Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-630/2024 18.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçı və onun nümayəndəsi X3 iştirakı ilə İddiaçı Cavabdeh qarşı – “aliment məbləğinin həcminin artırılması” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Əliyeva X4 Elduz İsa oğluna qarşı- Xətai Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(011)-248/2010 nömrəli və xx.xx.2020-ci il tarixli 2(011)-6346/2020 nömrəli qətnamələrinə əsasən Cavabdeh tutulan alimentin məbləğinin artırılması, xx.xx.2008-ci ildə Ukraynanın Kiyev şəhərində doğulmuş X7 yetkinlik yaşına çatanadək saxlanması üçün məhkəməyə müraciət edilən andan aylıq 220 manatla hesablanmasına və şəxsən İddiaçı üçün 246 manat aliment tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddia tələblərinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Xətai Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(011)-248/2010 nömrəli və xx.xx.2020-ci il tarixli 2(011)-6346/2020 nömrəli qətnamələrinə əsasən Cavabdeh tutulan alimentin məbləğinin xx.xx.2023-cü ilədək iddia ərizəsindəki rəqəmlərə uyğun artırılması, sonrakı müddətdə də aliment məbləğləri xx.xx.2024-cü ildən başlayaraq dəyişdirilərək, xx.xx.2008-ci ildə Ukraynanın Kiyev şəhərində doğulmuş X7 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2024-cü ildən aylıq 235 manat hesablanmasına və şəxsən İddiaçı üçün 270 manat aliment tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri. Xətai rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(011 )-248/2010 №-lı qətnaməsi ilə İddiaçı və cavabdeh Lənkəran rayon Velədi kəndində xx.xx.1978-ci il tarixdə doğulmuş, həmin ünvanda qeydiyyatda olan, faktiki olaraq Ukraynanın Kiyev şəhərində yaşayan sabiq əri Cavabdeh arasındakı nikah pozulmuş, xx.xx.2003-cü ildə Ukraynanın Kiyev şəhərində doğulmuş X1 və xx.xx.2008-ci ildə Ukraynanın Kiyev şəhərində doğulmuş X7 saxlanması üçün Cavabdeh xx.xx.2009-cu il tarixdən hesablanmaqla hər ay 150 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Həmin qətnamə icra edilməsi üçün cavabdehin qeydiyyatda olduğu yer üzrə Lənkəran rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Lakin 2(11)- 248-2010 №-li icra işində iddiaçının hüquqları və qanuni maraqları təmin olunmamış, uşaqlarının bir valideyni kimi Cavabdeh Xətai rayon məhkəməsinin adıkeçən qətnaməsi qəsdən icra etməkdən boyun qaçırmış,axtarışda olduğu halda nəyə görə isə onun yeri müəyyənləşdirilməmişdir. Cavabdeh sonuncu dəfə xx.xx.2009-cu ildə Ukraynanın Kiyev şəhərinə getmiş və bu günədək geri qayıtmamış, axtarışda olduğu halda nəyə görə isə onun yeri müəyyənləşdirilməmişdir. Cavabdeh iddiaçıdan ayrıldığı bu illər ərzində uşaqları ilə hər hansı formada əlaqəsini kəsmiş, bu səbəbdən Lənkəran rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(049)-75/2020 №-li qətnaməsinə əsasən atalıq hüquqlarından məhrum olmuşdur. İddiaçı, aliment təyin edilən xx.xx.2010-cu il tarixdən bu günədək cəmi bir dəfə alimentin artırılması üçün məhkəməyə müraciət etmişdir və Xətai rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(011)-6346/2020 №-li qətnaməsinə əsasən 2 uşağı üçün Cavabdeh tutulmalı aliment artırılaraq 340 manat təyin edilmişdir. Hazırda cavabdehlə iddiaçının birgə nikahdan olan qızı X1 20 yaşdan yuxarı və X7 15 yaşdan yuxarı yaşı vardır. Qızı Türkiyənin ali məktəbində, oğlu Bakı şəhərində tam orta məktəbdə təhsil alır. Uşaqlarının məsrəfləri yetərincə artmış və Xətai rayon Məhkəməsinin qətnaməsindəki alimentin məbləği uşaqların tələbatının ödənilməsi üçün yetərli deyil. Qətnamə tələbindən 14 ilə yaxın müddət keçməsinə baxmayaraq, yeniyetməlikdən Kiyev şəhərində yaşayan Cavabdeh uşaqları üçün heç bir məbləğdə aliment ödəməmiş və əvvəlcədən alimenti qəti ödəməyəcəyi və heç kimin ondan alimenti almağa gücü çatmayacağı barədə dəfələrlə həm Kiyev şəhərində yaşayan tanışları rayon Velədi kəndinin bəzi sakinlərinə qətiyyətlə açıq-aşkar bildirmişdir. Nəyə görə isə, icra məmuru həmin axtarış işinin nəticələri barədə məlumat əldə edilməsi üçün Lənkəran ŞRPŞ-nə müraciət etməmiş, borclunun Kiyev şəhərində yaşadığını bilə-bilə onun dövlətlərarası axtarışı üçün İnterpolun Azərbaycan Respublikasındakı Milli Bürosuna vəsatət göndərilməsindən ötrü Lənkəran ŞRPŞ-nə və ya məhkəməyə müraciət etməmişdir. Belə getsə, iddiaçı ömrünün axırıınadək heç zaman alimenti cavabdehdən ala bilməyəcəkdir. Göründüyü kimi, iddiaçı xx.xx.2004-cü ildən müddətsiz əmək qabiliyyətini itirməyi ilə yanaşı, həm də tək qadın olaraq 2 övladlarının birini Türkiyədə oxutdurmaq, digərini isə Bakı şəhəri Xətai rayonunda tam orta məktəbdə oxutdurmağı davam etdirmək üçün olduqca böyük maddi yardıma ehtiyac duyur. Tərəflərin izahatları: İddiaçı və onun nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh xəbərdar edilməklə məhkəmə iclasına çağırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasında iştirak etməməsinin üzrlü səbəbi müəyyən edilmədiyindən, məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarına əlavə edilən xx.xx.2023-cü il tarixli MŞB/8/2023-02050 saylı Bakı 8 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İş materiallarında olan 2(011)-248/2010 saylı xx.xx.2010-cu il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında xx.xx.2003-cü il tarixində Bakı şəhəri Xətai Rayon VVADQ Şöbəsində bağlanmış və 389 № ilə qeyd edilmiş nikah pozulmuş, xx.xx.2003-cü il təvəllüdlü X2 və xx.xx.2008-ci il təvəllüdlü X9 anası İddiaçı yanında saxlanılmış, xx.xx.2003-cü il təvəllüdlü X1 və xx.xx.2008-ci il təvəllüdlü X7 saxlanması üçün xx.xx.2009-cu il tarixindən hesablanmaqla Cavabdeh hər ay hər uşaq üçün 75 manat, cəmi 150 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(049)- 75/2020 saylı qətnaməsi ilə müəyyən edilir ki, Cavabdeh İddiaçı ilə birgə nikahlarından xx.xx.2003-cü il tarixdə doğulmuş X2 və xx.xx.2008-ci il tarixdə doğulmuş X8 münasibətdə valideynlik hüquqlarından məhrum edilmişdir. İş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, məhkəmənin 2(049)-75/2020 saylı qətnaməsi xx.xx.2020-ci il tarixində qanuni qüvvəsini almışdır. İş materiallarında olan 117 saylı MTK tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı ünvan 2 ünvanında yaşayır. İş materiallarında olan Lənkəran rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Xətai Rayon Məhkəməsinin 2(011)248/2010 saylı və 2(011)-6346/2020 saylı icra sənədlərinə üzrə borclu İddiaçı heç bir aliment pulu ödəməmişdir. İş materiallarında olan Xətai Rayon Məhkəməsinin 2(011)-6346/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2010-cıfıi tarixli 2(011)-248/2010 saylı qətnaməsi ilə təyin edilmiş alimentin məbləği dəyişdirilmiş, Cavabdeh xx.xx.2003-cü il təvəllüdlü X1 və xx.xx.2008-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 170 (bir yüz yetmiş) manat, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmş “e-sosial-Vahid sosial reyestr”dən əldə edilmiş çıxarışdan görünür ki, İddiaçı əmək qabiliyyətsizdir, qiymətləndirmə tarixi xx.xx.2004-cü ildir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Göstərilən Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən valideynlik hüquqlarından məhrum edilmiş valideynlər uşaqların saxlanmasını təmin etmək vəzifələrindən azad edilmirlər Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2-ci madəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.1. əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad; 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; 84.2.3. 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad; Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən aşağıdakı şəxslər nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər: 85.1.1. hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad; 85.1.2. 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya 18 yaşına çatanadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ümumi uşağa qulluq edən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad); 85.1.3. nikah pozulana qədər və ya nikah pozulduğu gündən bir il ərzində əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad); Həmin Məcəllənin 86-cı maddəsinə əsasən aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” 26 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən Əhalinin əsas sosialdemoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmənin mövqeyi: Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşağının saxlanması üçün cavabdehdən alimentin tutularaq iddiaçıya verilməsi müəyyən edilsə də, Bakı şəhəri Xətai Rayon Məhkəməsi 2(011)-6346/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə cavabdehdən uşağa görə 170 manat məbləğində aliment tutulması müəyyənləşdirərkən həmin dövrün həyat standartları əsas götürülmüşdür; hazırda isə bu vəziyyət dəyişməklə həm uşağın tələbatları artmışdır, həm də uşağa görə müəyyənləşdirilmiş yaşayış minimumu 2024-cü il üçün 235 manat nəzərdə tutulmuşdur. Ona görə də, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Qanuna əsasən valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment isə uşağın saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla müəyyən edilmiş uşağını saxlamalı olmasına dair vəzifəsinin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Odur ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşağının əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını, tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də cavabdehin yüksək olmayan aliment öhdəliyi daşımış olmasını məhkəmə əsas götürərək hesab edir ki, təyin edilmiş alimentin məbləği artırılmalıdır. Qanunvericiliyin yuxarıda sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. Cavabdehin maddi qazancının az olması dəlilinə münasibətdə isə nəzərə alınmalıdır ki, bu hal onu iddiaçı ilə nikahından olan uşağının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə görə də, valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin də mövqeyi ondan ibarət olmuşdur ki, “...nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. Bundan başqa məhkəmə onu qeyd etməyi də zəruri hesab edir ki, Muradov X6 Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(049)-75/2020 saylı qətnaməsi əsasında xx.xx.2008-ci il təvəllüdlü X9 üzərində valideynlik hüquqlarından məhrum edilməsinə baxmayaraq, bu onun uşağın saxlanmasını təmin etmək vəzifəsindən azad etmir. Məhkəmə iddia tələbinin “Xətai Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(011)- 248/2010 nömrəli və xx.xx.2020-ci il tarixli 2(011)-6346/2020 nömrəli qətnamələrinə əsasən Cavabdeh tutulan alimentin məbləğinin xx.xx.2023-cü ilədək iddia ərizəsindəki rəqəmlərə uyğun artırılması, sonrakı müddətdə də aliment məbləğləri xx.xx.2024-cü ilədən başlayaraq dəyişdirilərək, xx.xx.2008-ci ildə Ukraynanın Kiyev şəhərində doğulmuş X7 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2024-cü ildən aylıq 235 manat hesablanmasına” dair hissəsinə münasibət olaraq bildirir ki, ölkənin sosial-iqtisadi inkişafına uyğun olaraq ayrı-ayrı vaxtlarda yaşayış minimumu haqqında normativ-hüquqi aktlar qəbul edilmişdir. Yuxarıdakıları əsas kimi göstərərək, alimentin həcmi ilə razılaşmayan fiziki şəxslər qanunvericiliyin tələblərinə əsasən onun artırılması tələbi ilə həmin vaxt məhkəməyə müraciət edə bilərlər. Bundan başqa məhkəmə qeyd edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Məhkəmə iddianın “İddiaçı üçün 270 manat aliment tutulmasına dair” hissəsini araşıraraq hesab edir ki, həmin hissədə iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər xx.xx.2023-cü il tarixində nikaha girmiş, xx.xx.2004-cü il tarixində iddiaçının əlillik və sağlamlıq imkanlarının məhdudluğu qiymətləndirilmiş, diaqnoz olaraq imbesillik dərəcəsində oliqofreniya qeyd edilmiş, ona ikinci dərəcəli əlillik təyin edilmişdir. Bundan başqa müəyəyn edilmişdir ki, iddiaçı əmək qabiliyyətsizdir və əlillik və ya sağlamlıq imkanlarının məhdudluq müddəti isə müddətsizdir. Qeyd edilən halları hazırkı mübahisədə Ailə Məcəlləsinin 85.1.3-cü maddəsinin tətbiqinə imkan verir. Buna görə də məhkəm hesab edir ki, iddiaçının saxlanması üçün də cavabdehdən pul vəsaiti tutulmalıdır. Lakin məhkəmə iddiaçının saxlanması üçün iddia ərizəsində qeyd edilən 270 manat pulun tutulmasını ağlabatan hesab etmir. Belə ki, iddiaçının hazırda iş yeri olmasa da, o, 432.27 manat məbləğində müavinət alır. Odur ki, iddia həmin hissədə qismən təmin edilməli və onun saxlanması üçün 150 manat pul vəsaiti cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin sosial siyasətinin əsasını təşkil edir. Layiqli həyat səviyyəsi dedikdə, insanların yaşaması üçün zəruri olan maddi və mənəvi nemətlərlə onların təmin edilməsi və bu nemətlərə olan tələbatlarının ödənilməsi başa düşülür. Yəni dövlət öz vətəndaşlarının rifahının qayğısına qalır, cəmiyyətin daha az müdafiə olunan təbəqələrinə, müstəqil olaraq özünə layiqli həyat səviyyəsini təmin etmək iqtidarında olmayanlara – yetkinlik yaşına çatmamış uşaqlara, əlillərə, təqaüdçülərə və digər əmək qabiliyyəti olmayan şəxslərə xüsusi diqqət yetirir. Lakin dövlət bütün əmək qabiliyyəti olmayan əhalisinin maddi təminatını tam ödəyə bilməz. Bu baxımdan, bir çox dövlətlərin, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyasında sosial cavabdehlik prinsipi öz əksini tapmışdır. Bu prinsipə görə yardıma möhtac olanlara kömək etmək ilk növbədə onların ailə üzvlərinin borcudur (Konstitusiyanın 38- ci maddəsinin İİ hissəsi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 27 yanvar 2015-ci il tarixli qərarı). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddia ərizəsindən görünür ki, iddia ərizəsi ilə məhkəməyə xx.xx.2023-cü il tarixində müraciət etdiyindən, iddiaçının saxlanması üçün alimentin təyin edilməsi vaxtı da xx.xx.2023-cü il tarixindən tutulmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Hazırki iddia üzrə bir il ərzində olan aliment ödənişinin artırılan hissəsi 780 (65x12=780) manat və iddiaçının saxlanması üçün alimentin ilkin təyin edilməsi hissəsi 1800 (150x 12=1800) təşkil etdiyinindən, ödənilməli olan dövlət rüsumu məbləği 45.8 manat təşkil edir. Odur ki, iddiaçı aliment ilə bağlı hissədə dövlət rüsumu ödəməkdən azad edildiyi üçün cavabdehdən 45.8 manat məbləğində dövlət rüsumu tutulmaqla Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6346/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. xx.xx.2008-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hazırki qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay 235 (iki yüz otuz beş) manat məbləğində sabit pul şəklində aliment tutularaq İddiaçı ödənilsin. xx.xx.1979-cu ildə anadan olmuş İddiaçı saxlanılması üçün Cavabdeh xx.xx.2023-cü il tarixdən hesablanmaqla hər ay 150 (yüz əlli) manat olmaqla sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə alimentin təyin edilməsi hissəsində dərhal icra edilsin. Cavabdeh 45.8 (qırx beş manat səkkiz qəpik) manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-630/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-630/2024
18.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver