Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5851/2024 26.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, Cavabdeh ilə 2021-ci il tarixdə ailə qurmuşdur. Birgə faktiki nikahlarından xx.xx.2022-ci il təvəllüdlü X5 adlı övladları anadan olmuşdur. Cavabdehlə ailə münasibətlərinin ilk vaxtları normal olmuş, sonradan cavabdehlə ailə münasibətləri pozulmuş və onlar ayrılmışlar. Qazax Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli 2(023)-588/2023 saylı qətnaməsi ilə Cavabdeh uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 170 manat alimentin tutulması qət edilmişdir. Cavabdeh təyin edilmiş alimentdən əlavə başqa heç bir ödəniş etməmişdir. Uşaq artıq böyümüş, onun xərci və tələbatları artmışdır. İddiaçı uşağın tələbatını ödəməkdə çətinlik çəkir. Ona görə də məcbur olub alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin kifayət qədər qazancı vardır və uşağın saxlanması üçün daha yüksək məbləğdə aliment ödəmək iqtidarındadır. İddiaçı göstərilənləri nəzərə alaraq, Qazax Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli 2(023)-588/2023 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarının artırılaraq Cavabdeh 15 fevral 2022-ci il təvəllüdlü X1 üçün hər ay 235 manat sabit pul məbləğində alimentin, habelə mediasiya xərcinin yarısını təşkil edən 25 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə İddiaçı lazımı qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və ya onun nümayəndəsi hazırkı məhkəmə iclasına gəlməmiş, lakin İddiaçı məhkəməyə teleqramla müraciət edərək, məhkəmə iclasına gələ bilmədiyini bildirmiş, məhkəmədən işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbinə etiraz etməklə yanaşı, izahatında bildirmişdir ki, cavabdehin bu nikahdan başqa xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X4 adında iki uşağı vardır. Hər ikisi orta məktəbdə oxuyurlar. Cavabdehin daimi iş yeri yoxdur. İşsiz kimi AR Əmlak və Əhalinin Sosial Müdafiə Nazirliyinin “Əmək və Məşğulluq” xidmətində qeydiyyatdadır və hal-hazıra kimi işlə təmin olunmamışdır. Cavabdeh uşaqlarına görə məcbur qalmış günəmuzd işlərdə işləyir. Davamlı iş tapa bilmir, bir gün iş olanda bir gün olmur. Cavabdeh həm bir uşağa görə hər ay iddiaçıya 170 manat aliment ödəyir, həm də digər iki uşağı və ailəsini saxlayır. Qazancı az və qeyri-müntəzəm olduğundan himayəsində olan digər iki uşağının maddi və təhsillə bağlı ehtiyaclarını lazımi qaydada təmin edə bilmir. İddiaçının iddia tələbinin təmin edilməsi cavabdehin və himayəsində olan digər iki azyaşlı uşağının mənafeyini nəzərə alınarsa, iddiaçının xeyrinə bir uşaq üçün məhkəmənin qətnaməsi ilə hər ay sabit məbləğdə tutulan 170 manat aliment bir uşaq üçün münasibdir. Hətta himayəsində olan işi uşağın aylıq maddi təminatı aliment ödədiyi uşağının maddi təminatından aşağıdır. İddiaçının alimentin artırılması tələbi digər iki azyaşlı uşaqlarının yaşayış səviyyəsinin daha da aşağı düşməsinə səbəb olmaqla, onların hüquqlarını pozur. İddiaçının hazırda bir uşağa görə hər ay üçün tələb etdiyi 235 manat aliment himayəsində iki uşaq olduğundan maddi imkanı xaricində olmaqla cavabdeh tərəfindən ödənilməsi mümkünsüzdür. Qeyd olunanlara əsasən nümayəndə iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin çıxışını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Qazax Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli 2(023)-588/2023 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı “alimentin sabit pul məbləğində tutulması” tələbinə dair iddiası qismən təmin edilmiş, 15 fevral 2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay 170 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Qazax rayonu İcra Hakimiyyəti Başçısının X11 İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 06 may 2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.1993-cü ildə anadan olmuş İddiaçı hazırda Qazax rayonu, Qazaxbəyli kəndində pasport qeydiyyatında olmaqla Qazaxbəyli kəndində yaşayır. İş materiallarında olan 2 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı, 780297 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 20 avqust 2014-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası Cavabdeh, anası isə X2r. İş materiallarında olan 2 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı, 780294 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 20 avqust 2014-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası Cavabdeh, anası isə X2r. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı Dost Mərkəzi tərəfindən 12 avqust 2024-cü il tarixli arayışın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemindən əldə edilmiş məlumata əsasən işsiz kimi qeydiyyatdadır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideyinlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideyinin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısını və ya bir hissəsini həmin valideyin natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəlirləri yoxdursa, habelə alimentin valideyinin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.3-cü maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunu məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi məbləğ uşağın saxlanılması üçün zəruri olan minimal xərclərlə bağlı müəyyən edilmiş məbləğdə olduğundan iddia təmin edilməli Cavabdeh Qazax Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli 2(023)-588/2023 saylı qətnaməsinə əsasən 15 fevral 2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin məbləği dəyişdirilərək, hər ay 235 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarında məhkəmə qeyd etmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin olunsun. Cavabdeh Qazax Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli 2(023)-588/2023 saylı qətnaməsinə əsasən 15 fevral 2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin məbləği dəyişdirilərək, hər ay 235 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh 50 manat dövlət rüsumu dövlət büdcəsinə tutulsun. Cavabdeh iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərcinin yarısı - 25 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Alimentin yeni məbləğdə tutulması qətnamə qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-5851/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5851/2024
26.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver