Məhkəmə qərarları › İş №2(011)-5600/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(011)-5600/2021

28.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5600/2021 28.07.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X2 iştirakı ilə, "xxxx" BOKT QSC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: "xxxx" BOKT QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə arasında bağlanmış 29.08.2019-cu il tarixli N 219-0***-******* nömrəli kredit müqaviləsinə əsasən, cavabdehdən 987,28 manat əsas borc, 222,94 manat faiz borcu olmaqla, ümumilikdə 1210,22 manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun "xxxx" BOKT QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Cavabdeh iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, "xxxx" BOKT QSC ilə cavabdeh arasında bağlanmış 29.08.2019-cu il tarixli N 219-0***-******* nömrəli kredit müqaviləsinə əsasən, iddiaçı cavabdehə ödəniş planına uyğun olaraq 12 ay müddətinə ödəmək şərtilə 1500 manat məbəğində kredit vermişdir, hazırda cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq, krediti ödəməkdən yayınmışdır, iddiaçı tərəfindən borcluya rəsmi olaraq bir neçə dəfə xəbərdarlıq olunsa da, öhdəliklərini yerinə yetirməmişdir, hazırda borclunun 29.08.2019-cu il tarixli N 219-0***- ******* nömrəli kredit müqaviləsinə əsasən 29.08.2020-ci il tarixə gecikdirilmiş 987,28 manat əsas borc, gecikdirilmiş 222,94 manat faiz borcu olmaqla, ümumilikdə 1210,22 manat məbləğində borcu vardır, kredit müqaviləsinin 2.3 maddəsinə əsasən, borcalan kredit göstərilən müddətdə və qaydada ödəməyi öhdəsinə götürmüşdür, kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün 0,50 faiz dərəcəsində dəbbə pulu hesablanır, hazırda 21.06.2021-ci il tarixinə cavabdehin iddiaçıya 1210,22 manat borcu vardır, cavabdehə edilən xəbərdarlıqlar heç bir nəticə verməmişdir, odur ki, bank kredit müqaviləsindən irəli gələn borcun ödənilməsi məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda Cavabdeh iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 27.07.2021-ci il tarixli məhkəmə iclasında "xxxx" BOKT QSC-nin nümayəndəsi Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasını xahiş etdi. İclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən mülki işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan "xxxx" BOKT ilə Cavabdeh arasında bağlanmış 29.08.2019-cu il tarixli, N 219-0***-******* saylı kredit müqaviləsindən görünür ki, müqavilənin 4-ci bəndinə əsasən, malların əldə edilməsi üçün borcalana 1500 manat məbləğində krediti illik 44 % dərəcəsi ilə 12 ay müddətinə verməyi, borc alan isə bu müqaviləyə əsasən krediti göstərilən müdətdə və müqaviləyə 1 №-li Əlavədə müəyyən edilən qaydada kreditora verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" BOKT ilə Cavabdeh arasında bağlanmış 29.08.2019-cu il tarixli, N 219-0***-******* saylı kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, Cavabdeh 1500 manat məbləğində krediti illik 33 % dərəcəsi ilə 12 ay müddətinə, aylıq ödənişi 156,75 manat olmaqla kredit verilmişdir. İş materiallarında olan "xxxx" BOKT QSC tərəfindən verilmiş maliyyə arayışdan görünür ki, Cavabdeh 29.08.2019-cu il tarixli, N 219-0***-******* saylı kredit müqaviləsi üzrə 29.08.2020-ci il tarixə olan əsas borcu 987,28 manat, faiz borcu isə 222,94 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş 05.06.2014-cü il tarixli lisenziyaya əsasən, "xxxx" Bank olmayan kredit X1 cəmiyyətinə təminatlı və təminatsız kreditlərin verilməsi, habelə “Bank olmayan kredit təşkilatları haqqında” AR Qanununda nəzərdə tutulmuş digər fəaliyyət növləri ilə qanunvericiliyə müvafiq surətdə məşğul olmaq hüququ verilmişdir İş materiallarından olan İş materiallarından olan "xxxx" BOKT tərəfindən Cavabdeh göndərilmiş 461 saylı xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh 29.08.2019-cu il tarixli, N 219-0***-******* saylı kredit müqaviləsi üzrə gecikdirilmiş 987,28 manat əsas borc, gecikdirilmiş 222,94 manat faiz borcu olmaqla, ümumilikdə 1210,22 manat borcu olduğu barədə xəbərdar olunmuşdur. İş materiallarında olan 22.06.2021-ci il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki, "xxxx" BOKT QSC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflər arasında 29.08.2019-cu il tarixli, N 219-0***-******* saylı kredit müqaviləsi bağlanmışdır, iddiaçı cavabdehə 12 ay müddətinə illik 44% dərəcəsi ilə 1500 manat məbləğində kredit verməyi öhdəsinə götürmüşdür, cavabdeh müqavilədə nəzərdə tutulan kredit məbləğini iddiaçıdan qəbul edərək götürmüş, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, cavabdeh kredit müqaviləsi ilə şərtləşdirilmiş öhdəliklərini yerinə yetirməmiş, bununla da iddiaçıya borcu qalmışdır. Bununla belə, cavabdehin müqavilə üzrə nəzərdə tutulan öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, cavabdehlər kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən 29.08.2019-cu il tarixli N219-0***- ******* nömrəli kredit müqaviləsinə əsasən, 987,28 manat əsas borc, 222,94 manat faiz borcu olmaqla, ümumilikdə 1210,22 manat məbləğində borc və ödənilmiş 30 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" BOKT MMC–nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə dövlət rüsumunun kimdən tutulmasına münasibətdə hesab edir ki, iddia tələbi təmin edildiyindən, cavabdehlərin dövlət rüsumunu ödəməkdən azad olunması halları məhkəmə tərəfindən müəyyən olunmadığından, iddia tələbinin təmin edilməsi nisbətinə müvafiq olaraq, dövlət rüsumu kimi ödənilmiş 30 manat cavabdehlərə aid edilməli və həmin məbləğ onlardan müştərək qaydada alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-cimaddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanununun 8.1.2-ci maddəsinə əsasən, iddianın qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 227, 238, 241-244 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 29.08.2019-cu il tarixli N219-0***-******* nömrəli kredit müqaviləsinə əsasən 987,28 manat əsas borc, 222,94 manat faiz borcu olmaqla, ümumilikdə 1210 (min iki yüz on) manat 22 (iyirmi iki) qəpik məbləğində borc və ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinin xeyrinə ödənilsin. Qiyabi qətnamə alındığı gündən 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ərizə verilə bilər. Qiyabi qətnamədən həmin qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar