Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-5802/2024 25.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi Hüseynli Mehriban Qalib qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ:
1. İddiaçı Cavabdeh qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Mülki iş üzrə ilk məhkəmə hazırlıq iclası xx.xx.2024-cü il tarixinə təyin edilmiş, lakin tərəflərdən heç biri həmin tarixli məhkəmə iclasında da iştirak etməmişlər. İddiaçı məhkəməyə teleqramla müraciət edərək iclasın təxirə salınmasını xahiş etmişdir.
3. Mülki iş üzrə növbəti məhkəmə hazırlıq iclası xx.xx.2024-cü il tarixinə təyin edilmiş, tərəflərə məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilsə də yenə də heç bir tərəf məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı məhkəməyə teleqramla müraciət edərək iclasın təxirə salınmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq:
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): 114.1. ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.5. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa; 185.1. İşdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. 185.4. Tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. 259.0. məhkəmə aşağıdakı hallarda iddia ərizəsini baxılmamış saxlayır: 259.0.6. işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə;
5. Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı: 9.1. Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəmə iclasına gəlmədikdə ərizə baxılmamış saxlanılır. Lakin iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etdikdə ərizənin baxılmamış saxlanılmasına yol verilmir. Cavabdehin iddiaçının iştirakı olmadan işə baxılmasını tələb etməsi onun məhkəməyə yazdığı ərizə ilə və yaxud məhkəmə iclası protokolunda bu barədə müvafiq qeydiyyat aparılmaqla rəsmiləşdirilir. 9.2. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunla müəyyən edilmiş qaydada işə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı üzürsüz səbəbdən məhkəmə iclasına gəlmədikdə və buna görə ərizə baxılmamış saxlanıldıqda məhkəmə iddiaçının ərizəsi ilə icraatı təzələməyə və işə baxmağa haqlı deyildir. Həmin şəxs ümumi qaydada ərizə ilə məhkəməyə müraciət etməlidir.
İşə baxan məhkəmənin mövqeyi:
6. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır.
7. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259-cu maddəsinə əsasən mülki iş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etmirsə, iddia ərizəsinin baxılmamış saxlanılması mümkündür. Məhkəmə xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixlərində 2 hazırlıq iclası keçirmiş, mülki iş üzrə tərəflər işə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış, lakin tərəflər heç bir məhkəmə iclasında iştirak etməmişdirlər. İddiaçı hər iki hazırlıq iclası zamanı məhkəməyə teleqramla müraciət edərək iclasın təxirə salınmasını xahiş etmiş, lakin iclasın təxirə salınması zərurətini yaradan və iclasda iştirak etməməsinin üzrlü səbəblərini göstərən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, tərəflərin iştirakı olmadan məhkəmə araşdırmasının apatılması qeyri-mümkündür və mülki iş baxılmamış saxlanılmalıdır.
8. Eyni zamanda iddiaçının təqdim etdiyi sənədlər sırasında sübutların kifayət qədər olmaması, o cümlədən, prosessual müddətlə bağlı müəyyən vaxt məhdudiyyətinin olması səbəbindən məhkəmə araşdırmasının davam etdirilməsi mümkün olmamışdır. Məhkəmə hesab edir ki, sadalanan hallar mülki iş üzrə iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsasdır.
9. İddia ərizəsi baxılmamış saxlanıldığından iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu da iddiaçıya geri qaytarılmalıdır.
10. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 259.0.6, 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏRARA ALDİ:
1. İddiaçı Cavabdeh qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın.
2. İddiaçı tərəfindən Kapital Bank ödəniş sistemi vasitəsilə xx.xx.2024-cü il tarixdə ödənilmiş ********** qəbz nömrəli 100 manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın.
3. Qərardadın rüsumun qaytarılması hissəsində icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyi Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin.
4. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.
Hakim: Samirə Eyvazova