Məhkəmə qərarları › İş №2(011)-554/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-554/2022

17.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-554/2022 17.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh ilə bağlanmış 26.05.2019-cu il tarixli müqaviləyə əsasən, HOFFMAN Soyuducu, HOFFMAN Paltaryuyan, LG LED televizor, HOFFMAN LED televizor, Kenwood Şirəçəkən, Philips Ətçəkən üçün 235 (iki yüz otuz beş) manat ödənilməmiş hissə, 23 (iyirmi üç) manat cərimə, 16.07.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********59375 olan X4 7 markalı telefon, aksessuar üçün 189 (bir yüz səksən doqquz) manat ödənilməmiş hissə, 18 (on səkkiz) manat cərimə, 11.01.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********59472 olan X4 8 markalı telefon üçün 488.8 ( dörd yüz səksən səkkiz manat səksən qəpik) manat ödənilməmiş hissə, 48.2 (qırx səkkiz manat iyirmi qəpik) manat cərimə, 19.05.2020-ci il tarixli müqaviləyə əsasən, HP Pavilion notebook üçün 2115.6 (iki min yüz on beş manat altmış qəpik) manat ödənilməmiş hissə və 211.4 (iki yüz on bir manat qırx qəpik) manat cərimə, ümumilikdə 3329 (üç min üç yüz iyirmi doqquz) manat borcun və 53.29 (əlli üç manat iyirmi doqquz qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin "xxxx" MMC ilə bağladığı 26.05.2019-cu il, 16.07.2019-cu il, 11.01.2020-ci il və 19.05.2020-ci il tarixli müqavilələrə əsasən, HOFFMAN Soyuducu, HOFFMAN Paltaryuyan, LG LED televizor, HOFFMAN LED televizor, Kenwood Şirəçəkən, Philips Ətçəkən, İMEİ kodu **********59375 olan X4 7 markalı telefon, aksessuar, İMEİ kodu **********59472 olan X4 8 markalı telefon, HP Pavilion notebook almış və nəticədə 3329 (üç min üç yüz iyirmi doqquz) manat məbləğində borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 26.05.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3615 (üç min altı yüz on beş) manat (24 ay x 150 manat + 15 manat ilkin ödəniş) HOFFMAN Soyuducu, HOFFMAN Paltaryuyan, LG LED televizor, HOFFMAN LED televizor, Kenwood Şirəçəkən, Philips Ətçəkən üçün ümumilikdə, 258 (iki yüz əlli səkkiz) manat olmaqla, ondan 235 (iki yüz otuz beş) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 23 (iyirmi üç) manat cərimə; 16.07.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 756 (yeddi yüz əlli altı) manat (12 ay x 63 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********59375 olan X4 7 markalı telefon, aksessuar üçün ümumilikdə, 207 (iki yüz yeddi) manat olmaqla, ondan 189 (bir yüz səksən doqquz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 18 (on səkkiz) manat cərimə; 11.01.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 586.8 (beş yüz səksən altı manat səksən qəpik) manat (18 ay x 32.6 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********59472 olan X4 8 markalı telefon üçün ümumilikdə, 537 (beş yüz otuz yeddi) manat olmaqla, ondan 488.8 (dörd yüz səksən səkkiz manat səksən qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 48.2 (qırx səkkiz manat iyirmi qəpik) manat cərimə; 19.05.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2236.6 (iki min iki yüz otuz altı manat altmış qəpik) manat (12 ay x 176.3 manat + 121 manat ilkin ödəniş) HP Pavilion notebook üçün ümumilikdə, 2327 (iki min üç yüz iyirmi yeddi) manat olmaqla, ondan 2115.6 (iki min yüz on beş manat altmış qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 211.4 (iki yüz on bir manat qırx qəpik) manat cərimə borcu müəyyən olunmuşdur. Cavabdehin cəmi ödədiyi məbləğ 4166 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 iddia tələbinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 26.05.2019-cu il tarixli, 00682788 saylı müqavilədən görünür ki, borclu kreditora 24 ay müddətinə HOFFMAN Soyuducu, HOFFMAN Paltaryuyan, LG LED televizor, HOFFMAN LED televizor, Kenwood Şirəçəkən, Philips Ətçəkən üçün hər ay 150 manat olmaqla, cəmi 3615 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 16.07.2019-cu il tarixli, 00786331 saylı müqavilədən görünür ki, borclu kreditora 12 ay müddətinə İMEİ kodu **********59375 olan X4 7 markalı telefon, aksessuar üçün hər ay 63 manat olmaqla, cəmi 756 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 11.01.2020-ci il tarixli, 20030168 saylı müqavilədən görünür ki, borclu kreditora 18 ay müddətinə İMEİ kodu **********59472 olan X4 8 markalı telefon üçün hər ay 32.6 manat olmaqla, cəmi 586.8 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 19.05.2020-ci il tarixli, 20290692 saylı müqavilədən görünür ki, borclu kreditora 12 ay müddətinə HP Pavilion notebook üçün hər ay 176.3 manat olmaqla, cəmi 2236.6 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 02.11.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 26.05.2019-cu il tarixli müqavilə üzrə 235 (iki yüz otuz beş) manat əsas, 23 (iyirmi üç) manat məbləğində cərimə borcu, 16.07.2019-cu il tarixli müqavilə üzrə 189 (bir yüz səksən doqquz) manat əsas, 18 (on səkkiz) manat məbləğində cərimə borcu, 11.01.2020-ci il tarixli müqavilə üzrə 488.8 (dörd yüz səksən səkkiz manat səksən qəpik) manat əsas, 48.2 (qırx səkkiz manat iyirmi qəpik) manat məbləğində cərimə borcu, 19.05.2020-ci il tarixli müqavilə üzrə 2115.6 (iki min yüz on beş manat altmış qəpik) manat əsas, 211.4 (iki yüz on bir manat qırx qəpik) manat məbləğində cərimə borcu vardır. Ümumilikdə 3028.4 (üç min iyirmi səkkiz manat qırx qəpik) manat məbləğində əsas borc və 300.6 (üç yüz manat altmış qəpik) manat məbləğində cərimə borcu müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən cavabdehə ünvanlanmış xəbərdarlıqdan görünür ki, cavabdehdən borcunu qısa vaxt ərzində “Bank of Baku” Banka ödəməyi tələb olunmuş, borc könüllü olaraq ödənilmədiyi təqdirdə bank tərəfindən məhkəmə qaydasında tutulması üçün tədbirlər görüləcəyi bildirilmişdir. İddia ərizəsinə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 53.29 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan nisyə mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında nisyə mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdeh tərəfindən təhvil alınmış mal(ların) dəyəri üzrə ödənilməmiş əsas borcun cavabdehdən tutularaq ona ödənilməsini tələb etməkdə haqlıdır. Odur ki, iddia bu hissədə təmin edilərək, tərəflər arasında bağlanılmış alqı-satqı müqavilələri üzrə ödənilməmiş borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin iddianın 53.29 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Tərəflər arasında bağlanılmış 26.05.2019-cu il tarixli, 00682788 saylı müqavilə üzrə əsas borca görə 235 (iki yüz otuz beş) manat, cərimə borcuna görə 23 (iyirmi üç) manat, 16.07.2019-cu il tarixli, 00786331 saylı müqavilə üzrə əsas borca görə 189 (bir yüz səksən doqquz) manat, cərimə borcuna görə 18 (on səkkiz) manat, 11.01.2020-ci il tarixli, 20030168 saylı müqavilə üzrə əsas borca görə 488.8 (dörd yüz səksən səkkiz manat səksən qəpik) manat, cərimə borcuna görə 48.2 (qırx səkkiz manat iyirmi qəpik) manat, 19.05.2020-ci il tarixli, 20290692 saylı müqavilə üzrə əsas borca görə 2115.6 (iki min yüz on beş manat altmış qəpik) manat, cərimə borcuna görə 211.4 (iki yüz on bir manat qırx qəpik) manat olmaqla, cəmi 3329 (üç min üç yüz iyirmi doqquz) manat məbləğində və ödənilmiş dövlət rüsumuna görə 53.29 (əlli üç manat iyirmi doqquz qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə tərəflərə rəsmi qaydada təqdim edildiyi edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar