Məhkəmə qərarları › İş №2(011)-5739/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5739/2021

09.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5739/2021 09.09.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi ilə, İddiaçının etibarnamə üzrə nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı Ədil oğlunun cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-yə qarşı “girov qoyulmuş qızıl-zinət əşyalarının geri qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı Ədil oğlu cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21 yanvar 2013-cü il tarixli, 08-13/Q saylı, 28 dekabr 2012-ci il tarixli, 283-12/Q saylı, 31 avqust 2012-ci il tarixli, 247-12/Q saylı, 17 iyul 2012-ci il tarixli, 204-12/Q saylı 02 avqust 2012-ci il tarixli, 222-12/Q saylı, 15 avqust 2012-ci il tarixli, 33-12/Q saylı, 13 iyul 2012-ci il tarixli, 235-12/Q saylı girov müqavilələri üzrə girov qoyulmuş-613 qr. 750 əyyar, 3.565,40 qr. 585-583 əyyar qızıl-zinət əşyalarının və ya dəyərinin hesablanaraq ləğv prosesində olan Cavabdeh ASC-dən alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ləğv prosesində olan Cavabdeh ASC-nın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdeh İddiaçı Ədil oğluna qarşı kredit borcunun tutulması və tutmanın girov predmetinə yönəldilməsi tələbi ilə 02 iyun 2017-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmənin icraatında eyni tərəflər arasında analoji işlərin olmasına əsaslanaraq məhkəmə hazırkı işə dair 7 müqavilə üzrə iddia tələblərinə baxılmasını bir icraatda birləşdirmişdir. İstinad olunan işin gedişatında cavabdeh İddiaçı Ədil oğlu tərəfindən məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 oktyabr 2019-cu il tarixli, 2(011)-51/2019 saylı qətnaməsi ilə iddiaçı ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh İddiaçı Ədil oğluna qarşı iddia tələbi qismən təmin edilmiş, 28 dekabr 2012-ci il tarixli, 283-12/Q saylı kredit müqaviləsinə əsasən 2.814,53 manat məbləğində əsas borc, 500 manat cərimə borcu, 727,35 manat Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcu olmaqla, cəmi 4.041,88 manat məbləğində kredit borcunun və 30 manat məbləğində dövlət rüsumunun İddiaçı Ədil oğlundan alınaraq ləğv prosesində olan Cavabdeh ASC-yə ödənilməsi, tələbin İddiaçı Ədil oğlunun təqdim etdiyi və girov predmeti olan qızıl-zinət əşyalarına yönəldilməsi və qızıl-zinət əşyalarının açıq hərracdan satılması, həmin qızıl-zinət əşyasının satılmasından əldə edilən vəsaitin Cavabdeh ASC-yə ödənilməsi, 21 yanvar 2013-cü il tarixli, 08-13/Q saylı kredit müqaviləsinə əsasən 4.843 manat məbləğində əsas borc, 35,26 manat müddətin sonuna hesablanan faiz borcu, 500 manat cərimə borcu, Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış 1.235,48 manat faiz borcu olmaqla, cəmi 6.613,74 manat məbləğində kredit borcunun İddiaçı Ədil oğlundan alınaraq ləğv prosesində olan Cavabdeh ASCyə ödənilməsi, 31 avqust 2012-ci il tarixli 247-12/Q saylı, 17 iyul 2012-ci il tarixli 204-12/Q saylı, 02 avqust 2012-ci il tarixli 222-12/Q saylı, 15 avqust 2012-ci il tarixli 233-12/Q saylı və 13 iyul 2012-ci il tarixli 233-12/Q saylı kredit müqavilələrinə dair hissədə iddia müddəti ötürüldüyündən iddianın qeyd edilən hissələrdə rədd edilməsi qət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-51/2019 saylı 02 oktyabr 2019-cu il tarixli qərardadı ilə İddiaçı Ədil oğlunun cavabdeh ləğv etmə prosesində olan Cavabdeh ASC-yə qarşı “girov qoyulmuş qızıl-zinət əşyalarının qaytarılması” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Daha sonra Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 oktyabr 2019-cu il tarixli, 2(011)- 51/2019 saylı qətnaməsindən cavabdehin etibarnamə üzrə nümayəndəsi Vəkil tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 1212/2021 saylı 01 mart 2021-ci il tarixli qərardadı ilə iş üzrə icraat dayandırılmış, qətnamə qanuni qüvvəsini almamışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 oktyabr 2019-cu il tarixli, 2(011)-51/2019 saylı qərardadından İddiaçı tərəfindən şikayət verilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-15025/2019 saylı, 17 dekabr 2019-cu il tarixli qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 51/2019 saylı, 02 oktyabr 2019-cu il tarixli qərardadından cavabdeh İddiaçı Ədil oğlunun şikayəti təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-51/2019 saylı, 02 oktyabr 2019-cu il tarixli qərardadı ləğv edilmiş, cavabdeh İddiaçı Ədil oğlunun ləğv prosesində olan Cavabdeh ASC-yə qarşı “girov qoyulmuş qızıl-zinət əşyalarının ona geri qaytarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsinə mahiyyəti üzrə baxılıb qərar qəbul edilməsi üçün mülki işin Xətai Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 dekabr 2019-cu il tarixli 2(011)-51/2019 saylı qərardadı ilə 2(011)- 51/2019 saylı mülki işdən qarşılıqlı iddia tələbi üzrə İddiaçı Ədil oğlunun ləğv etmə prosesində olan Cavabdeh ASC-yə qarşı “girov qoyulmuş qızıl-zinət əşyalarının qaytarılması” tələbi ayrıca icraata ayrılması qərara alınmışdır. Bundan sonra Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 1404/2020 saylı, 22 oktyabr 2020-ci il tarixli qərardadı ilə mülki iş üzrə icraata xitam verilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2495/2021 saylı 03 fevral 2021-ci il tarixli qərardadı ilə İddiaçı Ədil oğlu tərəfindən verilmiş şikayət təmin edilmiş, hazırkı iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1404/2020 saylı, 22 oktyabr 2020-ci il tarixli qərardadının ləğv edilməsi və iddia ərizəsinə mahiyyəti üzrə baxılması üçün mülki işin Xətai Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı Ədil oğlu qarşılıqlı iddia üzrə tələbini onunla əsaslandırmışdır ki, ilkin olaraq bankla aralarında müqavilə bağlanan zaman onun tərəfindən banka 613 qr 750 əyyar, 3.565,40 qr. 585- 583 əyyar qızıl-zinət əşyaları girov qoyulmuşdur. Lakin yuxarıda istinad edilən işin gedişatı zamanı girov qoyulmuş əşyaların bir hissəsi aşkar edilmədiyindən o, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, o ilkin olaraq müqavilə bağlanan zaman təqdim etdiyi qızıl-zinət əşyaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. O, izahatında iddia müddətinin tətbiqi ilə bağlı iş materiallarında olan etiraz ərizəsinin nəzərə alınmaqla iddia müddətinin tətbiq edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının etibarnamə üzrə nümayəndəsinin izahatını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə 2(011)-51/2019 saylı mülki iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsaslanaraq qeyd edir ki, ekspertizaya 13 iyul 2012-ci il tarixli 235-12/Q saylı; 17 iyul 2012-ci il tarixli 204-12/Q saylı; 02 avqust 2012-ci il tarixli 222-12/Q saylı; 15 avqust 2012-ci il tarixli 233-12/Q saylı; 31 avqust 2012-ci il tarixli 247-12/Q saylı; 28 dekabr 2012-ci il tarixli 283-12/Q saylı; 21 yanvar 2013-cü il tarixli 08-13/Q saylı müqavilələr üzrə qızıl-zinət əşyaları təqdim edilmişdir. Daha sonra 2(011)-51/2019 saylı mülki iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 23363 saylı, 27.11.2017-ci il tarixli rəyinə əsasən tədqiqata 39 adda zərgərlik məmulatları təqdim edilmişdir. Qeyd edilən məmulatların 2017-ci ili oktyabr ayına, respublikadaxili orta bazar pərakəndə satış ümumi qiyməti 16.104,00 manat müəyyən edilmiş və həmin zərgərlik məmulatlarının ayrı-ayrılıqda adları və təxmini qiymətləri rəyə əlavə edilmiş 1 saylı cədvəldə qeyd edilmişdir. Belə ki, “21 yanvar 2013-cü il tarixli müqavilə üzrə çəkisi 4,88 qr olan, B026658 kodlu paket – 1 ədəd üzərində ağ şəffaf qaşları olan üzük “750”, 13 iyul 2012-ci il tarixli, 235-12/Q saylı müqavilə üzrə B024075 kodlu paket: 1 ədəd üzərində 6 ədəd ağ şəffaf qaşları olan üzük “583”, 1 ədəd sarı rəngli metaldan qolbaq “585”, 1 ədəd sarı rəngli metaldan boyunbağı “585”, 1 ədəd sarı rəngli metaldan kulon “585”, B024321 kodlu paket: 1 ədəd sarı-gümüşü rəngli metaldan, üzərində 4 ədəd ağ şəffaf qaşları olan üzük “583” 1 ədəd sarı-gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan üzük, “585”, 02 avqust 2012-ci il tarixli, 222-12/Q saylı müqavilə üzrə B024755 kodlu paket – 1 ədəd sarı rəngli metaldan qolbaq “750”, 1 ədəd gümüşü rəngli metaldan boyunbağı, 1 ədəd sarı rəngli metaldan, kulonlu boyunbağı “585”, B024755 kodlu paket – 1 ədəd sarı rəngli metaldan boyunbağı “583”, 1 ədəd sarı rəngli metaldan boyunbağı “585”, 1 ədəd sarı-gümüşü rəngli metaldan üzük “585”, 1 ədəd sarı rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan üzük “583”, 1 ədəd sarı rəngli metaldan üzərində ağ şəffaf qaşları olan üzük “585”, 1 ədəd sarı rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan üzük “583”, 1 ədəd sarı rəngli metaldan, üzərində 1 ədəd yaşıl və ağ şəffaf qaşları olan üzük “583”, 1 ədəd sarı rəngli metaldan, üzərində 1 ədəd yaşıl və ağ şəffaf qaşları olan sırğa cütü “585”, 1 ədəd sarı rəngli metaldan sırğa cütü “585”, 31 avqust 2012-ci il tarixli, 247-12Q saylı müqavilə üzrə B026115 kodlu paket – 1 ədəd sarı rəngli metaldan sırğa cütü və üzük dəsti “750”, 1 ədəd sarı rəngli metaldan, üzərində qırmızı rəngli qaşa bənzər predmeti olan üzük “750”, 1 ədəd boyunbağı, qolbaq dəsti “583”, 28 dekabr 2012-ci il tarixli, 283- 12/Q saylı müqavilə üzrə B026153 kodlu paket-1 ədəd gümüşü rəngli metaldan üzərində ağ şəffaf qaşları olan kolye və bilərzik dəsti “750, 583”, B026224 kodlu paket-1 ədəd sarı rəngli metaldan üzük “583”, B025713 kodlu paket-1 ədəd sarı rəngli metaldan üzərində ağ şəffaf qaşları olan üzük “750”, 1 ədəd sarı rəngli metaldan üzəridə ağ şəffaf qaşları olan üzük “750”, B026118 kodlu paket- 1 ədəd sarı rəngli metaldan üzərində ağ şəffaf qaşları olan üzük, 1 ədəd sarı rəngli metaldan üzərində ağ şəffaf qaşları olan üzük “750”, B025136 kodlu paket-1 ədəd sarı rəngli metaldan üzərində ağ şəffaf qaşları olan üzük “583”, 1 ədəd sarı rəngli metaldan üzərində 1 ədəd yaşıl və ağ şəffaf qaşları olan sırğa cütü “583”, B026230 kodlu paket-1 ədəd sarı rəngli metaldan üzərində ağ şəffaf qaşları olan sırğa cütü və üzük dəsti “583”, 1 ədəd sarı rəngli metaldan üzərində ağ şəffaf qaşları olan üzük, B026278 kodlu paket-1 ədəd sarı rəngli metaldan tək qaşlı sırğa cütü “583”, 1 ədəd sarı rəngli metaldan sırğa cütü (qırıntıdır) “585”, 1 ədəd sarı rəngli metaldan üzərində ağ şəffaf qaşları olan üzük “585”, B026273 kodlu paket-1 ədəd sarı rəngli metaldan boyunbağı “585”, 1 ədəd üzərində ağ şəffaf qaşları olan üzük “585”-dən ibarətdir. 2(011)-51/2019 saylı mülki iş üzrə məhkəmə araşdırması zamanı cavabdehin etibarnamə üzrə nümayəndəsi Vəkil ekspertizaya qızıl-zinət əşyalarının tam şəkildə təqdim edilməməsinə etiraz etmişdir. İddiaçı olan bank məhkəməyə hər 7 müqavilə üzrə 13 iyul 2012-ci il tarixli, 41 saylı; 17 iyul 2012-ci il tarixli, 43 saylı; 02 avqust 2012-ci il tarixli, 49 saylı; 15 avqust 2012-ci il tarixli, 42 saylı; 31 avqust 2012-ci il tarixli 45 saylı; 28 dekabr 2012-ci il tarixli 60 saylı; 21 yanvar 2013-cü il tarixli 64 saylı aktlar təqdim etmiş və İddiaçı Ədil oğlu tərəfindən müxtəlif vaxtlarda tələbdə istinad edilən qızıl-zinət əşyalarının götürülməsini göstərmişdir. Qeyd edilən işin məhkəmə araşdırması zamanı qeyd olunan aktlar üzrə İddiaçı Ədil oğlunun etibarnamə üzrə nümayəndəsi Vəkil tərəfindən imzanın ona məxsusluğu mübahisələndirildiyindən iş üzrə 2 dəfə məhkəmə xətşünaslıq ekspertizası təyin edilmişdir. İlkin təyin edilən məhkəmə-xətşünaslıq ekspertizasının 23362 saylı, 20 oktyabr 2017-ci il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, 2(011)-6504/2017 nömrəli mülki işin 1-ci cildində 15-16-cı vərəqlərində olan Cavabdeh ASC ilə İddiaçı Ədil oğlu arasında olan 21 yanvar 2013-cü il tarixli 08-13/Q saylı, i/v 56-59-da olan 28 dekabr 2012-ci il tarixli 283-12/Q saylı, i/v 97- 99-da olan 31 avqust 2012-ci il tarixli 247-12/Q saylı, i/v 137-138-də olan 17 iyul 2012-ci il tarixli 204-12/Q saylı, i/v 173-174-də olan 02 avqust 2012-ci il 222-12/Q saylı, i/v 209-210-da olan 15 avqust 2012-ci il tarixli 233-12/Q saylı, i/v 245-146 olan 13 iyul 2012-ci il tarixli 235-12/Q saylı girov müqavilələrinə 1 saylı əlavələrdə (aktlarda) “Müştəri təhvil aldı” qrafalarındakı imzalar - İddiaçı Ədil oğlu icra olunmuşdur. İkinci məhkəmə ekspertizasının 18585 saylı, 14 avqust 2019-cu il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Cavabdeh ASC ilə İddiaçı Ədil oğlu arasında olan 21 yanvar 2013-cü il tarixli 08-13/Q saylı girov müqaviləsinə 1 saylı əlavədə (aktda) “Müştəri təhvil aldı” qrafalarındakı imzalar (12-ci, 24-cü sıralardakı imzalardan başqa); 13 iyul 2012-ci il tarixli 235-12/Q saylı girov müqaviləsinə 1 saylı əlavədə (aktda) “Müştəri təhvil aldı” qrafalarındakı imzalar (1-ci, 3-4-cü, 6-8ci, 10-11-ci, 18-19-cu, 22-25-ci, 28-29-cu, 31-34-cü, 37-39-cu sıralarındakı imzalardan başqa); 02 avqust 2012-ci il tarixli 222-12/Q saylı girov müqaviləsinə 1 saylı əlavədə (aktda) “Müştəri təhvil aldı” qrafalarındakı imzalar (3-cü, 6-cı, 9-10-cu, 16-cı, 19-cu sıralarındakı imzalardan başqa); 17 iyul 2012-ci il tarixli 204-12/Q saylı girov müqaviləsinə 1 saylı əlavədə (aktda) “Müştəri təhvil aldı” qrafalarındakı imzalar (1-ci, 5-ci, 11-12-ci, 14-cü, 17-19-cu, 22-23-cü, 26-28-ci, 30-31-ci, 34-35-ci sıralardakı imzalardan başqa); 31 avqust 2012-ci il tarixli 247-12/Q saylı girov müqavilələrinə 1 saylı əlavələrdə (aktlarda) “Müştəri təhvil aldı” qrafalarındakı imzalar (1-2-ci, 5-ci, 7-8-ci, 10-11-ci, 13-14-cü, 16-cı, 18-19-cu, 22-ci, 26-27-ci, 31-ci, 34-cü, 36-37-ci, 39-41-ci, 44-45-ci, 49-51-ci, 56- 57-ci, 59-cu sıralarındakı imzalardan başqa); 15 avqust 2012-ci il tarixli 233-12/Q saylı girov müqavilələrinə 1 saylı əlavələrdə (aktlarda) “Müştəri təhvil aldı” qrafalarındakı imzalar (1-ci, 7-8-ci, 11-ci, 13-cü, 24-cü, 26-cı, 28-ci sıralarındakı imzalardan başqa); 28 dekabr 2012-ci il tarixli 283- 12/Q saylı girov müqavilələrinə 1 saylı əlavələrdə (aktlarda) “Müştəri təhvil aldı” qrafalarındakı imzalar (2-3-cü, 5-ci, 21-ci, 26-27-ci, 37-ci, 42-ci, 46-cı, 54-cü, 57-ci, 65-ci, 72-ci, 76-cı sıralarındakı imzalardan başqa) - İddiaçı Ədil oğlu tərəfindən icra olunmuşdur. 2. Ekspertizaya təqdim edilmiş, Cavabdeh ASC ilə İddiaçı Ədil oğlu arasında olan 21 yanvar 2013-cü il tarixli 08- 13/Q saylı girov müqaviləsinə 1 saylı əlavədə (aktda) 12-ci, 24-cü sıralarında “Müştəri təhvil aldı” qrafalarındakı imzalar; 69-70-ci vərəqələrində olan 07.08.2012-ci il tarixli 227-12/Q saylı girov müqavisinə 1 saylı əlavədə (aktda) 2-ci və 8-ci sıralarda “Müştəri təhvil aldı” qrafalarındakı imzalar; 13 iyul 2012-ci il tarixli 235-12/Q saylı girov müqaviləsinə 1 saylı əlavədə (aktda) 1-ci, 3-4-cü, 6-8ci, 10-11-ci, 18-19-cu, 22-25-ci, 28-29-cu, 31-34-cü, 37-39-cu sıralarda “Müştəri təhvil aldı” qrafalarındakı imzalar; 02 avqust 2012-ci il tarixli 222-12/Q saylı girov müqaviləsinə 1 saylı əlavədə (aktda) 3-cü, 6-cı, 9-10-cu, 16-cı, 19-cu sıralarda “Müştəri təhvil aldı” qrafalarındakı imzalar; 17 iyul 2012-ci il tarixli 204-12/Q saylı girov müqaviləsinə 1 saylı əlavədə (aktda) 1-ci, 5-ci, 11-12-ci, 14-cü, 17-19-cu, 22-23-cü, 26-28-ci, 30-31-ci, 34-35-ci sıralarında “Müştəri təhvil aldı” qrafalarındakı imzalar; 31 avqust 2012-ci il tarixli 247-12/Q saylı girov müqaviləsinə 1 saylı əlavədə (aktda) 1-2-ci, 5-ci, 7-8-ci, 10-11-ci, 13-14-cü, 16-cı, 18-19-cu, 22-ci, 26-27-ci, 31-ci, 34cü, 36-37-ci, 39-41-ci, 44-45-ci, 49-51-ci, 56-57-ci, 59-cu sıralarında “Müştəri təhvil aldı” qrafalarındakı imzalar; 15 avqust 2012-ci il tarixli 233-12/Q saylı girov müqaviləsinə 1 saylı əlavədə (aktda) 1-ci, 7-8-ci, 11-ci, 13-cü, 24-cü, 26-cı, 28-ci sıralarında “Müştəri təhvil aldı” qrafalarındakı imzalar və 28 dekabr 2012-ci il tarixli 283-12/Q saylı girov müqaviləsinə 1 saylı əlavədə (aktda) 2-3-cü, 5-ci, 21-ci, 26-27-ci, 37-ci, 42-ci, 46-cı, 54-cü, 57-ci, 65-ci, 72-ci, 76-cı sıralarında “Müştəri təhvil aldı” qrafalarındakı imzalar-İddiaçı Ədil oğlu tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Məhkəmə hazırkı iş üzrə baxılan iddia tələbinə qiymət verərkən qeyd edir ki, işin mövcud halında ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh İddiaçı Ədil oğluna qarşı olan iddiası üzrə Xətai Rayon Məhkəməsinin 02 oktyabr 2019-cu il tarixli, 2(011)-51/2019 saylı qətnaməsi qanuni qüvvəsini almasa da, qeyd edilən mülki işin araşdırılması zamanı müəyyən edilmiş işin hallarına istinad edilməsi zəruridir. Belə ki, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1212/2021 saylı 01 mart 2021-ci il tarixli qərarı üzrə icraat hazırkı iş üzrə işə baxılıb yekun qərar qəbul edilənədək dayandırılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 oktyabr 2019-cu il tarixli, 2(011)-51/2019 saylı qətnaməsi ilə iddiaçı ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh İddiaçı Ədil oğluna qarşı iddia tələbi qismən təmin edilmiş, 28 dekabr 2012-ci il tarixli, 283-12/Q saylı kredit müqaviləsinə əsasən 2.814,53 manat məbləğində əsas borc, 500 manat cərimə borcu, 727,35 manat Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcu olmaqla, cəmi 4.041,88 manat məbləğində kredit borcunun və 30 manat məbləğində dövlət rüsumunun İddiaçı Ədil oğlundan alınaraq ləğv prosesində olan Cavabdeh ASC-yə ödənilməsi, tələbin İddiaçı Ədil oğlunun təqdim etdiyi və girov predmeti olan qızıl-zinət əşyalarına yönəldilməsi və qızıl-zinət əşyalarının açıq hərracdan satılması, həmin qızıl-zinət əşyasının satılmasından əldə edilən vəsaitin Cavabdeh ASC-yə ödənilməsi, 21 yanvar 2013-cü il tarixli, 08-13/Q saylı kredit müqaviləsinə əsasən 4.843 manat məbləğində əsas borc, 35,26 manat müddətin sonuna hesablanan faiz borcu, 500 manat cərimə borcu, Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış 1.235,48 manat faiz borcu olmaqla, cəmi 6.613,74 manat məbləğində kredit borcunun İddiaçı Ədil oğlundan alınaraq ləğv prosesində olan Cavabdeh ASCyə ödənilməsi, 31 avqust 2012-ci il tarixli 247-12/Q saylı, 17 iyul 2012-ci il tarixli 204-12/Q saylı, 02 avqust 2012-ci il tarixli 222-12/Q saylı, 15 avqust 2012-ci il tarixli 233-12/Q saylı və 13 iyul 2012-ci il tarixli 233-12/Q saylı kredit müqavilələrinə dair hissədə iddia müddəti ötürüldüyündən iddianın qeyd edilən hissələrdə rədd edilməsi qət edilmişdir, hazırkı iddia tələbi də qismən təmin edilməlidir. Məhkəmə iddia tələbinin 31 avqust 2012-ci il tarixli 247-12/Q saylı, 17 iyul 2012-ci il tarixli 204-12/Q saylı, 02 avqust 2012-ci il tarixli 222-12/Q saylı, 15 avqust 2012-ci il tarixli 233-12/Q saylı və 13 iyul 2012-ci il tarixli 233-12/Q saylı girov müqavilələrinə aid hissəsinə qiymət verərək hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 oktyabr 2019-cu il tarixli, 2(011)-51/2019 saylı mülki işinə baxılan zaman istinad edilən 31 avqust 2012-ci il tarixli 247-12/Q saylı, 17 iyul 2012-ci il tarixli 204-12/Q saylı, 02 avqust 2012-ci il tarixli 222-12/Q saylı, 15 avqust 2012-ci il tarixli 233-12/Q saylı və 13 iyul 2012-ci il tarixli 233-12/Q saylı kredit müqavilələri üzrə iddia müddətinin ötməsi halı müəyyən edilmişdir. Adı çəkilən müqavilələr üzrə iddia müddətinin ötürülməsi əsas öhdəliyə xitam verilməsi kimi qiymətləndirilməlidir. Belə olan halda əsas öhdəliyin təminatı kimi çıxış edən əlavə öhdəliyə- girov müqaviləsi üzrə yaranmış öhdəliyə də xitam verilməlidir. Yuxarıda istinad edilən ekspert rəylərinə əsasən 5 müqavilədən sadəcə 3 müqavilə üzrə-31 avqust 2012-ci il tarixli, 247-12/Q saylı, 02 avqust 2012-ci il tarixli, 222-12/Q saylı, 13 iyul 2012-ci il tarixli, 235-12/Q saylı girov müqavilələri üzrə girov qoyulmuş zinət əşyalarının mövcud olması göstərilmişdir. Odur ki, iddia tələbi məhz bu üç müqavilə üzrə mövcud olan qızıl zinət əşyaları hissəsində təmin edilməli və əşyalar Cavabdeh ASC-dən alınıb İddiaçı qaytarılmalıdır. 17 iyul 2012-ci il tarixli, 204-12/Q saylı, 15 avqust 2012-ci il tarixli, 233-12/Q saylı müqavilələr və onlar üzrə kodlu girov paketləri (qızıl-zinət əşyaları) aşkar edilməmişdir. Odur ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Məhkəmə iddiaçının nümayəndəsi olan Vəkil girov müqavilələri üzrə bank tərəfindən təqdim olunmuş qızılların təhvil alınması ilə bağlı aktlarında mövcud olan imzanın İddiaçı məxsus olmaması və bu səbəbdən də girov müqavilələri üzrə yüklü edilmiş qızıl zinət əşyalarının müqavilədə göstərilən siyahı üzrə onlara təhvil verilməsi ilə bağlı dəlilinə qiymət verərək qeyd edir ki, iddia tərəfinin istinad etdiyi hazırkı hal əsassızdır. Belə ki, 2(011)-51/2019 saylı mülki iş materiallarında mövcud olan 18585 saylı, 14 avqust 2019-cu il tarixli ekspert rəyindən aydın olur ki, 1 saylı əlavədə bəzi sıralarda “Müştəri təhvil aldı” qrafasındakı imzaların İddiaçı tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunması göstərilmişdir. Bununla bağlı 2(011)-51/2019 saylı mülki işin araşdırılması zamanı ləğv prosesində olan bankın nümayəndəsi İddiaçı tərəfindən müxtəlif şəxslərə verilmiş etibarnamə əsasında həmin əşyaların götürülməsini bildirmişdir. Bunun əksi isə məhkəmə iclasında hər hansı bir sübutla təsdiq edilməmişdir. Belə olan halda məhkəmə həmin əşyaların İddiaçı tərəfindən götürülməsi qənaətinə gəlir. Digər tərəfdən, həmin əlavədə olan imzaların bir qismi İddiaçı məxsus olduğundan, iddiaçı əlavəni müxtəlif vaxtlarda imzalayarkən imzaların bir qisminin ona məxsus olmadığını görmüş, lakin buna öz etirazını bildirməmişdir. Bu da onu göstərir ki, həmin əşyalar məhz iddiaçının etibarnamə əsasında nümayəndələri olmuş şəxslər tərəfindən götürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 294.1.1-ci maddəsinə görə girovla təmin edilmiş öhdəliyə xitam verildikdə girova xitam verilir. Eyni zamanda, məhkəmə iddia tələbinin 28 dekabr 2012-ci il tarixli, 283-12/Q saylı və 21 yanvar 2013-cü il tarixli, 08-13/Q saylı girov müqavilələrinə qiymət verərək hesab edir ki, nə qədər ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 oktyabr 2019-cu il tarixli, 2(011)-51/2019 saylı qətnaməsi ilə 28 dekabr 2012-ci il tarixli, 283-12/Q saylı və 21 yanvar 2013-cü il tarixli, 08-13/Q saylı kredit müqavilələrinə münasibətdə İddiaçı icra etmədiyi öhdəliyinin mövcud olması halı müəyyən edilmişdir və öhdəliyin icra edilmədiyi üçün bu müqavilələrdən irəli gələn tədbirlərin görülməsi ilə bağlı qətnamə qəbul edilmişdir, iddia tələbi bu iki müqaviləyə aid hissədə təmin edilə bilməz. Odur ki, iddia 28 dekabr 2012-ci il tarixli, 283-12/Q saylı və 21 yanvar 2013-cü il tarixli, 08- 13/Q saylı girov müqavilələrinə aid hissədə rədd edilməlidir. Məhkəmə cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-nin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizəyə qiymət verərək belə hesab edir ki, ərizə əsassızdır. Belə ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə istinad edərək qeyd edir ki, müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir.İddia müddətinin axımı qanunvericiliyə əsasən şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İş materiallarında olan 2(011)-51/2019 saylı mülki işin materiallarından görünür ki, bank tərəfindən ilkin olaraq 7 kredit müqaviləsi üzrə tələb irəli sürülərkən kredit müqaviləsi əsasında verilmiş pul vəsaitləri tələb olunmuş və tələbin girov predmeti olan qızıl-zinət əşyalarına yönəlməsi xahiş olunmuşdur. Daha sonra məhkəmə araşdırması zamanı keçirilmiş ekspertizaların nəticəsində girov müqavilələri üzrə cavabdeh tərəfindən bank qarşısında yüklü edilmiş əmlakların tam həcmdə olmaması aşkar edilmişdir. Mülk iş materialları ekspertizadan qayıtdıqdan sonra 15 mart 2019-cu il tarixdə qərardad qəbul edilmiş və mülki iş baxışa təyin edilmişdir. İş materiallarında olan 11 aprel 2019-cu il tarixli protokoldan görünür ki, cavabdehin nümayəndəsi məhkəmə iclasının qarşılıqlı iddia təqdim edilməsi üçün təxirə salınmasını xahiş etmişdir. Daha sonra məhkəmənin 03 may 2019-cu il tarixli protokoluna əsasən cavabdehin iddiası icraata qəbul edilmişdir. Odur ki, İddiaçı girov müqavilələri üzrə qızıl-zinət əşyalarının tam həcmdə olmamasını məhkəmə araşdırması zamanı müəyyən etdiyindən iddia müddəti ötürülməmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, 13 iyul 2012-ci il tarixli, 235-12/Q saylı girov müqaviləsinə əsasən B024075 kodlu paket: 1 ədəd üzərində 6 ədəd ağ şəffaf qaşları olan üzük “583”, 1 ədəd sarı rəngli metaldan qolbaq “585”, 1 ədəd sarı rəngli metaldan boyunbağı “585”, 1 ədəd sarı rəngli metaldan kulon “585”, B024321 kodlu paket: 1 ədəd sarı-gümüşü rəngli metaldan, üzərində 4 ədəd ağ şəffaf qaşları olan üzük “583” 1 ədəd sarı-gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan üzük, “585”; 02 avqust 2012-ci il tarixli, 222-12/Q saylı girov müqaviləsinə əsasən B024755 kodlu paket – 1 ədəd sarı rəngli metaldan qolbaq “750”, 1 ədəd gümüşü rəngli metaldan boyunbağı, 1 ədəd sarı rəngli metaldan, kulonlu boyunbağı “585”, B024755 kodlu paket – 1 ədəd sarı rəngli metaldan boyunbağı “583”, 1 ədəd sarı rəngli metaldan boyunbağı “585”, 1 ədəd sarı-gümüşü rəngli metaldan üzük “585”, 1 ədəd sarı rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan üzük “583”, 1 ədəd sarı rəngli metaldan üzərində ağ şəffaf qaşları olan üzük “585”, 1 ədəd sarı rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan üzük “583”, 1 ədəd sarı rəngli metaldan, üzərində 1 ədəd yaşıl və ağ şəffaf qaşları olan üzük “583”, 1 ədəd sarı rəngli metaldan, üzərində 1 ədəd yaşıl və ağ şəffaf qaşları olan sırğa cütü “585”, 1 ədəd sarı rəngli metaldan sırğa cütü “585”; 31 avqust 2012-ci il tarixli, 247-12Q saylı girov müqaviləsinə əsasən B026115 kodlu paket – 1 ədəd sarı rəngli metaldan sırğa cütü və üzük dəsti “750”, 1 ədəd sarı rəngli metaldan, üzərində qırmızı rəngli qaşa bənzər predmeti olan üzük “750”, 1 ədəd boyunbağı, qolbaq dəsti “583” ləğv prosesində olan Cavabdeh ASC-dən alınaraq İddiaçı Ədil oğluna qaytarılmalı, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan, cavabdehdən 20 manat dövlət rüsumu alınaraq iddiaçıya ödənilməli, 10 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. 13 iyul 2012-ci il tarixli, 235-12/Q saylı girov müqaviləsinə əsasən B024075 kodlu paket: 1 ədəd üzərində 6 ədəd ağ şəffaf qaşları olan üzük “583”, 1 ədəd sarı rəngli metaldan qolbaq “585”, 1 ədəd sarı rəngli metaldan boyunbağı “585”, 1 ədəd sarı rəngli metaldan kulon “585”, B024321 kodlu paket: 1 ədəd sarı-gümüşü rəngli metaldan, üzərində 4 ədəd ağ şəffaf qaşları olan üzük “583” 1 ədəd sarı-gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan üzük, “585” ləğv prosesində olan Cavabdeh ASC-dən alınaraq İddiaçı Ədil oğluna qaytarılsın. 02 avqust 2012-ci il tarixli, 222-12/Q saylı girov müqaviləsinə əsasən B024755 kodlu paket – 1 ədəd sarı rəngli metaldan qolbaq “750”, 1 ədəd gümüşü rəngli metaldan boyunbağı, 1 ədəd sarı rəngli metaldan, kulonlu boyunbağı “585”, B024755 kodlu paket – 1 ədəd sarı rəngli metaldan boyunbağı “583”, 1 ədəd sarı rəngli metaldan boyunbağı “585”, 1 ədəd sarı-gümüşü rəngli metaldan üzük “585”, 1 ədəd sarı rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan üzük “583”, 1 ədəd sarı rəngli metaldan üzərində ağ şəffaf qaşları olan üzük “585”, 1 ədəd sarı rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan üzük “583”, 1 ədəd sarı rəngli metaldan, üzərində 1 ədəd yaşıl və ağ şəffaf qaşları olan üzük “583”, 1 ədəd sarı rəngli metaldan, üzərində 1 ədəd yaşıl və ağ şəffaf qaşları olan sırğa cütü “585”, 1 ədəd sarı rəngli metaldan sırğa cütü “585” ləğv prosesində olan Cavabdeh ASC-dən alınaraq İddiaçı Ədil oğluna qaytarılsın. 31 avqust 2012-ci il tarixli, 247-12Q saylı girov müqaviləsinə əsasən B026115 kodlu paket – 1 ədəd sarı rəngli metaldan sırğa cütü və üzük dəsti “750”, 1 ədəd sarı rəngli metaldan, üzərində qırmızı rəngli qaşa bənzər predmeti olan üzük “750”, 1 ədəd boyunbağı, qolbaq dəsti “583” ləğv prosesində olan Cavabdeh ASC-dən alınaraq İddiaçı Ədil oğluna qaytarılsın. Cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-dən 20 (iyirmi) manat dövlət rüsumu alınaraq İddiaçı Ədil oğluna ödənilsin, qalan 10 (on) manat dövlət rüsumu İddiaçı Ədil oğlunun özünə aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar