Məhkəmə qərarları › İş №2(011)-5566/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-5566/2021

13.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-5566/2021 13.09.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi ilə, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı MMC cavabdeh "xxxx" MMC və Cavabdeh2 qarşı maddi ziyanın ödənilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC cavabdeh "xxxx" MMC və Cavabdeh2 qarşı Cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-dən İddiaçı MMC-yə məxsus “Man” yük markalı ** PJ *** dövlət qeydiyyat nişanlı arxasında Feldbinder markalı ** ZJ *** dövlət qeydiyyat nişanlı yuk avtomobilinə vurulmuş 140.302,94 manat məbləğində maddi ziyanın, həmçinin hüquqi xidmətə görə çəkilmiş xərcin əvəzi olaraq 1000 manat məbləğində ödənişin, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun müştərək qaydada tutulması və İddiaçı MMC-yə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi və vəkili ərizə ilə məhkməyə müraciət edərək, İddiaçı MMCnin iddiasından imtinanın qəbul edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının iddiadan imtina edilməsi barədə ərizəsi məhkəmə tərəfindən qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Göstərilən xüsusata əsasən məhkəmə hesab edir ki, üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Proessual Məcəlləsinin 261-262, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı MMC cavabdeh "xxxx" MMC və Cavabdeh2 qarşı maddi ziyanın ödənilməsi tələbi barədə iddiasına dair iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar