Məhkəmə qərarları › İş №2(011)-5914/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5914/2024

09.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5914/2024 09.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh uzun müddətdir ki, tanıyır. xx.xx.2016-cı il tarixdə Cavabdeh ilə aralarında olan razılaşmaya əsasən iddiaçı cavabdehə 12000 manat borc pul vermişdir. Onunla cavabdeh arasında olan qarşılıqlı razılaşmaya görə kredit müqaviləsi formasında xx.xx.2016-cı il tarixdə notarial qaydada kredit müqaviləsi üzrə rəsmiləşdirilmiş və cavabdeh iddiaçıdan aldığı 12000 manat borc pulu müqavilə ilə müəyyənləşdirilmiş müddət ərzində, yəni xx.xx.2017ci il tarixə qədər bir il müddətinə hər ay 1000 manat ödəməklə iddiaçıya qaytarmalı idi. Müqavilə borcun qaytarılması müddəti bitəndən sonra cavabdehə borclu olduğu 12000 manat borcdan qalan pulu qaytarmaq barədə müraciət etmişdir. Lakin həmin vaxtdan bugünı qədər Cavabdeh iddiaçıya borclu olduğu 12000 manat məbləğindən 6900 manat hissə-hissə olmaqla ödəmişdir. Sonuncu ödənişi 8 iyun 2024-cü il tarixdə 150 manat olmuşdur. Hal-hazırda cavabdehin iddiaçıya 5100 manat borcu vardır. İddiaçı hər dəfə cavabdehdən borcunu tam məbləğdə geri tələb etsə də, cavabdeh gecikdirmələrlə ona hissə-hissə ödəniş etmişdir. İddiaçı hesab edir ki, cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuşdur. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh kredit müqaviləsi üzrə ona verdiyi 12000 manat borcdan qalan 5100 manat borcun və ödənilmiş 74 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehdən 5000 manatın bütöv qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Cavabdeh iddia tələbini qəbul etməklə yanaşı, məhkəməyə bununla bağlı ərizə təqdim edərək, iddiaçıya 5000 manat borcu olduğunu və borcu hər ay 50 manat olmaqla ödəyə biləcəyini bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edib sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 10 dekabr 2016-cı il tarixli kredit müqaviləsinin surətindən görünür ki, borc verən İddiaçı ilə borc alan Cavabdeh arasında kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən borc verən borc alana 12000 manat məbləğində pulu borc vermiş, borc alan krediti 10 dekabr 2017-ci il tarixədək, hər ay 1000 manat ödəməklə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra bu məcəllənin maddələrinə istinad ediləcək) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Belə müqavilələrdən birini borc (kredit) müqaviləsi təşkil edir. Həmin müqaviləyə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana)n keçirməyi öhdəsinə götürür, digər iştirakçı isə (borc alan) aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.(maddə 739). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. (maddə 442) Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. (maddə 443.1) Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.(maddə 445.2.1) Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.(maddə 448.1) Beləliklə, mülki işin materialları, tərəflərin izahatı və kredit müqaviləsi ilə təsdiq edilir ki, Cavabdeh 10 dekabr 2016-cı il tarixdə İddiaçı 12000 manat məbləğində borc pul alaraq, 10 dekabr 2017-ci il tarixədək, hər ay 1000 manat ödəməklə, qaytaracağını öhdəlik olaraq üzərinə götürsə də, hazırki günədək həmin məbləği tam şəkildə geri qaytarmamış, iddiaçıya ümumilikdə 7000 manat ödəniş etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliyinin yerinə yetirilməməsi sübut edildiyi üçün Cavabdeh 5000 manat məbləğində borc pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 5000 manat məbləğində pul vəsaiti və 70 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar