ilkin iddia tələbin müdafiə edərək izahatında bildirdi ki İddia ərizəsində də qeyd edildiyi kimi, İddiaçı ilə xxxx QSC ilə onun arasında 19 adda qızıl-zinət əşyaları girov qoyularaq xx xxxxxx 2020-ci il tarixli kredit və girov müqaviləsi bağlanmışdır, lakin xxxx QSC-nin nümayəndəsi olan orada menecer vəzifəsində işləyən X3 bir müqavilə adı altında xx xxxxxx 2020-ci il tarixli xxxx/0xx/xx/228719 saylı və xxxx/0xx/xx/228754 saylı eyni məzmunlu iki ayrı-ayrı 40% dərəcəsi ilə on səkkiz ay müddətinə kredit və girov müqavilələrini imzalatmışdır, əslində iddiaçı, xx xxxxxx 2020-ci il tarixli iddiaçının ünvanına girov predmetlərinin satacağı ilə əlaqədar bildirişinə görə müqavilələrinə baxarkən cavabdehin bir müqavilə adı altında eyni gündə eyni girov predmeti əsasında 40% dərəcəsi ilə 18 ay müddətinə xx xxxxxx 2020-ci il tarixli xxxx/0xx/xx/228719 saylı və xxxx/0xx/xx/228754 saylı eyni məzmunlu iki ayrı-ayrı kredit və girov müqavilələrini ona qanunsuz olaraq imza etdirmişlər, həmin müqavilələr qanunsuz olduğundan və ona kredit borcu olaraq yalnız 27686 (iyirmi yeddi min altı yüz səksən altı) manat verildiyindən həmin müqavilələr etibarsız hesab olunmaqla ləğv olunmalı və müqavilə şərtlərinə xitam verilməli, onun müqavilə üzrə girov qoyduğu ümumi qiyməti 5227 manat olan 19 adda qızıl-zinyət əşyaları isə girovdan azad edilib onun özünə qaytarılmalıdır, ölkədə “Covid-19” pandemiyası ilə əlaqədar Nazirlər Kabinetinin qərarları ilə insanların kütləvi yığışdıqları iş yerləri bağlı olduğundan o da mart ayından bu günə qədər işləmir, lakin Cavabdeh QSC-nin nümayəndəsi iddiaçıya müraciət edərək ödənişləri etməyi tələb edir və iddiaçını qızılların satılması ilə hədələyir, girov predmeti olan qızılzinət əşyaları cavabdehin özü üçün hesabladığı borc məbləğinin 4 mislini təşkil edir, cavabdeh girov predmeti olan qızıl-zinət əşyalarını özündə saxladığından dəyəri 52257 manat təşkil edən əşyaları dəyər-dəyməzinə satıb mənimsəmək niyyətindədir . Sonda S.T.Abdullayev iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. xx.xx.2020-ci il tarixli məhkəmə iclasında Cavabdeh QSC-nin nümayəndəsi C.Mahmudov ilkin iddia tələbini qəbul etməyərək, qarşılıqlı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, İddiaçı ilə Cavabdeh QSC arasında əvvəl xxxx/0xx/xx/228719 saylı lombard kredit müqaviləsi bağlanmış daha sonra isə həmin kredit restruktrizasiya edilərək xxxx/000/20228754 saylı lombard krediti müqaviləsi bağlanmışdır, xx.xx.2020-ci il tarixli, xxxx/000/20228754 saylı lombard krediti müqaviləsinə əsasən İddiaçı 18 aylı, illik 40 faiz olmaqla 27686 manat lombard krediti verilmişdir, hazırda İddiaçıun xx.xx.2020-ci il tarixli, xxxx/000/20228754 saylı lombard krediti müqaviləsi üzrə 26538.39 manat əsas, 5869.2 manat faiz, 11037 manat dəbbə pulu borcu olmaqla ümumilikdə 43445.38 manat lombard krediti borcu mövcuddur, dəfələrlə edilmiş xəbərdarlıq və bildirişlərə baxmayaraq qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən heç bir ödənişlər edilməmişdir, İddiaçı ilə bağlanmış lombard krediti müqaviləsinin nömrəli əlavəsi, lombard bileti hesab edilən AKT-a əsasən cavabdehə məxsus olan dəyəri 11199 ABŞ dolları olan qızıl-ziynət əşyaları hazırda cəmiyyətin saxlancında saxlanılmaqdadır, iddiaçı tərəfindən ödənilməmiş 12.000 manat məbləğ bildiriş göndərildiyi dövr üçün yaranmışdır, lakin daha sona həmin məbləğ artmışdır. Sonda C.Mahmudov ilkin idda tələbinin təmin edilməməsini, qarşılıqlı iddia tələbinin isə təmin edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2021-ci il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək və iş materiallarını tədqiq edərək hesab edir ki, ilkin iddia tələbi rədd, qarşılıqlı iddia tələbi isə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı (borclu-girov qoyan) və Cavabdeh QSC (kreditor-girov saxlayan) arasında bağlanan xx.xx.2020-ci il tarixli xxxx/0xx/xx/228719 saylı kredit və girov müqaviləsindən görünür ki, kreditor-girov saxlayan borclu-girov qoyana illik 40 faiz dərəcəsi ilə 18 ay müddətinə 27686 manat məbləğdə kredit verməyi, borclu-girov qoyan verilmiş krediti qəbul edərək ondan müqavilədə müəyyən edilmiş şərtlərlə və qaydada istifadə etməyi, krediti geri qaytarmağı öhdəsinə götürmüşdür, həmin müqaviləyə əsasən kreditor-girov saxlayanın borclu girov qoyanakredit verdiyi pul vəsaitinin və ona hesabların faizlərin habelə borclu-girov qoyanın öhdəliyinin icrasının gecikdirilməsi ilə əlaqədar hesablanan dəbbə pulunun, kreditor-girov saxlayanın tərəfindən çəkilmiş mümkün ola bilən bütün xərclərinin əvəzinin kreditor-girov saxlayana qaytarılmasını təmin etmək məqsədi ilə girov predmeti xx.xx.2020-ci il tarixli zərgər aktı ilə təsdiq edilmiş likvid dəyəri 11633 ABŞ dolları qiymətləndirilmiş, İddiaçı mülkiyyətindəki qiymətli metaldır. İş materiallarında olan İddiaçı (borclu-girov qoyan) və Cavabdeh QSC (kreditorgirov saxlayan) arasında bağlanan xx.xx.2020-ci il tarixli xxxx/0xx/xx/228754 saylı kredit və girov müqaviləsindən görünür ki, kreditor-girov saxlayan borclu-girov qoyana illik 40 faiz dərəcəsi ilə 18 ay müddətinə 27686 manat məbləğdə kredit verməyi, borclu-girov qoyan verilmiş krediti qəbul edərək ondan müqavilədə müəyyən edilmiş şərtlərlə və qaydada istifadə etməyi, krediti geri qaytarmağı öhdəsinə götürmüşdür, həmin müqaviləyə əsasən kreditor-girov saxlayanın borclu girov qoyanakredit verdiyi pul vəsaitinin və ona hesabların faizlərin, habelə borclu-girov qoyanın öhdəliyinin icrasının gecikdirilməsi ilə əlaqədar hesablanan dəbbə pulunun, kreditor-girov saxlayanın tərəfindən çəkilmiş mümkün ola bilən bütün xərclərinin əvəzinin kreditor-girov saxlayana qaytarılmasını təmin etmək məqsədi ilə girov predmeti xx.xx.2020-ci il tarixli zərgər aktı ilə təsdiq edilmiş likvid dəyəri 11633 ABŞ dolları qiymətləndirilmiş, İddiaçı mülkiyyətindəki qiymətli metaldır. İş materiallarında olan İddiaçı ünvanlanan xəbərdarlıq məktubundan görünür ki, borclu öhdəliklərini bildirişi aldığı gündən 7 gün müddətində göstərilmiş borcöhdəliyi yerinə yetirmədiyi təqdirdə tələbin girov predmetinə yönələcəyi, girov predmetinin QSC daxili hərrac vasitəsi ilə satışa çıxarılacağı, satış xx.xx.2020-ci il tarixində Səməd Vurğun 60 ünvanında saat 15:00-da keçirilməsi barədə xəbərdar olmuşdur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli Cavabdeh QSC-nin “Yasamal” filialına girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktından görünür ki, 19 adda- 1 ədəd 750 əyarlı çəkisi 26,10 qram olan komplekt, 1 ədəd 750 əyarlı çəkisi 14,26 qram olan kulon, 1 ədəd 750 əyarlı çəkisi 24,30 qram olan komplekt, 1 ədəd 750 əyarlı çəkisi 28,78 qram olan komplekt, 1 ədəd 583 əyarlı çəkisi 14,58 qram olan komplekt, 2 ədəd 750 əyarlı çəkisi 20 qram olan kulon, 1 ədəd 583 əyarlı çəkisi 11,35 qram olan kulon, 1 ədəd 750 əyarlı ümumi çəkisi 19.16 qram olan komplekt, 1 ədəd 750 əyarlı çəkisi 22,68 qram olan komplekt, 1 ədəd 750 əyarlı çəkisi 22 qram olan komplekt, 1 ədəd 750 əyarlı çəkisi 21,69 qram olan qolbağ, 1 ədəd 585 əyarlı ümumi çəkisi 21.15 qram olan komplekt, 1 ədəd 585 əyarlı ümumi çəkisi 11.36 olan kulon, 1 ədəd 750 əyarlı çəkisi 28,70 qram olan boyunbağı, 1 ədəd 750 əyarlı çəkisi 6,80 qram olan qolbağ, 1 ədəd 750 əyarlı çəkisi 12,93 qram olan qolbağ, 1 ədəd 916 əyarlı çəkisi 23,34 qram olan qolbaq, 11 ədəd 916 əyarlı çəkisi 94,60 qram olan 10-luq qızıl qəpiklər, 2 ədəd 875 əyarlı çəkisi 12,90 qram olan kulondan ibarət ümumi çəkisi 436.68 qram, xalis çəkisi 434.01 qram, ümumi likvid qiyməti 11633 ABŞ dolları olan qızıl zinət əşyaları girov qoyan İddiaçı tərəfindən girov saxlayan Cavabdeh QSC-yə təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Cavabdeh QSC-nin “Yasamal” filialına girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktından görünür ki, 19 adda- 1 ədəd 750 əyarlı çəkisi 26,10 qram olan komplekt, 1 ədəd 750 əyarlı çəkisi 14,26 qram olan kulon, 1 ədəd 750 əyarlı çəkisi 24,30 qram olan komplekt, 1 ədəd 750 əyarlı çəkisi 28,78 qram olan komplekt, 1 ədəd 583 əyarlı çəkisi 14,58 qram olan komplekt, 2 ədəd 750 əyarlı çəkisi 20 qram olan kulon, 1 ədəd 583 əyarlı çəkisi 11,35 qram olan kulon, 1 ədəd 750 əyarlı ümumi çəkisi 19.16 qram olan komplekt, 1 ədəd 750 əyarlı çəkisi 22,68 qram olan komplekt, 1 ədəd 750 əyarlı çəkisi 22 qram olan komplekt, 1 ədəd 750 əyarlı çəkisi 21,69 qram olan qolbağ, 1 ədəd 585 əyarlı ümumi çəkisi 21.15 qram olan komplekt, 1 ədəd 585 əyarlı ümumi çəkisi 11.36 olan kulon, 1 ədəd 750 əyarlı çəkisi 28,70 qram olan boyunbağı, 1 ədəd 750 əyarlı çəkisi 6,80 qram olan qolbağ, 1 ədəd 750 əyarlı çəkisi 12,93 qram olan qolbağ, 1 ədəd 916 əyarlı çəkisi 23,34 qram olan qolbaq, 11 ədəd 916 əyarlı çəkisi 94,60 qram olan 10-luq qızıl qəpiklər, 2 ədəd 875 əyarlı çəkisi 12,90 qram olan kulondan ibarət olan ümumi çəkisi 436.68 qram, xalis çəkisi 434.01 qram, ümumi likvid qiyməti 11633 ABŞ dolları olan qızıl zinət əşyaları girov qoyan İddiaçı tərəfindən girov saxlayan Cavabdeh QSC-yə təhvil verilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh QSC ilə borclu İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, xxxx/0xx/xx/228754 saylı kredit (borc) və girov müqaviləsinə əsasən 11633 ABŞ dolları qiymətləndirilmiş girov predmeti ilə onlara 16 ay müddətinə, 40 faiz məzənnəsi ilə 27686 manatməbləğində kredit verilmişdir, xx.xx.2020-ci il tarixinə olan borc əsas- 26538.39 manat, faiz 5869.2 manat, dəbbə 11037.48 manat olmaqla, ümumilikdə 43445,38 manat təşkil edir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 9/5991 saylı ekspert rəyindən görünür ki, Cavabdeh QSC ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli xxxx/0xx/xx/228754 saylı kredit müqaviləsi üzrə İddiaçı xx.xx.2020-ci il tarixə olan borcu əsas borc üzrə 26056.66, faiz borcu üzrə 2174.69 manat olmaqla, ümumilikdə 28231.35 manat məbləğində müəyyən olunmuşdur. Həmin rəyə əlavə edilmiş bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 145 manat təşkil edir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflər arasında xx.xx.2020-ci il tarixdə xxxx/0xx/xx/228754 saylı və xxxx/0xx/xx/228719 saylı kredit və girov müqavilələri bağlanmışdır, iddiaçı tərəfindən cavabdehə xxxx/0xx/xx/228754 saylı saylı müqavilə üzrə 18 ay müddətinə 40 % dərəcəsi ilə olmaqla hər müqavilə üzrə 27868 manat məbləğində kredit vəsaiti ayrılmışdır, cavabdeh müqavilədə nəzərdə tutulan kredit məbləğini iddiaçıdan qəbul edərək götürmüş, həmçinin həmin müqavilədə kredit müqaviləsinin təminatı olaraq dəyəri 11633 ABŞ dolları olan qızılzinət əşyaları girov qoyulmuşdur, xxxx/0xx/xx/228754 saylı müqavilə üzrə ödənilməmiş borcu qalmışdır. Bununla belə, cavabdehin müqavilə üzrə nəzərdə tutulan öhdəliklərinin icrasını istisna edən, o cümlədən, mübahisələndirilən əqdi bağlamağa məcburetmə halları, yaxud həmin əqdin vacib əhəmiyyətli yanılma nəticəsində bağlanmasına əsas verən, həmçinin müqavilənin forma tələbləri ilə bağlı tərəflər arasında başqa razılaşmanın olması barədə hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, ilkin iddia tələbi üzrə İddiaçı dəlillərinə münasibətdə hesab edir ki, bu, iddiaçının sübutetmə yükü ilə bağlıdır, iddiaçı öz tələblərinin əsası kimi istnad etdiyi hallarla bağlı sübut etmə vəzifəsi daşıdığı halda, onun tərəfindən mübahisələndirilən əqdin etibarsızlığına, o cümlədən əqdin bağlanılmasına məcburetmə halları, yaxud vacib əhəmiyyətli yanılma nəticəsində bağlanmasına əsas verən, həmçinin müqavilənin forma tələbləri ilə bağlı tərəflər arasında başqa razılaşmanın olması halları barədə mötəbər sübutlar iş materiallarına əlavə edilməmiş və belə hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbinin əsalandırıldığı hallar sübuta yetirilmədiyindən və iddiaçının şəxsi mülahizələrinə əsaslandığından iddia tələbi əsaslı hesab edilə bilməz. Məhkəmə, qarşılıqlı iddia tələbinə münasibətdə qeyd edir ki, İddiaçı borc götürdüyü borc məbləğini müqavilə tələblərini pozmaqla öhdəlikləri yerinə yetirməməklə qaytarmadığından qarşılıqlı iddia tələbi üzrə Cavabdeh QSC məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə ekspert rəyini sübut kimi qəbul edərək, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli xxxx/0xx/xx/228754 saylı kredit müqaviləsi üzrəəsas borc üzrə 26056.66 manat, faiz borcu üzrə 2174.69 manat olmaqla, ümumilikdə 28131.35 manat pul məbləğinin Cavabdeh QSC-nin xeyrinə İddiaçı tutulmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.5-ci maddəsinə əsasən, girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 296.1-ci maddəsiə əsasən, girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv dilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının x xxxxx 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair xx xxxxxx 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, qarşılıqlı iddia tələbi qismən təmin edilməli, İddiaçı xx.xx.2020-ci il tarixli, xxxx/0xx/xx/228754 saylı kredit və girov müqaviləsi üzrə, 26056.66 manat əsas borc, 2174.69 manat faiz borcu olmaqla cəmi 28131.35 manat pul alınaraq Cavabdeh QSC-yə ödənilməli, borc girov qoyulmuş zinət əşyalarına yönəldilməli, onların satışından əldə olunmuş vəsait hesabına Cavabdeh QSC-yə olan borc ödənilməlidir, qarşılıqlı iddia tələbi qalan hissədə və ilkin iddia tələbi rədd edilməlidir. Məhkəmə, məhkəmə xərclərinin təmin edilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olmasını nəzərə alaraq hesab edir ki, qarşılıqlı iddia tələbi qismən təmin edildiyindən, ekspertiza keçirilməsi ilə əlaqədar aparılmış tədqiqatın dəyərini təşkil edən 145 manat məbləğində pul cavabdehdən müştərək qaydada tutularaq dövlət büdcəsinə (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP XİİİS hesabı: Dövlət xəzinadarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN:**********, Hesab: AZ34CTRE********************) ödənilməlidir. Məhkəmə, dövlət rüsumunun kimdən tutulmasına münasibətdə hesab edir ki, ilkin iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli, qarşılıqlı iddia tələbi isə qismən təmin edildiyindən, cavabdehin dövlət rüsumunu ödəməkdən azad olunması halları məhkəmə tərəfindən müəyyən olunmadığından, , dövlət rüsumu kimi ödənilmiş 30 manat İddiaçı aid edilməli və həmin məbləğ ondan Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə görə ekspertizanın keçirilməsi ilə bağlı çəkilən xərc məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “onunla Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti arasında cavabdeh təşkilatın qanunsuzluq edərək və onu aldatmaqla xx.xx.2020-cil tarixində bağlanılmış xxxx/0xx/xx/228719 saylı və xxxx/0xx/xx/228754 saylı eyni məzmunlu ayrı-ayrı kredit müqavilələrini etibarsız hesab edərək ləğv edilməsinə, cavabdeh tərəfindən ona artıq yazılmış əsas və faiz borc məbləğlərinin silinməsinə və onun müqavilə üzrə cavabdehə girov qoyduğu ümumi qiyməti 52257 manat 19 adda olan1 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 26,10 qram olan komplekt, 1 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 14,26 qram olan kulon, 1 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 24,30 qram olan komplekt, 1 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 28,78 qram olan komplekt, 1 ədəd X1 583 əyarlı çəkisi 14,58 qram olan komplekt, 2 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 20 qram olan kulon, 1 ədəd X1 583 əyarlı çəkisi 11,35 qram olan kulon, 1 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 19 qram olan komplekt, 1 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 22,68 qram olan komplekt, 1 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 22 qram olan komplekt, 1 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 21,69 qram olan qolbağ, 1 ədəd Türkiyə Respublikasının İstehsalı olan 585 əyarlı çəkisi 20 qram olan komplekt, 1 ədəd Türkiyə Respublikasının İstehsalı olan 585 əyarlı çəkisi 10 qram olan kulon, 1 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 28,70 qram olan boyunbağı, 1 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 6,80 qram olan qolbağ, 1 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 12,93 qram olan qolbağ, 1 ədəd İtaliya İstehsalı olan 916 əyarlı çəkisi 23,34 qram olan qolbaq, 11 ədəd BƏƏ İstehsalı olan 916 əyarlı çəkisi 94,60 qram olan 10-luq qızıl qəpiklər, 2 ədəd BƏƏ İstehsalı olan 875 əyarlı çəkisi 12,90 qram olan kulondan ibarət qızıl-zinət əşyalarının girovdan azad edilib ona qaytarılması” barədə ilkin iddia tələbi rədd edilsin. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. İddiaçı xx.xx.2020-ci il tarixli, xxxx/0xx/xx/228754 saylı kredit və girov müqaviləsi üzrə 26056.66 manat əsas borc, 2174.69 manat faiz borcu olmaqla cəmi 28131 (iyirmi səkkiz min yüz otuz bir) manat 35 (otuz beş) qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat pul alınaraq Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Tutma girov qoyulmuş qızıl-zinət əşyalarına –1 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 26,10 qram olan komplekt, 1 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 14,26 qram olan kulon, 1 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 24,30 qram olan komplekt, 1 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 28,78 qram olan komplekt, 1 ədəd X1 583 əyarlı çəkisi 14,58 qram olan komplekt, 2 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 20 qram olan kulon, 1 ədəd X1 583 əyarlı çəkisi 11,35 qram olan kulon, 1 ədəd İtaliya İstehsalı olan 750 əyarlı ümumi çəkisi 19.16 qram olan komplekt, 1 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 22,68 qram olan komplekt, 1 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 22 qram olan komplekt, 1 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 21,69 qram olan qolbağ, 1 ədəd Türkiyə Respublikasının İstehsalı olan 585 əyarlı ümumi çəkisi 21.15 qram olan komplekt, 1 ədəd Türkiyə Respublikasının İstehsalı olan 585 əyarlı ümumi çəkisi 11.36 qram olan kulon, 1 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 28,70 qram olan boyunbağı, 1 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 6,80 qram olan qolbağ, 1 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 12,93 qram olan qolbağ, 1 ədəd İtaliya İstehsalı olan 916 əyarlı çəkisi 23,34 qram olan qolbaq, 11 ədəd BƏƏ İstehsalı olan 916 əyarlı çəkisi 94,60 qram olan 10-luq qızıl qəpiklər, 2 ədəd BƏƏ İstehsalı olan 875 əyarlı çəkisi 12,90 qram olan kulondan ibarət qızıl-zinət əşyalarına yönəldilsin. Qızıl-zinət əşyalarının satışından əldə olunan vəsaitdən cavabdeh İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə olan 28131 (iyirmi səkkiz min yüz otuz bir) manat 35 (otuz beş) qəpik məbləğində borcu silinsin. Qarşılıqlı iddia tələbi qalan hissədə rədd edilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 145 (yüz qırx beş) manat məbləğində pul İddiaçı alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar