Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-610/2022 21.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, ünvan 1 ünvanında uzun müddətdir ki, yaşayır. Onun üstündə yuxarı ikinci mərtəbədə mənzil 4 ünvanında yaşayan qonşu Cavabdeh 2021-ci il tarixində onun evinə dəfələrlə su axıdır. Tökülən suyun nəticəsində onun mənzilinin divar kağızlarında, mətbəx mebelinə, tavana, hamam-tualetə, eyvanın divarlarına və tavanına ziyan dəymişdir. Bununla bağlı o, qonşusunun, yəni cavabdehin hərəkətlərindən xx.xx.2021-ci il tarixdə Xətai rayon 34-cü Polis bölməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Müraciətini araşdıraraq Xətai rayon 34-cü Polis bölməsi qeyd edilən şikayətin mülki xarakterli olduğunu müəyyən etmiş və məhkəməyə müraciət etməyini tövsiyyə etmişdir. Məhkəmənin nəzərinə çatdırmışdır ki, qonşunun mənzilindən onun mənzilinə suyun axıdılması nəticəsində onun mənzilinə xeyli miqdarda ziyan dəymişdir. Tamamilə hər şey zay və bərbad vəziyyətə düşmüşdür. Cavabdeh onun mənzilinə dəyən ziyanı ödəmək istəmir. Cavabdeh tək onun mənzilini yox, divar qonşusu olan X3 mənzilinə də su axıdaraq onun mənzilini də bərbad vəziyyətə salmışdır. Buna sübut mənzilin fotoşəkilləri mövcuddur. Mənzilinə dəymiş ziyan təxminən 2300 manat civarında təşkil edir. Hüquqlarından istifadə edərək o, məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçı göstərilənləri nəzərə alaraq, ona dəymiş ziyana görə 2300 manat və ödənilmiş dövlət rüsumuna görə 53 manat olmaqla, ümumilikdə 2353 manat pul vəsaitinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə Cavabdeh lazımı qaydada məlumat verilməsinə baxmayaraq, o, hazırki məhkəmə iclasına gəlməmiş və ya nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-si tərəfindən verilmiş 18 may 2021-ci il tarixli arayışdan görünür ki, ünvan 2 ünvanında yaşayan X1 axıdılması ilə bağlı ərizəsi tərəflərindən araşdırılmış, qeyd edilən şikayətin mülki xarakterli olması müəyyən edilmişdir. Həmin arayışa əlavə edilmiş Cavabdeh tərəfindən verilmiş izahatdan görünür ki, MİS-in əməkdaşları tərəfindən mənzilində baxış keçirilmiş və su sızan yer aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/952 nömrəli 14 iyun 2022-ci il tarixli rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən 2 saylı mənzilin divarları və tavanı üzərində olan su sızma izlərini nəzərə alaraq, İddiaçı mənzilinə ziyan dəymişdir. Lakin 2 saylı mənzilin yaşayış otağının su sızma olan hissəsində olan 2 və 4 saylı mənzillərin şaxtasında hər-hansı bir su sızma izlərinin olmadığını nəzərə alaraq, Cavabdeh məxsus 4 saylı mənzildə su sistemində nasazlıq olduğunu müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda 2 saylı mənzilin su sızma izlərinin olan yaşayış otağına paralel digər blokda olan mənzilin sanitar qovşağının divarlarında su sızma və nəm izlərini olduğunu nəzərə alaraq, İddiaçı mənzilində yaranmış su sızma izləri digər 4 saylı mənzilinə paralel olan mənzildən baş verə bilər. Tədqiq olunan 2 saylı mənzilə su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 1187.0 manat məbləğində müəyyən olunmuşdur. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Beləliklə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi ev 18 a, 2 saylı mənzilinə su axıdılması nəticəsində ona dəyən maddi zərərin tutulmasına dair Cavabdeh qarşı iddia qaldırsa da, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/952 nömrəli 14 iyun 2022-ci il tarixli rəyi ilə təsdiq edilmişdir ki, Cavabdeh məxsus 4 saylı mənzildə su sistemində nasazlıq olduğunu müəyyən etmək mümkün olmamışdır və İddiaçı mənzilində yaranmış su sızma izləri digər 4 saylı mənzilinə paralel olan mənzildən baş verə bilər. İddiaçı tərəf isə mənzilinə dəymiş ziyanın məhz Cavabdeh məxsus 4 saylı mənzildə olan su sızması nəticəsində yaranmasına dair hər hansı sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə mülki işdə olan sübutları qiymətləndirib, işin faktiki hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, iddia tələbi sübutlarla təsdiq edilmədiyindən iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 53 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-610/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-610/2022
21.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver