Məhkəmə qərarları › İş №2(011)-5731/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5731/2021

03.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5731/2021 03.08.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kreditin, ona hesablanmış faizlərin qaytarılması barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı BOKT "xxxx" QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc 71 manat, cərimə borcu 10,65 manat, dövlət rüsumu qismində ödənilmiş 20,40 manat, ümumilikdə 102,05 manat pulun BOKT "xxxx" QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 12 ay müddətinə qaytarılmaq şərti ilə 761 manat məbləğində kredit verilmiş və bununla bağlı BOKT "xxxx" QSC ilə Cavabdeh arasında 23.12.2019-cu il tarixli, 025-EMB-1566-19 saylı kredit müqaviləsi bağlanmışdır, borcalan müqaviləyə və onun əlavələrinə uyğun olaraq ödəniş məbləğlərini ödəmədikdə və ya vaxtında ödəmədikdə borcverən kreditin vaxtından əvvəl tam ödənilməsini tələb edə bilər, kredit məbləğinin qaytarılması müqaviləyə uyğun olaraq aparılmadıqda və ya ödənilmədikdə borcalan özünün şəxsi əmlakı hesabına borcun ödənilməsini təmin etməlidir, hal-hazırda kredit müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh BOKT "xxxx" QSC-nə 02.06.2021-ci il tarixə əsas borcu 71 manat, faiz borcu 0 manat, cərimə borcu 10.65 manat olmaqla, ümumi borcu 81,65 manat təşkil edir ki, bu borcun cavabdeh tərəfindən ödənilməsi təmin edilməlidir. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir, cavabdehə 03.05.2021-ci il tarixli, 14708/21 saylı pretenziya (xəbərdalıq) məktubu da göndərilmişdir. Göründüyü kimi cavabdeh müqavilə şərtlərini pozmuş və vurduğu zərər nəticəsində BOKT "xxxx" QSC-ni müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 23.12.2019-cu il tarixli 025-EMB-1566-19 saylı kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-nin istehsal etdiyi mebel(lər)i almaq məqsədilə BOKT "xxxx" MMC tərəfindən illik 0% olmaqla 12 ay müddətinə 761 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 025-EMB-1566-19 saylı kredit müqaviləsinə 1 saylı Əlavədən görünür ki, BOKT "xxxx" QSC tərəfindən Cavabdeh 23.12.2019-cu il tarixdə illik 0% dərəcəsi ilə 12 ay müddətinə 761 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 02.06.2021-ci il tarixli N MA-0021628-21 saylı maliyyə arayışından görünür ki, BOKT "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış 23.12.2019cu il tarixli, 025-EMB-1566-19 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 02.06.2021-ci il tarixə əsas borcu 71 manat, faiz borcu 0 manat, cərimə borcu 10.65 manat, ümumi borcu 81,65 manat təşkil edir ki. İş materiallarından görünür ki, BOKT "xxxx" QSC tərəfindən borclu Cavabdeh 03.05.2021-ci il tarixdə xəbərdarlıq məktubu göndərilməklə ondan 23.12.2019-cu il tarixli, 025-EMB-1566-19 saylı kredit müqaviləsinə əsasən borcun 5 gün müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan 08.06.2021-ci il tarixli ********* saylı qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinin Xətai rayon Məhkəməsinə verilməsi üçün 20 manat dövlət rüsumu, 0,40 qəpik xidmət haqqı ödəmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflər arasında iddiaçı tərəfindən cavabdehə illik 0% dərəcəsi ilə 12 ay müddətinə 761 manat məbləğində kreditin ayrılması barədə 23.12.2019-cu il tarixli, 025-EMB-1566-19 saylı kredit müqaviləsi bağlanmış, lakin cavabdeh müvafiq müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir, hazırda cavabdehin müvafiq müqavilə üzrə ödənilməmiş əsas borc 71 manat, faiz borcu 0 manat, cərimə borcu 10.65 manat olmaqla, cəmi 81,65 manat məbləğində borcu qalmışdır. Bununla belə, qalıq borcun cavabdeh tərəfindən ödənilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 71 manat məbləğində əsas borc, 10.65 manat məbləğində cərimə borcu olmaqla, cəmi 81,65 manat alınaraq iddiaçı "xxxx" QSC-yə ödənilməlidir. Məhkəmə, dövlət rüsumuna münasibətdə qeyd edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, iddia təmin edildiyindən və cavabdehin dövlət rüsumu ödəməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadığından dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də, iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu və 0,40 qəpik xidmət haqqı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-1, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 71 manat əsas borc, 10, 65 manat cərimə borcu, ümumilikdə 81 (səksən bir) manat 65 (altmış beş) qəpik məbləğində borc və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 20 (iyirmi) manat 40 (qırx) qəpik məbləğində pul alınaraq Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir ay) müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim : Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar