Məhkəmə qərarları › İş №2(011)-5817/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5817/2023

24.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5817/2023 24.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı cavabdehdən 46 000 manat məbləğində zərərin ondan tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh təxminən 2011-ci ildən tanıyır və aralarında normal işgüzar və dostluq münasibətləri olmuşdur. 2019-cu ilin noyabr ayında Aqil Əliyevin xahişi ilə iddiaçıya məxsus Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi,ev 39 da olan 69 saylı 2 otaqlı mənzilini “Rabitə-Bank” Kommersiya Bankında ipotekaya qoymaqla 35.000 (otuz beş min) manat kredit götürərək pulu ona vermişdir. Aralarında olan razılaşmaya əsasən, krediti və ona hesablanan kredit faizlərini Cavabdeh banka vaxtlı vaxtında ödəməyi öhdəsinə götürmüşdü. İddiaçı bilidirir ki, o iki ay müddətində hər ay 1350 manatı banka ödədikdən sonra kreditin ödənilməsində fasilələr verməyə başladı. İddiaçının təkidli tələblərindən sonra krediti ödəmək üçün 4000 nanat da iddiaçıya nəğd vermişdi və həmin pulları banka kreditə görə ödəmişdir. Daha sonra isə o, krediti qrafik üzrə ödəmədiyindən bank iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mənzilinin hərrac yolu ilə satışa çıxarılmasını və kreditin qalan hissəsinin ödənilməsinə yönəldilməsini tələb etmişdir. İddiaçı ailəsinin yaşadığı mənzilin əlindən çıxmaması üçün bankla danışıqlara gedərək gecikdirilmiş faizlərlə birlikdə banka 46.000 manatın ödənilməsinə razılaşmış və mənzilinin hərraca çıxarılmasının qarşısını almışdır. Hal hazırda həmin kreditin qalan hissəsini öz hesabına ödəmişdir. Bundan sonra Cavabdeh müflisləşdiyini bildirərək krediti ödəməkdən imtina etməyə başlamışdır. Hal hazıra da bütün məsrəflər nəzərə alınmaqla iddiaçıya 46.000 manat qaytarmalıdır. Cavabdeh iddiaçıya borclu olduğunu aralarında olan telefon SMS yazışmaları, danışıq məlumatları və iddiaçının kimi aldadılaraq pulu ələ keçirilmiş şahidlər də təstiq edə bilər. Beləliklə, Cavabdeh kimi iddiaçıya vurduğu zərər 46.000 manat pul ondan tutularaq iddiaçıya ödənməlidir. Buna görə də iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət edilmişdir. Xətai Rayon Məhkəməsinin 19 iyun 2023-cü il tarixli 2(011)-4968/2023 saylı qərardadı ilə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun məbləği 228 manat olduğundan və bunun üçün ancaq 141 manat ödənilməsi əsas gətirilərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər göstərilən nöqsan aradan qaldırılması üçün geri qaytarılmışdır. Lakin, göstərilən qərardad iddiaçıya göndərilsə də,ərizəyə əlavə edilmiş sənədlər Xətai rayon məhkəməsində saxlanılmışdır.Odur ki, iddia ərizəsinə əlavə edilmiş sənədlər təkrar verilmiş iddia ərizəsinə əlavə edilməlidir.Məhkəmənin göstərdiyi nöqsanlar aradan qaldırılaraq iddi ərizəsinin verilməsinə dair dövlət rüsumu tam həcmdə ödənilmişdir. Tərəflərin izahatları: İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 iclasında iddianı müdafiə edərək bildirmişlər ki, Baş Mütəşəkkil Cinayətkarlıq ilə Mübarizə idarəsində araşdırılma aparılan zaman cavabdeh 10 000 dollar bacanağının pulunu ödəmişdir, lakin banka olan aylıq kredit ödənişlərinin Cavabdeh tərəfindən ödənilməsi barədə aralarında razılaşma olduğundan şikayətini geri götürmüşdür. Lakin aylıq kredit ödənişləri Cavabdeh tərəfindən həyata keçirilmədiyindən iddianı müdafiə edərək, təmin edilməsini xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddiaya etiraz edirək, bildirmişdir ki, Baş Mütəşəkkil Cinayətkarlıq ilə Mübarizə idarəsində iddiaçının müraciəti əsasında araşdırma aparılmış və araşdırmanın nəticəsi olaraq tərəflər arasında olan ödənilməli olan pul vəsaiti 15 000 dollar müəyyən edilmiş və həmin pul vəsaiti elə orada iddiaçıya ödənilmişdir. Hətta həmin dövr üçün cavabdehə hüquqi yardımın göstərilməsi üçün onunla müqavilə bağlanmış, xx.xx.2022-ci il tarixinə onun etibarnaməsi və vəkil orderi olmuşdur. O, idarəyə yaxınlaşan zaman müstəntiq ona tərəflər arasında razılığın əldə edildiyini və pulun ödənildiyini bildirmişdir. Qeyd etdiklərinə əsasən iddianın rədd edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-331/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı X2, X6, X3 və X1 19 noyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 30997,18 manat məbləğində əsas borc, 8906,61 manat məbləğində faiz borcu, 100 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 40003,79 manat pul məbləği, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və məhkəmədə iddia qaldırılması ilə bağlı ödənilmiş 230,71 manat dövlət rüsumunun əvəzi tutularaq "xxxx" ASC-yə ödənilməsi, tutma ipoteka predmeti olan İddiaçın mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən 47,1 m2 ümumi sahədən ibarət 39 nömrəli evin 69 nömrəli mənzilinə yönəldilməsi, mənzilin ilkin satış qiyməti 58.000,00 manat müəyyən edilmiş və həmin mənzil açıq hərracdan satılması, əldə olunacaq vəsait hesabına kredit borcu ödənilməsi, tutulma ipoteka predmetinə yönəldildikdə və o satıldıqdan 1 ay sonra İddiaçı Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən 47,1 m2 ümumi sahədən ibarət 39 nömrəli evin 69 nömrəli mənzili boşaldılaraq banka təhvil verilməsi qət edilmişdir. İş materiallarında olan İddiaçı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə yazdığı xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, o, Cavabdeh hissə-hissə ümumilikdə, 20 000 ABŞ dolları, 4000 manat nağd olaraq pul vəsait və 35 000 manat evini girov saxlayaraq həmin məbləği ona nağd şəkilində təqdim etmişdir. Lakin buna baxmayaraq həmin girov qarşılığında öhdəlikləri ilə birlikdə 77 000 AZN borcu yaranmışdır. İş materiallarında olan Cavabdeh Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə yazdığı izahatdan görünür ki, o, İddiaçı təxminən 7 ildir ki, tanıyır. O, telefon və telefon aksessuarları ilə məğuldur. Bundan ötrü ona pul lazım olduğundan o, İddiaçı müraciət etmişdir. Nəticədə ondan əlavə gəlir ödəmək şərti ilə müxtəlif məbləğlər də pullar götürmüşdür. Götürdüyü pullara münasibətdə bir müddət gəlir qismində pul ödəsə də,pandemiya səbəbindən işləri yaxşı getməmiş və gəlir qismində pul ödəyə bilməmişdir. İddiaçı ona verdiyi məbləğin 30 000 manatını evini girov qoymaqla götürüb, cavabdehə vermişdir. Buna görə də bankdan götürülmüş pulun əsas məbləği və faiz məbləğini ödəməlidir. Aylıq ödəniş 1350 manat olsa da, aylıq 400-500 olmaqla ödənişlər edir. Həmin ödənişləri də davam edəcəkdir. Əlavə olaraq da, Anarın özü tərəfindən ona ödənilmiş 10 000 ABŞ dolları pula görə cavabdeh ona təxminən 3 il 650 manat olmaqla pul ödəmişdir. Bacanağından alıb ona verdiyi 10 000 ABŞ dolları pula görə o, 1 il müddətinə 600 manat olmaqla pul ödəmişdir. Sonuncu dəfə aralarında olan razılaşmaya görə o, bank ödənişlərini etməlidir, eyni zamanda Anara 10 000 ABŞ dolları pulu ödəməlidir. İş materiallarına əlavə edilmiş İddiaçı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə yazdığı xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, Cavabdeh ona dəymiş ziyanı ödəmişdir. Hazırda şikayət və tələbi yoxdur, araşdırmanın dayandırılmasını xahiş etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********** №-li mədaxil qəbzindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hesabına 93 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********** №-li mədaxil qəbzindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hesabına 141 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Qeyd edilən məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. Göstərilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun N.Əsədovanın şikayəti üzrə xx.xx.2021-ci il tarixli qərarında göstərmişdir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı birbirlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyərək, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Məhkəmə ilkin olaraq qeyd edir ki, hazırkı mübahisənin həll edilməsi zamanı tərəfin 2021-ci ilin noyabr ayında müvafiq hüquq-mühafizə orqanına etmiş olduğunu müraciətə xüsusi ilə diqqət yetirilməlidir. Belə ki, həmin araşdırma zamanı iddiaçı tərəf ona 10 000 dollar məbləğində bacanağına ödənilməli olan pulun, cavabdeh isə 10 000 dollar məbləğində pulun deyil, daha çox pulun iddiaçıya ödənildiyini bildirməsinə baxmayaraq, həqiqətən nə qədər pulun ödənilməsi öz təsdiqini tapmamış, iddiaçının cavabdehin ona 77 000 ABŞ dolları borcu olmasına dair müraciət ilə başlanılmış araşdırmaya xx.xx.2021ci il tarixində “mənə dəymiş ziyan ödənilmişdir” ifadəsinin əks olunduğu ərizə ilə son qoyulmuşdur. Eyni zamanda məhkəməyə sübut kimi təqdim edilmiş yazışmalar ilə bağlı məhkəmə qeyd edir ki, məhkəmə iclasında “Agil 500” adlı kontaktın əlaqə nömrəsinin 050 *** ** ** olduğu müəyyən edilmiş və “Azemis” elektron məhkəmə portalından edilmiş çıxarışlarda isə belə bir nömrənin Cavabdeh məxsus olduğu müəyyən edilməməsinə baxmayaraq, cavabdehin nümayəndəsi və vəkili o yazışmaların cavabdeh tərəfindən həyata keçirildiyini etiraf etmişdir. Buna görə də məhkəmə hesab edir ki, həmin yazışmalar mötəbər sübut kimi qiymətləndirilməlidir. Lakin həmin mesajlara diqqət yetirilən zaman müəyyən edilir ki, pul və bank ödənişləri ilə bağlı yazışmalar məhz 2021-ci ilin noyabr ayına kimi, yəni Baş Mütəşəkkil Cinayətkarlıq ilə Mübarizə idarəsində aparılan araşdırılma yekunlaşana qədər olmuşdur. Həmin vaxtdan sonra cavabdehin ödənişlər ilə bağlı münasibəti müəyyən edilmir. Bundan başqa məhkəmə araşdırması zamanı iddiaçının tələb etdiyi 46 000 manat məbləğində iddiaçıya ziyan vurulması və ya cavabdehin 46 000 manat məbləğində iddiaçıya pul qaytarılmalı olduğunun əsası müəyyən edilməmişdir. Göründüyü kimi məhkəməyə iddiaçı iddiasını təsdiq edəcək mötəbər sübut təqdim etməmişdir. Qanunvericiliyin mənasına görə həqiqətin müəyyən edilməsi məhkəmə prosesinin əsas fundamental məqsədlərindən biri hesab olunur. Həmin prosesin ətrafında bir sıra nəzərə alınmalı amillər mövcuddur ki, onlara sübutetmə ilə bağlı problemləri və sübutetmə vəzifəsinin bölüşdürülməsini də aid etmək olar. Mülki proses özü özlüyündə iştlrakçıların iradə sərbəstliyi əsasında formalaşdığından sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə qoyulur. “Sübutların üstünlüyü” (ehtimallar balansı) standartının izahına gəldikdə isə təqdim edilmiş sübutlar əsasında faktın böyük ehtimalla (mümkünlüklə) baş verdiyi və baş vermədiyi dedikdə, onda sübutetmə vəzifəsi yerinə yetirilmiş hesab olunur. Sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi, həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı cavabdehdən 46 000 manat məbləğində pulun alınaraq iddiaçıya ödənilməsi barədə iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar