Məhkəmə qərarları › İş №2(011)-602/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-602/2021

11.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-602/2021 11.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, Cavabdeh etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə İddiaçı “İddiaçı” İstehsalat Birliyinin Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair, iddiaçı Cavabdeh “İddiaçı” İstehsalat Birliyinə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “İddiaçı” İstehsalat Birliyi Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən iddiaçı “İddiaçı” İB-yə vurulmuş 486 manat məbləğində zərərin və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 516 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçı “İddiaçı” İB-nin Azərbaycan Beynəlxalq Bankı İddiaçı şöbəsi üzrə bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “İddiaçı” İB ilə abonent Cavabdeh arasında xx xxxx 2019-cu il tarixdə “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə müqavilə” imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında “İddiaçı” İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana “İddiaçı” İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə xx xxxx 2019cu il tarixdə X4 markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin və “Qazdan istifadə qaydaları”nın tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. “İddiaçı” İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müdaxilə olunduğu aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsində irəli gələn hallar və faktla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx xxxx 2019-cu il tarixli akt tərtib edilmişdir. Tərtib edilmiş aktdan müəyyən olunmuşdur ki, cavabdehin yaşadığı fərdi yaşayış evinin qaz xətti üzərində quraşdırılmış qaz sayğacının çıxış plastmas borusu deşilmişdir. Aşkar edilmiş faktla əlaqədar qaz sayğacı yoxlanması məqsədilə laboratoriyaya göndərilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsində qaz itkisi yaranmış olduğundan, dəymiş ziyanın bərpası məqsədilə Qaz işlədicilərin maksimal saatlıq qaz sərfi nəzərə alınmaqla xx xxxx 2019-cu il tarixli akt əsasında 486 manat məbləğində itirilmiş təbii qazın dəyəri hesablanmışdır. İddiaçı Cavabdeh “İddiaçı” İB-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, **********00000 saylı abonent kodu üzrə əsassız hesablanmış 486 manat məbləğində borcun cavabdeh “İddiaçı” İB tərəfindən silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. İş üzrə cavabdeh “İddiaçı” İB-nin əməkdaşları tərəfindən iddiaçının istifadəsində olan **********00000 saylı abonent kodu üzrə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli, xx xxxx 2019-cu il tarixli akt tərtib edərək həmin aktın nöqsan qrafasında “obyektdə baxış keçirən zaman sayğacın çıxış plastmas borusu deşilmişdir” qeydi aparılmışdır. Həmçinin həmin akta əsasən iş üzrə cavabdeh “İddiaçı” İB itirilmiş təbii qaz dəyərinin hesablanması komissiyası tərəfindən xx xxxx 2019-cu il tarixdə iddiaçıya 4860 m3 qaz sərfiyyatı hesablayaraq iddiaçıya məxsus olan **********00000 saylı abonent koduna 486 manat borc hesablanmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş “İddiaçı” İB-nin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi X2 “İddiaçı” İB-nin Cavabdeh qarşı iddia tələbinə etiraz edərək onun rədd edilməsini, Cavabdeh iddia tələbinin isə təmin edilməsini xahiş etdi. İş materiallarından görünür ki, Soltan Səlimbəyov iddiaçı Cavabdeh oğludur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 69.1-1-ci maddəsinə əsasən, fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil ola bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 19.3-cü maddəsinə əsasən, yaxın qohumlara babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr aiddirlər. Məhkəmə Cavabdeh etibarnamə üzrə nümayəndəsinin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, “İddiaçı” İB-nin Cavabdeh qarşı iddia tələbi rədd, Cavabdeh “İddiaçı” İB-yə qarşı iddia tələbi isə təmin olunmalıdır. Məhkəmə ilk öncə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac xarab olduğu üçün yenisi ilə əvəzlənmişdir. Yoxlama zamanı sayğacın çıxış plastmas borusunun deşildiyi müəyyən olunmuşdur. Buna görə “İddiaçı” İB tərəfindən Cavabdeh itirilmiş qazın bərpası məqsədilə 486 manat pul tələb edilmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx xxxx 2019-cu il tarixli ******* saylı aktın surətindən görünür ki, mənzilə baxış keçirilən zaman sayğacın çıxış plastmas borusunun deşildiyi müəyyən olunmuşdur. İş materiallarında olan abonentin saldosundan görünür ki, abonentin 2019-cu ilə 486 manat borcu yaranmışdır. Məhkəmə iddiaçı Cavabdeh “İddiaçı” İB-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə qiymət verərək, belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi istehlakçı deyil, cavabdeh təşkilat özü daşıdığından, o cümlədən, sayğacın yararsız hala düşməsində istehlakçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh təşkilat tərəfindən həyata keçirilməli olduğundan, itirilmiş qazın bərpası məqsədilə Cavabdeh abunə koduna hesablanmış 486 manat pulun silinməsi barədə iddia tələbi təmin edilməlidir. Məhkəmə iddiaçı “İddiaçı” İB-nin Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə qiymət verərək belə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı “İddiaçı” İB iddia ərizəsində Cavabdeh qaz sayğacına qanunsuz müdaxilə etməsinə istinad edərək cavabdehin qeyri-hüquqi hərəkəti nəticəsində qaz sayğacının çıxış plastmas borusunun deşilməsi və hesablama mexanizminin minimum sərfiyyatda keçən qazın həcmini qeyd etməməsi nəticəsində qaz itkisinin yarandığını və nəticədə təşkilata maddi zərər vurduğunu qeyd etmiş, lakin həmin qanunsuz hərəkətin cavabdehin təqsiri ucbatından edilməsi barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmiş, işin bu halı məhkəmə iclasında sübuta yetirilməmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı Cavabdeh “İddiaçı” İB-yə qarşı iddia tələbi təmin edilməli, “İddiaçı” İstehsalat Birliyi tərəfindən iddiaçı Cavabdeh **********00000 saylı abunə koduna hesablanmış 486 manat məbləğində borc silinməli, iddiaçı “İddiaçı” İB-nin Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi barədə iddia tələbi rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. İş materiallarında olan qəbzdən görünür ki, “İddiaçı” İB tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddiaçı “İddiaçı” İB-nin Cavabdeh qarşı iddia tələbi rədd edildiyindən “İddiaçı” İB tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh “İddiaçı” İstehsalat Birliyinə qarşı qarşı “əsassız hesablanmış borcun silinməsi” barədə iddia tələbi təmin edilsin. Cavabdeh “İddiaçı” İstehsalat Birliyi tərəfindən iddiaçı Cavabdeh **********00000 saylı abunə koduna hesablanmış 486 (dörd yüz səksən altı) manat məbləğində borc silinsin. İddiaçı “İddiaçı” İstehsalat Birliyinin Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” barədə iddia tələbi rədd edilsin. Cavabdeh “İddiaçı” İstehsalat Birliyi tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar