Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5655/2023 25.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, “Toyota Prius” markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. İddiaçı həmin avtomobili xx.xx.2022-ci ii tarixdə 4 saylı "Səyyar-Asan" Xidməti mərkəzi tərəfindən təsdiq olunmuş elektron etibarnamə ilə xx.xx.2022-ci il tarixədək idarə edilməsi hüququ ilə Cavabdeh etibar etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə saat 5:40 radələrində idarə etdiyi “Toyota Prius” markalı, 99-VN 483 dövlət qeydiyyat nişanlı avtomobillə Xəzər rayonu, Binə qəsəbəsi, Ə.isazadə küçəsi ilə Sovxoz istiqamətində hərəkətdə olarkən yuxulaması səbəbindən idarəetməni itirmiş, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 36 cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq yolun sağ kənarında dayanmış vəziyyətdə olan X1 məxsus "QAZ-33201" markalı, **-TG-*** döviət qeydiyyat nişanlı yük avtomobilinə arxa hissədən çırpılmış, hadisə zamanı Cavabdeh idarə etdiyi “Toyota Prius” markalı, 99-VN 483 dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində olmuş X2 və Cavabdeh özü müxtəlif dərəcəli xəsarətlə almış, "QAZ-33201" markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X3rna 3031 manat, “Toyota Prius” markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi İddiaçı 3325 manat ziyan vurmaqla yol hərəkəti qaydasını pozmuşdur. “Toyota Prius” markalı **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobilə 3325 manat məbləğdə ziyanın dəyməsi "xxxx" MMC tərəfindən tərtib edilmiş Qüsur aktında öz əksini tapmışdır. Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1.1-ci maddəsi ilə təqsirli bilinmiş, zərərçəkmiş şəxslə barışdığı üçün cinayət işi üzrə icraata xitam verilmişdir. İddiaçı göstərilənləri nəzərə alaraq, vurulmuş zərərin əvəzi olaraq avtomobilə 3325 manat pul məbləğinin və ödənilmiş 54 manat dövlət rüsumunun Cavabdeh alınaraq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş, İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, o məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının çıxışını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 iyul 2023-cü il tarixli 1(003)-105/2023 saylı qərarına əsasən, Cavabdeh zərərçəkmiş şəxs X2 ilə barışdığına və ona dəymiş maddi ziyanı tamamilə ödədiyinə görə cinayət məsuliyyətindən azad edilməsi və onun barəsində Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam verilməsi, Cavabdeh barəsində seçilmiş qətimkan tədbirinin ləğv edilməsi və onun dərhal məhkəmə iclas zalından həbsdən azad edilməsi, maddi sübut –“Toyota Prius” markalı **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi olan İddiaçı qaytarılması qərara alınmışdır. Həmin qərardan görünür ki, iş materiallarında olan "xxxx" MMC-də təqdim olunmuş qüsur aktına əsasən “Toyota Prius” markalı **-VN-*** dövlət qeydiyyat nömrəli avtomobilin YNH hadisəsi zamanı əzilməsi nəticəsində iş üzrə zərərçəkmiş şəxs İddiaçı 3325 manat maddi ziyan dəyməsi nəzərə alınmışdır. Həmçinin qərarda göstərilmişdir ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə saat 05:40 radələrində idarə etdiyi “Toyota Prius” markalı **-VN-*** qeydiyyat nömrəli avtomobillə Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi ilə Sovxoz istiqamətində hərəkətdə olarkən yuxulaması səbəbindən idarəetməni itirmiş, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq yolun sağ kənarında dayanmış vəziyyətdə olan X1 məxsus “QAZ-33201” markalı **-TG-*** qeydiyyat nömrəli yük avtomobilinə arxa hissədən çırpılmış, hadisə zamanı Cavabdeh idarə etdiyi “Toyota Prius" markalı **-VN-*** qeydiyyat nömrəli avtomobildə sərnişin qismində olmuş X2 baş-beynin silkələnməsi halında olan qapalı kəllə beyin travması, başın, alının, üzün, burunun əzilmiş yaraları, sağ bazu sümüyünün başının çoxqəlpəli, yerdəyişən sınığı ilə nəticələnən və həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvuran bədən xəsarətləri, Cavabdeh özü üst və alt dodağın, sağ əlin əzilmiş yaraları ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvuran bədən xəsarətləri almış, “QAZ-33201” markalı **-TG-*** qeydiyyat nömrəli yük avtomobilin mülkiyyətçisi X1 3031 manat, “Toyota Prius” markalı **- VN-*** qeydiyyat nömrəli avtomobilin mülkiyyətçisi İddiaçı 3325 manat maddi ziyan vuraraq ehtiyatsızlıqdan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsində başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsas kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur.Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsində öhdəliyin əmələ gəlməsinin əsasları arasında zərərin vurulması nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü tə`sir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə, mülki işdə olan sübutlarla təsdiq edilir ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə saat 05:40 radələrində idarə etdiyi “Toyota Prius” markalı **-VN-*** qeydiyyat nömrəli avtomobillə Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi ilə Sovxoz istiqamətində hərəkətdə olarkən yuxulaması səbəbindən idarəetməni itirmiş, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq yolun sağ kənarında dayanmış vəziyyətdə olan X1 məxsus “QAZ- 33201” markalı **-TG-*** qeydiyyat nömrəli yük avtomobilinə arxa hissədən çırpılmış, hadisə zamanı Cavabdeh idarə etdiyi “Toyota Prius" markalı **-VN-*** qeydiyyat nömrəli avtomobildə sərnişin qismində olmuş X2 baş-beynin silkələnməsi halında olan qapalı kəllə beyin travması, başın, alının, üzün, burunun əzilmiş yaraları, sağ bazu sümüyünün başının çoxqəlpəli, yerdəyişən sınığı ilə nəticələnən və həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvuran bədən xəsarətləri, Cavabdeh özü üst və alt dodağın, sağ əlin əzilmiş yaraları ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvuran bədən xəsarətləri almış, “QAZ-33201” markalı **-TG-*** qeydiyyat nömrəli yük avtomobilin mülkiyyətçisi X1 3031 manat, “Toyota Prius” markalı **- VN-*** qeydiyyat nömrəli avtomobilin mülkiyyətçisi İddiaçı 3325 manat maddi ziyan vuraraq ehtiyatsızlıqdan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmuşdur. Məhkəmə hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, “Toyota Prius” markalı **- VN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərər – 3325 manat pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutub məhkəmə, Q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh maddi zərərə görə 3325 (üç min üç yüz iyirmi beş) manat və 54 (əlli dörd) manat məhkəmə xərci tutularaq, İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-5655/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5655/2023
25.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver