Məhkəmə qərarları › İş №2(011)-5715/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-5715/2025

25.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-5715/2025 25.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abbasova X1, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması və sair” tələbinə dair iddia ərizəsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddiaçı ərizədə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları yaşayış massivində yerləşən 6172a nömrəli torpaq sahəsinin Cavabdeh tərəfindən qanunsuz zəbt edildiyinin tanınması, cavabdeh tərəfindən qanunsuz çəkilmiş hasarın sökülməsi və torpaq sahəsinin tam boşaldılması, sözügedən torpaq sahəsinin iddiaçının qanuni istifadəsinə və sahibliyinə qaytarılması, cavabdehin təqdim etdiyi saxta razılıq ərizəsinin hüquqi qüvvəsinin olmamasının tanınması və etibarsız hesab edilməsi, məhkəmə tərəfindən qəbul ediləcək qərarın Əmlak Məsələləri Dövlət Xidmətinə göndərilərək, həmin sahənin iddiaçının adına mülkiyyət hüququ ilə rəsmiləşdirilməsi üçün əsas hesab olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyriqanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə hər hansı xüsusiyyətdən asılı olmayaraq yalnız MPM-nin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxıla bilər. Həmin maddədə sadalanan işlər üzrə iddianın başqa məhkəmələrə verilməsinə yol verilmir. Müstəsna aidiyyət MPM-nin şərh olunan maddəsində nəzərdə tutulmuş işlərin düzgün və vaxtında həll olunması üçün maksimum dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Azərbaycan Respublikası MPM-nin 39-cu maddəsində müstəsna aidiyyətin nəzərdə tutulduğu hər bir halda işə müvafiq əmlakın olduğu yerin məhkəməsində baxılması olması təsbit olunur. Bu maddədə olduğu yerin məhkəməsi dedikdə, həmin mülki işin subyektiv tərkibi, mübahisənin predmeti və mübahisə olunan hüquq münasibətinin xarakteri əsas götürülməklə məhkəmə aidiyyəti qaydalarına uyğun olaraq işə baxmalı olan və yurisdiksiyası həmin əraziyə şamil olunan ümumi məhkəmə nəzərdə tutulur. Göründüyü kimi iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən prosessual qanunvericiliyin müstəsna aidiyyətlə bağlı imperativ tələbinə əməl edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsi müəyyən edir ki, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Adı çəkilən Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Hesab edirəm ki, mübahisənin predmeti olan daşınmaz əmlak Sabunçu rayonunda yerləşdiyindən və hazırki iddiaya Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində baxılmalı olduğundan iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 39-cu maddəsinə və 152.1.3-cü maddəsinə əsasən Q ə r a r a a l d ı m: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması və sair” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Xətai Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar