Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-5678/2021 18.10.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi ilə İddiaçı cavabdehlər "xxxx" ASC, ləğv prosessində olan Cavabdeh1 ASC və "X1" MMC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ccavabdehlər "xxxx" ASC, ləğv prosessində olan Cavabdeh1 ASC və "X1" MMC-yə qarşı iddiaçı ilə "X1" MMC arasında imzalanmış, daha sonra ləğv prosessində olan Cavabdeh1 ASC və "xxxx" ASC keçirilmiş Bakı şəhəri, Sabunçu rayonu, 2595 məhəllədə, Bakixanov qəsəbəsi, Y.Əliyev küçəsi, bina 4, blok 1, ev 104 ünvanında yerləşən 66,31 kvadrat metr sahəsi olan 1 otaqlı mənzilin alqı-satqıı ilə bağlı kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin onlar təkrar olarq məhkəmə iclasına gəlməmişlər və işə iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə iddia ərizəsi baxılmamış saxlanır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədiklərindən, habelə işə tərəflərin iştirakı olmadan baxılması mümkün olmadığından iddia ərizəsi baxılmamış saxlanmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İİddiaçı ccavabdehlər "xxxx" ASC, ləğv prosessində olan Cavabdeh1 ASC və "X1" MMC-yə qarşı iddiaçı ilə "X1" MMC arasında imzalanmış, daha sonra ləğv prosessində olan Cavabdeh1 ASC və "xxxx" ASC keçirilmiş Bakı şəhəri, Sabunçu rayonu, 2595 məhəllədə, Bakixanov qəsəbəsi, Y.Əliyev küçəsi, bina 4, blok 1, ev 104 ünvanında yerləşən 66,31 kvadrat metr sahəsi olan 1 otaqlı mənzilin alqı-satqıı ilə bağlı kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi ələbi barədə iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-5678/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-5678/2021
18.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver