Məhkəmə qərarları › İş №2(011)-5750/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5750/2024

05.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5750/2024 05.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “pul tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddia ərizəsinin dəlilləri: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə iddiaçı arasında 06 oktyabr 2022-ci il tarixdə bağlanmış “Razılaşma Müqaviləsi”nin 6-cı bəndinə əsasən, borclu tərəfin xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə ödəməli olduğu hər ay üçün 1.500 manat, həmçinin may ayı üçün borclu qaldığı 500 manat - cəmi 3.500 manatın, qaytarılması və Cavabdeh MMC-dən əlavə olaraq iddiaçının xeyrinə 3.500 manat kompensasiyanın və 50 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən Cavabdeh MMC ilə iddiaçı arasında 06 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri 9 saylı notariat ofisində xx.xx.2018-ci il tarixdə 3M-917 və 3M-918 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş kredit müqavilələrinə dair Razılaşma Müqaviləsi bağlanıb. Kredit müqavilələrinin hər biri üzrə Cavabdeh MMC-yə ayrı-ayrılıqda 25.000 manat, ümumilikdə 50.000 manat məbləğində borc pul verilib. Müqavilənin şərtlərinə görə, yuxarıda göstərilən kredit müqavilələrinə əsasən Cavabdeh MMC iddiaçıya olan 50.000 manat borcu 2022-ci ilin noyabr ayının 16dan başlanmaqla, müqavilənin 4-cü bəndində göstərilən cədvələ uyğun ödəməyi öhdəsinə götürüb. Cədvəldə göstərilir ki, borclu tərəf - Cavabdeh MMC xx.xx.2022-ci il tarixdən başlayaraq, xx.xx.2025-ci il tarixədək, 33 ay müddətində hər ay 1.500 manat, sonuncu - 34-cü ay isə (xx.xx.2025) 500 manat ödəməklə öhdəliyi yerinə yetirmiş olur. Borclu tərəf Azərbaycan Respublikası Mülki Məcəlləsinin 742.1 (Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutlan müddətdə və ya qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borceverənə qaytarmalıdır...) və 743.1 (Kredit müqaviləsinə görə boreverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür) maddələrində göstərilən şərtləri və üzərinə götürdüyü öhdəliyi pozaraq, xx.xx.2023 və xx.xx.2023- cü il tarixlərdə 3.000 manatı ödəməkdən imtina etmişdi. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin Azərbaycan Respublikası adından çıxarılan xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh MMC 3.000 manat pul vəsaitini iddiaçıya ödəməli idi. Lakin Cavabdeh MMC bugünə qədər həmin pul vəsaitinin ödəməyib, əlavə olaraq, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə ödəməli olduğu hər ay üçün 1.500 manat - cəmi 3.000 manatı, may ayı üçün borclu qaldığı 500 ödəməkdən imtina edib. Beləliklə, Cavabdeh MMC-nin bu aylar üzrə ümumi borcu artaraq 6.500 manat təşkil edib. Bu barədə Cavabdeh MMC-yə xx.xx.2024-cü il tarixdə xəbərdarlıq (pretenziya) məktubu göndərmişdir. Artıq iddiaçı mənəvi cəhətdən çox yorulmuş, sarsılmışdır. Səhhətində ciddi problemlər yaranıb. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC ilə iddiaçı arasında 06 oktyabr 2022-ci il tarixdə bağlanmış “Razılaşma Müqaviləsi”nin 6-cı bəndinə əsasən, borclu tərəfin xx.xx.2024, xx.xx.2024, xx.xx.2024-cü il tarixlərdə ödəməli olduğu hər ay üçün 1.500 manat, həmçinin may ayı üçün borclu qaldığı 500 manat - cəmi 5.000 manatın qaytarılması və "xxxx" MMC-dən əlavə olaraq, iddiaçının səhhətinə vurduqları ciddi problemlərə görə, iddiaçının xeyrinə 3.500 manat kompensasiyanın və 50 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. O, bildirmişdir ki, özü xəstəlikdən əziyyət çəkir və cavabdehlərin müqavilə üzrə müəyyən edilmiş məbləği ödəməməsi nəticəsində onun səhhətində problemlər yaranmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli 2(011)-1269/2024 saylı qətnaməsinin qəbulundan cavabdeh tərəf məlumat aldıqdan sonra ona müqavilə üzrə hər hansı ödənişlər edilməyəcəyi bildirilmiş və bunun nəticəsində iddiaçı stress keçirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: İş materiallarından görünür ki, "xxxx" MMC (adından X2) ilə İddiaçı arasında 06 oktyabr 2022-ci il tarixdə notarial qaydada razılaşma müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, "xxxx" MMC Bakı şəhəri 9 saylı notariat ofisində 06 fevral 2018-ci il tarixdə 3M- 917 və 3M-918 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş kredit müqavilələrinə əsasən 50.000 manat borcun 2022-ci ilin noyabr ayının 15-dən başlanmaqla müqavilənin 4-cü bəndində göstərilən cədvələ uyğun olaraq İddiaçı ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 4-cü bəndinə əsasən, ödəniş tarixləri 16 noyabr 2022-ci il-16 avqust 2025-ci illəri əhatə etmiş, aylıq olaraq ödənilməli olan məbləğ 16 noyabr 2022-ci il-16 iyul 2025-ci illərdə 1.500 manat, sonuncu tarix olan 16 avqust 2025-ci ildə 500 manat müəyən edilmişdir. İddiaçı hazırda cavabdeh tərəfindən 16 fevral 2024, 16 mart 2024, 16 iyun 2024-cü il tarixlərdə ödənilməmiş cəmi 4.500 manat, həmçinin may ayı üçün borclu qaldığı 500 manat məbləğin, iddiaçının səhhətinə vurulmuş ziyana görə 3.500 manat kompensasiyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin iddiaya etirazı məhkəməyə daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21-ci maddəsinə görə hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. 740.2-ci maddəsinə görə, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı: Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Həmin Qərara əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”: 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenum qərarında həmçinin izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış razılaşma müqaviləsi üzrə cavabdeh öhdəliyini pozaraq iddiaçıya olan borcunu geri qaytarmamışdır. Mülki Məcəllənin tələblərinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilə əsasında iddiaçıya pul vəsaitini, aralarında müəyyən edilmiş tarixlərdə və razılaşdırılmış məbləğdə qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh qeyd edilən vəzifəsini icra etməyərək, öhdəliyini tam şəkildə yerinə yetirməmişdir. Odur ki, iddia tələbi 16 fevral 2024, 16 mart 2024, 16 iyun 2024-cü il tarixlərdə ödənilməmiş cəmi 4.500 manat, həmçinin may ayı üçün ödənilməmiş 500 manat məbləğin cavabdehdən tutulması hissəsində təmin edilməlidir. Məhkəmə iddia tələbinin iddiaçının səhhətinə vurulmuş ziyana görə 3.500 manat kompensasiyanın tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iclasında mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçı həyəcan və sarsıntı keçirmiş, bu da onun mənəvi iztirab keçirməsinə, şüurunda və səhhətində mənfi psixoloji reaksiya yaranmasına səbəb olmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, mənəvi ziyanla bağlı gəldiyi nəticə “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında məhkəmələrə verilmiş tövsiyələrə də uyğundur. Belə ki, Ali Məhkəmənin Plenumunun qeyd olunan Qərarında göstərilmişdir ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə yuxarıda sadalananlara qiymət verərək, vurulmuş mənəvi ziyana görə cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 200 manat mənəvi zərərin tutulmasını ağlabatan hesab edir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh "xxxx" MMC-nin 06 oktyabr 2022-ci il tarixdə bağlanmış “Razılaşma müqaviləsi”nə əsasən 16 fevral 2024, 16 mart 2024, 16 iyun 2024-cü il tarixlərin hər birində ödəməli olduğu 1.500 manat, may ayı üçün ödəməli olduğu 500 manat olmaqla, cəmi 5.000 manat, mənəvi zərərə görə 200 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Hazırda iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq 72 manat dövlət rüsumu ödənilməlidir. İddiaçı tərəfindən 50 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, cavabdehdən 50 manat dövlət rüsumu alınaraq iddiaçıya ödənilməli, dövlət rüsumunun kəsr hissəsini təşkil edən 22 manat cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-nin 06 oktyabr 2022-ci il tarixdə bağlanmış “Razılaşma müqaviləsi”nə əsasən 16 fevral 2024-cü il, 16 mart 2024-cü il və 16 iyun 2024-cü il tarixlərinin hər birində ödəməli olduğu 1.500 manat, may ayı üçün ödəməli olduğu 500 manat olmaqla, cəmi 5.000 (beş min) manat, mənəvi zərərə görə 200 (iki yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş 50 (əlli) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Dövlət rüsumunun kəsr hissəsini təşkil edən 22 (iyirmi iki) manat cavabdeh "xxxx" MMC-dən alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elekron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar