Məhkəmə qərarları › İş №2(011)-5852/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5852/2021

27.08.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5852/2021 27.08.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən çıxarılma tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 "xxxx" MMC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 66,05 kv.m. olan 2 otaqlı 54 nömrəli mənzilin boşaldılması, Cavabdeh1 və Cavabdeh2 həmin mənzildən istifadə hüquqlarına xitam verilməsi və mənzildən məcburi qaydada çıxarılmaları və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi K.Əliyev iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, "xxxx" MMC ilə Kazımov Vüsal Mais oğlu arasında Kredit müqaviləsi və həmin müqavilə üzrə verilmiş kreditin təminatı kimi İpoteka müqaviləsi imzalanmışdır, qeyd olunan İpoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 66,05 kv.m. olan 2 otaqlı 54 nömrəli mənzil ipoteka hüququ ilə yüklü edilmişdir, borclu Kazımov Vüsal Mais oğlu kredit öhdəliklərini vaxtlı vaxtında yerinə yetirmədiyi üçün, "xxxx" MMC kredit müqaviləsinin ləğv edilməsi, kredit üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 iyun 2017-ci il tarixli, 2(011)-436/2017 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir, cavabdeh Xətai rayon Məhkəməsinin həmin qətnaməsindən Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermiş və Bakı Apelyasiya Məhkəməsinin 15 mart 2019-cu il tarixli 2(103)-1345/2019 saylı qətnaməsi ilə şikayət qismən təmin olunmuşdur, qətnamə qanuni qüvvəyə minmiş və icra olunması üçün müvafiq icra qurumuna yönəldilmişdir. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 66,05 kv.m. olan 2 otaqlı 54 nömrəli mənzil ƏMDK DƏDRX-nin 07.06.2021-ci il tarixli, ********** Qeydiyyat nömrəli Çıxarışa əsasən "xxxx" MMC-nin mülkiyyətindədir, lakin bu günə kimi Cavabdeh1 və Cavabdeh2 qeyd olunan mənzili tərk etməmişlər. İiddiaçı müllkiyyətində olan əmlak üzərində sahiblik, istifadə və sərəncam hüquqlarını sərbəst surətdə həyata keçirə bilmir, bu isə onun mülkiyyət hüququnun pozulmasına gətirib çıxarır, hesab edir ki, cavabdehlərin həmin mənzildən istifadə hüququna xitam verilməlidir. Sonda iddiaçının nümayəndəsi K.Əliyev iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 07.06.2021-ci il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Daşqın Səfərov küçəsi ev 7, 54 saylı mənzil tam mülkiyyət hüququ üzrə "xxxx" MMC-yə məxsusdur. İş materiallarında olan 1642/HO-OUT saylı "xxxx" MMC tərəfindən Cavabdeh1 və Cavabdeh2 ünvanlanan xəbərdarlıq və təklif məktubundan görünür ki, həmin mənzilin "xxxx" MMC-in mülkiyyət hüququnu təsdiqləyən çıxarışla rəsmiləşdirildiyi barəsində xəbərdarlıq edilmiş, cavabdehlərə kirayə müqaviləsinin bağlanılması və ya həmin mənzilin cavabdehlər tərəfindən tam boşaldılmasının təmin edilməsi təklif edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışından görünür ki, Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, Daşqın Səfərov küçəsi ev 7, 54 saylı mənzildə qeydiyyatdadır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 66,05 kv.m. olan 2 otaqlı 54 nömrəli mənzil xüsusi mülkiyyət hüququ əsasında iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-ə məxsusdur, cavabdehlər mənzilin keçmiş sakini olmaqla hazırda həmin mənzildə yaşayır və mənzil faktiki olaraq onların istifadəsindədir. Bununla belə, cavabdehlərin mübahisəli mənzildən istifadə huququna xitam verilməsini və onların mənzildən çıxarılmasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.4-cü maddəsinə əsasən qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçının mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 66,05 kv.m. olan 2 otaqlı 54 nömrəli mənzilindən cavabdehlərin istifadə hüququna xitam verilməli, onlar həmin mənzildən çıxarılmalı və mənzil boşaldılmalı, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinin mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu, Daşqın Səfərov küçəsi 7 saylı evin 54 saylı mənzilinə Cavabdeh1 və Cavabdeh2 istifadə hüququna xitam verilsin. Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri Xətai rayonu, Daşqın Səfərov küçəsi 7 saylı evin 54 saylı mənzilindən çıxarılsın və həmin mənzil boşaldılsın. Ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar