Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-6106/2021 26.07.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16.07.2021-ci il tarixdən cavabdehdən tutulan aliment miqdarının artırılaraq 24.08.2007-ci il təvəllüdlü X4 və 06.06.2011-ci il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatanadək hər ay 350 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia ərizəsinin qəbul edilməsindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə imtina edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 11.06.2021-ci il tarixli 2(011)-404/2021 saylı qətnaməsi ilə müəyyən olunmuş hallardan görünür ki, mübahisə nikahın pozulması, uşağın himayədə saxlanması və aliment tələbinə dairdir, mülki iş üzrə tərəflər İddiaçı və Cavabdehdur, iddianın əsasını tərəflər arasında nikahın pozulması, 24.08.2007-ci il təvəllüdlü X4 və 06.06.2011-ci il təvəllüdlü X1 təşkil edir, həmin qətnamə ilə Cavabdeh ilə İddiaçı arasında 17.11.2006-cı il tarixdə Bakı şəhəri Səadət Sarayında 3737 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, 24.08.2007-ci il təvəllüdlü X6 və 06.06.2011-ci il təvəllüdlü X5 anası İddiaçı yanında qalması, qətnamə qəbul edildiyi gündən başlayaraq 24.08.2007-ci il təvəllüdlü X4 və 06.06.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməsi, “VAZ 21043” minik markalı, **-VU-*** dövlət qeydiyyat nişanlı və “Mercedes Benz Vito115 CDİ” minik markalı, **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobillərə dair ½ hissədə İddiaçı, digər ½ hissədə isə Cavabdeh payları (mülkiyyət hüquqları) müəyyən edilməsi qət edilmişdir, həmin qətnamə hazırda icra mərhələsindədir. Həmçinin iş materiallarından görünür ki, hazırkı mübahisə aliment tələbinə dairdir, mülki iş üzrə tərəflər İddiaçı və Cavabdehdur, iddianın əsasını Cavabdeh 24.08.2007-ci il təvəllüdlü X4 və 06.06.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə alimentin ödənilməsi təşkil edir. Göründüyü kimi, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-404/2021 saylı 11.06.2021-ci il tarixli qətnaməsi mövcud olduğundan, hazırkı iddia tələbi üzrə yeni əsaslara dair mötəbər sübutlar ərizəyə əlavə olunmadığından iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 153, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən iddianın yolverilməzliyinə görə imtina edilsin və iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-6106/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-6106/2021
26.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver