Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6217/2023 28.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi zərərin əvəzinin ödənilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. “Hundai Accent” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı avtomobil (Bundan sonra - Avtomobil) iddiaçıya məxsusdur.
2. 12.10.2022-ci il tarixdə cavabdeh idarə etdiyi “Lada 21214” markalı ** OL *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsində “Wolksvagen” markalı ** RX *** dövlət qeydiyiyat nişanlı avtomobillə toqquşmuş, həmin vaxt yolun sağ tərəfində olan Avtomobilə dəymiş, Avtomobil zərbənin nəticəsində qarşısındakı digər avtomobilə dəymişdir. Bu barədə Cavabdeh1 barəsində xx.xx.2022-ci il tarixdə İXP ******* №-li protokol tərtib edilmiş və o, AR İXM-nin 327.1-ci və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir.
3. “Lada 21214” markalı, ** OL *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi digər Cavabdeh2dır. Hadisə baş verdiyi anda sürücü Cavabdeh1 olmuşdur.
4. Avtomobilə dəyən zərər "xxxx" Servis Mərkəzi tərəfindən zərər aktı tərtib edilməklə 13 904 manat məbləğində qiymətləndirilmişdir. Avtomobil "xxxx" ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalandığından sığortaçı tərəfindən iddiaçıya 5000 manat məbləğində sığorta ödənişi edilmişdir.
İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri:
5. İddiaçı Avtomobilə vurulmuş maddi ziyandan (13904 manatdan) ödənilməmiş 8904 manat, avtomobilə dəyən ziyanın müəyyən edilməsi üçün ödədiyi 100 manat, hüquqi yardım üçün ödədiyi əlavə 510 manat və 116 manat dövlət rüsumunun, ümumilikdə 9630 manat pulun cavabdehlərdən müştərək qaydada tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. İddiaçı iddia ərizəsində qeyd etmişlər ki, Cavabdeh1 idarə etdiyi avtomobillə hərəkətdə olan zaman yol hərəkəti qaydalarını pozaraq Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsində yolun sol tərəfində dayanmış “Wolsvagen” markalı ** RX *** nömrə nişanlı avtomobillə toqquşmuş, daha sonra həmin küçədə yolun sağ tərəfindən saxladığı Avtomobilinə dəymiş, sonuncu da zərbənin gücündən qarşıda dayanmış “BMW” markalı 77EF318 nömrə nişanlı avtomobilə dəymişdir. Nəticədə Avtomobilinin əvvəlki vəziyyətinə qaytarılması üçün 13904 manat lazım olmuşdur. Zərərin 5000 manat hissəsi "xxxx" ASC tərəfindən ona ödənilsə də, qalan 8904 manat eləcə də, avtomobilə dəyən ziyanın müəyyən edilməsi üçün ödədiyi 100 manat ödənilməyib. Hadisə ilə bağlı araşdırma aparılmış və müəyyən edilmişdir ki, Cavabdeh1 hadisəni törədən zaman həmin avtomobili idarə etmə hüququ olmayıb. O, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunub. Onunla birlikdə avtomobilin mülkiyyətçisi Cavabdeh2 da məsuliyyət daşıyır. Hadisəni törətmiş Cavabdeh1 ona vurulmuş maddi ziyanı ödəmək istəmir, müxtəlif bəhanələrlə bundan yayınır, hadisə baş verdiyi gündən onu tapmaq mümkün deyildir.
b) Cavabdehin iddia ərizəsinə etirazın dəlilləri:
7. Cavabdehlər iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim etməmişlər.
Məhkəmə iclasında verilən izahatlar:
8. İddiaçının vəkili və nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.
9. Cavabdeh1 məhkəmə iclasında bildirdi ki, o, vurulmuş zərərin yarısını ödəməkdən yayınmır, lakin hal-hazırda heç bir yerdə işləmədiyindən tələb olunan pul vəsaitini ödəyə bilmir.
10. Digər cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlmədiyindən və gəlməməsinin üzürlü olması barədə əvvəlcədən heç bir məlumat vermədiyindən, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
11. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
12. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
13. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
14. Maddə 1096.2 Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
15. Maddə 1108.1 Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
16. Maddə 1108.2 Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi:
20. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.
21. Yuxarıda qeyd edilən müddəanın mənasından aydın olur ki, zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərər vuran şəxsin təqsirli (qəsd və ya ehtiyyatsızlığı) olması, zərərçəkənə ziyan və zərər vurulması və təqsirkar şəxsin əməli ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması əməlin mülki hüquq pozuntusu olmasını şərtləndirən əsaslardır. Yalnız bu halda, şəxs törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşıyır.
22. İş materialları ilə müəyyən edilir ki, Cavabdeh1 mülki hüquq pozuntusu törətmişdir. Belə ki, o, idarə etdiyi “Lada 21214” markalı, ** OL *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edrkən yol nəqliyyat hadisəsi törətmiş, nəticədə iddiaçının Avtomobilinə maddi ziyan vurmuşdur. Cavabdeh1 təqsirli olması onun barəsində xx.xx.2022-ci il tarixdə tərtib edilmiş İXP ******* saylı inzibati xəta haqqında protokolla təsdiq edilmiş və o, İXM-nin 327.1-ci və 332.1-ci maddələri ilə təqsirli bilinmişdir. İş materialları ilə o da müəyyən olunur ki, Cavabdeh1 təqsirli hərəkəti ilə nəticə arasında səbəbli əlaqə olmuşdur (yol nəqliyyat hadisəsi nəticəsində iddiaçının əmlakına zərər vurulması).
23. Lakin məhkəmənin qənaətinə görə, iddiaçı hazırkı iddia tələbini yalnız Cavabdeh1 qarşı irəli sürməkdə haqlıdır.
24. Belə ki, qanununda yüksək təhlükə mənbəyinin ümumi təsnifatı verilmişdir ki, onlardan biri də nəqliyyat vasitəsidir. Yuxarıda da qeyd olunduğu kimi, iş materialları ilə müəyyən edilir ki, “Lada 21214” markalı, ** OL *** dövlət qeydiyyat nişanlı avtomobili digər cavabdeh tərəfindən verilmiş heç bir etibarnamə və ya digər əsas olmadan Cavabdeh1 idarə etmişdir. Yəni, Mülki Məcəllənin 1108.2-ci maddəsinin mənası baxımından hadisə baş verən vaxt “Lada 21214” markalı, ** OL *** dövlət qeydiyyat nişanlı avtomobilə faktiki sahibliyi Cavabdeh1 həyata keçirmişdir. Odur ki, yol nəqliyyat hadisəsinin baş verməsində onun təqsiri dövlət orqanının qərarı ilə müəyyən edildiyindən, Cavabdeh1 yüksək təhlükə mənbəyinin vurduğu ziyana görə məsuliyyət daşıyır.
25. İddia tələbinin həcminə gəldikdə isə məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir.
26. Mülki Məcəllənin yuxarıda qeyd edilən 1096 və 1097-ci maddələrinin mənasından aydın olur ki, şəxsə zərər vurulması, zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərər vuran şəxsin təqsirli (qəsd və ya ehtiyyatsızlığı) olması, zərərçəkənə ziyan və zərər vurulması və təqsirkar şəxsin əməli ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması əməlin mülki hüquq pozuntusu olmasını şərtləndirən əsaslardır. Yalnız bu halda, şəxs törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşıyır.
27. İddiaçının avtomobilinə zərər vurulması iş materiallarında olan sübutlarla öz təsdiqini tapır. Belə ki, bu həm iş materiallarında olan "xxxx" Servis Mərkəzi tərəfindən tərtib edilmiş akt, həm də xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolla öz təsdiqini tapır. Həmçinin, iş materiallarında olan xx.xx.2023-cü il tarixli ekspert rəyində də iddiaçının Avtomobilinə 13449 manat məbləğində zərər dəyməsi müəyyən edilmişdir.
28. İddiaçının avtomobilinə ziyan dəyməsində Cavabdeh1 təqsirli olması və onun həmin əməlin hüquq zidd olması da iş materiallarında olan sutlarlarla təsdiq olunur.
29. Həmçinin, şərh edilənlər əsasında məhkəmə belə qənatə gəlir ki, cavabdehin hüquqa zidd (təqsirli) hərəkətləri ilə baş vermiş nəticə arasında da səbəbli əlaqə mövcuddur.
30. Lakin, məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olsa da, iddia həcminə görə qismən əsaslıdır.
31. Belə ki, iş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/1537 saylı, xx.xx.2023-ci il tarixli rəyinə əsasən, nəzəri hesablamalar yolu ilə "xxxx" şirkətinin xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən dəyişilməli hissələrin qiymətləri nəzərə alınmaqla, 2021-ci il buraxılışlı “Hundai Accent” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilə 13449 manat maddi ziyan dəymişdir.
32. Ekspert rəyinin məhkəmə üçün digər sübutlardan üstün hüquqi qüvvəsinin olmamasını qanunvericilik müəyyən etsə də, tərəflər ekspert rəyini təkzib edəcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, məhkəmə ekspert rəyini daha mötəbər sübut hesab edir.
33. Beləliklə, məhkəmə hesab edir ki, Avtomobilin təmir-bərpa xərci olaraq ekspert rəyi ilə müəyyən edilmiş 13449 manatdan iddiaçıya ödənilmiş 5000 manat məbləğində sığorta ödənişi çıxılmaqla 8449 (13 449 – 5000 = 13 449) manat məbləğində pul vəsaiti Cavabdeh1 iddiaçının xeyrinı tutulmalıdır.
34. Həmçinin, məhkəmə hesab edir ki, cavabdehin təqsirli hərəkəti nəticəsində iddiaçının Avtomobilinə zərər dəydiyindən, iddiaçı tərəfindən isə Avtomobilə dəymiş zərərin həcminin müəyyən edilməsi üçün "xxxx" MMC-yə 100 manat məbləğində xidmət haqqı ödəyərək əlavə xərc çəkdiyindən, həmin pul məbləğin də Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir.
35. Məhkəmə iddia tələbinin 510 manat məbləğində hüquqi yardıma çəkilən əlavə xərcin tutulması hissəsinə münasibətdə bildirir ki, iddiaçı ona hüquqi yardımın göstərilməsimə görə 510 manat məbləğində xərc çəkdiyini iddia etsə də, bu dəlilini təsdiq edəcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir.
36. Məhkəmə, 116 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulması ilə bağlı bildirir ki, iddiaçının ödədiyi dövlət rüsumu iddianın təmin olunması (iddia 90% hissədə təmin olunmuşdur) nisbətində tərəflər arasında bölüşdürülməlidir.
37. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. 8449 manat məbləğində dəymiş zərər, 100 manat avtomobilə dəymiş zərərin müəyyən edilməsi üçün ödənilmiş pul və 104,40 manat ödənilmiş dövlət rüsumu Cavabdeh1 tutularaq İddiaçı ödənilsin. İddia tələbi Cavabdeh2 aid hissədə və qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 11,60 manat hissəsi iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı