Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6204/2021 17.09.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh Sabaha qarşı “kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair” iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Sabahdan iddiaçının xeyrinə 1096,97 ABŞ dolları, 1077,22 manat, 63,42 Avro borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə Cavabdeh Sabah arasında 02.11.2018-ci il tarixində BPM**********08, BPM**********43, BPM**********73 saylı və 06.11.2018-ci il tarixində BPM**********51, BPM**********98 saylı “kart hesabının açılması və ödəniş kartından istifadə haqqında” müqavilələr imzalanmış və cavabdehə müvafiq plastik kartlar təqdim edilmişdir. BPM**********08 saylı müqavilə üzrə kart hesabından çıxarışa əsasən, 15.11.2018-ci il tarixindən başlayaraq hesab üzrə texniki overdraft (Müştəriyə overdraftın təqdim edilməsi barədə tərəflər arasında razılaşma olmadığı halda, Ödəniş kartı/Əlavə kart vasitəsilə Kart hesabının qalığından artıq məbləğdə əməliyyatın aparılması - Müqavilənin 1.1.5-ci bəndi) yaranmış və son nəticədə, hesablanmış faizlərlə birlikdə qeyd olunan hesab üzrə banka olan cari borc 1077,22 manat təşkil etmişdir. BPM**********43 saylı müqavilə üzrə kart hesabından çıxarışa əsasən, 15.11.2018-ci il tarixindən başlayaraq hesab üzrə texniki overdraft yaranmış və son nəticədə, hesablanmış faizlərlə birlikdə qeyd olunan hesab üzrə banka olan cari borc 571,33 ABŞ dolları təşkil etmişdir. BPM**********73 saylı digər müqavilə üzrə kart hesabından çıxarışa əsasən, 12.11.2018-ci il tarixindən başlayaraq hesab üzrə texniki overdraft yaranmış və son nəticədə, hesablanmış faizlərlə birlikdə qeyd olunan hesab üzrə banka olan cari borc 63,42 Avro təşkil etmişdir. BPM**********51 saylı müqavilə üzrə kart hesabından çıxarışa əsasən, 14.12.2018-ci il tarixindən başlayaraq hesab üzrə texniki overdraft yaranmış və son nəticədə, hesablanmış faizlərlə birlikdə qeyd olunan hesab üzrə banka olan cari borc 59,77 ABŞ dolları təşkil etmişdir. BPM **********98 saylı müqavilə üzrə kart hesabından çıxarışa əsasən, 15.12.2018-ci il başlayaraq hesab texniki overdraft yaranmış və son nəticədə, hesablanmış faizlərlə birlikdə qeyd olunan hesab üzrə banka olan cari borc 465,87 ABŞ dolları təşkil etmişdir. Qeyd olunan müqavilələrin 3.3.6-ci maddəsinə əsasən, texniki overdraft baş verdiyi halda, müştəri yaranmış borcu və bankın tariflərində və/və ya müvafiq idarəetmə orqanının qərarında nəzərdə tutulduğu halda cərimə faizlərini 22 iş günü ərzində Banka ödəməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh Sabahın məlum olan axırıncı yaşayış yeri üzrə 210 saylı MTK-ya məhkəmə bildirişi göndərilmiş, cavabdehin həmin ünvanda yaşamaması səbəbindən məhkəmə bildirişinin çatdırılması mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hazırkı mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını dinləyib iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, təqdim edilən sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" ASC ilə Cavabdeh Sabah arasında bağlanmış 02.11.2018-ci il tarixili BPM**********08, BPM**********43, BPM**********73 saylı, 06.11.2018-ci il tarixli BPM**********51 və BPM**********98 saylı “kart hesabının açılması və ödəniş kartından istifadə haqqında” müqavilələrinə əsasən borc alana müvafiq plastik kartlar təqdim edilmişdir. Qeyd olunan müqavilələrin 3.3.6-ci maddəsinə əsasən, texniki overdraft baş verdiyi halda, müştəri yaranmış borcu və bankın tariflərində və/və ya müvafiq idarəetmə orqanının qərarında nəzərdə tutulduğu halda cərimə faizlərini 22 iş günü ərzində Banka ödəməlidir. Məhkəməyə təqdim edilmiş 02.11.2018-ci il tarixili BPM**********08, BPM**********43, BPM**********73 saylı, 06.11.2018-ci il tarixli BPM**********51 və BPM**********98 saylı müqavilələr üzrə kart hesablarından çıxarışlardan görünür ki, Cavabdeh Sabahın "xxxx" ASCyə 1096,97 ABŞ dolları, 1077,22 manat, 63,42 Avro məbləğində borcu mövcuddur. İş materiallarında olan "xxxx" ASC tərəfindən Cavabdeh Sabaha ünvanlanmış 16.05.2021ci il tarixli bildirişdən görünür ki, cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 443.1-ci bəndinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, iş materialları ilə Cavabdeh Sabahın banka 02.11.2018-ci il tarixili BPM**********08, BPM**********43, BPM**********73 saylı, 06.11.2018-ci il tarixli BPM**********51 və BPM**********98 saylı “kart hesabının açılması və ödəniş kartından istifadə haqqında” müqavilələri üzrə banka 1096,97 ABŞ dolları, 1077,22 manat, 63,42 Avro məbləğində borcunun qalması müəyyən olunduğundan və müqavilə öhdəlikləri yerinə yetirilmədiyindən həmin borc cavabdehdən tularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyinə görə iddianın qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsümu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh Sabahdan 1096,97 (bir min doxsan altı dollar doxsan yeddi sent) ABŞ dolları, 63,42 (altmış üç Avro qırx iki sent) Avro (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə), 1077,22 (bir min yetmiş yeddi manat iyirmi iki qəpik) manat pul vəsaiti və 30 (otuz) manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №2(011)-6204/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6204/2021
17.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver