Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-6128/2022 16.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə məhkəməyə müraciət edərək, iddiaçı QSC “Bank standard” KB-nin İddiaçı MMC-yə verdiyi 1.167.345,31 ABŞ dolları məbləğində kredit borcunun tam ödədiyini, 3 məhkəmə instansiyasında iddia tələbinin rədd edilməsini, məhkəmə qətnamələrinin qüvvədə qalmasını, borcun silinməsi öhdəliyinin iddiaçının üzərinə qoyulmaması ücbatından İddiaçı MMC-nin banka olan kredit borcunun ödənilməsini nəzərə alıb, bank əməliyyat sistemində olan borcun silinməsi, kredit reyestrinə göndərilməsi öhdəliyi “Standard Bank”ın əmanətlərin sığortalanması fondunun üzərinə qoyulması tələbi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan “Kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsi” və “Elektron Məhkəmə” İnformasiya sistemindən elektron çıxarışlardan görünür ki, tərəflər olaraq İddiaçı MMC (VÖEN **********) və cavabdeh QSC “Bank Standard” (VÖEN: **********) hüquqi şəxslərdir, onlar arasındakı mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan kommersiya mübahisəsidir, cavabdehin hüquqi ünvanı ünvan 1 iddia ərizəsi, məhkəmə aidiyyəti qaydalarına əsasən, kommersiya məhkəmələrinə verilməli olduğu halda, ümumi məhkəməyə verildiyindən onun icraata qəbul edilərək baxlması mümkün deyil və ona görə də iddia ərizəsi geri qaytrılmalıdır. İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia ərizəsinin Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı olmaması səbəbindən geri qaytarılması əsası işin inzibati deyil, yalnız mülki və kommersiya aidiyyətini ehtiva edir. Bu əsasla iddia ərizəsinin geri qaytarılmasına dair birinci instansiya məhkəməsinin qərardadından verilmiş şikayətə apellyasiya instansiyası məhkəməsində baxılması məhkəmə aidiyyəti ilə bağlı məsələlər üzrə yekun qərarın faktiki olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən verilməsi ilə nəticələnəcəyindən bu şikayətlər baxılması üçün kassasiya instansiya məhkəməsinə göndərilməlidir....Məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 1-ci maddəsinin qeyd hissəsinə əsasən, bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən,sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı presedentə görə, iş onun ərazi yurisdiksiyasına aid olmadığına və ya konkret mübahisənin mahiyyəti onun səlahiyyət dairəsinə aid olmadığına görə məhkəmənin işi baxmağa qəbul etməkdən imtina etməsi ərizəçinin məhkəməyə müraciət hüququnu pozmur, lakin bir məhkəmə ona verilmiş işi açıq-aşkar həmin işə baxmaq səlahiyyətinə malik olmayan başqa məhkəməyə göndərirsə, 6-cı maddə üzrə problem yarana bilər (Zilkov Rusiyaya qarşı (Zylkov v. Russia), 23-29-cu bəndlər). Həmçinin iş materiallarında olan xx.xx.2022-ci il tarixli 3808 nömrəli mədaxil qəbzindən görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinə X1 tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, ərizə geri qaytarıldığından, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu da geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25, 26, 152, 263-264-cü maddələrini rəhbər tutaraq qərara aldı : İddiaçı QSC “Bank standard” KB-yə qarşı “iddiaçı QSC “Bank standard” KB-nin İddiaçı MMC-yə verdiyi 1.167.345,31 ABŞ dolları məbləğində kredit borcunun tam ödədiyini, 3 məhkəmə instansiyasında iddia tələbinin rədd edilməsini, məhkəmə qətnamələrinin qüvvədə qalmasını, borcun silinməsi öhdəliyinin iddiaçının üzərinə qoyulmaması ücbatından İddiaçı MMC-nin banka olan kredit borcunun ödənilməsini nəzərə alıb, bank əməliyyat sistemində olan borcun silinməsi, kredit reyestrinə göndərilməsi öhdəliyi “Standard Bank”ın əmanətlərin sığortalanması fondunun üzərinə qoyulması” barədə iddia ərizəsi geri qaytarılsın. X1 tərəfindən xx.xx.2022-ci il tarixdə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-6128/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-6128/2022
16.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver