Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-5729/2021 02.07.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3570/2019 saylı 06.03.2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək birgə nikahdan olan 08.03.2009-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 175 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia ərizəsinin qəbul edilməsindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə imtina edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 18.03.2021-ci il tarixli 2(011)-1963/2021 saylı qətnaməsi ilə müəyyən olunmuş hallardan görünür ki, mübahisə aliment tələbinə dairdir, mülki iş üzrə tərəflər İddiaçı və Cavabdehdur, iddianın əsasını Cavabdeh 08.03.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin ödənilməsi təşkil edir, həmin qətnamə ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3570/2019 saylı 06.03.2019-cu il tarixli qətnaməsi ilə 08.03.2009-cu il təvəllüdlü İ.Cavabdeh yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 160 manat miqdarında tutulan alimentin miqdarının dəyişdirilməsi, həmin qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 08.03.2009-cu il təvəllüdlü İ.Cavabdeh yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 170 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir, həmin qətnamə qanuni qüvvəyə minmişdir. Həmçinin iş materiallarından görünür ki, hazırkı mübahisə aliment tələbinə dairdir, mülki iş üzrə tərəflər İddiaçı və Cavabdehdur, iddianın əsasını Cavabdeh 08.03.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə alimentin ödənilməsi təşkil edir. Göründüyü kimi, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1963/2021 saylı 18.03.2021-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olduğundan, hazırkı iddia tələbi üzrə yeni əsaslara dair hallar iddia ərizəsində göstərilmədiyindən və buna dair sübutlar ərizəyə əlavə olunmadığından iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 153, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən iddianın yolverilməzliyinə görə imtina edilsin və iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-5729/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-5729/2021
02.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver