Məhkəmə qərarları › İş №2(011)-6266/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6266/2021

10.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6266/2021 10.09.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, "xxxx" X3 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasnda baxaraq müəyyən etdi: "xxxx" X3 Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 4942,48 manat əsas, 38,52 manat faiz, cəmi 4981 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında "xxxx" KB ASC-nin nümayəndəsi R.T.Əhmədov iddia tələbini müdafiə edərək və iddia tələbinə uyğun izahat verərək bildirdi ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 30.09.2019-cu il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə, illik 1% ödəmək şərtilə 4957,36 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit xətt müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 16.07.2021-ci il tarixinə "xxxx" KB ASC-yə 4942,48 manat əsas, 38,52 manat faiz, cəmi 4981 manat borcu yaranmışdır. Yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Sonda R.T.Əhmədov iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" KB ASC ilə cavabdeh arasında 30.09.2019-cu il tarixli 2893rstBANK/19 saylı güzəştli kredit və bank hesabı müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən kreditor tərəfindən borcluya 60 ay müddətinə illik 1 faiz dərəcəsi ilə 4957,36 manat məbləğində kredit ayrılmışdır. İş materiallarında olan 16.07.2021-ci il tarixli BANK/PİKMD/971053 saylı maliyyə arayışının surətindən görünür ki, cavabdehin iddiaçıya ödənilməmiş 4942,48 manat əsas, 26,62 manat faiz və 0 cərimə borcu olmaqla cəmi 4981 manat borcu qalmışdır. İş materiallarında olan 30.09.2019-cu il tarixli kredit müqaviləsi üzrə faizlərin bağışlanmasına dair Sazişdən görünür ki, tərəflər aralarında bağlanmış 16.07.2015-ci il tarixli 4822nkNFT/15 saylı kredit müqaviləsi üzrə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 28.02.2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq 01.03.2019-cu il tarixdən etibarən bu sazişin imzalandığı tarixədək hesablanmış 0 manat faiz borcu hər iki tərəfin razılığına əsasən ləğv olunur. İş materiallarında olan 30.09.2019-cu il tarixli kredit müqaviləsi üzrə faizlərin bağışlanmasına dair Sazişdən görünür ki, tərəflər aralarında bağlanmış 16.07.2015-ci il tarixli 4822nkNFT/15 saylı kredit müqaviləsi üzrə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 28.02.2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq 01.03.2019-cu il tarixdən etibarən bu sazişin imzalandığı tarixədək hesablanmış 0 ABŞ dolları faiz borcu hər iki tərəfin razılığına əsasən ləğv olunur. İş materiallarında olan 2893rstBANK/19 saylı kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, Cavabdeh 60 ay müddətinə illik 1 faiz dərəcəsi, 12 ay güzəşt müddəti ilə, aylıq annuitet 106 manat olan 4957,36 manat məbləğində kredit ayrılmışdır. İş materiallarında olan Cavabdeh ünvanlanan 26.05.2021-ci il tarixli bildirişdən görünür ki, ondan 3 iş günü müddətində borcun ödənilməsi təklif edilmiş və borc məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə borcun məhkəmə qaydasında tutulması üçün tədbirlər görüləcəyi barədə xəbərdar olunmuşdur. İş materiallarında olan 16.07.2021-ci il tarixli, ********* saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış, Cavabdeh müqavilədə nəzərdə tutulan kredit məbləğini iddiaçıdan qəbul edərək götürmüş, iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur, hazırda onun iddiaçıya 4942,48 manat əsas, 38,52 manat faiz, cəmi 4981 manat borcu qalmış, cavabdeh borcunun olması və həmin borc məbləğinin qaytarılması barədə iddiaçı tərəfindən xəbərdar edilmişdir. Bununla belə, cavabdehin müqavilə öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən 4942,48 manat əsas, 38,52 manat faiz borcu olmaqla, cəmi 4981 manat alınaraq "xxxx" Kommersiya Bankı ASC-yə ödənilməlidir. Məhkəmə, dövlət rüsumuna münasibətdə hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 4942,48 manat əsas, 38,52 manat faiz borcu olmaqla, cəmi 4981 (dörd min doqquz yüz səksən bir) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat alınaraq “X2” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir ay) müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar