Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5855/2024 17.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi Behbudov Orxan Elşən oğlunun katibliyi İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pul” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi İddia tələbi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-227/0024 saylı qətnaməsinə əsasən borclu olduğu 137 000 manat pul məbləği, onun ailəlik dövrünü əhatə etdiyi üçün keçmiş arvadı Əhmədova (Zeynalova) Nərminə Yaşar qızı ilə, müştərək borc kimi hesab edilərək, borclu olduğu 137 000 manat pul məbləğinin ½ hissəsinin, yəni 68 500 manat pul məbləğinin cavabdeh Əhmədova (Zeynalova) Nərminə Yaşar qızından tutulub ona qaytarılması, Bakı şəhəri 14 saylı notarius ofisində cavabdeh Əhmədova (Zeynalova) Nərminə Yaşar qızı qardaşı X8 verdiyi 20 000 manat borc pul məbləğindən, qalıq məbləğ olan 18 000 manat onun ailəlik dövrünü əhatə etdiyi üçün bərabər payla yəni, 9000 manat pul məbləğinin cavabdeh Əhmədova (Zeynalova) Nərminə Yaşar qızından tutulub ona qaytarılması, iddiaçı tərəfindən ödənilmiş (68 500 manata görə) 295.50 manat pul məbləği olan dövlət rüsumunun və (9000 manata görə) 110 manat dövlət rüsumunun, cəmi 405.50 pul məbləği olan dövlət rüsumun cavabdeh Əhmədova (Zeynalova) Nərminə Yaşar qızından tutulub ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı, Xətai Rayon Məhkəməsinin 19 Aprel 2024-cü il tarixli, 2(01 l)-227/2024-saylı qətnaməsinə əsasən (X42 Abdullayeva), X9 137000 (yüz otuz yeddi min) manat pul borcludur. Bu yaranmış borc sentyabr 2018-ci il tarixdən başlayaraq, 2021-ci ilin Noyabr ayına kimi atasından hissə-hissə alınaraq, yığılıb qalmış pullardır. X26 və müqavilələrə aid olan AKT-lar aşağıda qeyd olunan tarixlərdə tərtib olunmuşdur, xx.xx.2018-ci il tarixli müqavilə və xx.xx.2018-ci il tarixli AKT =20 000manat, xx.xx.2019-cu il tarixli müqavilə və xx.xx.2019-cu il tarixli AKT = 15 000-manat, xx.xx.2020-ci il tarixli müqavilə və xx.xx.2020-ci il tarixli AKT = 55 000-manat, xx.xx.2020ci il tarixli müqavilə və xx.xx.2020-ci il tarixli AKT = 47 000-manat, cəmi = 137 000-manat. İddiaçı bildirir ki, yaranmış borc, iddiaçının ailəlik dövründə əmələ gəlmişdir. Yaranmış borca görə, iddiaçı ilə bağlanan X26, iddiaçının keçmiş arvadı Cavabdeh iştirakı ilə, pul alınmışdır və alınmış pullar iddiaçının ailəsi yaxşı yaşaması üçün, ailəsinə daşınmaz əmlaklar alınmışdır və əsaslı təmir edilmişdir. İddiaçı qeyd edir ki, borc verən 22 Fevral 2023-eü il tarixdə, 137000 (yüz otuz yeddi min) manat pul tələbinə dair, Xətai Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Cavabdeh qismində iddiaçı, İddiaçı və arvadı Cavabdeh qoymuşdur. Bu 2(011)-2432/2023-saylı məhkəmə işi, X42 Abdullayeva tərəfdən icraata götürülərək baxılmışdır. 16 May 2023-cü il tarixdə, Borc verən tərəfindən iddia ərizəsinə baxılmamış saxlanılması barədə ərizə verilmişdir. 19 may 2023-cü il tarixli 2(011)-2432/2023-saylı qərardad qəbul edilərək, iş materialları iddiaçıya (borc verənə) qaytarılmışdır. Borc verən, iddia ərizəsinin baxılmamış saxlanılması barədə, ona görə ərizə vermişdir ki, xanımı ilə razılığa gəlmişdir ki, bu borc pulun əvəzinə, bağ evini qaytaraq onun özünə, atası da söz verir ki, bağ evini, nəvəsi X13 vərəsə edəcək, inam üçün, bağ evinin, vərəsəliyin və Leyla Elnur qızının bağ evinə qeydiyyata düşməyini notariusda eyni vaxta edə bilərik. Əvvəlcədən razılıq olsada, sonra bu söhbət alınmadı. Ona görə də, borc verən, bu səhlənkarlığı görərək, 10 İyul 2023-cü il tarixdə yenidən 137000 (yüz otuz yeddi min) manat pul tələbinə dair, cavabdeh qismində tək iddiaçını qoyaraq, Xətai Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Bu 2(011 )- 5416/2023-saylı məhkəmə işi, yeni adla 2(01 l)-227/2024-saylı məhkəmə işinin iddia tələbi, 19 Aprel 2024-cü il tarixli, 2(011)-227/2024-saylı qətnaməsinə əsasən təmin edilmişdir və cavabdeh kimi İddiaçı 137000-manat pul tutularaq, iddiaçı X9 qaytarılması barədə qətnamə çıxarılmışdır. Hissə-hissə yaranmış, bu 137000-manat borc pul məbləği, iddiaçının ailəlik dövrünü əhatə etdiyinə görə, onun keçmiş arvadı ilə bərabər pay ilə bölünməli idi. Amma bu barədə, məhkəməyə xx.xx.2023-cü il tarixdə verdiyi ərizə (vəsatət)-inə hakim Aygün xanım Abdullayeva qiymət verilməmişdir. İddiaçı ilə cavabdeh 12 Dekabr 2008-ci ildə nikaha daxil olmuşdur, 10 Dekabr 2021-ci il tarixdə Xətai Rayon Məhkəməsinin 2(011 )-5973/2021 -saylı qətnaməsinə əsasən boşanmışdır. 25 Sentyabr 2018-ci il tarixdə, ünvan 1 ünvanında yerləşən 1-otaq, 2-otağa düzəlmiş mənzilin alınması üçün alman borc pul məbləği = 20000 (iyirmi min) manat təşkil edir. Yazılı borc müqaviləsi və onun AKT-ı 15 Sentyabr 2018-ci ildə bağlanmışdır. Belə ki, xx.xx.2018-ci ildə borc pul alınmışdır və xx.xx.2018-ci il tarixdə mənzil alınmışdır. Sentyabr 2018-ci il tarixdə, ünvan 1 ünvanında yerləşən 2 (iki) otaqlı, orta təmirli mənzilin satılması üçün, internetdə elan verilmişdir. Mənzili almaq üçün sadəcə ipotekaya girib, UniBanka 15000 (on beş min) manat ilkin ödəniş etmək lazım idi. İddiaçı qeyd edir ki, bu barədə atası ilə məsləhət etmiş və ondan qaytarmaq şərti ilə 20000 manat pul istəmişdir. Ona görə 20000 manat istəmişdir ki, mənzildə cari təmir işləri edib, mebel alıb və mənzili kirayə vermək fikri var idi ki, özü-öz aylıq kredit pulunu ödəsin. Atası İçəri-Şəhərdə M.Maqomayev küçəsi ev-84-də, anasının adına olan mülkü var idi, onu təzəcə satmışdı. Atası ilə anası 15 Sentyabr 2018ci il tarixdə, atası tərəfindən ona bağışlanan ünvan 2 ünvanında yerləşən iddiaçının ailəsi ilə yaşadığı 5-otaqlı mənzilinə gələrək, keçmiş arvadı Əhmədova (Zeynalova) Nərminə Yaşar qızının iştirakı ilə onlara 20000 (iyirmi min) manat pul verib. İddiaçı bu 20000 (iyirmi min) manat puldan, mənzilin alınması üçün 15000-manat UniBankın Sahil filialında ödəniş etmiş, 3000 (üç min) manat cari təmirinə və 2000 (iki min) manat içinin mebellərinə verərək ayda 500 (beş yüz) manata kirayəyə verməklə, kirayə pulu ipotekanın aylığı ilə ödəsin. Arvadının iş yerindən aldığı maaş, ipoteka -krediti götürmək üçün uyğun gəldiyinə görə mənzili də Bank, onun adına qeyd elədi. Borc yarandı 20000-manat. xx.xx.2019-cu il tarixdə, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində, Kondisoner b/y bağ massivində, 10-sot torpaq sahəsində yerləşən 2-mərtəbəli Bağ evinin, alınması üçün alınan borc pul məbləği = 15000 (on beş min) manat təşkil edir. Yazılı borc müqaviləsi və onun AKT-ı xx.xx.2019-cu il tarixdə bağlanmışdır. Belə ki, xx.xx.2019-cu il tarixdə borc müqaviləsi bağlanmışdır və xx.xx.2019-cu il tarixdə, bağ evi alınmışdır. İddiaçı və arvadı Nərminə xanım, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində, Kondisoner b/y sahəsindən, xx.xx.2019-cu il tarixli 1502 saylı 10-sot torpaq sahəsində yerləşən 2(iki) mərtəbəli Bağ evi almışlar. Belə ki, xx.xx.2019-cu il tarixdə, bu torpaq sahəsinə və bağ evinə 96000 (doxsan altı min) manat pul verilmişdir. Bunun 46000 (qırx altı min) manatını nəğdi və 50000 (əlli min) manatı isə AR Bank Respublikanın Nəsimi filialından, arvadı Əhmədova (Zeynalova) Nərminə Yaşar qızının adına, 2(iki) illik kredit götürməklə vermişdir. Nəğdi verilən 46000 (qırx altı min) manatdan 31000 (otuz bir min) manat özümdə var idi,15000 (on beş min) manatı atası Vaqifdən, borc kimi almışdır. xx.xx.2019cu il tarixdə, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində, Kondisoner b/y bağ massivində, 10-sot Torpaq sahəsində yerləşən 2-mərtəbəli Bağ evinin, alınması üçün, AR Bank Respublikanın Nəsimi filialından,2 (iki) illik götürülmüş 50000 (əlli min) manat kreditin, aylıq 2522-manat ödənişi üçün, alman Borc pul məbləği = 55000 (əlli beş min) manat təşkil edir. Yazılı borc müqaviləsi və onun aktı xx.xx.2020-ci il tarixdə bağlanmışdır. 2 (iki) illik götürülmüş 50000 (əlli min) manat kreditin, aylıq 2522-manat ödənişi üçün, ilk 3 (üç) ayının pulunu özü ödəmiş, sonra Pandemiyaya görə ölkədə karantin elan olundu və iş olmadı, ona görədə növbəti aylıq ödənişlər barədə atasına müraciət etməli olmuş və ondan hissə-hissə 55000-manat borc pul almalı olmuşdur. AR Bank Respublikanın Nəsimi filialından, Cavabdeh ilə bağlanmış xx.xx.2019-cu il tarixli 19006-S100578/764796 saylı kredit limiti müqaviləsinin ödəniş cədvəlinə əsasən, 50000 manat kredit üçün, hər ay 2522 (iki min beş yüz iyirmi iki) manat ödəməklə, 2 (iki) il müddətinə Bank faizi ilə birlikdə 60506 (altmış min beş yüz altı) manat pul ödənilməli idi. Dekabr 2019- cu il tarixdən, noyabr 2021-ci il tarixə kimi, Bankdan götürülmüş 60506-manat kredit borcu Pandemiya (Koronavirus) dövrünə düşdüyünə görə,heç bir yerdə iş olmadığına görə və bankın borcu aybaay 2522-manat ödənilməsi vacib olduğuna görə, iddiaçı atasından, hissə-hissə xx.xx.2020-ci il tarixdən başlayaraq, xx.xx.2021-ci il tarixə kimi = 55000 (əlli beş min)manat borc pul almışdır. Göstərilən 60506 (altmış min beş yüz altı) manat puldan, 52930 (əlli iki min doqquz yüz otuz) manatı, atası tərəfindən iddiaçıya hissə-hissə borc kimi verdiyi 55000 (əlli beş min) manatdan, hər ay 2522(iki min beş yüz iyirmi iki) manat, tərəfindən, terminallardan ödənilərək, inam üçün qəbzləri də, atasına verirdi. İddiaçı başqa şəhərdə olanda və yaxud vaxtı olmadıqda, terminallardan aylıq ödəniş olan 2522- manat pulu iş yoldaşları Sirac, Fərid və atası Vaqif ödəyirdilər. 55000 manat borc yarandı. xx.xx.2019-eu il tarixdə alınmış, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində, Kondisoner b/y bağ massivində, 10-sot Torpaq sahəsində yerləşən 2- mərtəbəli Bağ evinin Əsaslı Təmiri üçün, alınan Borc pul məbləği = 47000 (qırx yeddi min) manat təşkil edir. Yazılı borc müqaviləsi və onun aktı xx.xx.2020-ci il tarixdə bağlanmışdır. 2020-ci ilin Yanvar ayında, ailəlikcə belə məsləhətə gəldik ki,bağı təmir edək sataq, həm atasının borcunu qaytaraq, həm kreditin aylığını ödəyək və yaxud ödənişi satdığı adamla razılaşaq o ödəsin, həmdə əldə bir az pul olsun. Bu işə atasıda razılaşdı və təmir işinə də özü rəhbərlik etdi. 2020-ci ilin mart ayından, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Kondisioner zavodunun B/Y bağlar massivində olan 10-sot torpaq sahəsində yerləşən, 1502 saylı bağ evində hazırlıq işi apararaq, yəni fəhlə usta tapıb, 2020-ci ilin mart ayının axırlarında təmirə başlamışlar. Belə ki, pultla qapısı açılan 2(iki) maşınlıq qaraj tikilmişdir, istiliyə davamlı kərpicdən manqalnı tikilmişdir, 12 tonluq yeraltı şirin su hovuzu tikilmişdir, pultla açılan giriş darvazası quraşdırılmışdır, şirin su xətti çəkilmişdir, istilikxana tikilmişdir,mətbəx mebeli mərmərdən tökülmüşdür və sair, bütün tamamlama işləri görülmüşdür. Bu təmirbərpa işlərinə görə, cəmi 54600 (əlli dörd min altı yüz) manat pul xərclənmişdir. Bu məbləğdən bağın baha qiymətə satılması xatirinə, bağın təmiri üçün atasından 02 mart 2020-ci il tarixdən, 10 avqust 2020-ci il tarixdə kimi (30000 + 17000 = 47000) hissə-hissə 47000 (qırx yeddi min) manat borc pul almışdır. Təmirin pulunu atası verdiyinə görə, nəzarət üçün 2020-ci il tarixi ilə təmir dövründə 200 (iki yüz) ədədə yaxın şəkil çəkmişəm. Bunlardan 20 ədədini çəkilən tarixi ilə təqdim etmişdir. Təmirdən sonra Bağı satmaq üçün 40(qırx) ədəd şəkil çəkərək internetdə elan vermişdir. Bağa müştəri də çıxdı 150 000 manata razılaşmış, amma arvadı alqı-satqıda imza atmayacağını bildirdi. Xətai Rayon Məhkəməsinin 19 Aprel 2024-cü il tarixli, 2(01 l)-227/2024-saylı məhkəmə işinə, X42 Abdullayeva tərəfindən baxılarkən, iddiaçının xx.xx.2023-cü il tarixli ərizə(vəsatət)-inə qiymət verilməmişdir. Yəni məhkəməyə üçüncü şəxs kimi keçmiş arvadı Əhmədova (Zeynalova) Nərminə Yaşar qızının, cəlb edilməsi barədə və borclu olduğu 137000 (yüz otuz yeddi min) manat pul məbləğinin, arvadı ilə iddiaçının arasında bərabər pay ilə bölünməsi barədə olan ərizəsinin təmin edilməsinə, qismən qiymət vermişdir və məhkəmə tərəfindən qeyd edilmişdir ki, iddiaçının iddia tələbində, iddiaçıya borclu olunan pul məbləği, ailənin müştərək olaraq borcu qaytarmasından yox, yalnız tələb bir nəfərdən olduğuna görə məhkəmə bu borcu müştərək olaraq bölə bilməz. Xətai Rayon Məhkəməsinin 19 Aprel 2024-cü il tarixli, 2(01 l)-227/2024-saylı Vəhkəmə işi üzrə üçüncü şəxs olan keçmiş arvadı, Cavabdeh təşəbbüsü ilə məhkəmə ekspertizasının, borc verənlə iddiaçının arasında bağlanmış, X26nin və ona tərtib edilmiş AKT-ların illər üzrə tarixlərinə görə yoxladığı sənədlərə nəzər yetirdikdə bir daha sübut olunur ki, yaranmış borc iddiaçının ailəlik dövrünü əhatə edir və öhdəlik üzrə və Xətai Rayon Məhkəməsinin 19 Aprel 2024-cü il tarixli, 2(011)-227/2024-saylı qətnaməsinə əsasən, borclu olduğu 137000 (yüz otuz yeddi min) manat pul məbləği, keçmiş arvadı Cavabdeh ilə bərabər pay ilə bölünməlidir. 17 Sentyabr 2018-ci il tarixdə, iddiaçının ailəlik dövründə, iddiaçının keçmiş arvadı Əhmədova (Zeynalova) Nərminə Yaşar qızı, ailə büdcəsindən, qardaşı X8, Bakı şəhəri 14-saylı Notariusda, notarial qaydada 20 000 (iyirmi min) manat borc pul vermişdir. Bakı şəhəri 14-saylı Notarusun xüsusi notariusu X23 tərəfindən 17 Sentyabr 2018-ci il tarixdə, saat 16:43-də, təsdiq olunmuş borc müqaviləsi, Reyestrdə 3M-1061 nömrəsi ilə qeyd edilmişdir. Belə ki, keçmiş arvadı Əhmədova (Zeynalova) Nərminə Yaşar qızının, qardaşı X17, Unibankın Yasamal filialından, bacısı Cavabdeh plastik kartına, nəğdi ödəniş üçün qəbz, 07 aprel 2021-ci il tarixdə 2000 (iki min) manat pul ödəmişdir. Buda Ailəlik dövrünü əhatə edir. 20000 (iyirmi min)-manat çıxılsın 2000 (iki min)-manat, qalıq məbləq 18000 (on səkkiz min)-manat təşkil edir ki, bu pul məbləği də, iddiaçının ailəlik dövrünü əhatə etdiyinə görə, arvadı ilə arasında, bərabər pay ilə bölünməlidir. Beləliklə, keçmiş arvadı Əhmədova (Zeynalova) Nərminə Yaşar qızı tərəfindən, Bakı şəhəri 14-saylı Notarusda, qardaşı X8 verdiyi, 20000 (iyirmi min) manat Borc pul məbləğindən, qalıq məbləq olan 18000 (on səkkiz min)-manat, ailəlik dövrünü əhatə etdiyi üçün, bu pul məbləği, arvadı ilə arasında, bərabər pay ilə bölünməlidir. Tərəflərin izahatları: İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddiaya yazılı və şifahi qaydada etiraz edərək, bildirmişdir ki, iddiaçı guya birgə nikah dövründə atasından borc götürdüyü 68500 manatın, onun nikah dövründə qardaşına borc verdiyi 9000 manatın və dövlət rüsumunun ondan alınması barədə qətnamə qət edilməsini xahiş edib. Hesab edir ki, iddia əsassızdır və rədd edilməlidir. Belə ki, bu iddia iddiaçı ilə onun atasının qarşılıqlı razılığı ilə birgə təşkil edilmiş prosesdir. İddiaçı ilə atası daha əvvəl razılaşıblar ki, atası iddia qaldıraraq guya Elnurla birgə nikah dövründə olan zaman evinin təmiri üçün o atasından 137 000 manat borc alması təsdiq edilsin ki, hazırda ona qarşı bu iddianı irəli sürə bilsin. İddiaçı cavabdeh olaraq həmin iddianı etiraf etsə belə, məhkəmə həmin qətnaməni qəbul etməməlidir. Belə ki, bu etiraf üçüncü şəxs kimi onun maraqlarına ziddir. Mülki Prosessual Məcəllənin 52.5.-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Hazırkı iş üzrə iddia tələbi onunla əsaslandırılıb ki, iddiaçı onunla birgə nikah dövründə olarkən əldə etdikləri daşınmaz əmlakların alınması və təmiri üçün atasından müəyyən qədər vəsaiti borc alıb. Məhkəmənin nəzərinə çatdırır ki, İddiaçıla Cavabdeh arasında birgə nikah dövründə əldə edilmiş əmlakların bölgüsü ilə bağlı məhkəmə çəkişməsi olub və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 iyul 2022-ci il tarixli, e-2(010)-991/2022 nömrəli qətnaməsi ilə (hakim N.C.Rzayeva) ilkin iddianın təmin edilərək, Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, 1501 saylı bağ sahəsində yerləşən 0,0500 ha torpaq sahəsinin və Bakı şəhəri, Hovsan qəsəbəsi, “Kondisioner” b/y, 1502 saylı bağ evinin Cavabdeh ½ hissədə, İddiaçı ½ hissədə mülkiyyət hüququ əsasında paylara bölünməsi, Cavabdeh X18 ilə arasında bağlanmış 07 avqust 2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, “Hyundai Accent” markalı **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqı müqaviləsinə əsasən, ödənilmiş 10000 manatın Cavabdeh tutularaq X10 ödənilməsi, “Hyundai Accent” markalı **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobilin birgə nikah dövründə əldə edilmiş maşın hesab edilməklə, Cavabdeh ½ hissədə, İddiaçı ½ hissədə mülkiyyət hüququ əsasında paylara bölünməsi, qarşılıqlı iddianın isə qismən təmin edilərək ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı adına rəsmiləşdirilən “Lexus ES350” markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və “KİA Picanto” markalı, **-FF-*** qeydiyyat nömrəli nəqliyyat vasitəsi üzərində ½ hissəsinin İddiaçı, ½ hissəsinin isə Cavabdeh verilməsi, qarşılıqlı iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin işdə də, hazırkı iş üzrə İddiaçı və onun nümayəndəsi kimi çıxış edən Vaqif Əhmədov məhkəməyə ərizə təqdim edərək, birgə nikah dövründə əldə edilmiş əmlakların alınmasında onun vəsaitindən istifadə edildiyi üçün, əmlakın bölünməsi zamanı bunun nəzərə alınmasını xahiş edib. Lakin, Suraxanı rayon Məhkəməsindən 06 iyul 2022-ci il tarixli, e-2(010)- 991/2022 nömrəli işi üzrə bu hal təsdiqini tapmadığından, məhkəmə həmin arqumenti rədd etmişdi və bütün əmlakı bərabər pay qaydasında 1/2 olaraq bölmüşdü. Bu o deməkdir ki, eyni məsələ ilə bağlı artıq qüvvədə olan məhkəmə qərarı var və işin bu hallarına qiymət verilib. Bununla yanaşı, iddiaçı bildirir ki, təmir pandemiya vaxtına təsadüf edib, həmin vəsaiti guya qaynatası İçərişəhərdə olan qeyriyaşayış sahəsini 200000 manata satıb, pulunu oğluna verib. Halbuki, pandemiya vaxtı onun özünün gəlirli fəaliyyətlə məşğul idi və təmir üçün kifayət qədər vəsaiti var idi. İddiaçı qardaşı Nərimanın onun kart hesabına etdiyi 2000 manatlıq ödəniş çeklərinə istinad edərək hesab edirlər ki, guya həmin ödənişlər Nərimanın ona olan borcunun qaytarılması üçün edilib. Halbuki, həmin ödəniş qəbzlərini cavabdeh başqa işdə elektron məhkəmə sisteminə yükləyərək bildimişdir ki, onlar qardaşı ilə birgə mülkiyyət əsasında aldıqları mənzilin ilkin ipoteka ödənişini etmək üçün edilib. Bununla yanaşı, o qardaşına birgə nikah dövründə verdiyi borcu həmin dövrdə qardaşı ona qaytarmışdır. Həmin vəsait onların birgə nikah dövründə ailə təsərrüfatına xərclənib. Bunu şahid ifadəsi də təsdiq edir. O həmçinin məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, bağ evinin alınması üçün onun adına olan kredit borcu həm onun tərəfindən, həm də Elnur tərəfindən ödənilmişdir, Vaqif Əhmədov kreditin borcuna görə pul ödəməmişdir. Bağ evi Hövsanda yerləşdiyindən, Vaqif Əhmədov da Hövsan da yaşadığından təmir işlərinə görə adıçəkilən ünvana tez-tez gəlmiş və ustalarla da o danışmışdır. Vaqif Əhmədov bundan əvvəldə tikini işlərini həyata keçirmişdir. Belə ki, hazırda onun ayrıca şirkəti vardır. Bağ evinin təmirinə çəkilmiş xərc ilə bağlı məhkəməyə təqdim edilən mütəxəssis rəyindən də görünür ki, rəy Vaqif Əhmədov tərtib etmişdir. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.. İş materiallarında olan: İş materiallarında olan, xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edən zaman 296 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan, xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edən zaman 111 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-227/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı 137 000 manat borc məbləği və 427 manat dövlət rüsumunun tutularaq X9 ödənilməsi qət edilmişdir. İş materiallarında olan, nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X14 xx.xx.2008-cı il tarixində 1850 nömrəli akt qeydi ilə Bakı şəhər Xətai rayon Qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra ərə Əhmədov, arvada Əhmədova soyadı verilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X15 ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini X1. Daşınmaz əmlakın alqı-satqı qiyməti 195 000 manat müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2012-ci il tarixli bağışlama müqaviləsindən (mənzil) görünür ki, X19 ünvan 4 ünvanında yerləşən 35 nömrəli mənzili İddiaçı bağışlamışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli yazılı borc müqaviləsindən görünür ki, X2 Elnur Vaqif oğluna 20 000 manat məbləğində borc pul vermiş, İddiaçı isə həmin məbləği hissə-hissə yaxud xx.xx.2021-ci il tarixinə kimi birdəfəlik qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə aktdan görünür ki, xx.xx.2018-ci ildə İddiaçı Unibankdan ipoteka kreditinə girib mənzil götürmək üçün atası X19 20 000 manat pul vermişdir. Bu pul X20 ünvan 5 ünvanında yaşadığı evdə həyat yoldaşı Cavabdeh iştirakı ilə verilibdir. Həmin akt İddiaçı, Əntiqə İbrahimova və İddiaçı tərəfindən imzalanmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli yazılı borc müqaviləsindən görünür ki, X2 Elnur Vaqif oğluna 15 000 manat məbləğində pulu borc vermiş, İddiaçı isə 15 000 manat borc pulu dekabr 2021-ci ilə kimi qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli yazılı borc müqaviləsinə aktdan görünür ki, İddiaçı Bakı şəhəri, Suraxanı ray, Hövsan qəs, Kondisioner b/y bağlar massivindən, 1501 saylı 5 sot torpaq sahəsini və 1502 sylı ikimərtəbəli bağ evini 96 000 manata almışdır. Bu puldan 46 000 manat nağd və 50 000 manat bankdan kredit götürməklə vermişdir. Nağd verilən 46 000 manatdan 15 000 manatını atası Vaqifdən borc götürərək vermişdir. Həqiqətən də xx.xx.2019-cu il tarixə Elnurun atası Vaqifdən 15 000 manat borc pul aldığını Vaqif Əhmədov, İddiaçı, Əntiqə İbrahimova və Elçin Əhmədov aktı imzalamaqla təsdiq etmişlər. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 2146 nömrəli arayışdan görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 50 000 manat məbləğində kredit verilmiş və xx.xx.2021-ci il tarixə Cavabdeh kredit üzrə öhdəliyi olmamışdır. İş materiallarında olan müxtəlif tarixli ödəniş qəbzlərindən görünür ki, Cavabdeh adına olan kredit müqaviləsi üzrə müvafiq ödənişlər həyata keçirilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, UB- YSM-2022/516 nömrəli arayışdan görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən 60 000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli yazılı borc müqaviləsindən görünür ki, Vaqif Əhmədov xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinə kimi hissə-hissə 55 000 manat borc pul vermiş, İddiaçı isə aldığı 55 000 manat borc pulu dekabr 2021-ci il tarixə kimi qaytarmağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli yazılı borc müqaviləsinə aktdan görünür ki, xx.xx.2019-cu tarixdə İddiaçı Bakı şəhəri Suraxanı ray, Hövsan qəsəbəsi, Kondisioner b/y bağlar massivində 1501 saylı torpağı və 1502 saylı ikimərtəbəli bağ evini 96 000 manata almışdır. Bu pulun 50 000 manatını Bank Respublikanın Nəsimi filialından 2 illik kredit götürməklə verilmişdir. Hər ay 2522 manat ödəməklə 2 il müddətinə bank faizi ilə birlikdə 60506 manat pul ödənilmişdir. Banka hər ay 2522 manat kreditin ödənilməsinə görə Elnur atası Vaqifdən hissə-hissə 55 000 manat borc alaraq terminallar vasitəsi ilə ödənilmiş, ödənilmiş pul qəbzlərini də atasına təqdim etmişdir. Elnuru atasından hissəhissə 55 000 manat pul almasını Vaqif Əhmədov, İddiaçı, Əntiqə İbrahimova, Elçin Əhmədov öz imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan xx.xx.2020-ci il tarixli yazılı borc müqaviləsində görünür ki, X19 xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinə kimi hissə-hissə 30 000 + 17 000= 47 000 manat borc pul vermiş, İddiaçı isə xx.xx.2020-ci il tarixindən 2021-ci ilin dekabr ayına kimi ödəməyə öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli yazılı borc müqaviləsinə aktdan görünür ki, xx.xx.2019-cu ildə İddiaçı Hövsan qəsəbəsi, Kondisioner bağlar massivində 1501 və 1502 saylı 10 sot torpaq sahəsində 2 mərtəbəli bağ evi aldılar. Bu bağ evinin təmirinə xx.xx.2020-ci ildə başlamışdır. Bağın təmirində pultla qapısı açılan 2 maşınlıq qaraj, kərpicdən manqal, 12 tonluq yeraltı içməli su hovuzu, pultla açılan giriş darvazası, şirin su xətti, istixana, mərmərdən mətbəx mebeli tökülmüşdür və bəzi əlavə işlər tikilmişdir və bərpa edilmişdir. Bağın təmirinə görə Elnur Vaqifdən hissə-hissə 30 000 + 17 000 = 47 000 manat borc pul almışdır. Aktın düzgünlüyünü Vaqif Əhmədov, İddiaçı, Əntiqə İbrahimova və Elçin Əhmədov imzaları ilə təsdiq etmişdir. İş materiallarında olan, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-5973/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “nikahın pozulması” barədə iddiası təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2008-ci il tarixdə Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən 1850 saylı aktla qeydə alınmış nikahın pozulması, xx.xx.2011-ci il təvəllüdlü X24 və xx.xx.2012-ci il təvəllüdlü X21 anaları Cavabdeh himayəsində saxlanılması, İddiaçı xx.xx.2011-ci il təvəllüdlü X11 və xx.xx.2012ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün, xx.xx.2021-ci il tarixdən hesablanmaqla, hər ay hər uşaq üçün 300 manat olmaqla, cəmi 600 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi qət olunmuşdur. İş materiallarından görünür ki, İddiaçı Xətai Rayon Məhkəməsinin qətnaməsinin hər uşağa görə 300 manat olmaqla cəmi 600 manat alimentin iddiaçıdan alınıb Cavabdeh ödənilməsi hissəsində dəyişdirərək, alimentin miqdarının hər uşağa hər ay 175 manat olmaqla, cəmi 350 manat müəyyənləşdirərək iddiaçıdan alınaraq Cavabdeh ödənilməsini barədə apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-1812/2022 saylı qətnaməsi ilə onun apellyasiya şikayəti təmin edilməmişdir. İş materiallarında olan, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilən xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Cavabdeh adına ünvan 6 ünvanı 46 saylı NK-mn 4ə-389 reyestr nömrəli, 26 09.2018-ci il tarixli alqısatqı və ipoteka müqaviləsinə əsasən xx.xx.2018-cı il tarixdə; Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1501 saylı bağ sahəsində yerləşən 0.0500 ha torpaq sahəsi 12 saylı NK-nın 4Ə-1514 reyestr nömrəli, xx.xx.2019-cıı il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixdə; Bakı şəhəri, Suraxanı rayonu Hövsan qəsəbəsi, "Kondisioner" b/y, 1502 saylı bağ evi 12 saylı NK-nın 4ə-1515 reyestr nömrəli, xx.xx.2019cu il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri Xətai Rayonu, 2949-cu məhəllə, Xudu Məmmədov küçəsi, ev 1D mənzil 62 (Yeni qaydada Xətai rayonu,Ramiz Quluyev küçəsi, 69 M12, m-2) üzərində Cavabdeh adına xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri. Suraxanı rayonu Hövsan qəsəbəsi, 1502, "Kondisioner" b/y-nın üzərində Cavabdeh adına xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin e-2(010)-991/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ilkin və qarşılıqlı iddialar qismən təmin edilərək, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1501 saylı bağ sahəsində yerləşən 0,0500 ha torpaq sahəsi və Bakı şəhəri, Hövsan qəsəbəsi, “Kondisioner" b/y, 1502 saylı bağ evinin Cavabdeh ½ hissədə, İddiaçı ½ hissədə mülkiyyət hüququ əsasında paylara bölünməsi, Cavabdeh X18 ilə arasında bağlanmış xx.xx.2021-ci il tarixdə alqısatqı müqaviləsi etibarsız hesab edilməsi, “HYUNDAİ ACCENT” markalı **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı- satqı müqaviləsinə əsasən ödənilmiş 10 000 manat Cavabdeh tutularaq X10 ödənilməsi, “HYUNDAİ ACCENT” markalı **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobili birgə nikah dövründə əldə edilmiş maşın hesab edilməklə, Cavabdeh ½ hissədə İddiaçı ½ hissədə mülkiyyət hüququ əsasında paylara bölünməsi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı adına rəsmiləşdirilən Lexus ES350" markalı, 99HH660 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və “KİA Picanto" markalı, 99FF660 qeydiyyat nömrəli nəqliyyat vasitəsi üzərində 1/2 hissəsinin ilkin iddia üzrə iddiaçı, qarşılıqlı idda üzrə cavabdeh İddiaçı, 1/2 hissəsinin isə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilməsi qət olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhər Xətai rayonu, General Şixlinski küçəsi, ev 36, 35 nömrəli mənzilin üzərində X12 adına xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-399/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri, Xətai Rayonu, Xudu Məmədov küçəsi ev 1D, məzil 62 (yeni qaydada ünvan 7 ünvanında yerləşən mənzilin alınması üçün ilkin olaraq ödənilmiş 15 000 (on beş min) manatdan 1875 (min səkkiz yüz yetmiş beş) manatı, 14 905.57 (on dörd min doqquz yüz beş manat əlli yeddi qəpik) manat aylıq ipoteka ödənişinin 1863 (min səkkiz yüz altmış üç) manatı İddiaçı payı hesab edilmişdir. Adıçəkilən qətnamədən İddiaçı apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)-3335/2024 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, mülki iş üzrə “Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-399/2024 saylı, 16 yanvar 2024-cü il tarixli qətnaməsi qismən, yəni iddianın təmin edildiyi Bakı şəhəri, Xətai Rayonu, Xudu Məmədov küçəsi ev 1D, mənzil 62 (yeni qaydada ünvan 7 ünvanında yerləşən mənzilin alınması üçün ilkin olaraq ödənilmiş 15 000 (on beş min) manatdan 1875 (min səkkiz yüz yetmiş beş) manatın, 14 905.57 (on dörd min doqquz yüz beş manat əlli yeddi qəpik) manat aylıq ipoteka ödənişinin 1863 (min səkkiz yüz altmış üç) manatının İddiaçı payı hesab edilsin” hissəsində ləğv edilmiş və həmin hissədə iddia qismən təmin edilmiş, Bakı şəhəri, Xətai Rayonu, Xudu Məmədov küçəsi ev 1D, mənzil 62 (yeni qaydada ünvan 7 ünvanında yerləşən mənzilin alınması üçün ilkin ödənilmiş 15 000 (on beş min) manatın yarısı, yəni 7500 (yeddi min beş yüz) manat, ipoteka krediti üzrə ödənilmiş 14 905.57 (on dörd min doqquz yüz beş manat əlli yeddi qəpik) manatın yarısı, yəni 7452,785(yeddi min dörd yüz əlli iki manat, yetmiş doqquz qəpik) manat, cəmi 14952,785(on dörd min doqquz yüz əlli iki manat, yetmiş doqquz qəpik ) manatın üzərində İddiaçı payı tanınsın və həmin məbləğ Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh (borcverən) X8 (borcalana) 20 000 manat məbləğində pulu borc vermişdir. Həmin müqavilənin 2-ci bəndindən görünür ki, borcalan krediti xx.xx.2025-ci il tarixə kimi qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmə iclasında şahid kimi dindirilmiş X19 məhkəmə iclasında verdiyi ifadəsində, eyni zamanda təqdim etdiyi yazılı izahatında bildirmişdir ki, borcun yaranma səbəbləri barədə bildirmək istəyir ki, 25 Sentyabr 2018-ci il tarixdə ünvan 8 ünvanında yerləşən 1-otaq 2-otağa düzəlmiş mənzilin alınması üçün, alınan borc pul məbləği 20 000 manat təşkil edir. Yazılı borc müqaviləsi və onun aktı 15 Sentyabr 2018-ci ildə bağlanmışdır. Belə ki, xx.xx.2018-ci ildə borc pul alınmış və mənzilin çıxarışından da görünür ki, xx.xx.2018-ci il tarixdə mənzil alınmışdır. Məqsəd isə ipoteka yolu ilə alınan bu mənzilin 15000 manat ilkin ödənişini etmək və mənzildə cari təmir edib kirayə vermək idi. Özü öz aylıq 463 manat kredit pulunu ödəsin. xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində, Kondisoner b/y bağ massivində 10-sot Torpaq sahəsində yerləşən 2-mərtəbəli Bağ evinin, alınması üçün alınan borc pul məbləği 15 000 manat təşkil edir. Yazılı borc müqaviləsi və onun aktı xx.xx.2019-cu il tarixdə bağlanmışdır. Belə ki, xx.xx.2019-cu il tarixdə borc müqaviləsi bağlanmışdır və bağın çıxarışından da görünür ki, xx.xx.2019-cu il tarixdə bağ evi alınmışdır. Məqsəd Hövsanda aldıqları 1502saylı Bağ evinə, 46000 manat nağd şəkildə və 50000 manat Bank Respublikadan 2 illik kredit götürməklə, cəmi 96000 manat pul verilməli idi. Bu 46000 manat nağd ödənişdən, 31000 manat ailənin özündə var idi. çatmayan 15 000 manat pulu ondan borc kimi götürdülər. Qeyd etdiyi kimi, xx.xx.2019-cu il tarixdə, Bakı şəhəri, Suraxanı rayonu. Hövsan qəsəbəsində, Kondisoner b/y bağ massivində, 10-sot Torpaq sahəsində yerləşən 2-mərtəbəli Bağ evinin, alınması üçün, AR Bank Respublikanın Nəsimi filialından 2 illik 50 000 manat kredit götürmüşdülər. Bu kreditin Bankın xx.xx.2019-cu il tarixli, 19006- S100578/764796 saylı cədvəlinə əsasən, xx.xx.2019-cu il tarixdən başlayaraq aylar üzrə ödənişi, 2522-manat təşkil edirdi. Cəmi bank faizi ilə birlikdə, 2 illik ödəniş 60506-manat təşkil edirdi. Aylıq ödəniş olan 2522-manat pul məbləğinin xx.xx.2019-cu il tarixdən— xx.xx.2020-ci il tarixə kimi, yəni 3-ayını ödədikdən sonra Pandemiya dövrü olduğuna görə, ölkədə karantin elan olundu, iş olmadığına görə krediti ödəyə bilmədilər və məcbur qalıb ondan aylıq ödəniş üçün borc pul istədilər. Yazılı borc müqaviləsi və onun aktı xx.xx.2020ci il tarixdə bağlanmışdır. Ona görə ki, iki ilin yəni 24 ayın 3 ayını Elnur özü ödəmişdir, yerdə qalan 21-ayının pulunu hesabladılar və iddiaçı ilə 55000 manata borc müqaviləsi bağladı. Ondan alınan borc pul məbləği 55 000 manat təşkil edir. Məqsəd isə bankdan götürülmüş 50 000 manat kreditin, aylıq 2522 manat ödənişi ilk öncə, yəni ilk 3 ayı ailə tərəfindən ödənildikdən sonra, 2020-ci ilin yanvar ayından ölkədə pandemiya başladı, karantin elan olundu, maqazinlər bağlandı, iş olmadı. Aylıq 2522 manat kredit pulunu ödəyə bilmədiklərinə görə, məcbur olub ondan borc pul almalı oldular. 2020-ci ilin fevral ayından 2021-ci ilin noyabr ayına kimi, bu ailə hissə-hissə ondan cəmi 55 000-manat borc pul aldılar. xx.xx.2019-cu il tarixdə alınmış, Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsində, Kondisoner b/y bağ massivində, 10-sot Torpaq sahəsində yerləşən iki mərtəbəli bağ evinin əsaslı təmiri üçün, alınan borc pul məbləği 47 000 manat təşkil edir. Yazılı borc müqaviləsi və onun aktı xx.xx.2020-ci il tarixdə bağlanmışdır. Məqsəd Hövsanda yerləşən bağ evini satmaq qərarına gəldilər, ona görə ki, borclarını qaytarsınlar, həm də evlərində bir az pul qalsın. Bağın yaxşı qiymətə satılması üçün bağı təmir etmək qərarına gəldilər. Mart 2020-ci il tarixdə bağda təmir işinə başladılar. Bağın ümumi smeta dəyəri 61500 manat təşkil edirdi.Bağa cəmi məişət avadanlıqları ilə birlikdə 54600 manat pul xərcləndi. Bağ evinin təmirinə görə də, ondan borc alındı 47000 manat. Bağda təmir gedə-gedə inam üçün şəkilləri çəkilirdi 22 noyabr 2020-ci il tarixdə çünki pul onun tərəfindən verilirdi. Bağın təmirindən sonrakı şəkillərini çəkərək, satılması üçün internetdə elan verildi. Bağa 150 000 manata müştəri çıxdı. 1000 manat da beh alındı. Amma İddiaçı həyat yoldaşı Nərminə xanım Əhmədova alqı-satqı müqaviləsinə imza atmayacağını bildirmişdi. Verilən borclar İddiaçı ailəlik dövründə olubdur və arvadı Cavabdeh iştirakı ilə verilibdir. Qanunvericiliyə görə ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2024- cü il 12 mart tarixli Qərarına əsasən nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Beləliklə, cəmi ondna alınan borc pullar 20 000 + 15 000 + 55 000 + 47 000 = 137 000 manat təşkil edir. Bu borcun həqiqətən verildiyi Xətai Rayon Məhkəməsinin 19 Aprel 2024-cü il tarixli 2(011)- 227/2024-saylı qətnaməsi ilə öz təsdiqini tapmışdır. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, bu ailə boşandıqdan sonra nikah dövründə əldə olunan daşınar və daşınmaz əmlakların bir hissəsi Suraxanı rayonu, Hövsan bağlar massivində yerləşən, 2-mərləbəli bağ evi, Lexsus ES-350 maşını, KİA Picanto maşını və Hondai Accent maşınları, Suraxanı Rayon Məhkəməsinin 06 İyul 2022-ci il tarixli, 991/2022-saylı qətnaməsinə əsasən bərabər paylarla bölünmüşdür. Məhkəmə iclasında şahid kimi dindirilmiş X22 məhkəmə iclasında verdiyi ifadəsində, eyni zamanda təqdim etdiyi yazılı izahatında bildirmişdir ki, 2018-ci ildən İddiaçı ilə bir yerdə işləyir.Onlar telefon biznesi ilə məşğul olurlar. 2018-ci ildə ofisləri ünvan 9 ünvanında yerləşən “Azercell” mağazasında yerləşirdi və telefon biznesi ilə məşğul olurdular. 2022-ci ildən Fizuli küçəsi 71 ünvanında yerləşən “Armood-Telekom” ofisində telefon biznesi ilə məşğul olurlar və hal-hazırda bu ofisdə işləyirlər. Elnur mağazanın meneceri işləyirdi və hal-hazırda da işləyir. Aldıqları malların hamısını Elnur çox vaxt topdan paylayırdı. Pərakəndə satışla mağazada işləyən başqa yoldaşlar, o cümlədən o, da məşğul olur. Bildirmək istəyir ki, 2019-cu ilin oktyabr ayında, Elnur özünə Hövsanda bağ evi aldı. Elnurla söhbət ərəfəsində bilmişdir ki, o bağ evini 96000 manata alıbdır, Bank Respublikadan arvadının adına 2 illik kredit götürüblər, valideyinləri ona köməklik ediblər. Bildirmək istəyir ki, 2019-cu ilin dekabr ayından ölkəmizdə koronovirus epidemiyası güclü şəkildə yayılmağa başladığına görə ölkədə karantin elan olundu. Al-ver olmadı, mağaza bir müddət bağlı qaldı. Bu ərəfələrdə, yəni 2020-ci ilin fevral ayından sonra Elnurun atası Vaqif müəllim tez-tez onların mağazasına gəlirdi, o, görmüşdür ki, Elnura pul verir. O, Elnur, Fərid, Sirac, Rövşən və Vətən müharibəsində şəhid olan dostları Vüsal bu telefon biznesini bir yaratmışlar və bu günki gündə 4-nəfər bu işlə məşğul olub öz ailələrini dolandırırlar. O, doğurdan da 2020-ci ildə Bülbül prospektində yerləşən Aptek (çöl)-dən və Səməd Vurğun küçəsində yerləşən Fresko Marketdə yerləşən terminallardan, Elnurun arvadı Nərminənin hesab nömrəsinə 2522-manat aylıq ödənişlər etmişdir. Neçə ay ödəniş etmişəm dəqiq yadında deyil, ən azı 7-dəfə deyə bilərəm ki, ödəmişdir. Birdə məhkəməyə bildirmək istəyir ki, Elnurun vaxtı olmadığına görə bu adı çəkilən aylıq 2522 manat ödənişi, tək o, ödəmirdi, onunla işləyən Fərid və müharibədə şəhid olan Vüsal da ödəyirdi. Vüsal Xırdalanda yaşayırdı, bilir ki, oda Elnurun xahişi ilə kreditin aylıq ödənişindən ödəmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X17 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, iddia tələbində qeyd edilib ki, guya onun borcu var. Halbuki, 20 000 manat məbləğində borc məbləği onun tərəfindən ödənilmişdir. Hazırda onun borcu yoxdur. Tələb müqavilə bağlanandan sonra 3 ili əhatə edir. Öz tərəfindən bildirə bilər ki, Xudu Məmmədov küçəsində yerləşən mənzilin 75 faizi ona aiddir, o, öz 75 faiz hissəsini tələb edəcəkdir. Hazırda iş Ali Məhkəmədədir. Ali Məhkəmənin qərarından sonra bəlli olacaq. Bütün sənədlər də onun imzası da olmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən, ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Həmin Məcəllənin 37.1-ci maddəsində göstərilir ki, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakın bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 223.3-cü maddəsinə əsasən, ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Həmin Məcəllənin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh xx.xx.2008-ci ildə nikaha girmiş, Xətai Rayon Məhkəməsinin 2(011)-5973/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə aralarında olan nikahın pozulması qət edilmiş, həmin qətnamədən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-1812/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Xətai Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, bununla da qeyd edilən qətnamə xx.xx.2022-ci il tarixində qanuni qüvvəsini almışdır. İddiaçı hazırda atası ilə bağlanmış borc müqavilələrinə istinad edərək, həmin müqavilələr əsasında ona verilmiş borc məbləğinin birgə nikah dövründə alındığını, habelə həmin pul vəsaiti ilə birgə nikah dövründə əmlak alındığını və əmlakda təmir işləri görüldüyünü əsas gətirərək, müqavilələr üzrə aldığı borc məbləğinin yarısını cavabdehdən tutulmasını məhkəmədən xahiş etmişdir. Bundan başqa Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-227/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə xx.xx.2018-ci il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli borc müqavilələri əsasında X3 İddiaçı borc kimi verilmiş ümumilikdə 137 000 manat ( 20 000+15 000+55 000+47 000=137 000) məbləğində pul vəsaiti İddiaçı tutulmuşdur. Adıçəkilən qətnamədən işdə iştirak edən şəxslər tərəfindən apellyasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Belə ki, “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun” xx.xx.2024-cü il tarixli Qərarının 3.14-cü bəndində qeyd edilmişdir ki, ümumi əmlak aktivindən fərqli olaraq birgə nikah dövründə ərin və ya arvadın götürdüyü öhdəliyin ümumi öhdəlik olması barədə qanuni prezumpsiya tətbiq edilmir. Əgər öhdəliyin tərəfi yalnız ər-arvaddan biridirsə, ağlabatan mühakimə baxımından, yaranmış borc o zaman ümumi hesab olunur ki, öhdəliyin tərəfi olan ər (arvad) öhdəlik üzrə əldə edilənlərin ailənin ehtiyacları üçün sərf olunduğunu sübut etsin, yaxud bu fakt işin mübahisə olunmayan halı olsun. Həmin Qərarın 3.15-ci bəndində qeyd edilmişdir ki, qeyd edilən faktiki prezumpsiya ilk növbədə ondan irəli gəlir ki, borclu ər (arvad) və öhdəliyin iştirakçısı olmayan arvad (ər) əldə olunmuş vəsaitin nəyə xərcləndiyini sübut etmək üçün tamamilə fərqli imkanlara malik olurlar. Bir qayda olaraq, belə vəsaitin xərclənməsində borclu ər (arvad) bilavasitə iştirak etdiyindən həmin əmlakın ailə ehtiyaclarına sərf olunmasını sübut etmək üçün dəlillər əldə etmək imkanı da ona məxsus olur. Arvad (ər) isə borcun olmasından xəbərdar olmaya bilər, bu səbəbdən onun ərinin (arvadının) həmin vəsaiti şəxsi ehtiyacları üçün sərf etdiyini sübut etmək imkanları məhduddur, bir çox hallarda isə qeyri-mümkündür. Göründüyü kimi hazırkı mübahisədə sübutetmə yükü birbaşa borc müqaviləsinin iştirakçısı olmuş iddiaçının üzərinə düşür. Lakin iddiaçı həqiqətən də borc müqavilələri üzrə aldığı pul vəsaitinin nə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Kondisoner b/y bağ massivində 10 sot torpaq sahəsində yerləşən ikimərtəbəli bağ evinin alınması, nə bağ evinin alınması üçün götürülmüş kredit borcunun bağlanması, nə də ki, bağ evinin əsaslı təmirinə çəkilməsini təsdiq edə bilməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-227/2024 saylı qətnaməsindən görünür ki, borc müqavilələrinin tədqiq edilməsi üçün ekspertiza təyin edilmiş, lakin ekspert rəyi ilə “yazılı borc müqavilə”si və “yazılı borc müqaviləsinə akt” adlı sənədlərdə (xx.xx.2018, xx.xx.2018, xx.xx.2019, xx.xx.2019, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020-ci il tarixli) olan yazıların rəngləyici maddələri kimyəvi tərkibinə görə diyircəkli qələmlərdə istifadə olunan rəngləyici maddələrə aiddir. Rəyin tədqiqi hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə tədqiqata təqdim edilmiş mülki işin materiallarında “yazılı borc müqavilə”si və “yazılı borc müqaviləsinə akt” adlı sənədlərdə olan yazıların icra vaxtını müəyyən etmək mümkün olmamışdır. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçının atası X19 xx.xx.2022-ci il tarixində cavabdehlər Cavabdeh və İddiaçı qarşı iddia ərizəsi ilə müraciət edərək, onlardan 137 000 manat məbləğində pul vəsaitinin tutulmasını xahiş etmişdir. Fərqli məqam ondan ibarətdir ki, xx.xx.2022-ci il tarixli iddia ərizəsində (səh 2.) X19 qeyd etmişdir ki: -“Bildirməliyəm ki, oğlum Elnur həyat yoldaşı Nərminə xanəm Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Kondisioner b/y sahəsindən xx.xx.2019-cu il tarixli 1501 saylı 5 sot torpaq sahəsi və xx.xx.2019-cu ildə 1502 saylı 5 sot torpaq sahəsində yerləşən ikimərtəbəli bağ evi aldılar. (1501 və 1502 saylı çıxarışlar təqdim olunur). Belə ki, bağ evinin və torpaq sahəsinin alınmasına 96 000 manat pul verilmişdir. Bu 96 000 manatdan 25 000 manatı Elnurun özündə var idi, 21 000 manatı atasından borc kimi almışdır, 50 000 manatı isə AR Bank Respublikasının Nəsimi filialından 2 illik kredit götürməklə vermişdirlər. Lakin hazırkı mübahisədə isə İddiaçı iddia ərizəsində (səh.3) və izahatında qeyd etmişdir ki, bağ evinin torpaq sahəsinin alınması üçün: “-Nağd verilən 46 000 manatdan 31 000 manat özümdə var idi, 15 000 manat da atam Vaqifdən borc almışdım. Bundan başqa xx.xx.2022-ci il tarixli iddia ərizəsindən məlum olur ki, X19 tərəfindən İddiaçı və Cavabdeh ailəlik dövründə aldıqları borc pullar aşağıdakılardır (səh.3) “-1.Evində ünvan 10 ünvanında ailəsi ilə bir yerdə 20 000 manat vermişəm. Borc 20 000 manat. -2. 4,5 sot verdiyim torpaq sahəsini satdı, 12 000 manat pulu vermədi. Borc 12 000 manat. -3. Suraxanı rayonu, Hövsan qəsəbəsində, Kondisioner zavodunun B/Y 1501 və 1502 saylı bağ evinin kreditinə görə hissə-hissə alınmış 55 000 manat pul alıb. Borc 55 000 manat. -4. Suraxanı rayonu, Hövsan qəsəbəsində, Kondisioner zavodunun B/Y 1501 və 1502 saylı bağ evinin tikinti-təmir və bərpa işlərinə görə məndən iki dəfə 30 000 bir, 20 000 də bir pul alıb, cəmi 50 000 manat pul alıb. Borc 50 000 manat. Belə ki, borc 20 000+12 000+55 000+50 000= 137 000 manat təşkil. Bütün borclar ər-arvadın ailəlik dövründə verilmişdir.” Göründüyü kimi xx.xx.2022-ci il tarixli iddia ərizəsində Vaqif Əhmədov ayrı-ayrı tarixlərdə 20 000, 12 000, 55 000 və 50 000 manat olmaqla, ümumilikdə 137 000 manat məbləğində pul vəsaitinin İddiaçı verildiyi bildirsə də, hazırda isə İddiaçı ayrı-ayrı tarixlər 20 000, 15 000, 55 000 və 47 000 manat olmaqla, ümumilikdə 137 000 manat pulun borc verildiyini bildirmişdir. Daha sonra X19 xx.xx.2023-cü il tarixində İddiaçı və Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, İddiaçı ona borclu olduğu 49250 manat pulun və Cavabdeh (ailəlik dövrü olduğu üçün) ona borclu olduğu 49 000 manat pulun, cəmi 98250 manat borc pulun və ödənilmiş dövlət rüsumunun geri qaytarılmasını xahiş etmişdir. Həmin iddia ərizəsindən görünür ki, (səh 1.) “cavabdehlərə 137 000 manat pul tələbinə dair xx.xx.2022-ci il tarixində pretenziya məktubları ilə müraciət etdikdən sonra cavabdehlər 137 000 manat aldıqlar borc pul məbləğindən 25 avqust 2022-ci ildə 12 000 manat, xx.xx.2022-ci il tarixində 15 000 manat, cəmi 27 000 manat borc puldan qaytarmışdılar. Qalıq borc olan 110 000 manat pul məbləğinə görə cavabdehlərə xx.xx.2023-cü il tarixində ikinci dəfə pretenziya məktubu ilə müraciət etdikdən sonra, xx.xx.2023-cü il tarixində 11750 manat, aldıqları borc puldan qaytarmışdılar. (Alınmış 137 000 manat borc puldan qaytarılan 12 000 manata, 15 000 manata və 11750 manata müqavilələr təqdim olunur). Qalıq məbləğ olan 98250 manat pul məbləğinə görə 3-cü dəfə xx.xx.2023-cü il tarixində pretenziya məktubu ilə müraciət etməli oldum. Sonradan iddia tələblərinin həcminin artırılması və azaldılması barədə xx.xx.2023-cü il tarixli ərizədən isə görünür ki: -“Məlumunuz edim ki, cavabdeh İddiaçı (oğlum) mənim Hövsan qəsəbəsində yaşadığım bağ evinə gələrək, mənə bildirdi ki, Dubaydan mal gəlib, mənə 40 000 manat pul lazımdır, 2 günə qaytaracam. xx.xx.2023-cü il tarixdə mən Elnurdan aldığı 40 000 manat pulu istədikdə, Elnur mənə bildirdi ki, “Ata, incimə.Mən o pulu sənə qaytarmayacam. Ona görə ki, mənə borc kimi verdiyin pulları mən ailəmin yaxşı yaşaması üçün, 2 otaqlı mənzil, Lexsus 350 maşını, Hövsanda 10 sot torpaq sahəsində 2 mərtəbəli bağ evi, bu bağ evinin super təmirinə və sair kimi daşınar və daşınmaz əmlaklar üçün xərcləmişəm. Nəyə görə mən bu pulları tək ödəməliyəm. Eyni zamanda bildirdi ki, birinci dəfə yəni xx.xx.2022-ci il tarixində məhkəməyə iddia ərizəsini 137 000 manata vermişdin elədə saxla.” Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-2432/2023 saylı qərardadına əsasən cavabdeh İddiaçı 137.000 manat borc pulun və ödənilmiş 427 (dörd yüz iyirmi yeddi) manat dövlət rüsumunun X9 qaytarılmasına dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Göründüyü kimi ayrı-ayrı tarixlərdə məhkəməyə təqdim edilmiş iddia ərizələrində İddiaçı ümumilikdə verilmiş pul məbləğinin əsası fərqli olmuş, hətta borcun bir qisminin ona ödənilməsi borcverən tərəfindən etiraf edilmiş, bu halı borcverən müqavilə ilə rəsmiləşdirsə də, sonradan məhz ərizəsində qeyd edilən əsaslara görə həmin müqavilənin etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun” xx.xx.2024-cü il tarixli Qərarının 6.39-cu bəndində qeyd edilmişdir ki, ər-arvadın ümumi öhdəliklərinin bölünməsi qaydalarına istinadla kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) kreditor (kreditorlar) qarşısında icra edilməmiş öhdəliyinin arvaddan (ərdən) alınaraq, ona verilməsinin qanuni və müqavilə əsası yoxdur. Lakin kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) nikah münasibətlərinə faktiki xitam verildikdən və ya nikah rəsmi pozulduqdan sonra kredit müqaviləsi üzrə öhdəliklərin qalan hissəsini ayrıca vəsaiti hesabına tam və ya qismən ödədiyi müəyyən edilərsə, məhkəmə ödənilmiş məbləğin ümumi öhdəlikdəki paya uyğun hissəsinin ərdən (arvaddan) tutularaq, qarşı tərəfə ödənilməsi barədə iddianı təmin edə bilər. Tərəflərin ümumi əmlak üzərində payları daha əvvəl müəyyən edilmədiyi halda, işə baxan məhkəmə öhdəliklərdəki payları bərabər bölməli, iş üzrə Ailə Məcəlləsinin 37.2-ci maddəsində sadalanan şərtlər mövcud olduqda isə kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) icra etdiyi öhdəliklər üzrə tərəflərin paylarını qeyri-bərabər bölə bilər. Həmin Qərarın 6.40-cı bəndində qeyd edilmişdir ki, ər-arvaddan birinin bağladığı müqavilə ilə alınmış vəsait ailə ehtiyacları üçün istifadə olunduqda onların hər ikisi kreditor (kreditorlar) qarşısında birgə borclu kimi çıxış edirlər. Bu halda borc müqaviləsinin tərəfi olan ərin (arvadın) öhdəliyi əqddən, müqavilədə tərəf kimi göstərilməyən ərin (arvadın) kreditor (kreditorlar) qarşısında öhdəliyi isə qanundan irəli gəlir. Belə ki, birgə öhdəliyin müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlməsi mümkündür (Mülki Məcəllənin 500.2- ci maddəsi). Bu səbəbdən Ailə Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə ilk növbədə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət etmədikdə isə, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. Həmin Qərarın 6.41-ci bəndində qeyd edilmişdir ki, o da nəzərə alınmalıdır ki, borca münasibətdə payların müəyyən olunması ərin və arvadın bir-birlərinə qarşı tələblərinin həcmi (daxili münasibət) baxımından əhəmiyyət kəsb edir. Pay nisbəti birgə borcluların kreditor (kreditorlar) qarşısındakı məsuliyyətinin (xarici münasibətin) həcmini müəyyənləşdirmir. Bu səbəbdən ər (arvad) icra etdiyi öhdəliyin ərin (arvadın) payına düşən hissəsini ondan tələb edə biləcəyi halda, kreditor pay nisbətindən asılı olmayaraq bütün borcu ərdən (arvaddan) həm birlikdə, həm də ayrı-ayrılıqda tələb edə bilər. Çünki birgə borcluluqda kreditor (kreditorlar) öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər və öhdəlik tam icra edilənədək birgə borcluların öhdəlikləri qüvvədə qalır (Mülki Məcəllənin 500.1-ci maddəsi). Məhkəmə həmçinin qeyd edir ki, iddia ona görə təmin edilə bilməz ki, yuxarıda sadalanan xüsusatlara əsasən borc müqaviləsi üzrə alınmış məbləğ ailə ehtiyacları üçün istifadə edilərsə, o zaman ər-arvad hər ikisi kreditor qarşısında birgə məsuliyyət daşıyır. Başqa sözlə, iddiaçı özünün borclu qarşısında olan, icra edilməmiş öhdəliyi üzrə cavabdehdən məhz özünün xeyrinə hansısa məbləği tələb etməkdə də haqlı olmamışdır. Bu da onun əsassız varlanmasına və öz borcunun real olaraq ödənilməməsinə şərait yarada bilər. Məhkəmə qeyd edir ki, iş materiallarında olan borc müqavilələri ilə bağlı tərtib edilmiş aktlar ilə İddiaçı verilən borc məbləğinin məhz ailə xərclərinə sərf edilməsi iş materialları, habelə daha əvvəl də aralarında olmuş məhkəmə mübahisələri ilə öz təsdiqini tapmamışdır. Bundan əlavə olaraq məhkəmə qeyd edir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Kondisioner b/y bağ massivində 10 sot torpaq sahəsində yerləşən ikimərtəbəli bağ evinin təmirinə çəkilmiş xərcin yarısı həmçinin ona görə cavabdehdən tutula bilməz ki, iddiaçı edilmiş yaxşılaşdırmadan məhrum qalmamışdır. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(010)-991/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, Hövsan qəsəbəsi, “Kondisioner" b/y, 1502 saylı bağ evinin Cavabdeh ½ hissədə, İddiaçı ½ hissədə mülkiyyət hüququ əsasında paylara bölünmüşdür. Göründüyü kimi birgə nikah dövründə əldə edilmiş əmlak edilmiş yaxşılaşdırmalarla birlikdə paylara bölünmüşdür. Habelə növbəlilik qaydasında payçılardan birinin iddiası əsasında bağ evinin paylara uyğun olaraq naturada ayrılması mümkün olmadığı təqdirdə, əmlak hərraca çıxarılan zaman evin bazar dəyəri həmin yaxşılaşdırma (əsaslı təmir) ilə birlikdə müəyyən ediləcəkdir. Yəni ki, iddiaçı nə həmin yaxşılaşdırmadan istifadə hüququndan, nə də ki, yaxşılaşdırılmış əmlakın dəyərindən pay almaq hüququnu itirməmişdir. Məhkəmə iddia tələblərinin xx.xx.2018-ci il tarixli borc müqaviləsinə əsasən iddiaçıya verilmiş 20 000 manat məbləğində pulun yarısının cavabdehdən tutulmasına dair hissəsinə xüsusi olaraq bildirir ki, iddiaçı bundan əvvəl də məhkəməyə iddia ilə müraciət etmiş və ünvan 11 ünvanında yerləşən mənzilin 15000 (ilkin ödəniş) + 5000 (cari təmir və mebel) + 17594 (aylıq ipoteka ödənişi) = 37594 manat pul məbləğinin bərabər paylarla bölünməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia həmin hissədə qismən edilsə də, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə qətnamə həmin hissədə ləğv edilmiş və Bakı şəhəri, Xətai Rayonu, Xudu Məmədov küçəsi ev 1D, mənzil 62 (yeni qaydada ünvan 7 ünvanında yerləşən mənzilin alınması üçün ilkin ödənilmiş 15 000 (on beş min) manatın yarısı, yəni 7500 (yeddi min beş yüz) manat, ipoteka krediti üzrə ödənilmiş 14 905.57 (on dörd min doqquz yüz beş manat əlli yeddi qəpik) manatın yarısı, yəni 7452,785(yeddi min dörd yüz əlli iki manat, yetmiş doqquz qəpik) manat, cəmi 14952,785(on dörd min doqquz yüz əlli iki manat, yetmiş doqquz qəpik ) manatın üzərində İddiaçı payı tanınmış və həmin məbləğ Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin sözügedən qətnaməsindən Cavabdeh tərəfindən kasassiya şikayəti verilmişdir. Həmin qətnamədən də görünür ki, "xxxx" KB ASC ilə birgə borcalanlar Cavabdeh və X17 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 41İK/18 saylı kredit müqaviləsi bağlanılmış və həmin müqavilə əsasında 60 000 manat məbləğində illik 8 faiz dərəcəsi ilə 300 ay müddətinə ipoteka krediti Bakı şəhəri, Xətai rayonu, 2949-cu məhəllə, Xudu Məmmədov küçəsi, ev 1D, mənzil 62 ( Yeni qaydalarla: ünvan 12 ünvanında yerləşən daşınmaz əmlakın alınmasına görə verilmişdir. xx.xx.2018-ci il tarixli 41İKİ/18 alqı-satqı və ipoteka müqaviləsinə əsasən satıcı X25 ilə ipoteka saxlayan "xxxx" KB ASC, alıcı (ipoteka qoyan) Cavabdeh və birgə borcalan X17 arasında Bakı şəhəri, Xətai rayonu, 2949-cu məhəllə, Xudu Məmmədov küçəsi, ev 1D, mənzil 62 ( Yeni qaydalarla: ünvan 12 ünvanında yerləşən mənzilin alqı-satqısı baş vermiş, daşınmaz əmlakın satış qiyməti 75 000 manat müəyyən edilmiş, mənzilin dəyərinin 15 000 manat məbləğində olan hissəsi alıcı-ipoteka qoyanın özü tərəfindən, 60 000 manat məbləğində olan hissəsi isə kreditor-ipoteka saxlayan tərəfindən xx.xx.2018-ci il tarixli, 41İK/18 saylıkredit müqaviləsinə əsasən alıcı-ipoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilmişdir. . Göründüyü kimi xx.xx.2018-ci il tarixli borc müqaviləsinə əsasənda ünvan 13 ünvanında yerləşən 62 saylı mənzilin alınması üçün iddia edilən pul məbləği ilə bağlı məhkəmə qeyd edir ki, adıçəkilən mənzilin alınması ilə bağlı ilkin olaraq ödənilmiş 15 000 manat məbləğində pul vəsaiti və mənzilin cari təmiri və mebelinin alınması üçün 5 000 manat pul məbləği başqa məhkəmə mübahisəsinin predmenti olmuş və həmin pul məbləği üzərində iddiaçının payı tanınmışdır. Lakin hazırkı məhkəmə araşdırması zamanı isə borc müqavilələləri üzrə iddiaçıya verilmiş pul vəsaitinin həqiqətən də birgə nikah dövründə məhz ailə məsrəfləri üzrə xərcləndiyi öz təsdiqini tapmamışdır. Bundan başqa iddiaçının nikah dövründə sahibkarlıq fəaliyyəti ilə məşğul olması işin mübahisəsiz halı olduğundan, iddiaçının atasından aldığı borc pulun onun sahibkarlıq fəaliyyəti ilə bağlı götürülməsi də istisna edilmir. Həmçinin X26 ilə bağlı tərtib edilmiş aktlardan görünür ki, aktları imzalayanlar, yəni aktın doğruluğunu təsdiq edən digər şəxslər də iddiaçının (anası, qardaşı və atası) birinci dərəcəli yaxın qohumlarıdır. Tərəflər arasında borc münasibətlərinin olması Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(011)-227/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə öz təsdiqini tapmasına baxmayaraq, həmin pulun məhz ailə ehtiyacları üçün xərcləndiyi ümumi qaydada iddiaçı tərəfindən sübuta yetirilməmiş, habelə işin mübahisəsiz halını təşkil etməmişdir. Məhkəmə iddia tələblərinin “Bakı şəhəri 14 saylı notarius ofisində cavabdeh Əhmədova (Zeynalova) Nərminə Yaşar qızı qardaşı X8 verdiyi 20 000 manat borc pul məbləğindən, qalıq məbləğ olan 18 000 manat onun ailəlik dövrünü əhatə etdiyi üçün bərabər payla yəni, 9000 manat pul məbləğinin cavabdeh Əhmədova (Zeynalova) Nərminə Yaşar qızından tutulub ona qaytarılması” hissəsinə münasibət olaraq bildirir ki, iddia həmin hissədə əsassızdır. Buna görə də rədd edilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, kredit müqaviləsi onun iştirakçıları üçün öhdəlik yaradır. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında sözügedən kredit müqaviləsi üzrə qalıq borcun Nəriman Zeynalov tərəfindən ona ödənildiyini bildirmişdir. Bu halı məhkəmə iclasında şahid kimi dindirilmiş X17 da məhkəmə iclasında təsdiq etmişdir. Odur ki, kredit müqaviləsi üzrə borc nikah dövründə qaytarıldığından, hazırda belə bir borc mövcud olmadığından iddia o hissədə təmin edilə bilməz. Məhkəmə həmçinin məhkəmə iclasında şahid kimi dindirilmiş X6 ifadəsini, onun iddiaçı ilə birinci dərəcəli qohum olmasını və borc müqaviləsi üzrə borcverən olduğunu nəzərə alaraq hesab edir ki, onun iş üzrə vermiş ifadəsi mötəbər sübutlar kimi qiymətləndirilə bilməz. Məhkəmə şahid kimi dindirilmiş X7 ifadəsini ona görə sübut kimi qiymətləndirmir ki, Cavabdeh adına olan kredit müqaviləsi üzrə ödənişlər qəbzlərindən də Bül-bül prospektində yerləşən terminallardan ödənildiyi təsdiq edilsə də, ödəniş üçün verilmiş pulun məhz Vaqif Əhmədova məxsus olması müəyyən edilmir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbləri məhkəmə tərəfindən təmin edilmədiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu da iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “pul” barədə iddiası rədd edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-5855/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5855/2024
17.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver