Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-563/2023 11.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, İddiaçı Xəqani qızının iştirakı ilə İddiaçı Xəqani qızının cavabdeh X3 qarşı “alimentin artırılması, habelə yeni uşaq üçün alimentin ödənilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Xəqani qızı cavabdeh X3 qarşı – cavabdehlə birgə nikahlarından doğulan yetkinlik yaşına çatmayan - X8 və X7 münasibətdə onların saxlanması üçün yetkinlik yaşlarına çatanadək cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər bir uşaq üçün aylıq 193 manat; cavabdehlə birgə nikahlarından doğulan yetkinlik yaşına çatmayan - X1 üçün o, yetkinlik yaşına çatanadək hər ay 193 manat olmaqla, 3 (üc) usaq ücün cəmi 579 manat sabit pul məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh - Cavabdeh xx.xx.2015-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Həmin nikahdan xx.xx.2016-cı il təvəllüdlü X8, xx.xx.2017-ci təvəllüdlü X12 və xx.xx.2019-cu il təvəllüdlü X9 adlı övladları dünyaya gəlib. Cavabdeh hər zaman uşaqlarının maddi və mənəvi ehtiyaclarına biganə yanaşıb. Ona görə də, hələ qızları Mələk dünyaya gəlməzdən öncə, yəni 2018-ci ildə məcbur qalıb, yetkinlik yaşına çatmayan uşaqları - X8 və X7 münasibətdə onlar yetkinlik yaşına çatanadək saxlanmaları üçün aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Nəticədə, Bakı Şəhər Xətai Rayon Məhkəməsinin 14 iyun 2018-ci il tarixli, 2(011)-5260/2018 saylı qətnaməsi ilə uşaqları X8 və X6 yetkinlik yaşına çatanadək saxlanması üçün cavahdehdən hər uşağa görə aylıq 154 manat olmaqla, cəmi 308 (üç yüz səkkiz) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Bu hadisədən qısa müddət sonra cavabdeh ona vəd verdi ki, hər şeyi bərpa edəcək, ailənin və uşaqlarının xoşbəxt gələcəyi üçün əlindən gələni əsirgəməyəcək. İddiaçı onun vədinə inanmağı seçib və aralarındakı soyuq münasibətləri düzəldiblər. Hətta, xx.xx.2019-cu il tarixdə, Mələk adlı daha bir qızları da dünyaya gəldi. Lakin bu qismən normal görünən münasibətləri çox qısa çəkdi. Cavabdeh ailəsinə əvvəl necə laqeyd yanaşırdısa, sonra da eyni cür yanaşdı. Hazırda cavabdehin öz uşaqlarının maddi və mənəvi inkişafında heç bir rolu yoxdur. Əslində o, qətnamə qəbul olunduqdan sonra sırf aliment ödəməmək üçün guya sözdə barışdı, buna görə də indiyədək bir manat olsa aliment ödəməyib. Həmin vaxt o 7 aylıq hamilə idi. Bu hamiləlikdən dünyaya gələn ən kiçik qızları Mələk doğulduğu ərəfələrdə isə, o, təkrardan ailəsini atıb getdi. Artıq görürəm ki, cavabdeh özü könüllü şəkildə uşaqlarının saxlanmasına dair heç bir niyyəti yoxdur. Yəqin ki, onun qısamüddətli barışmaqdakı tək məqsədi də elə aliment ödəməkdən yayınmaq olub. Belə olduğu halda bütün yük iddiaçının çiyinlərində qalır. Onlar hər keçən gün böyüdükcə, xərcləri də eyni sürətlə artır. İddiaçı isə övladlarının bu xərclərini təkbaşına qarşılamaqda çətinlik çəkir. Tərəflərin izahatları İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir İş materiallarına əlavə edilmiş: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(011)-5260/2018 saylı qətnaməsi ilə Cavabdeh xx.xx.2018-ci il tarixdən hesablanmaqla xx.xx.2016-cı il təvəllüdü X5 və xx.xx.2017-ci təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 154 manat, cəmi 308 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. 2 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ İİ seriyalı, 049288 №-li nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X10 xx.xx.2015-ci il tarixdə nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra ərə Cəfərov, arvada Cəfərova soyadı verilmişdir. AA seriyalı ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.2016-cı il tarixdə doğulmuşdur. AA seriyalı ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X12 xx.xx.2017-cı il tarixdə doğulmuşdur. AA seriyalı ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.2019-cu il tarixdə doğulmuşdur. xx.xx.2022-ci il tarixli Bakı 4 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş “Mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, iddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Belə ki, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Məhkəmə hesab edir ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşaqlarının saxlanması üçün cavabdehdən alimentin tutularaq iddiaçıya verilməsi müəyyən edilsə də, hazırda həmin məbləğ azlıq təşkil etdiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Qanuna əsasən valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment isə uşaqların saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla müəyyən edilmiş uşaqlarını saxlamalı olmasına dair vəzifəsinin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Odur ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşaqların saxlanması üçün təyin edilmiş alimentin məbləği məhkəmə tərəfindən artırılmalıdır. Qətnamənin qəbul edilməsindən sonra minimum yaşayış tələbatları artmışdır. Hazırkı dövrdə istehlak mallarının əldə edilməsi üçün çəkilməli olan xərclərin miqdarı, habelə uşaqların həyati əhəmiyyətli digər ehtiyaclarının ödənilməsi üçün çəkilməli olan xərclərin miqdarı 2018-ci ildəki müvafiq xərclərin miqdarında fərqlənir. Digər tərəfdən uşaq böyüdükcə onun saxlanması üçün çəkilməli olan xərclərin həcmi də böyüyür. Alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşağın böyüdüyü də nəzərə alınmaqla, tərəflərin vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Belə ki, tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, mövcud iqtisadi vəziyyətdə infilyasiyanı və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən tutulacaq alimentin məbləği artırılaraq hər ay hər uşaq üçün 193 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün cavabdehdən hər ay sabit pul məbləğində alimentin tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına həm də, həcminə görə əsaslıdır. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, xx.xx.2016-cı il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X12 üçün cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalı, xx.xx.2019-cu il təvəllüdlü X1 üçün isə alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır. İşin materiallarından görünür ki, iddiaçı mövcud iddia tələbi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də xx.xx.2019-cu il təvəllüdlü X1 üçün alimentin tutulma müddəti Azərbaycan Respublikasının AM-nin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən başlanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamənin xx.xx.2019-cu il təvəllüdlü X1 üçün tutulmuş aliment hissəsi dərhal icra edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Bakı şəhəi Xətai Rayon Məhkəməsinin 14 iyun 2018-ci il tarixli, 2(011)-5260/2018 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. 24 may 2016-cı il təvəllüdlü X8 və 24 iyul 2017-ci il təvəllüdlü X12 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Cavabdeh hazırki qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay hər uşaq üçün 193 (yüz doxsan üç) manat məbləğində olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat məbləğində sabit pul şəklində aliment tutularaq İddiaçı ödənilsin. 24 avqust 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh 14 noyabr 2022-ci il tarixdən başlayaraq, hər ay 193 (yüz doxsan üç) manat məbləğində sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilsin. Qətnamənin X1 üçün tutulmuş aliment hissəsi dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-563/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-563/2023
11.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver