Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-59/2023 27.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi Nəsibova Çinarə Aydın qızının katibliyi ilə İddiaçının nümayəndəsi və vəkili X4, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı cavabdehdən vurulmuş maddi zərərin əvəzi olaraq 6098 manat, 300 manat mütəxəssisə ödənilmiş pulun və 83,98 manat dövlət rüsumunun, ümumilikdə 6481 manat məbləğində vəsaitin tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Təchizat şirkəti ilə iddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli Kooperativ binada qeyri-yaşayış sahəsi tikintisi haqqında müqaviləyə əsasən Kooperativin ünvan 1 ünvanında 16 mərtəbəli 1 nömrəli yaşayış binasının 1-ci mərtəbəsindəki ümumi sahəsi 103,0 kv.m. olan 156 nömrəli qeyri-yaşayış sahəsinin dəyəri ödənilməklə alınmışdır. "xxxx" Təchizat Şirkəti tərəfindən iddiaçıya təhvil verilmiş, qeyri-yaşayış sahəsində təmir işləri aparılmaqla gözəllik salonu kimi fəaliyyətə başlamışdır. 02 dekabr 2021-ci il tarixdə saat 19:30 radələrində İddiaçı məxsus gözəllik salonunun üst qatındakı, Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi 02 nömrəli mənzildə yaşayan Cavabdeh yaşadığı mənzildən isti su xəttinin deşilməsi nəticəsində iddiaçının fəaliyyət göstərdiyi gözəllik salonuna su axıdılmışdır. Suyun axması nəticəsində qeyri-yaşayış sahəsinin tavanındakı alçipanın bir hissəsi qopub tökülmüşdür. Tavan yararsız hala düşmüşdür. Divarların bir hissəsi islanmışdır. Bəzi əşyaların üzərinə su tökülmüşdür. Polun üzərində su qatı əmələ gəlmişdir. Təzə təmirdən çıxmış qeyri-yaşayış sahəsi yararsız hala gəlmişdir. Mənzil Cavabdeh məxsus olub. "xxxx" MMC tərəfindən təqdim edilmiş 27 dekabr 2021-ci il tarixli ƏEM/N 115-1118/21 nömrəli mütəxəssisin rəyinə əsasən cavabdehin günahı ucbatından qeyri-yaşayış sahəsinə 6098,0 manat məbləğində zərər dəymişdir. Dəfələrlə cavabdehə dəymiş ziyanın ödənilməsi ilə bağlı müraciət edilsə də, sonuncu heç bir səbəb göstərmədən dəymiş zərəri ödəməkdən imtina etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsini məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMMC-nin komendantı X6, binalardakı su anbarlarına (nasosxana) xidmət edən X7 və Xudu Məmmədov küçəsi, ev 20 saylı binanın “ blokunun birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin sahibi İddiaçı iştirakı ilə tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, xx.xx.2021-ci il tarixində saat 19:30 radələrində Xeyransa xanıma məxsus qadın gözəllik salonunun üst qatındakı 02 nömrəli mənzildə (2 mərtəbə) isti su xəttinin deşilməsi nəticəsində qeyri-yaşayı sahəsinə su axıdılmışdır. Suyun axması nəticəsində qeyri-yaşayış sahəsinin tavanındakı alçipanların bir hissəsi qopub tökülmüşdür. Tavan yararsız hala düşmüşdür. Divarların bir hissəsi islanmışdır. Bəzi əşyaların üzərinə su tökülmüşdür. Polun üzərində su qatı əmələ gəlmişdir. Nəticədə İddiaçı məxsus əmlaka ziyan dəymişdir. Mənzil X3 məxsus olub. Ailə üzvləri ilə birlikdə həmin evdə yaşayıb. Cavabdeh məlumatına görə o, həmin evə başqa şəxsə satıb. Mənzilin satılmasına baxmayaraq həmin mənzildə ailə üzvləri ilə birlikdə özü yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin 15 mart 2022-ci il tarixli məktubundan görünür ki, vətəndaş Ağdam rayonunda məcburi köçkün Cavabdeh ünvan 2 ünvanında faktiki olaraq məskunlaşmışdır. İş materiallarında olan "xxxx" MMC-nin kassa mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən cəmiyyətə 300 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan və cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, "xxxx" MMMC-nin komendantı Talıbkı İ.X. bildirmişdir ki, X2 2 saylı mənzilində 02 dekabr 2021-ci il tarixində isti su xəttində baş vermiş avariya divarın içərisində şaquli su və kanalizasiya trubalarının keçən hissəsinin yanında baş vermişdir. Onu da bildirmişdir ki, balkonda yerləşdirilən kombidən hamam və tualetə çəkilən isti su xəttini bundan əvvəlki ev sahibi evin təmiri zamanı özü çəkdirmişdir. Deşilmə həmin xəttə baş vermişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/4831 saylı rəyinə əsasən mülki iş materiallarında olan fotoşəkillərə və "xxxx" MMC-nin su anbarlarında xidmət edən əməkdaşları tərəfindən 02 dekabr 2021-ci il tarixdə tərtib edilmiş aktın məlumatlarına əsasən qeyri-yaşayış sahəsinin üst mərtəbəsində yerləşən 02 saylı mənzildən isti su xəttinin deşilməsi nəticəsində qeyriyaşayış sahəsinə su axıdılmış və İddiaçı məxsus əmlaka ziya dəydiyimi müəyyən edilmişdir. Lakin baxış zamanı ünvan 3 ünvanında 1 nömrəli yaşayış binasının 1-ci mərtəbəsindəki ümumi sahəsi 103,0 kv.m. olan 156 nömrəli qeyri-yaşayış sahəsi təmir olunduğundan, həmin qeyri-yaşayış sahəsinə dəymiş zərərin aradan qaldırılması məqsədilə təmir işlərinə çəkiləcək xərclərin dəyərini dəqiqliklə nə qədər təşkil etməsini müəyyən etmək mümkün olmadı. Eyni zamanda, iş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli ƏEM/N1115-1118/21 nömrəli qiymətləndirmə rəyinə əsasən, ünvan 4 ünvanında 1 nömrəli yaşayış binasının 1-ci mərtəbəsindəki ümumi sahəsi 103,0 kv/m olan 156 nömrəli qeyri-yaşayış sahəsinə dəymiş zərərin aradan qaldırılması məqsədilə aparılmalı təmir işlərinə çəkiləcək xərclərin dəyəri 6098,0 manat məbləğində müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1.-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının istifadəsi və sahibliyində olan ünvan 4 ünvanında 1 nömrəli yaşayış binasının 1ci mərtəbəsindəki ümumi sahəsi 103,0 kv/m olan 156 nömrəli qeyri-yaşayış sahəsinə cavabdehin istifadəsində olan ünvan 2 ünvanında yerləşən mənzilindən su axıdılması nəticəsində iddiaçıya 6098,0 manat, məbləğində maddi ziyan dəymişdir. Odur ki, iddia əsaslı hesab edilərək təmin edilməlidir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil etmişdir. Məhkəmə həmçinin hesab edir ki, iddia ərizəsinin verilməsi üçün tədqiqatın aparılması və mütəxəssis rəyinin alınması üçün ödənilmiş 300 manat məbləğində pul vəsaiti də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, cavabdeh iddiaçı qarşısında yaranmış öhdəliyi icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar əlavə zərər vurmuşdur. Odur ki, maddi zərər məbləği cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının məhkəmədə iddia qaldırılması ilə əlaqədar çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 83,98 manat, ekspert rəyinin verilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 100 manat məbləğində məhkəmə xərcləri də cavabdehə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyəri cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. X1 maddi ziyana görə 6098,0 (altı min doxsan səkkiz manat) manat, mütəxəssis tədqiqatının dəyərinə görə ödənilmiş 300 manat, dövlət rüsumuna görə ödənilmiş 83,98 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. X1 iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 100 (yüz manat) manat dövlət nəfinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-59/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-59/2023
27.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver