Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5985/2021 01.10.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, İddiaçı1, İddiaçı2, İddiaçı3, Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdeh qarşı borc tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdehdən 2200 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı1, 1000 manat məbləğində pul vəsatinin tutularaq İddiaçı3 və 200 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı2 ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçılardan maşın almaq və sonra maşının təmiri üçün borc pul almış, tez bir zamanda qaytaracağına söz vermişdir. 11.01.2019-cu il tarixində iddiaçılar maşın bazarında olanda Fərrux maşın alanda iddiaçılardan, yəni İddiaçı1 2200 manat, İddiaçı3 1000 manat, İddiaçı2 isə 200 manat pul almış və qaytarmamışdır. Odur ki, iddiaçılar hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər. İddiaçı1 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. O, məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Cavabdeh avtomobilin alqı-satqısı məqsədilə 2200 manat məbləğində pul vermişdir. Bununla yanaşı o, İddiaçı2 100 manat, İddiaçı3 isə 1000 manat məbləğində pulu onun vasitəsilə Cavabdeh vermişdir. İddiaçı2 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianı müdafiə etdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddiaçı3 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianı müdafiə etdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək iddianın qismən təmin edilməsini . Belə ki, o, məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, o, İddiaçı2 100 manat borcu var, İddiaçı1 isə 3050 manat məbləğində borcu var. O, İddiaçı3 pul almamış, İddiaçı1 1000 manat məbləğində pulun İddiaçı3 alıb ona ödədiyi barədə məlumatı yoxdur. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin məhkəmə araşdırması zamanı tərəflərin izahatları əsasında müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı1 1950 manat, İddiaçı3 İddiaçı1 vasitəsilə 1000 manat, İddiaçı2 isə İddiaçı1 vasitəsilə 200 manat məbləğində pul almışdır. Həmin pul vəsaiti avtomobilin alqı-satqısı və təmiri məqsədilə alınmışdır ki, həmin avtomobil daha sonra satılaraq əldə edilmiş gəlir mülki iş üzrə tərəflər arasında bölünməli idi. Lakin, Cavabdeh sözü gedən avtomobili alıb satdığına baxmayaraq mülki iş üzrə iddiaçılara hər hansı bir məbləğdə pulu geri qaytarmamışdır. Məhkəmə qeyd edir ki, İddiaçı1 cavabdehdən xeyrinə 2200 manat məbləğində pulun tutulmasın tələb etsə, məhkəmə araşdırması zamanı onun tərəfindən cavabdehə cəmi 1950 manat məbləğində pulun ödənilməsi öz təsdiqini tapmışdır. İddia tələbi qalan hissədə sübuta yetirilməmişdir. Mübahisənin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. (MM-in 386.1-ci maddəsi). Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Göründüyü kimi, əsassız varlanma nəticəsində öhdəlik o halda yaranır ki, şəxs əmlak əldə etsin, həmin əldə etmə başqa şəxsin hesabına olsun və əldə etmənin hər hansı bir qanuni və ya müqavilə əsası olmasın. Hazırkı mülki işin məhkəmə araşdırması zamanı yuxarıda göstərilən hər üç şərtin mövcud olduğu müəyyən edilmişdir. Belə ki, cavabdeh hər hansı qanuni və ya müqavilə əsası olmadan iddiaçılar İddiaçı2 200 manat, İddiaçı1 1950 manat və İddiaçı3 1000 manat məbləğində pulu almış və bununla da əsassız olaraq varlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (MM 1092.1-ci maddəsi). Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir (MM 1092.1-ci maddəsi). Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir (MM 1092.3-cü maddəsi). Yuxarıda istinad edilən qanunvericilik aktı normasının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh hər hansı bir əsas olmadan İddiaçı2 200 manat, İddiaçı1 1950 manat və İddiaçı3 1000 manat məbləğində pulu alaraq onun hesabına əsassız varlandığına görə onun həmin pulu iddiaçıya geri qaytarmaq öhdəliyi yaranmışdır. Odur ki, Cavabdeh 1950 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı1, 1000 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı3 və 200 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı2 ödənilməlidir. Məhkəmə qeyd edir ki, İddiaçı1 cavabdehdən xeyrinə 2200 manat məbləğində pulun tutulmasını tələb etsə, məhkəmə araşdırması zamanı onun tərəfindən cavabdehə cəmi 1950 manat məbləğində pulun ödənilməsi öz təsdiqini tapmışdır. İddia tələbi qalan hissədə sübuta yetirilməmişdir. Odur ki, İddiaçı2 iddiası 1950 manat məbləğin tutulması hissəsində təmin edilməli, qalan hissədə isə təmin edilməməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh 1950 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı1, 1000 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı3 və 200 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı2 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-5985/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5985/2021
01.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver