Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6105/2025 04.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, X11 qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil Cavabdeh (daha sonra çıxarılmışdır) X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsində qeyd edilən işin halları:
1. İddiaçı hər birinin dəyəri 13.500 manat olan "Dacia Logan"markalı, 77.-Hİ -568 dövlət qeydiyyat nömrə nişanlı və **-KX-*** dövlət qeydiyyat nömrə nişanlı 2 avtomaşını öz adına qeydiyyata almış, daha sonra 2023-cü ilin aprel ayında alıcı kimi tapdığı Cavabdeh avtomobilləri şəhərdə taksi kimi istifadə etmək və hər iki avtomobilə görə 4 ay ərzində 44.000 manat vəsaiti hissə-hissə ödəmək şərtilə almaq istədiyini bildirmişdir. İddiaçı bu təkliflə razılaşaraq hər iki avtomaşını cavabdehin təklif etdiyi şərtlərlə ona vermiş və Cavabdeh təklif etdiyi sürücülərə, o cümlətən "Dacia Logan"markalı, **-Hİ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşını almaq istəyən dostu cavabdeh X7 avtomobilləri idarə etmək üçün etibarnamə vermişdir.
2. Lakin razılaşmadan 2 il 4 ay keçməsinə baxmayaraq cavabdeh vədinə əməl etməmişdir müxtəlif bəhanələrlə hər 2 il taksi olaraq istifadə etdiyi hər iki avtomaşının dəyərini ödəməkdən yayınmış, bu müddət ərzində isə cavahdehin sərəncamında və sahibliyində olan avtomaşınların yol hərəkət qaydaların pozulması səbəbi ilə tətbiq edilmiş cərimələr (1053 +9136) 2089 manat təşkil etmiş və bu günədək ödənilməmişdir.
3. İddiaçı Bakı şəhəri Sabunçu rayon Pİ-nin İŞ-nə şikayət ərzəsi ilə müraciət edilmiş, cinayət işi başlanmasının rədd edilməsi haqda xx.xx.2025-ci il tarixli qərarı ilə Cavabdeh əməllərində dələduzluq cinayətin tərkibi olmadığını, tərəflər arasında olan mübahisə mülki xarakter daşıdığını, cavabdeh istintaq orqanına verdiyi izahatında Dacia Logan" markalı, 77-Hİ -568 dövlət qeydiyyat nömrə nişanlı və **-KX-*** dövlət qeydiyyat nömrə nişanlı 2 avtomaşını 2023-cü ilin aprel ayında iddiaçının nümayəndəsi X2 aldığını, iki il həmin avtomaşınları onun avtomaşınları idarə etmək üçün verilmiş etibarnamələr əsasında taksi kimi fəaliyyət göstərdiyini, mühərriklərdə problemləri olduğu üçün təmir üçün ustalara verildiyini, düzəldib qaytarmaq niyyətində olduğunu bildirmiş, deyilən o vaxtdan 8 ay da keçməsinə baxmayaraq avtomaşınlar təmir etdirilməmiş və ya heç bir vəsait ödənilməmişdir.
4. Bundan başqa “Renault” Serviz Mərkəzinə hər iki avtomaşına baxış keçirilməsi və qüsurların ilkin siyahısını müəyyən edilməsi ilə bağlı müraciəti əsasında “Renault” Serviz Mərkəzin mütəxəssisləri tərəfindən xx.xx.2025-ci il tarixdə hər iki avtomobilə baxış keçirilmiş və "Dacia Logan" markalı, **-Hİ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin qüsurlarının aradan qaldırılması üçün istifadə olunan ehtiyat hissələri və materialların alınması üçün ilkin olaraq 3207,50 manat və görülməli işlər üçün 930,00, cəmi 4137,50 manat, "Dacia Logan" markalı, və **-KX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin qüsurlarının aradan qaldırılması üçün istifadə olunan ehtiyat hissələri və materialların alınması üçün ilkin olaraq 2597,50 manat və görülməli işlər üçün 830,00, cəmi 3427,50 manat vəsait tələb olunmasına dair qüsur aktları tərtib edilmişdir.
İddiaçının tələbi:
5. Cavabdehlər Cavabdeh və X3 müştərək qaydada hər iki avtomaşının dəyəri olan 44.000 manat vəsaitin və həmin vəsaitin 2 il ərzində ödənilməməsi nəticəsində əldən çıxmış fayda olaraq 10.000 manat vəsaitin bu mümkün olmadığı halda hər iki avtomaşını istifadəyə yararlı vəziyyətə salmaqla təhvil verilməsi, 2 il ərzində yol hərəkəti qaydalarının pozulması ilə bağlı həmin avtomaşınlara tətbiq edilmiş, 1.969 manat cərimələrin, 2 il ərzində avtomobillərə əsassız sahiblənərək taksi kimi istismar etməsi nəticəsində əldən çıxmış aylıq fayda olaraq (hər aya görə 500 manat) 12.000 manat vəsait alınaraq alınaraq iddiaçıya ödənilməsini xahiş etmişdir.
6. İddiaçı xx.xx.2025-ci il tarixli ərizəsi ilə müraciət edərək, iddiaçı X8 iddia tələblərini dəqiqləşdirərək məhkəmədən Cavabdeh ona məxsus “Dacia Logan”markalı,**-HO-*** dövlət qeydiyyat nömrə nişanlı və **-KX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillərin dəyəri olan 44.000 manat vəsaitin və həmin vəsaitin 2 il ərzində ödənilməməsi nəticəsində əldən çıxmış fayda olaraq 10.000 manat vəsaitin və 252 manat ödənilmiş dövlət rüsumun, bu mümkün olmadığı halda hər iki avtomaşını təmir etməklə istifadəyə yararlı vəziyyətə salmaqla ona təhvil verilməsi, 2 il ərzində yol hərəkəti qaydalarının pozulması ilə bağlı həmin avtomaşınlara tətbiq edilmiş 1.969 manat cərimələrin və bu müddət ərzində avtomobillərə əsassız sahiblənərək taksi kimi istismar etməsi nəticəsində əldən çıxmış aylıq fayda olaraq (hər aya görə 500 manat olmaqla) 12.000 manat vəsaitin, cəmi 13.969 manat vəsaitin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Daha sonra xx.xx.2025-ci il tarixli ərizəsi ilə müraciət edərək, hazırda iddiaçı X8 Cavabdeh qarşı qaldırdığı iddia tələblərini dəqiqləşdirərək məhkəmədən iddiaçıya məxsus “Dacia Logan” markalı, **-HO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə vurulmuş zərərin əvəzi olaraq 4337,50 manat vəsaitin, qeyd edilmiş “Dacia Logan”markalı, **-HO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin 2 il ərzində taksi olaraq istifadə etməsi nəticəsində 900 manat ödənilməmiş yol hərəkəti qaydalarının pozulması ilə bağlı cərimələrin,həmin müddət ərzində əldən çıxmış fayda əvəzinə 10.000 manat vəsaitin və ödənilmiş 252 manat dövlət rüsumun, cəmi 15.289,50 manat vəsaitin Cavabdeh alınaraq iddiaçı X10 verilməsi ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Cavabdehin etirazı:
8. Cavabdeh tərəfindən ərizəçinin tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır.
İşdə iştirak edən şəxslərin izahatları:
9. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil öz izahatında bildirmişdir ki, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
10. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən cavabdeh X9 (daha sonra cavabdeh kimi çıxarılmışdır) öz izahatında bildirmişdir ki, sözügedən maşınla heç bir əlaqəsi olmamışdır, Cavabdeh dostuna kömək məqsədilə borc verdiyini, maşını heç sürmədiyini sadəcə öz həyətində açarının Cavabdeh qalması ilə saxlanc yeri kimi istifadə edildiyini qeyd etmişdir.
11. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:
12. xx.xx.2023-cü il tarixli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən, “Dacia Logan” markalı, **-HO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil İddiaçı məxsusdur.
13. xx.xx.2023-cü il tarixli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən, “Dacia Logan” markalı, **-KX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil X5 məxsusdur.
14. xx.xx.2023-cü il tarixli “X1 Edilməsinə Dair” etibarnaməyə əsasən “Dacia Logan” markalı, **-HO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil X7 etibar edilmişdir.
15. Bakı şəhəri Sabunçu rayon Pİ-nin İŞ-nin müstəntiq Nicat Naibovun cinayət işi başlanmasının rədd edilməsi haqda xx.xx.2025-ci il tarixli qərarına əsasən Cavabdeh əməllərində dələduzluq cinayətin tərkibi olmadığını, tərəflər arasında olan mübahisə mülki xarakter daşıdığı qeyd edilmişdir. Eyni zamanda Cavabdeh verdiyi izahatından görünür ki, “Dacia Logan” markalı, **-HO-*** dövlət qeydiyyat nömrəli və **-KX-*** dövlət qeydiyyat nömrəli avtomobilləri tez bir zamanda X6 geri qaytaracağına söz versədə avtomobilləri təhvil verməmişdir.
16. xx.xx.2025-ci il tarixli qüsur aktına əsasən, “Dacia Logan” markalı, **-HO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəymiş ziyan cəmi ehtiyyat hissələrinin qiyməti 3207.5 manat, cəmi təmir qiyməti 930,00 manat, cəmi 4137.5 manatdır.
17. xx.xx.2025-ci il tarixli qüsur aktına əsasən, “Dacia Logan” markalı, **-KX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəymiş ziyan cəmi ehtiyyat hissələrinin qiyməti 2597.5 manat, cəmi təmir qiyməti 830,00 manat, cəmi 3427.5 manatdır.
18. "xxxx" MMC tərəfindən verilmiş 01/25-808 №-li, xx.xx.2025-ci il tarixli qiymətləndirmə aktına əsasən, xx.xx.2025-ci il tarixindən bu günədək həmin qüsurların aradan qaldırılması üçün slesar, rəngsaz işi, balans, yağ dəyişimi, razval və kompyuter diaqnostika təmir işləri görülmüşdür və görülmüş təmir işlərinə 4137 (dörd min bir yüz otuz yeddi) manat vəsait sərf edilmişdir. Hazırda "Dacia Logan" markalı, **-HO-*** dövlət qeydiyyta nömrə nişanlı avtomobil işlək vəziyyətdədir. Avtomobildə yalnız arxa oturacaqların bərpası işi qalmış və həmin qüsurun qaldırılması üçün 200 (iki yüz) manat vəsait tələb olunur. Cavabdehin sahibliyində olduğu müddətdə vurulmuş zərərin müəyyən edilməsi və həmin zərərin aradan qaldırılması üçün tələb olunan (istifadə olunmalı ehtiyyat hissələri və usta haqqı nəzərə alınmaqla) vəsait 4337 (dörd min üç yüz otuz yeddi) manat təşkil edir.
19. Mülki iş materiallarına əlavə edilmiş digər sənədlər.
Tətbiq edilən hüquq:
20. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 704.1. Əgər hər hansı torpaq sahəsinin, hüququn və ya müəssisənin icarəsi müqaviləsi bağlanarkən icarə müddəti müəyyənləşdirilməyibsə, müqavilənin ləğvinə yalnız azı altı aylıq xəbərdarlıq müddətini gözləmək şərti ilə ilin sonunda yol verilir. 704.2. İcarəçinin bu Məcəllənin 691-ci maddəsinə uyğun olaraq müqaviləni ləğv etmək hüququ yoxdur. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89.1. Yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarı.
Məhkəmənin mövqeyi:
23. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəfin izahını, əlavə edilmiş sənədləri, nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir.
24. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.
25. Belə ki, iddiaçının tələbi iddiaçıya məxsus “Dacia Logan” markalı, 77-H0-568 dövlət qeydiyyat nömrə nişanlı avtomobilə vurulmuş zərərin əvəzi olaraq 4337,50 manat vəsaitin, qeyd edilmiş “Dacia Logan”markalı, 77-H0-568 dövlət qeydiyyat nömrə nişanlı avtomobilin 2 il ərzində taksi olaraq istifadə etməsi nəticəsində 900 manat ödənilməmiş yol hərəkəti qaydalarının pozulması ilə bağlı cərimələrin, həmin müddət ərzində əldən çıxmış fayda əvəzinə 10.000 manat vəsaitin və ödənilmiş 252 manat dövlət rüsumun, cəmi 15.289,50 manat vəsaitin Cavabdeh alınaraq iddiaçı X10 verilməsi ödənilməsi barədə qətnamə qəbul edilməsi ilə bağlıdır. İddia tələbindən də göründüyü kimi iddia tələbi mülki hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş ziyanla bağlı olmaqla bir neçə hissədən ibarətdir. Məhkəmə iddia tələbini qismən əsaslı hesab edir.
26. Belə ki, işin mübahisəsiz hallarından görünür ki, “Dacia Logan” markalı, 77-H0- 568 dövlət qeydiyyat nömrə nişanlı avtomobil iddiaçı X8 mülkiyyətindədir (§12) və nəqliyyat vasitəsi Cavabdeh istifadəsində və sahibliyində olmuşdur (§14).
28. Məhkəmə iddia tələbini iddiaçıya məxsus “Dacia Logan” markalı, 77-H0-568 dövlət qeydiyyat nömrə nişanlı avtomobilə vurulmuş zərərin əvəzi olaraq 4337,50 manat vurulmuş ziyanı 4137,50 manat hissəsində əsaslı hesab edir və həmin vəsaitin Cavabdeh alınaraq iddiaçı X10 verilməsi qənaətinə gəlir.
29. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus “Dacia Logan” markalı, 77-H0-568 dövlət qeydiyyat nişanlı avtomobil tanışı Kərimov Vüsal vasitəsi ilə cavabdehin istifadəsinə verilmiş və cavabdeh həmin nəqliyyat vasitəsindən uzun müddət ərzində istifadə etmişdir. Zərər vurulmuş avtomobilin cavabdehin istifadəsində və sahibliyində olması iddiaçının Bakı şəhəri Sabunçu rayon Pİ-nin İŞ-ndə verdiyi izahla öz təsdiqini tapır (§15). Vurulmuş zərərin miqdarı mülki iş materiallarına əlavə edilmiş mütəxəssis rəyi və məhkəmə tərəfindən təyin edilərək əldə edilmiş qiymətləndirmə rəyi ilə öz təsdiqini tapır (§18). Məhkəmə qiymətləndirmə rəyini əlavə olaraq qeyd edilmiş 200 manat dəyərində alətin alınması hissəsində əsaslı hesab etmir. Belə ki, ilkin rəy zamanı həmin alətlə bağlı konkret məbləğ qeyd edilməmiş, nəqliyyat hissəsinə avtomobilin cavabdehin faktiki istifadəsində və sahibliyində olduğu zaman zərər yetrirlməsi məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə 77-H0-568 dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyanı 4137,50 manat hissəsində əsaslı, ağlabatan və işin hallarına uyğun hesab edir.
30. Məhkəmə iddia tələbini 77-H0-568 dövlət qeydiyyat nömrə nişanlı avtomobilin 2 il ərzində taksi olaraq istifadə etməsi nəticəsində 900 manat ödənilməmiş yol hərəkəti qaydalarının pozulması ilə bağlı cərimələrin, həmin müddət ərzində əldən çıxmış fayda əvəzinə 10.000 manat vəsaitin Cavabdeh alınaraq iddiaçı X10 verilməsi hissəsində əsassız hesab edir.
31. Belə ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. (§22)
32. İddiaçı tərəf cərimə borclarının olduğunu qeyd etsə də həmin borcların hüquqi əsasını təşkil edən inzibati protokolların əsli, cərimələrin iddiaçı tərəfindən ödənilməsini sübut edən (kassa) çek, sənəd, qaimə və sairə sənədlər məhkəməyə tədim edilməmişdir.
33. İddiaçı tərəf cavabdehlə aralarında icarə müaviləsi ilə bağlı razılaşma olduğunu və iki il ərzində 10.000 manat həcmində əldən çıxmış faydaya görə zərər vurulduğunu qeyd etsə də, məhkəmə araşdırması zamanı (Kərimov Vüsalın vasitəçiliyi ilə) tərəflər arasında icarə müqaviləsinin bağlanmasını, cavabdehin mütəmadi olaraq ödəniş ödəməsi ilə bağlı öhdəlik götürməsini, iddiaçının özünün avtomobilləri, o cümlədən qeyd edilən avtomobili başqa şəxslərə icarəyə verməsini, qazanc əldə etməsini sübut edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir.
34. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli Cavabdeh “Dacia Logan”markalı,**-HO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə vurulmuş zərərin əvəzi olaraq 4137,50 (dörd min üç yüz otuz yeddi manat əlli qəpik) pul tutularaq iddiaçı X10 ödənilməli və Cavabdeh “Dacia Logan”markalı,77-Hİ -568 dövlət qeydiyyat nömrə nişanlı avtomobilin 2 il ərzində taksi olaraq istifadə edilməsi nəticəsində yaranmış 900 manat cərimə məbləği tutularaq iddiaçı X10 ödənilməlidir.
Məhkəmə xərcləri:
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə iddianın təmin olunmuş hissəsinə mütanasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 70,38 (yetmiş manat otuz səkkiz qəpik) manat Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
36. Qiymətləndirmə rəyi üçün çəkilmiş mütəxəssis xərci iddiaçının özünə aid edilməlidir.
37. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
1. İddia tələbi qismən təmin edilsin.
2. Cavabdeh “Dacia Logan”markalı,77-Hİ -568 dövlət qeydiyyat nömrə nişanlı avtomobilə vurulmuş zərərin əvəzi olaraq 4137,50(dörd min yüz otuz yeddi manat əlli qəpik) pul tutularaq iddiaçı X10 ödənilsin.
3. Cavabdeh “Dacia Logan”markalı,77-Hİ -568 dövlət qeydiyyat nömrə nişanlı avtomobilin 2 il ərzində taksi olaraq istifadə edilməsi nəticəsində yaranmış 900 manat cərimə məbləği tutularaq iddiaçı X10 ödənilsin.
4. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 70,38 (yetmiş manat otuz səkkiz qəpik) manat pul tutularaq iddiaçı X10 ödənilsin.
5. Ödənilmiş 400 (dörd yüz) manat mütəxəssis rəyinin dəyəri iddiaçının özünə aid edilsin.
6. İddia qalan hissədə təmin edilməsin.
7. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Samirə Eyvazova