Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5674/2023 11.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Əhmədova Təranə Rafiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı –Cavabdeh 3450 manat pul vəsaitinin və ödənilmiş 54,5 manat dövlət rüsumunun cavabdehdən tutulub iddiaçıya verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh tanışı X1 vasitəsi ilə tanımışdır. X2 tanışı olan Cavabdeh 1.620 manat məbləğində borca pul lazım olduğunu bildirdirmişdir və iddiaçı ona 1.620 (bir min altı yüz iyirmi) manat məbləğində pulu ona vermişdir. İddiaçl bununla bağlı cavabdehlə xx.xx.2021-ci ildə "borc müqaviləsi" bağlamışdır. Müqaviləyə əsasən Cavabdeh borcunu hər ayın 23-də, 90 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Daha sonra Cavabdeh ona əlavə olaraq 2700 manat məbləğində borca pul lazım olduğunu bildirdi və yenidən bununla bağlı aralarında xx.xx.2022-ci ildə borc müqaviləsi bağlayaraq iddiaçı cavabdehə hər ayın 22-də 150 manat ödəmək şərti ilə 2.700 manat məbləğində borc vermişdir. Cavabdeh borcdan 870 manat məbləğində ödəniş edib. Bir müddət keçdikdən sonra cavabdehlə əlaqə saxlayaraq ona olan borcunun qaytarmasını istəmişdir. Lakin Cavabdeh üzərinə düşən vəzifəyə əməl etməmişdir və hər dəfə bir bəhanə etmişdir. Dəfələrlə müraciətinə baxmayaraq bu günə kimi ondan aldığı puldan qalan hissəsi 3.450 manat məbləğində pul vəsaitini qaytarmamışdır. Artıq üstündən uzun müddət keçməsinə baxmayaraq cavabdeh heç bir ödəniş etməmiş və ona müraciət etdikdə müxtəlif bəhanələr gətirməklə yayınmışdır. Odur ki, hazırda bu məsələnin məhkəmə yolu ilə həlli zərurəti yaranmışdır. Belə ki, o, pulu verərkən tanışı X2 onun yanında olmuşdur. O, narahatçılığa ehtiyac olmadığını, onu tanıdığını və əks halda özü Cavabdeh pulu alıb qaytaracağını bildirmişdir. Mübahisənin başqa həlli mövcud olmadığı üçün hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. İddiaçı işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməyərək, işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını tələb etdiyindən, məhkəmə Azərbaycan Respublikasının MPM-nin 238.1-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli əl yazma borc müqaviləsinin əslindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixində İddiaçı 18 (on səkkiz) ay müddətinə 2.700 (iki min yeddi yüz) manat borc pul vəsaiti götürmüşdür. Həmin müqaviləyə uyğun olaraq götürülən borc pul vəsaiti gecikdirmələr istisna olmaq şərti ilə hər ayın iyirimi ikisində 150 (bir yüz əlli) manat olmaqla qaytarılmalıdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli əl yazma borc müqaviləsinin əslindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixində İddiaçı 18 (on səkkiz) ay müddətinə 1.620 (bir min altı yüz iyirmi) manat borc pul vəsaiti götürmüşdür. Həmin müqaviləyə uyğun olaraq götürülən borc pul vəsaiti gecikdirmələr istisna olmaq şərti ilə hər ayın iyirimi üçündə 90 (doxsan) manat olmaqla qaytarılmalıdır. Beləliklə məhkəmə, iddia ərizəsini və mülki işin materillarını araşdıraraq, habelə iddiaçının verdiyi izahatlara əsasən müəyyən etmişdir ki, Cavabdeh tərəflər arasında bağlanılmış xx.xx.2021-ci il tarixli borc müqaviləsi əsasında 1.620 (bir min altı yüz iyirmi) manat pul vəsaitini, xx.xx.2022-ci il tarixli borc müqaviləsi əsasında isə 2.700 (iki min yeddi yüz) manat pul vəsaitini iddiaçıya qaytarmağı öz öhdəsinə götürmüşdür. Lakin o, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı verdiyi pul məbləğinin cavabdehdən geri qaytarılmasını tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Qeyd edilən Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Məhkəmə həmçinin iddianın 54,5 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 54,8 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 242-ci maddələrini rəhbər tutaraq, məhkəmə, q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 3.450 (üç min dörd yüz əlli) manat məbləğində pul vəsaiti və 54,5 (əlli dörd manat əlli qəpik) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qiyabi qətnamə rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə qətnamənin ləğvi üçün ərizə verilə bilər. Qiyabi qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №2(011)-5674/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(011)-5674/2023
11.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver