Məhkəmə qərarları › İş №2(011)-57/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-57/2024

27.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-57/2024 27.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi,İskəndərova Əlvanə İlham qızının katibliyi ilə, İddiaçı, Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi zərərin ödənilməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının tələb və dəlilləri: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ”JEEP Grand Cherokee” markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomobilin yol-nəqliyyat hadisəsi zamanı zədələnməsi nəticəsində dəymiş zərərə görə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 7978.59 (yeddi min doqquz yüz yetmiş səkkiz manat 59 qəpik) manat, tələb etdiyi məbləğə hesablanmış 69.79 (altmış doqquz manat 79 qəpik) dövlət rüsumunun, ümumilikdə 8078.38 (səkkiz min yetmiş səkkiz manat 38 qəpik) manat məbləğində pulun alınıb iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 26 iyul 2022-ci il tarixdə saat 10:48 radələrində Bakıxanov və Mirəli Qaşqay küçələrinin kəsişməsində Cavabdeh1 etibarnamə əsasında idarə etdiyi ** FT *** dövlət qeydiyyat nişanlı Hyundaı Santa FE markalı avtomobil ilə, iddiaçının idarə etdiyi ** CA *** dövlət qeydiyyat nişanlı JEEP Grand Cherokee markalı avtomobilinə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən inzibati xəta törədib zərər yetirilmişdir və bununla bağlı Cavabdeh1 İXP ******* nömrəli 26 iyul 2022-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Nəticədə mülkiyyətində olan ** CA *** dövlət qeydiyyat nişanlı JEEP Grand Cherokee markalı avtomobili zədələnmişdir. Mülkiyyətində olan ** CA *** dövlət qeydiyyat nişanlı JEEP Grand Cherokee markalı avtomobilin zədələnməsi barədə 30 iyul 2022-ci il tarixdə O.E.M MMC tərəfindən tərtib edilmiş 062 №-li qüsur aktına əsasən, ehtiyyat hissələrinə və görülən işlərə dair məbləğ 9960.00 (doqquz min doqquz yüz altmış) manat müəyyən edilmişdir. İnzibati tənbeh vermə haqqında TR ******* nömrəli 26 07.2022ci il tarixli qərara əsasən, tərtib edilmiş xx.xx.2022-ci il tarixli İXP ******* protokola/protokolun qərarına və inzibati iş haqqında materiala əsasən, Cavabdeh1 Ağaəlı oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsində təqsirli bilinib və 40 (qırx) manat məbləğində cərimə edilmişdir. Bakı Sığorta Açıq Səhmdar Cəmiy/ətinin xx.xx.2022-ci il tarixli 1899/22 iş № PBA-1143/22 aktına əsasən- mütənasiblik tətbiq olunaraq 39.63% yəni 1981.41 (bir min doqquz yüz səksən bir manat 41 qəpik) manat hesablanmışdır. Bakı Sığorta Açıq Səhmdar Cəmiyyətindən iddiaçının hesabına xx.xx.2022-ci il tarixdə 1981.41 (bir min doqquz yüz səksən bir manat 41 qəpik) manat pul köçürülmüşdür. O.E.M MMC tərəfindən tərtib edilmiş 062 №-li qüsur aktına əsasən, ehtıyyat hissələrinə və görülən işlərə dair hesblanmış 9960.00 (doqquz min altı yüz altmış) manat məbləğdən Bakı Sığorta Açıq Səhmdar Cəmiyyəti hesabına xx.xx.2022-cı il tarixdə ödədiyi 1981.41 (bir min doqquz yüz səksən bir manat 41 qəpik) məbləği çıxır və cavabdehlərdən tələb etdiyi məbləğ 7978.59 (yeddi min doqquz yüz yetmiş səkkiz manat 59 qəpik) manat təşkil edir. Qeyd olunanlara əsasən, yol-nəqliyyat hadisəsi nəcəsində mülkiyyətində olan ** CA *** dövlət qeydiyyat nişanlı JEEP Grand Cherokee markalı avtomobilə vurulan zərərə görə 5 (beş) qün müddətinə iddiaçıya 7978.59 (yeddi min doqquz yüz yetmiş səkkiz manat 59 qəpik) manat pulun ödənilməsi barədə cavabdehlər X2 və Cavabdeh1 xx.xx.2022-ci il tarixdə müraciət etmişdi. Yol nəqliyyat hadisəsi zamanı avtomobilinə dəymiş zərərin ödənilməsinə dair cavabdehlərə müraciət olunsa da. zərərin ödənilməsi ilə əlaqədar bir manat belə ödəməmişlər. İddiaçı məhkəmə iclasında iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş ermişdir. O verdiyi izahatında bildirmişdir ki, hadisədən bir müddət sonra avtomobili təmir etdirmədən 10000 manat məbləğində satmışdır. Cavabdehin etirazının dəlilləri Cavabdeh1 və onun vəkili Vəkil oğl məhkəmə iclasında iddiaya etiraz edərək, iddianın rədd edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları İnzibati tənbeh vermə haqqında TR ******* nömrəli xx.xx.2022-ci il tarixli qərara əsasən, tərtib edilmiş xx.xx.2022-ci il tarixli İXP ******* protokola/protokolun qərarına və inzibati iş haqqında materiala əsasən, Cavabdeh1 Ağaəlı oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsində təqsirli bilinib və 40 (qırx) manat məbləğində cərimə edilmişdir. Bakı Sığorta Açıq Səhmdar Cəmiyətinin xx.xx.2022-ci il tarixli 1899/22 iş № PBA- 1143/22 aktına əsasən-iddiaçıya mütənasiblik tətbiq olunaraq 39.63% yəni 1981.41 (bir min doqquz yüz səksən bir manat 41 qəpik) manat hesablanmışdır. Bakı Sığorta Açıq Səhmdar Cəmiyyətindən iddiaçının hesabına xx.xx.2022-ci il tarixdə 1981.41 (bir min doqquz yüz səksən bir manat 41 qəpik) manat pul köçürülmüşdür. "xxxx" MMC tərəfindən tərtib edilmiş 062 №-li qüsur aktına əsasən, ehtiyyat hissələrinə və görülən işlərə dair 9960.00 (doqquz min altı yüz altmış) manat hesblanmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/1719 saylı rəyindən görünür ki, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiyməti nəzərə alınmaqla 2005-ci il buraxılışlı ”JEEP Grand Cherokee” markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 8770.0 manat müəyyən edilir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-9/3394/2024 saylı rəyindən görünür ki, ”JEEP Grand Cherokee” markalı 2005-ci il buraxılışlı normal vəziyyətdə saxlanılmış, təyinatı üzrə istifadəyə yararlı avtomobilin nəzəri qaydada 2022-ci ilə olan orta bazar qiyməti təxminən 13500,00 manat, 2023-cü ilə olan orta bazar qiyməti isə təxminən 14000,00 manat müəyyən olunur. ”JEEP Grand Cherokee” markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il nəqliyyat vasitəsinin alqı-satqısı müqaviləsinə əsasən 10000 manat məbləğində X1. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsi Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatları və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia qismən əsaslı olduğundan, qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 qanunsuz hərəkətləri nəticəsində İddiaçı əmlakına maddi ziyan dəymiş, iddiaçı isə avtomobilini təmir etmirdən 10000 manat məbləğində satmışdır. Mülki iş üzrə təqdim edilmiş ekspert rəyinə əsasən hadisə baş verən dövrdə avtomobilin orta bazar dəyəri 13500 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı avtomobilinə dəymiş ziyanla bağlı təmir xərclərini tələb etsə də, iddiaçıya dəymiş maddi ziyan əmlakının təmiri üçün çəkdiyi və ya çəkməli olduğu xərclərlə deyil, əmlakının zədələnməsi nəticəsində əmtəə dəyərinin aşağı düşməsi nəticəsində ona vurulmuş ziyanla müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ”JEEP Grand Cherokee” markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomobilin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı əmtəə dəyərindən aşağı qiymətə satıldığını, iddiaçıya 1981.41 manat məbləğində sığorta ödəniş edildiyini nəzərə alaraq 1518.59 (13500-10000- 1981.41=1518.59) manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddiaya dövlət rüsumun əvəzi olaraq 69.79 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində qiymət verərək belə qənaətə gəlir ki, iddia bu hissədə qismən əsaslı hesab edilərək qismən təmin edilməlidir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan 35.18 (otuz beş manat, on səkkiz qəpik) manat məbləğində dövlət rüsumu və ekspertiza tədqiqatının dəyəri olaraq 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdehə aid edilməli və Cavabdeh1 tutulmalıdır. Məhkəmə Cavabdeh2 mülki məsliyyətini araşdıraraq hesab edir ki, hadisə baş verən zaman ** FT *** dövlət qeydiyyat nişanlı “Hyundaı Santa FE” markalı avtomobil faktiki olaraq Cavabdeh1 tərəfindən idarə edildiyindən, hadisə nəticəsində iddiaçının avtomobilinə dəymiş ziyanla bağlı Şərifov Cavabdeh2 təqsiri olmadığından iddia ona münasibətdə təmin edilməməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 iddiaçıya vurulmuş maddi zərərin əvəzi olaraq 1518.59 (min beş yüz on səkkiz manat, əlli doqquz qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. 35.18 (otuz beş manat, on səkkiz qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh1 tutularaq İddiaçı ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar