Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5977/2021 02.08.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 27 noyabr 2013-cü il təvəllüdlü X1 üçün aliment məbləğinin artırılmaqla hər ay 175 manat sabit pul məbləğinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, tərəflər arasında münasibətlər ailə qurduqları ilk dövrlərdə normal olmuş, lakin sonralar aralarında tez-tez narazılıqlar yaranmış və münasibətləri kəskin pisləşmişdir, nəticədə Bakı şəhər Xətai rayon Məhkəməsinin 27.01.2015-ci il tarixli 2(011)-28/2015 saylı qətnaməsi ilə nikahları pozulmuş və bu barədə Xətai rayon VVADQ şöbəsi tərəfindən 07.01.2016-cı il tarixli 13 nömrəli nikahın pozulması barədə şəhadətnamə verilmişdir, birgə nikahlarından 27.11.2013-cü il təvəllüdlü X4 doğulmuşdur, məhkəmə qətnaməsi ilə nikah pozulduqdan sonra azyaşlı uşaq iddiaçının himayəsində qalmış, uşaq yetkinlik yaşına çatanadək 108 manat məbləğində sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir, Bakı şəhər Xətai rayon Məhkəməsinin 11.10.2018-ci il tarixli 2(011)-8315/2018 saylı qətnaməsi ilə alimentin məbləği artırılaraq hər ay 154 manat miqdarında təyin olunmuş, Bakı şəhər Xətai rayon Məhkəməsinin 10.03.2020-ci il tarixli 2(011)-2216/2020 saylı qətnaməsi ilə alimentin məbləği qismən artırılaraq hər ay 160 manat olması qət edilmişdir, təyin olunan 160 manat aliment miqdarı indiki dövrdə yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün çox azdır, Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir və hazırki dövrdə məktəbli olan bir uşağın saxlanması, onun məktəb ləvazimatlarının alınması və digər təminatlarının ödənilməsi üçün cəmi 160 manat aliment məbləği çox azdır, belə ki, uşaq böyüdükcə onun tələbatı da artır və tutulan aliment uşağın tələbatını ödəmir. Sonda Vəkil iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh ərizə təqdim edərək və ərizəsinə uyğun izahat verərək bildirdi ki, o, iddia tələbini qəbul edir, iddiaçı ilə 2015-ci il də boşanmışdırlar, birgə nikahlarından 27.11.2013-cü il təvəllüdlü X4 adlı bir uşaqları var, Bakı şəhər Xətai rayon Məhkəməsinin 10.03.2020-ci il tarixli 2(011)-2216/2020 saylı qətnaməsi ilə iddiaçıya 160 manat məbləğində aliment ödəyir, hazırda da, çətinlik çəksə də, 27.11.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat məbləğində aliment ödəməyə etiraz etmir. Sonda Cavabdeh qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan AZ-İİİ 190856 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X4 17 noyabr 2013-cü ildə Zaqatalada doğulmuşdur, onun atası Cavabdeh, anası isə X3r. İş materiallarından olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-28/2015 saylı 27.01.2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, tərəflər arasında 28 avqust 2012-ci il tarixdə Zaqatala rayon qeydiyyat şöbəsində 193 nömrəli akt qeydinə əsasən qeydiyyata alınmış nikahın pozulması, nikah pozulduqdan sonra 27.11.2013-cu il təvəllüdlü X2 ananın yanında qalması, 27.11.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün 08.09.2014-cü il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay 108 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İş materiallarından olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8315/2018 saylı 11.10.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-28/2015 saylı 27.01.2015-ci il tarixli qətnaməsi ilə 27.11.2013-cu il təvəllüdlü X1 üçün Cavabdeh tutulan alimentin miqdarının artırılması, 17.09.2018-ci il tarixdən başlayaraq 27.11.2013-cü il təvəllüdlü X1 üçün Cavabdeh hər ay 154 manat alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. İş materiallarından olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2216/2020 saylı 10.03.2020-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8315/2018 saylı 11.10.2018-ci il tarixli qətnaməsi ilə 27.11.2013-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh iddiaçının xeyrinə tutulan alimentin miqdarının artırılması, hazırki qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq 27.11.2013-cü il təvəllüdlü X1 üçün Cavabdeh hər ay 160 manat alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflər arasında nikah pozulmuş, birgə nikahdan 27.11.2013-cü il təvəllüdlü X4 adlı bir yetkinlik yaşına çatmayan uşaqları var, nikah pozulduqdan sonra uşaq iddiaçının yanında saxlanılmış və hal-hazırda da onun yanındadır, məhkəmə qətnaməsi əsasında müəyyən olunmuş hər ay 160 manat miqdarında aliment məbləği uşağın saxlanması məqsədlə yetərli deyil və aliment məbləğinin artırılması tələbi uşağın əvvəlki yaşayış səviyyəsinin yaxşılaşdırılması zərurəti ilə sıx bağlıdır, cavabdeh iddia tələbini qəbul edir. Bununla belə, aliment məbləğinin artırılmasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2216/2020 saylı 10.03.2020-ci il tarixli qətnaməsi əsasında cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarının artırılması məsələsini müzakirə edərkən, qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, uşağın yaş həddini, onun mənafeyinin müdafiəsi zəruriliyi kimi diqqətəlayiq halları, həmçinin cavabdehin iddia tələbini qəbul etdiyini nəzərə alaraq cavabdehdən hər ay 175 manat sabit pul məbləğində alimentin tutulmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, 2021-сi il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə iş materialları əsasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, 27.11.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmaqla, Cavabdeh hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə, dövlət rüsumunun kimdən və hansı məbləğdə tutulmasına münasibətdə isə hesab edir ki, artırılmış alimentin məbləğinin illik ödəmə məcmusu 500 manatdan çox olduğundan, həmçinin aliment tələbinə görə iddiaçı dövlət rüsumunu ödəməkdən azad olduğundan, cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2216/2020 saylı 10.03.2020-ci il tarixli qətnaməsi ilə nəzərdə tutulan alimentin miqdarı dəyişdirilərək, 27.11.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmaqla, Cavabdeh hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-5977/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5977/2021
02.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver