Məhkəmə qərarları › İş №2(011)-6104/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6104/2022

02.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6104/2022 02.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı (cavabdeh) İddiaçı, Cavabdeh (iddiaçı) Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” barədə iddia tələbinə, Cavabdeh İddiaçı qarşı “alimentin təyini” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli 2(011)-404/2021 saylı Qətnaməsi ilə müəyyən edilən alimentin miqdarı dəyişdirilərək, xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10 oktyabr 2021-ci il tarixindən hesablanmaqla, cavabdeh İddiaçı yetkinlik yaşına çatana kimi xx.xx.2011-ci il təvəllüdlü X1 üçün cavabdehin əmək haqqının dörddə bir hissəsi aliment ödənişinin hər ay iddiaçı Cavabdeh xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Xətai rayon Məhkəməsinin e-2(011)-6212/2022 saylı xx.xx.2022-ci il tarixli Qərardadı ilə Xətai rayon Məhkəməsinin icraatında olan Cavabdeh İddiaçı qarşı alimentin təyin edilməsi barədə iddiası üzrə 2(011)-6212/2022 saylı mülki işlə; Xətai rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı alimentin artırılması barədə iddiası üzrə 2(011)- 6104/2022 saylı mülki iş birləşdirilmişdir. Məhkəmə iclasında İddiaçı yazılı ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin dəqiqləşdirilməklə, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli 2(011)-404/2021 saylı Qətnaməsi ilə müəyyən edilən alimentin miqdarı dəyişdirilərək (artırılaraq) xx.xx.2007-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh əmək haqqısı və digər gəlirlərinin ¼ hissəsi qədər aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdeh ilə xx.xx.2006-cı ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar, birgə nikahdan iki uşaqları var, münasibətləri korlandığı üçün tərəflə olan nikahları pozulmuş, hər iki uşağın öz himayəsində qalması, onların saxlanması üçün cavabdehdən hər ay hər uşaq üçün 170 manat aliment tutulması qət edilmişdir, hal-hazırda özü kirayə yaşayır, oğlu hazırda öz yanındadır, öz maddi vəziyyəti ağırdır, dəfələrlə bu barədə cavabdehə bildirsə də, o, buna məhəl qoymamışdır, köməkli göstərməmişdir, hazırda alimentin artırılmasını, ödənilən alimentin cavabdehin əmək haqqına yönədilməsini istəyir. Həmçinin İddiaçı bildirdi ki, uşaqlar qəyyumluq tərəfindən rəy verildikdən sonra onun himayəsinə verilmişdir, yəni onun yaşayış yeri, vəziyyəti hamısı araşdırılmışdır və qət edilmişdir ki, uşaqarın hər ikisi ananın himayəsində qalsın, hətta apellyasiya instansiyasında da ekspert rəyi alınmışdır və bu rəydən də görünür ki, öz himayəsində olan uşaqda bir təsir yoxdur, lakin atasının himayəsində olan uşaqda, yəni qızında, kənar – atanın psixoloji təsiri vardır, apellyasiya məhkəməsi ilə də uşağın onun yanında qalması hissəsi dəyişdirilməyib, yenə də qətnamə ilə uşaq öz himayəsindədir, lakin artıq bir ildir ki, qızı atasının yanındadır, onun yanına getdikdən sonra, ona görə tutulan alimentin verilməsi kəsilmişdir, bununla bağlı məhkəmə də olmuşdur, o alimenti heç özü də istəməmişdir, onun üçün əsas öz övladıdır, lakin atanın himayəsində olan uşağa yaxşı baxılmır, o, qız uşağıdır, baxımsız vəziyyətdədir, hətta onun məktəbinin direktoru və müəllimləri ilə danışmışdır, qiymətləri sıfır vəziyyətindədir, bir valideyn kimi özü uşağa nəzarət etdiyi, dərsləri ilə maraqlandığı üçün uşaq onun yanından atasının yanına getmişdir və orada da qalmaq istəyir, çünki atası ona nəzarət etmir, dərsi ilə maraqlanmır, o, şirin sözlərlə qızını evdən qaçırtmışdır, cavabdehin etdiyi prinsipdir, o, oğlan uşağı ilə heç maraqlanmır, onu isə daim hədələyir, bildirir ki, məhkəmədə işləyir, hər şey edə bilər, öz himayəsində olan uşaq - oğlu isə xəstədir, cavabdeh bildirir ki, əgər avtomobili verərsə, aliment tələb etməyəcəkdir, həmçinin cavabdehə ana tərəfdən də çox böyük dəstək vardır, onun alimentə ehtiyac yoxdur. Sonda İddiaçı qeyd edilənlərin nəzərə alınmasını və öz iddia tələbinin təmin olunmasını, qarşı tərəfin iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini müdafiə edərək edərək izahatında bildirdi ki, qətnamə ilə uşaqların hər ikisi anasının himayəsinə verilmişdir, lakin faktiki olaraq qızı hal-hazırda, artıq bir ilə yaxındır ki, öz yanındadır, bu uşağın öz istəyinə uyğundur, onu məcbur etməmişdir, uşaqdan dəfələrlə istəmişdir ki, anasının və qardaşının yanına getsin, onlarla da qalsın, ancaq uşaq bunu istəmir, onunla - atası ilə qalmaq istəyir, bu halı icraçı da görmüşdür, digər məhkəmələrdə iddiası olmamışdır, lakin indi sadəcə öz hüququnu istəyir, necə ki, özü aliment ödəyir və ödəmişdir, öz himayəsində olan uşağa görə də anadan aliment istəyir, boşandıqdan 2021-ci ilin oktyabr ayınadək qızı ananın yanında olmuş, bu müddət ərzində hər iki uşaq üçün 340 manat aliment ödəmişdir, lakin daha sonra – oktyabr ayının 10-da, iş apellyasiya məhkəməsi zamanı uşaq öz yanına gəlmiş, onunla yaşamağa başlamışdır, bu səbəbdən aliment ödənilməsi dayandırılmışdır, anası da uşağın onun yanında yaşamasına dair icrada etiraz etməmişdir, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinə əsasən, uşaq anasına verildikdən sonra aliment verilməsi bərpa olunacaqdır, qətnamə ilə bugünə kimi uşaq anadadır düzdür, lakin faktiki olaraq öz yanındadır, həmin qətnamə icra olunmur, çünki uşaq ananın yanına getmək istəmir, hazırki tələbi aliment barədədir, uşağın anaya verildiyi zamanadək İddiaçı aliment tutulmasını istəyir, həm özünə, həm qız uşağına baxa bilmir, qarşı tərəfə də aliment ödəyir, 25% alimentə etirazı yoxdur, amma öz himayəsində olan uşağa görə anadan aliment istəyir. Sonda Cavabdeh qeyd edilənlərin nəzərə alınmasını, öz iddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı iddia tələbi təmin edilməli, Cavabdeh iddia tələbi isə rədd edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İ seriyalı 954540 saylı “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X10 24 avqust 2007-ci ildə Bakı şəhərində anadan olmuşdur. Onun atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan AZ-İİ seriyalı 707710 saylı “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X6 xx.xx.2011-ci ildə Bakı şəhərində anadan olmuşdur. Onun atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-404/2021 xx.xx.2021-ci il tarixli Qətnaməsindən görünür ki, tərəflər arasında xx.xx.2006-cı il tarixdə Bakı şəhəri Səadət Sarayında 3737 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuş, xx.xx.2007-ci il təvəllüdlü X10 və xx.xx.2011-ci il təvəllüdlü X8 anası İddiaçı yanında qalması, qətnamə qəbul edildiyi gündən başlayaraq xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməsi, “VAZ 21043” minik markalı, **-VU-*** dövlət qeydiyyat nişanlı və “Mercedes Benz Vito115 CDİ” minik markalı, **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobillərə dair ½ hissədə İddiaçı, digər ½ hissədə isə Cavabdeh paylarının (mülkiyyət hüquqları) müəyyən edilməsi, qarşılıqlı iddianın qalan hissədə (əlavə xərclərə görə 260 manat pulun tutulması və "Renault Megane" minik markalı, **-VU-*** dövlət qeydiyyat nişanlı avtomobilin birgə nikah dövründə əldə edilmiş əmlak kimi bölünməsi, həmin avtomobilin üzərində cavabdehin 2/3, iddiaçının isə 1/3 pay hüquqları üzrə mülkiyyət hüquqlarının tanınması hissəsində) hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-489/2022 saylı xx.xx.2022-ci il tarixli Qətnaməsindən görünür ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, maraqlarına toxunan şəxs X4 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, 2(011)-404/2021 saylı qətnaməsi “alimentin tutulması” hissəsində dəyişdirilməklə, xx.xx.2011-ci il təvəllüdlü X2 atası Cavabdeh alınaraq İddiaçı himayəsinə verildiyi andan alimentin tutulmasının icra edilməsi qət edilmişdir. Həmin Qətnamədən görünür ki, Kollegiya yekunda, məhkəmə kollegiyasının iclasında uşaqların fikrini dinləmiş, müvafiq Komissiyanın və psixoloji ekspertizanın rəylərini diqqətə almış və ən əsası öz daxili inamına əsasən ədalət balansını pozmadan uşaqların ananın yanında qalmaları qənaətinə gəlmişdir. İş materiallarında olan, habelə Bakı Apellyasiya Məhkəməsində tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 11/434 saylı rəyinin surətinə əsasən, xx.xx.2007-ci il təvəllüdlü X5 hal-hazırda anası İddiaçı bağlılığı müəyyən olunmaqla, atası Cavabdeh bağlılığı üzə çıxmır. xx.xx.2007-ci il təvəllüdlü X7 hal-hazırda atasına qarşı küskünlük müəyyən olunur. xx.xx.2011-ci il təvəllüdlü X2 hal-hazırda atası Cavabdeh və anası İddiaçı bağlılığı müəyyən olunmaqla, atası Cavabdeh bağlılığı daha çoxdur. xx.xx.2007-ci il təvəllüdlü X5 psixikası və davranışında ailədaxili münasibətlərlə bağlı fikir və mülahizələrilə dəyişdirə biləcək səviyyədə kənar psixoloji təsir əlamətləri üzə çıxmır. xx.xx.2007-ci il təvəllüdlü X10 psixi inkişafına, yaş və fərdi psixoloji xüsusiyyətlərinə görə ailədaxili qarşılıqlı münasibətlərlə bağlı fikir və mülahizələrini iradəsinə uyğun müstəqil şəkildə ifadə etmək qabiliyyətinə malikdir. xx.xx.2011-ci il təvəllüdlü X2 psixikası və davranışında ailədaxili münasibətlərlə bağlı fikir və mülahizələrini dəyişdirə biləcək səviyyədə kənar psixoloji təsir əlamətləri üzə çıxır. Valideynləri və digər yaxın qohumları arasındakı qarşılıqlı münasibətlərdə mövcud olan gərginlik X2 emosionaliradi sferasına və anası İddiaçı olan münasibətinə neqativ təsir göstərmişdir. İş materiallarında olan “Azəriqaz” İB tərəfindən verilmiş İddiaçı 1 illik əmək haqqı və gəlir haqqında Arayışdan görünür ki, 12-ci dərəcəli aparıcı mühasib İddiaçı 2021-ci ilin sentyabr ayından, 2022-ci ilin avqust ayınadək cəmi 14306,8 manat hesablanmış, 11719,24 manat ödənilmişdir. İş materiallarında olan “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya institutu” Publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** saylı Arayışın surətindən görünür ki, X10 iki tərəfli, anadangəlmə ikinci dərəcəli yastıpəncəlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “İlkin Mediasiya sessiyasında iştirak edilməməsi barədə” Arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və 50 AZN məbləğində mediasiyaya dair xərci ödəmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “İlkin Mediasiya sessiyasında iştirak edilməməsi barədə” Arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etməmişdir, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmiş və 50 AZN məbləğində mediasiyaya dair xərci ödəmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Qəbzin surətindən görünür ki, Cavabdeh tərəfindən 10 saylı Mediasiya təşkilatına 50 manat mediasiyaya dair xərc ödənilmişdir. İş materiallarıda olan “Elektron məhkəmə” İnformasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh Bakı Apellyasiya Məhkəməsində dövlət qulluqçusu, baş mütəxəssis - sürücü vəzifəsində işləyir, onun əmək haqqı 1024,5 manatdır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflər arasındakı nikah pozulmuşdur, onların birgə nikahdan xx.xx.2007-ci il təvəllüdlü X10 və xx.xx.2011-ci il təvəllüdlü X8 adlı iki yetkinlik yaşına çatmayan uşaqları var, Xətai rayon Məhkəməsinin 2(011)-404/2021 xx.xx.2021-ci il tarixli Qətnaməsi ilə hər iki uşağın anaları İddiaçı yanında qalması, qətnamə qəbul edildiyi gündən başlayaraq onların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir, həmin qətnamə, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-489/2022 saylı xx.xx.2022-ci il tarixli Qətnaməsi ilə “alimentin tutulması” hissəsində dəyişdirilməklə, xx.xx.2011-ci il təvəllüdlü X2 atası Cavabdeh alınaraq İddiaçı himayəsinə verildiyi andan alimentin tutulmasının icra edilməsi qət edilmişdir, qətnamə “xx.xx.2011-ci il təvəllüdlü X2 anası İddiaçı yanında qalması” hissədə dəyişdirilmədən saxlanmışdır, hal-hazırda faktiki olaraq xx.xx.2007-ci il təvəllüdlü Y.Səfərov anasının, xx.xx.2011-ci il təvəllüdlü E.Səfərova isə atasının yanındadır, Cavabdeh hazırda işləyir, onun müntəzəm gəliri (1024,5 manat) vardır. Bununla belə, Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin ödənilməsi üsulunun dəyişdirilməsini (artırılmasını) istisna edən, habelə xx.xx.2011-ci il təvəllüdlü E.Səfərovanın saxlanması üçün İddiaçı aliment tutulmasına əsas verən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, İddiaçı iddia tələbinə - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli 2(011)-404/2021 saylı Qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə tutulan aliment müzakirə edərkən, uşağın yaş həddini, onun mənafeyinin müdafiəsi zəruriliyi kimi diqqətəlayiq halları, tərəflərin maddi və ailə vəziyyətini, cavabdehin hazırda işləməsini, onun aylıq müntəzəm qazancının olmasını, alimentin onun qazancından (gəlirindən) müəyyən hissə kimi tutulmasının mümkün olmasını, habelə bu barədə Cavabdeh etirazının olmamasını nəzərə alaraq, ondan İddiaçı ilə birgə nikahından olan xx.xx.2007-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanmasına görə hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə, Cavabdeh iddia tələbinə münasibətdə isə qeyd edir ki, nikahın pozulması zamanı uşağın valideynlərdən hansının yanında qalması məsələsinin həll olunması, bu barədə məhkəmə qətnaməsi qüvvəyə mindikdən sonra uşaq tələbinə dair yeni əsaslarla iddia qaldırılmasına mane olmur, bununla belə, xx.xx.2011-ci il təvəllüdlü X8 hazırda faktiki olaraq atasının yanında olmasına baxmayaraq, Cavabdeh, uşağın rəsmi yaşayış yerinin onun yanında olması ilə bağlı tələblə məhkəməyə müraciət etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, nə qədər ki, uşağın ananın yanında qalmasını müəyyən edən məhkəmə qətnaməsi qanuni qüvvədədir, uşağın digər valideynlə yaşaması faktı aliment tutulması üçün əsas hesab oluna bilməz. Belə olan halda məhkəmə hesab edir ki, hazırki halda qarşılıqlı iddia tələbi əsassızdır və ona görə də məhkəmə tərəfindən təmin oluna bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 51.2-ci maddəsinə əsasən, uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər), bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı və məhkəmə tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən, aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. Həmin Məcəllənin 75.1-ci maddəsinin tələbinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanılması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 104.2-ci maddəsinə əsasən, aliment verməyə borclu olan şəxs iş və ya yaşayış yerinin dəyişməsi haqqında, aliment yetkinlik yaşına çatmayan uşağa görə tutulduqda, həm də əlavə qazancı (əvəzçiliklə işlərinə görə və s.) haqqında həmin müddətdə icra məmuruna məlumat verməlidir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarla formalaşdırılmış hüquqi mövqeyə görə, nikahın pozulması zamanı uşağın valideynlərdən hansının yanında qalması məsələsinin və ya uşaqla bağlı mübahisənin həll olunması, bu barədə məhkəmə qətnaməsi qüvvəyə mindikdən sonra uşaq tələbinə dair yeni əsaslarla iddia qaldırılmasına mane olmur.....Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Qərarında məhkəmələrə izah edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, İddiaçı iddia tələbi təmin edilməli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli 2(011)-404/2021 saylı Qətnaməsi ilə müəyyən edilən alimentin miqdarı dəyişdirilərək, xx.xx.2007-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh əmək haqqı və digər gəlirlərinin ¼ hissəsi qədər aliment tutularaq İddiaçı ödənilməli, Cavabdeh İddiaçı qarşı “alimentin təyini” barədə iddia tələbi isə təmin edilməməlidir. Məhkəmə, dövlət rüsumunun kimdən tutulması məsələsinə münasibətdə hesab edir ki, aliment ödəmək barədə iddia tələbi üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarından, hazırki iş üzrə İddiaçı iddia tələbi təmin edildiyindən, artırılmış aliment məbləğinin həcmi nəzərə alınmaqla, Cavabdeh 30 manat dövlət rüsumu alınmalı, Cavabdeh iddia tələbi rədd edildiyindən, həmin tələb üzrə tərəflərdən dövlət rüsumu tutulmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı iddia tələbi təmin edilsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli 2(011)-404/2021 saylı Qətnaməsi ilə müəyyən edilən alimentin miqdarı dəyişdirilərək, xx.xx.2007-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmaqla, hər ay Cavabdeh əmək haqqı və digər gəlirlərinin ¼ hissəsi qədər aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh İddiaçı qarşı “10 oktyabr 2021-ci il tarixindən hesablanmaqla cavabdeh İddiaçı yetkinlik yaşına çatana kimi xx.xx.2011-ci il təvəllüdlü X1 üçün cavabdehin əmək haqqının dörddə bir hissəsi aliment ödənişinin hər ay iddiaçı Cavabdeh xeyrinə tutulması” barədə iddia tələbi təmin edilməsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq Dövlət büdcəsinə ödənilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində, Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar