Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5630/2020 10.11.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, X1katibliyi, İddiaçı, Cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 20.000 manat borcun tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxxxx 2018-ci il tarixdə iddiaçı əvvəlcədən tanıdığı X2 Bakı şəhəri, Nərimanov rayonunun ərazisində fəaliyyət göstərən “Keşlə” kafesində bir neçə tanış şəxslərin şahidliyi ilə 20.000 manat pul vermişdir. Cavabdeh ona Rusiya Federasiyasında bizneslə məşğul olduğunu, Astraxon şəhərində balıq alveri etdiyini və təzə balıqların topdan satışını təşkil edərək Rusiyanın müxtəlif şəhərlərindəki tanış alverçilərə göndərdiyini bildirmişdir. Onun söhbətləri və tez zamanda qazanc əldə edəcəyi iddiaçını həvəsləndirmiş və o, cavabdehə biznes fəaliyyətində onunla şərik olmaq üçün 20.000 manat pul vermişdir. Bu söhbətdən bir neçə müddət keçməsinə baxmayaraq, cavabdehdən xəbər gəlməmiş, iddiaçı cavabdehin onu aldatdığını başa düşmüşdür. Daha sonra iddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh borclu olduğu 26.500 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. O, izahatında 20.000 manat puldan 2.000 manatın qaytarıldığını, 18.000 manat pulun qaldığını bildirdi. Verdiyi 20.000 manatdan əlavə də ona 7.500 manat bir 8.000 manat bir vermişdir. Cavabdeh yalnız 7.000 manat qaytarmışdır. Odur ki, cavabdehin bu günə borcu 26.500 manat təşkil edir. Məhkəmə iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələbinə etiraz edərək təmin edilməməsini xahiş etdi. O, izahatında cavabdehin iddiaçıya 23.000 manat qaytardığını qeyd etdi. İddiaçı qaytarılan pulları faiz hesabına sildiyi üçün iddiaçının bugünki hesablamalarında cavabdehin ona hələ də borcu mövcuddur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş əlyazmadan görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx xxxxxx 2018-ci il tarixdə yazılı müqavilə bağlanmış, müqavilədə iddiaçının cavabdehə 20.000 manat məbləğində pul vəsaiti verməsi, cavabdehin həmin pulu xx xxxx 2019-cu il tarixinə qədər qaytarmağı öz öhdəsinə götürdüyü qeyd olunmuşdur. X4 da həmin müqaviləni şahid qismində imzalamışdır. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi ilə bağlı materialdan görünür ki, İddiaçı şikayət ərizəsi əsasında Nərimanov RPİ tərəfindən Cavabdeh xx xxx 2019-cu il tarixdə izahat alınmışdır. Cavabdeh Bakı şəhəri Nərimanov rayon X3 şöbəsində cinayət işinin istintaqı zamanı verilmiş ifadəsində qeyd etmişdir ki, o, İddiaçı 20.000 manat pul vəsaitini almışdır. O, İddiaçı 2019-cu ilin mart ayına qədər 23.700 manat faiz ödəmişdir. Mart ayından etibarən o, heç bir ödəniş etməmişdir. Hazırda iddiaçının İddiaçı olan borcu 16.000 manat təşkil edir. Məhkəmə cavabdeh tərəfindən verilmiş ifadəyə qiymət verərək belə hesab edir ki, cavabdeh cinayət işinin istintaqı zamanı verdiyi ifadəsində iddiaçıya hazırda 16.000 manat məbləğində borcu qaldığını özü etiraf etmişdir. Məhkəmə qanunvericiliyin normalarına əsaslanaraq belə hesab edir ki, cinayət təqibi üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarında hadisənin olub-olmaması barədə məlumatın olması iddiaçını sübutetmə yükündən azad edir. Sözügedən qərar həmin hissədə məhkəmə üçün məcburidir. (AR MPM-nin 82.4-cü maddəsi) Beləliklə məhkəmə tərəflər arasında müəyyən öhdəliklərin olması qənaətinə gələrək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə istinad edərək, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməli olmasını, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməli olmasını, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququnun olduğunu qeyd edir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesabedirki, Cavabdeh 16.000 manat alınaraq İddiaçı ödənilməli,iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçıtərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, cavabdehdən 30 manat dövlət rüsumu alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 16.000 (on altı min) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-5630/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5630/2020
10.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver