Məhkəmə qərarları › İş №2(011)-5645/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-5645/2021

07.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-5645/2021 07.07.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi X4, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 22.04.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən tutulan aliment məbləğinin artırılaraq Cavabdeh hər ay onun qazancının ¼ hissəsi məbləğində alimentin alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında İddiaçı nümayəndəsi M.H.Orucova iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 20.09.2012-ci il tarixli 2(011)-2394/2012 saylı qətnaməsi ilə iddiaçının cavabdehlə aralarındakı nikah pozulmuş, tərəflərin birgə nikahdan doğulmuş 22.04.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay onun qazancının ¼ hissəsi məbləğində alimentin alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir, cavabdeh alimentin dəyişdirilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Xətai rayon Məhkəməsinin 04.03.2021-ci il tarixli qətnaməsi ilə 22 aprel 2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçı Cavabdeh İddiaçı xeyrinə hər ay iddiaçının qazancının (başqa gəlirlərinin) 1/6 hissəsi miqdarında aliment tutulması qət edilmişdir, yəni aliment məbləği dəyişdirilərək 1/4 əvəzi 1/6 əvəzi qədər azaldılmışdır, qətnamə qanuni qüvvəsini almışdır, cavabdeh Dövlət Neft Şirkətində mühəndis və dəstə rəisi kimi çalışır və maaşı 1500-3500 manat arası dəyişir, bir ata olaraq onu övladı heç vaxt maraqlandırmamış, sonuncu dəfə uşağını bir yaşında olanda görmüşdür, hal-hazırda iddiaçının oğlunun 10 yaşı var, məhkəmə qətnaməsi ilə müəyyən olunmuş aliment məbləği uşağın heç bir tələbatını ödəmir, buna görə də aliment məbləğinin artırılması zərurəti yaranmışdır. Sonda M.H.Orucova iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə hazırlıq iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, o, iddiaçı ilə 06.09.2011-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, bu evlilikdən 22 aprel 2011-ci il təvəllüdlü X9 anadan olmuşdur, ailə münasibəti bir müddət sonra pisləşmiş, Xətai Rayon Məhkəməsinin 20 sentyabr 2012-ci il tarixli 2(011)- 2394/2012 saylı qətnaməsi ilə aralarındakı nikah pozulmuş, birgə nikahdan olan 22 aprel 2011-ci il təvəllüdlü X1 üçün Cavabdeh qazancının və gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutulması qət edilmişdir, o daha sonra 22 yanvar 2013-cü il tarixdə X5 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş, bu nikahdan onun iki övladı anadan olmuşdur, aralarındakı münasibət pisləşdiyindən X5 məhkəməyə nikahın pozulması və aliment tələbi ilə müraciət etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli 2(011)-4312/2020 saylı qərardadı ilə mülki iş üzrə qətnamə çıxarılanadək 29 aprel 2015-ci il təvəllüdlü X10 və 03 sentyabr 2017-ci il təvəllüdlü X2 üçün 10 sentyabr 2020-ci il tarixdən hesablanmaqla hər ay cavabdehə qazanc və gəlirlərinin 1/3 həcmində müvəqqəti alimentin tutulması qət edilmişdir, onun əmək haqqı 1150 manat təşkil etdiyi və başqa gəliri olmadığı üçün aliment məbləğinin dəyişdirilməsi barədə Xətai rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 04.03.2021-ci il tarixli 2(011)-900/2021 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 sentyabr 2012-ci il tarixli 2(011)-2394/2012 saylı qətnaməsi ilə 22 aprel 2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay onun qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında tutulan alimentin miqdarı və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli 2(011)- 305/2021 saylı qətnaməsi ilə 29 aprel 2015-ci il təvəllüdlü X7 və 03 sentyabr 2017ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh X3 xeyrinə hər ay onun qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında tutulan alimentin miqdarının dəyişdirilməsi, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 22 aprel 2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçı Cavabdeh İddiaçı xeyrinə hər ay iddiaçının qazancının (başqa gəlirlərinin) 1/6 hissəsi miqdarında alimentin tutulması, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 29 aprel 2015-ci il təvəllüdlü X7 və 03 sentyabr 2017-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün iddiaçı Cavabdeh X3 xeyrinə hər ay iddiaçının qazancının (başqa gəlirlərinin) 1/6 hissəsi miqdarında alimentin tutulması qət edilmişdir, qətnamə qanuni qüvvəsini almışdır və icra mərhələsindədir. Göründüyü kimi, iddiaçı eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Sonda cavabdeh məhkəmə tərəfindən eyni tərəflər və eyni iddia tələbi barədə əvvəllər çıxarımış məhkəmə qətnaməsinə istinad edilməklə hazırkı iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 04.03.2021ci il tarixli 2(011)-900/2021 saylı qətnaməsi ilə müəyyən olunmuş hallardan görünür ki, mübahisə aliment tələbinə dairdir, mülki iş üzrə tərəflər İddiaçı və Cavabdehdur, iddianın əsasını Cavabdeh 22.04.2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin ödənilməsi təşkil edir, həmin qətnamə ilə 22 aprel 2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay onun qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında tutulan alimentin miqdarı və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli 2(011)- 305/2021 saylı qətnaməsi ilə 29 aprel 2015-ci il təvəllüdlü X7 və 03 sentyabr 2017-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh X3 xeyrinə hər ay onun qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında tutulan alimentin miqdarının dəyişdirilməsi, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 22 aprel 2011ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçı Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə iddiaçının qazancının (başqa gəlirlərinin) 1/6 hissəsi miqdarında alimentin tutulması, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 29 aprel 2015-ci il təvəllüdlü X7 və 03 sentyabr 2017-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün iddiaçı Cavabdeh X3 xeyrinə hər ay hər uşağa görə iddiaçının qazancının (başqa gəlirlərinin) 1/6 hissəsi miqdarında alimentin tutulması qət edilmişdir, həmin qətnamə qanuni qüvvəyə minmişdir. Həmçinin iş materiallarından görünür ki, hazırkı mübahisə aliment tələbinə dairdir, mülki iş üzrə tərəflər İddiaçı və Cavabdehdur, iddianın əsasını Cavabdeh 22.04.2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə alimentin ödənilməsi təşkil edir. Göründüyü kimi, 2(011)-900/2021 saylı iş üzrə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qətnaməsi qəbul edilmiş və qanuni qüvvəsini almışdır. Belə olan halda məhkəmə hesab edir ki, mübahisəli hüquq münasibətinə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin mövcud olması hazırkı mülki iş üzrə icraata xitam verilməsi üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Həmin Məcəllənin 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1- 261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Müllki Prosessual Məcəlləsinin 170.1, 261.0.2, 262, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar